Məhkəmə qərarları › İş №1(102)-1682/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1682/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1682/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madd əsi ilə təqsirli bilinib məhkum olunmuş X1 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2021-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Famil Nəsibov) xx xxxxxx 1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmuş, Ünvan1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 iyun 2020-ci il tarixdən 25 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müd dət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum barəsində Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, cəmi 10 (on) ay 19 (on doqquz) gün müddət, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, üzərində qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması, ərazi narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin, Məhkum2 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim A.M.Eyvazov, R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) 03 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2020ci il tarixli hökmü Məhkuma m ünasibətdə cəzaya aid hissədə dəyişdirilmişdir. CM-nin 67.1ci maddəsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkumun təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi üzrə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, cəmi 10 (on) ay 29 (iyirmi doqquz) gün, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir ) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, qəti olaraq, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 23 iyun 2020-ci il tarixdə tanışı Məhkum2 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «Çinar» şirniyyat evinin arxasında yerləşən «Köhnə Hamam» adlanan ərazidən yerdən tapdıqları bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1.353 qram olan narkotik vasitə hesab olunan heroinləri şəxsi istehlak miqdarından artıq miqdarda qan unsuz olaraq əldə edərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək saxlamış, həmin narkotik vasitələrdən 05 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 0.832 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış və həmin narkotik vasitə 23 iyun 2020-ci il tarixdə, saat 16:55 radələrində ünvan 1 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan apellyasiya məhkəməsinin qərarı maddi və prosessual normaların pozulması ilə müşayiət olunmuşdur. Belə ki, məhkəmə kollegiyasının qərarınd a onun şəxsiyyəti barədə olan məlumatlar saxtalaşdırılmışdır. Apellyasiya məhkəməsinin qərarında onun orta təhsilli olması, boşanmış olması, himayəsində iki azyaşlı uşağının olması, işləməyən şəxs olması göstərilmişdir. Lakin, bu məlumatlar həqiqətə uyğun deyildir. Belə ki, o, sahibkarlıqla məşğuldur, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, ali təhsilli olmaqla Lənkəran Dövlət Universitetini bitirmişdir. Valideynləri 2-ci qrup əlildir. Həyat yoldaşı heç bir yerdə işləmir. Qeyd edilənləri məhkəmə kollegiyası nəzərə almamış və humanizm prinsipini pozmuşdur. Şikayətində qeyd etdiyi hallar Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsaslar hesab oluna bilər. Belə ki, o, artıq əməlindən peşiman olaraq islah olunmuşdur. Cəmiyyətə və ailəsinə qayıdıb faydalı əməklə məşğul olmaq niyyətindədir. Odur ki, göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətində məhkumun iki azyaşlı uşağının olması barədə dəlillərin qeyd edildiyi, həmin dəlillərin iş materialları ilə təsdiq edildiyi təqdirdə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci ma ddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanunili yini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmiş, yalnız məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu və onun törətmiş olduğu əməlin ədalətli hüquqi nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayara q, aşağıdakı xüsusatları qeyd edir. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2021-ci il tarixli qərarı isə dəyişdirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiy asıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; yeni cinayətlər törədilməsinin qarşısının alınması. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs h aqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə Məhkumin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə Məhkumin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi t əsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışını və məqsədini müəyyən edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkum təqsirli bilindiyi Azərbaycan Resp ublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Kassasiya şikayətində məhkumun cəzasını yüngülləşdirən halların - şəxsiyyəti barədə olan məlumatların düzgün müəyyən edilmədiyi, məhkəmə qərarlarında Məhkum boşanmış olduğu, orta təhsilli olduğu qeyd olunsa da, əslində evli olduğu, himayəsində iki azyaşlı uşağı olduğu, həmçinin ali təhsilli olduğu iddia edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqq ında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 mart 2011-ci il tarixli Plenum Qərarının 25-ci bəndində qeyd olunur ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. İş materiallarından görünür ki, iş üzrə ittiham aktında məhkumun himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi qeyd edilsə də, işə baxan birinci instansiya məhkəməsi tərəfindən yalnız Məhkum təqsirini etiraf edərək əməlindən səmimi peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, iş üzrə cəzanı ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Eyni zamanda iş materialları nda olan Məhkum CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli hökmünə, Ağdaş rayon İcra Hakimiyyəti Başçısının 2745 və 2685 saylı, 25.08.2020-ci il tarixli arayışlarına əsasən müəyyən olunur ki, məhkumun himayəsində 2014-cü il təvəllüdlü Abbaszadə Ayxan Asif oğlu, 2012-ci il təvəllüdlü Abbaszadə Aysu Asif qızı var. CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardan biri kimi imperativ qaydada nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəmə sinin hökmünü cəzaya aid hissədə dəyişdirərək hökmdən CM-nin 67.1-ci maddəsinə dair müddəaları xaric etməklə, hazırki iş üzrə təyin edilmiş cəza ilə Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının CM-nin 66.5-ci maddəsinə əsasən toplanmalı olduğu qənaətinə gəlmiş, məhkumun cəzasını yüngülləşdirən qeyd edilən hallarla bağlı məsələlərə qərarında münasibət bildirməmişdir. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum evli olmaqla himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmaqla təyin edilmiş cəzası yüngülləşdirilməlidir. Kassasiya şikayətində, həmçinin məhkumun barəsində Azərbaycan Respu blikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğu xahiş edilir. CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, qanunun müddəalarından müəyyən olur ki, şərti məhkum etmə institutu törədilmiş şəxsin cəza çəkmədən də islah olu na biləcəyi qənaətinə gəlməklə, əməlin xarakteri və ictimai təhlükəliliyi, məhkumun şəxsiyyətini səciyyələndirən hallar, eyni zamanda onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların məcmusu ilə şərtləndirilmişdir. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səaciyyələndirən halları (cinayətlərin residivini yaratmasa da barəsində Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli hökmünün olması) nəzərə alaraq hesab edir ki, məhkum Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2021-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2021-ci i l tarixli qərarı Məhkumun kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üzərində saxlanılmış 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə endirilsin, həmin cəza Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, cəmi 10 (on) ay 29 (iyirmi doqquz) gün, CM-nin 66.5- ci maddəsinə əsasən qismən toplanmaqla, Məhkuma qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 fevral 2021-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar