Məhkəmə qərarları › İş №1(102)-1682/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1682/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1682/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Səfərov Abuzər Qulamhüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2022-ci il tarixli 1(101)-159/2022 nömrəli (hakimlər: Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1976-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşaqları olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qe ydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 5 fevral 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hök m qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə, həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkum edilmiş şəxslər və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan məhkəmə tərkibində) 20 aprel 2022-ci il tarixli 1(103)-779/2022 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Səfərov Abuzər Qulamhüseyn oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaql a müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddəni onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bundan sonra İran İslam Respublikası vətəndaşı satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda – “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilə n bir bükümdə olan ümumi təmiz çəkisi 5510 qram narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə ünvan 3 ünvanında yerləşən “Bolmart Supermarket”in yaxınlığında yerləşdirib bu barədə 05 fevral 2021-ci il tarixdə Məhkum mobil telefon vasitəsilə məlumat verdikdən sonra, sonuncu tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin qoyulduğu yerdən əldə edilməsi, saxlanması və daşınması üçün həmin gün saat 21 radələrində ünvan 3 ünvanında yerləşən “Bolmart Supermarket”in yaxınlığına gedərək əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən Təqsirləndirilən şəxs oradan içərisində külli miqdarda, yəni 5510 qram çəkidə narkotik vasitə heroin olan bir ədəd torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı 5 fevral 2021-ci il tarixdə saat 21:20-də Məhkumlə birlikdə ünvan 3 ünvanında yerləşən “Bolmart Supermarket”in yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib üzərilərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda, təmiz çəkisi 5510 qram olan narkotik vasitə heroin Təqsirləndirilən şəxs sağ əlində saxladığı polietilen torbanın içərisindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİ RAKÇİSİNİN ÇİXİŞİ: Məhkum müdafiəçisi Səfərov Abuzər Qulamhüseyn oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, işin faktiki halları məhkəmə istintaqı zamanı araşdırılarkən ibtidai araşdırmanın məhz əməliyyatda iştirak etmiş polis əməkdaşlarının ifadələri əsasında düzülüb-qoşularaq Məhkum tərəfdən etmədiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunduğu bəlli olur. Belə ki, Məhkum bildirmişdir ki, həmin narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur və polis əməliyyatçıları Zabrat qəsəbəsində Bolmartın yanında onları həbs edərək Sabunçu rayon 12-ci Polis Bölməsinə gətir dikdən sonra onlara fiziki və psixoloji təsirlər göstərməklə əvvəlcədən kompüterlə hazırladıqları izahatlara imza etdirməyə çalışmışlar. O həmin sənədlərə imza etməkdən imtina etmiş lakin, Təqsirləndirilən şəxs isə təzyiq vasitəsi ilə müvafiq protokol və sənədlərə onun əleyhinə olan ifadələrə imza etdirmişlər. Məhkəmə istintaqı zamanı o və Təqsirləndirilən şəxs bildirmişlər ki, həmin narkotik vasitə onlara məxsus deyil lakin, 12-ci Polis Bölməsində polis işçiləri onları məcbur etmişlər ki, həmin narkotik vasitənin onlara məxsus olduğunu boyunlarına alsınlar. O, bu işlə məşğul olmayıb və onun evindən və üst başından hər hansı bir narkotik vasitə və tərəzi aşkar olunmamışdır. Həmin narkotik vasitənin alqı-satqısına dair cinayət işinin materiallarında hər hansı mötəbər sübut yoxdur, çünki həb s olunduqdan sonra onun üzərində keçirilən axtarış və baxış zamanı onun üzərindən alqı-satqı zamanı istifadə ola biləcək və hansısa narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və digər hallar aşkar edilməmişdir. Məhkum qarşı CM-nin 32.5,206.2-ci maddəsi ilə elan olunmuş ittiham əsassız və qanunsuz olduğuna görə onun barəsində CM-nin 42-ci maddəsinə müvafiq bəraət verilməsi barədə qərar verilməlidir çünki, məhkəmə və ibtidai və həm də məhkəmə istintaqı zamanı bildirmişdir ki, həmin narkotik maddə onlara məxsus deyil və o heç bir sərhəd keçməmiş və o İran İR-dan nar kotik maddə keçirməmiş və kömək də etməmişdir. Eləcə də Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə də cəza verilməməlidir. Məhkum qarşı elan olunmuş ittiham əsassız və qanunsuz olduğuna görə onun barəsində cinayət məcəlləsinin 32.5,206.2-ci maddəyə münasibətdə bəraət hökmü verilməlidir. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarını Məhkum aid hissədə ləğv edilməklə Məhkum tərəfindən onun təqsirli bilindiyi cinayət əməllərini törədilmədiyinə və həmçinin ona verilmiş ittihamda qeyd olunmuş cinayət əməllərinin onun tərəfindən törədilməsi sübuta yetirilmədiyinə görə cinayət işi üzrə CM-nin 32.5,206.2-ci maddəsi ilə olan hissəsinin icraatına xitam veriməklə onun barəsində CM-nin 42.1.1 və 42.1.4-cü maddələrinə əsasən bəraət verilməsi, Məhkum əməlinin CM-nin 234.4.1, 234.4.3-cü maddəsi ilə olan hissəsinin isə CM-nin 234.1-1-ci maddəsinə tövsif olunaraq həmin maddənin sanksiyası həddində ədalətli cəza tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məh kəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə alm aqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərd ə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini CPM-nin 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya h ərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki hal ları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəy yən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürmək lə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində qabaqcadan vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olund uğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edil dikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin qərar ın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığı n olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında heroinin xalis çəkisinin 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Heroinin xalis çəkisinin 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunduğu halda Məhkum üzərindən aşkar edilib götürülən heroinin 5510 qram, yəni 5 kq 510 qr olmaqla külli miqdar təşkil etməsi həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədq iq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrini əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, Məhkum barəsində şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin aparılmasına dair protokoldan, eləcə də onun əks olunduğu videogörüntüdən görünür ki, məhkum edilmiş şəxs Məhkum üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya maddə ol madığını bildirmiş, bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış və ondan qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə ona izah verilməkə 02 ədəd “İphone” markalı mobil telefon, 1 ədəd xarici pasport və vəsiqə götürülmüş, sorğu-sual zamanı Məhkum Təqsirləndirilən şəxs tanıdığını, lakin Orxanın üzərindən narkotik vasitə aşkar olunması barədə məlumatının olmadığını, sonuncuya həmin yerdən narkotik vasitə götürməsi üçün hər hansı təklif etmədiyini, bu barədə heç bir İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamadığını, Təqsirləndirilən şəxs yanlış dediyini, özünün narkotik vasitələrin aludəçisi olmadığını bildirmişdir. Halbuki cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklər lə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşu tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 5 fevral 2021-ci il tarixli protokoldan, eləcə də videogörüntülərdən görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı torbanın içərisindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbanın içərisində olan heroini tanışı Məhkum ilə birlikdə qabaqcadan razılaşaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində gizlədilən yerdən götürdüyünü, orada narkotik maddə olduğunu X-ın ona dediyini, X-ın isə adını bilmədiyi İran İslam Respublikası vətəndaşının vasitəsilə orada narkotik vasitə olduğunu bildiyini, narkotik maddəni götürən zaman X-ın onun yanında olduğunu, narkotik vasitə aludəçisi olmadığını bildirmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində 6 fevral 2021-ci il tarixdə, təqsirləndirilən şəxs qismində 7 fevral 2021-ci il tarixdə dindirilərkən də yuxarıda qeyd edilən məzmunda ifadələr vermişdir. Bunda əlavə cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 4/974 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “İphone X” markalı mobil telefonun “Whatsapp” əlavəsində +**********88 nömrəsi ilə qeyd olunan yazışma bölməsində aşkar olunan səs yazılarının tədqiq i hissədə verilmiş yazılı mətnlərində K2 kimi işarə olunmuş diktorun səsi və nitqi Məhkum məxsusdur. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş "xxxx" MMCdən daxil olmuş xx.xx.2021-ci il tarixli, BKC/LGL-3797/21 nömrəli diskə baxış keçirilən zaman Məhkum istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə ***-***-**-**, 070- ***-**-** və ***-***-**-** mobil nömrələri arasında mütəmadi olaraq danışıqların aparılması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Məhkum məxsus olan “İphone X” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum istifadəsində olan “İphone” markalı mobil telefonun “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində İran İslam Respublika sının mobil operatoruna məxsus olan +**********88 nömrəsi ilə qeydiyyatda olan həmin proqramda “Salı” kimi qeyd olunan gendən başlayaraq səsli mesajlar, mesaj mətnləri göndərilmişdir. Həmin tarixdə saat 22:29-da İİR nömrəsindən qeyd olunan proqramda 30 saniyə müddətində səsli mesaj göndərilmiş, mesaj mətnində “ay əmi Allahın adına and olsun bərəkətə and olsun vəziyyətim gərgindi. Quranın adına and olsun. Bir kq mal götürəcəydim, çaş-baş oldum. Qurban olaraq az padleşka eləmədim ki başına dolanım. 125 manatdıydı, 25 dedim istəmirəm 100 vurum. 100 dən də xəbər çıxmadı. Bucür iş olmaz ki.” cavabında Məhkum 12 saniyə müddətində səsli mesaj göndərmiş və mesaj mətnində “ona görə demirəm. Canım elə ağrıyır varyoxuna nəhlət. Bir kiloya iki kiloya girmirəm ki. O neçə qramdı eliyirəm də, pulu nədi e liyirəm də, 50 manatını ödəyim qalanını sabah ödəyərəm ölürəm” deyilmişdir. Bundan sonra İİR vətəndaşından 20 saniyə müddətində səsli mesaj göndərilmiş və səsli mesajda “əmi mən bucürnə vəziyyətə almamışam, qalmaraq da ömrü boyu. Mənə vaxtında desəydin mən yerbəyer eləyərdim da. İndi hardan 3 qram, beş qram yerbəyer eliyim. Məndə də Qurana and olsun yoxdu. Ola başqa bir uşağa deyərək ki, çıx yolun qırağına qoy. Yaralı Hüseynə and olsunki yoxdu”. Cavabında Məhkum 03 saniyə müddətində səsli mesaj göndərmiş və səsli mesajın məzmununda “ ay Qasım nəysə yaxşı. Məni bu vəziyyətdə qoydun Allah köməyin olsun” deyilmişdir. Bundan sonra “Pazar” kimi qeyd olunmuş tarixdə saat 00:07-də Məhkum İİR vətəndaşına 35 ədəd xırda sözlərdən ibarət mesaj göndərmiş və mesaj mətnində “neqesen-ay-qadım-qasım-teki- gotur-bidene-qasım-birsej-qojdur-10 -dene-kartıat-vurum-qasım-menim-sözümü-hec-kime-demek-lazım-dejil-aqrıdajam-hara-qojdurabılırsen-qasım-demısem-juzu-verırler-soz-de-pısdı-vezıjet” yazılmışdır. “Çarşamba” günü kimi qeyd olunmuş tarixdə saat 02:32-də Məhkum İİR vətəndaşına mesaj yazmış və mesaj mətnində “qasım salam” qeyd olunmuş, həmin gün saat 11:35-də İİR vətəndaşından “salameleykum” yazılmışdır. Həmin tarixdə saat 16:25-də Məhkum İİR vətəndaşına 6 ədəd xırda sözlərdən ibarət mesaj göndərmiş və mesaj mətnində “malın-var-bu-terefde-qasımhe” yazılmışdır. Həmin tarixdə saat 16:44-də İİR nömrəsindən qeyd olunan proqramda 6 saniyə müddətində səsli mesaj göndərilmiş, mesaj mətnində “heyvan kəsirdim, quzu soyurdum bağışla. Hə vardı vardı” deyilmiş, daha sonra eyni formada 19 saniyə müddətində İİR vətəndaşından səsli mesaj göndərilmiş və mesaj mətnndə “Əmi mən danışdım uşalarla. Problem yoxdu. 7-8 dənə qoyular. Amma az məbləğə göndərmirlər. 100-ə göndərmirlər. Uşağın biri var idi 180 var idi onu heç döndərmədilər” deyilmişdir. Cavabında “cumartesi” günü kimi qeyd olunmuş tarixdə saat 21:09-da 06 saniyə müddətində Məhkum İİR vətəndaşına mesaj yazmış və mesaj mətnində “ hə qasım bir 200-250 manat pul olsa 20 dənə atarsan” deyilmişdir. Cavabında həmin tarixdə İİR vətəndaşından 06 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “qardaşım 250 vur 20 də olmasa bir 18 eliyib ataram” deyilmişdir. Cavabıdan Məhkum səsli mesaj göndərmiş və mesaj mətnində “hə də qasım day 20 eledə 2 qram nədiki. O iki qramında çəkirik də. 250 dəki mən vurum da sənə. Vurum heç olmasa 20 dənə də qiq atdır da qardaşım. Ayda ildə bir dəfə ağız açmışam sənə” deyilmiş, daha sonra eyni qaydada “ə bu yaxşı olandan sonra sabahdan 500 manat vuracam. Bax Qurana and olsun sən deyirdin e mənə klient tap elə bil o iki dənəni mənim üçün atırsan da bildin” deyilmiş, daha sonra eyni qaydada “ itin balasını iki gündən bir ***-**** o gunü 1500 manatlıq götürdük. İndi pulu yoxdu 250 manatlıq vursun 20 dənə at. Sənöl onu sənə calıyacam görsün də dəqiq nə var nə yox. Dostumduzdu”. Daha sonra eyni qaydada “neçəyə əmələ gəlir də, patı yəni şüşə”, eyni qaydada “çalışırsan”, eyni qaydada “qasım neylədin qasım” məzmunlu səsli mesajlar göndərilmişdir. Bundan sonra Məhkum “Qasım söz de” məzmunlu mesaj yazdıqdan sonra İİR vətnədaşından 09 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “ay qard an bir dayan. 5 dəqiqə dayan. Mal var onu götürsün deyim də sənə. Yalandan indi sənə pulunu vurdurum da ne olsun ki. Dayan 5 dəqiqə” deyilmişdir. Daha sonra Məhkum “menim payımı ayrı qoydur” məzmununda mesaj yazmışdır. Cavabında İİR vətəndaşı “yaxşı oldu səbrli ol bir azca” məzmununda səsli mesaj göndərmişdir. Bundan sonra, Məhkum İİR vətəndaşına 04 saniyə müddətində səsli mesaj göndərmiş və mesaj mətnində “qasım təxminən harda olacaq bu. Maşınsızam e ona görə deyirəm” deyilmiş, cavabıdan İİR vətəndaşı 45 saniyə müdddətində səsli mesaj göndərmiş və mesaj mətnində “ay baba mən sənə indi söz deyirəm ha. Uşaq malı götürür, qayıda evə, rahlıya, ata, bir saata, bir saat yarıma, çəkəcək. Mən sənə pulu vurmamışdan deyirəm. Başa düşürsən məni. Vurdurandan sonra bir saat bir saat yarımdan sonra göt ürəssən. Sonra demə ki, qasım mənə belə dedin elə dedin. 14 qram kola, 4 qramda patı. Zakazını verdim bağlıya. Sənin mənə 100 manat borcun qalır, 102 manat borcun qalır. Sən onları yerbəyer elə sabah da götürəndə 100 manatı vur mən sənə yenə mal göndərəcəm deyilmişdir”. Daha sonra X- X1 adına olan karta 250 manat pulun ödənilməsinə dair qəbzi İİR vətəndaşına göndərmişdir. Daha sonra Məhkum İİR vətəndaşına səsli mesaj göndərmiş və mesaj mətnində “çatdı qasım, tezləşdir da sənin qadan alaraq qasım nə qədər bacarırsan tezləşdir qardaşımsan” deyilmişdir. Bundan sonra İİR vətəndaşı 45 və 10 saniyə müdddətində 2 ədəd səsli mesaj göndərmiş və mesaj mətnlərində “oldu qoy atıram indi 10 dəqiqəyə okeyini alıram sənə deyəm problem olmaz heç narahat olma sən mənə klient calayırsan iş görməyə məndə qoy maraq xarab olasan onun yanında özündə məni yaxşı bilirsən” deyilmişdir. Bundan sonra 19 kasım perşembe kimi qeyd olunmuş tarixdə 00:19-da Məhkum İİR vətəndaşına mesaj yazmış və mesaj mətnində “qasım xeber de qardasımsan” yazılmış cavabında İİR vətəndaşından 00:25-də 03 saniyə müddətində səsli mesal göndərilmiş və mesal mətinində “qardaşım semaşka xəstəxanasına nə qədər yolun var” sualı verilmişdir. Cavabında Məhkum “20” yazmış və 01 saniyə səsli mesaj mətnində “15-20 dəqiqə brat” demişdir. Cavabında İİR vətəndaşı 265 saniyə müddətində səsli mesaj göndərmiş və mesaj mətnində “20 dəqiqədən, yarım saatdan sonra çıx. İndidən çıxma haa 20 dəqiqədən yarım saatdan sonra çıx biraz problem gəlmişdi qabağa ona görə uşaq biraz yubandı” deyilmişdir. Cavabında Məhkum 06 saniyə müddətində səsli mesaj g öndərmiş və mesaj mətnində “tez qoydur da Qasım olmadı axı sənin qadanı alım öldüy e ağrıdan vəziyyət çox pisdi” deyilmiş, cavabında İİR vətəndaşından 06 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “mən sənə dedim gedərsən də. İyirmi dəqiqəyə yarım saat gedərsən. Birazca problem gəlmişdi qabağa” deyilmişdir. Cavabında Məhkum 03 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “day denən 40 dəqiqəyə alınır da” deyilmiş, cavabında İİR vətəndaşı 04 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “qardaşım tezləşdir çıx ordan da di tezləşdir çıx” deyilmişdir. Bundan sonra, İİR vətəndaşı 22 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “semaşka xəstəxanasının aşağı qapısından düşürsən düzünə inqilaba tərəf. İnqilaba tərəf gedəndə yolun solu nda 24 dayanıb. 24 qabağında ağacın arxasında camel siqaret qabının içərisindədi” deyilmiş, daha sonra İİR vətəndaşından 01 ədədinin üzərində işarə olmaqla ümumilikdə 04 ədəd şəkil göndərilmişdir. Bundan sonra İİR vətəndaşı 50 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “ay qardaşım danışdım deməli 15 qram koladı, düppələmdüz. Özüdə güjdü koladı ha. Bir iki klientə verilibdi elə indi onlarla danışırdılar. Əmioğlum danışırdı yanı. Düppələmdüz 15 qram koladı patı deyir malın içərisində yox idi. Bu dəfə gətirilən malların içərisində patı yox idi. Əmimoğlu elə indi zəng elədi danışdı dedi qardaş patınızı qoymadım malın içinə. Sabahları götürəcəksiz patınızı. Kollalar biryerdə idi patılar bir yerdə. Kolanı apar işinizi aşırın başınıza dolanım. Boyun da qaçırmıram ki. Adboy da ve rirəm zəng eləmə ki. Götür patını da sabahları götürəndə yerbəyer eləyərik” deyilmişdir. Cavabında Məhkum 05 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “qasım sən deyirsən camaat məni orda gözkləyir e belə yalançılıq olmaq lazım deyil axı deyilmişdir”. Cavabında İİR vətəndaşı 22 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “qardaşım başına dolanım sənə Allah eləməmişdən əskik verməmişəm aldatmamışam ki. Başına dolanım 14 qram versəydim eləyəcəydi 252 manat. 15 qram vermişəm 20 manatda sən mənə borclusan da başına dolanım. Mən sənə yalan palan danışıram? Özündə görürsən ki yalan söhbəti yoxdu” deyilmişdir. Həmin tarixdə saat 09:26-da Məhkum İİR vətəndaşına “salam nejnirsən” mesajı göndərmiş, cavabında İİR vətəndaşı “salam çox sagol sen necesen?” yazmışdır. Da ha sonra Məhkum “saqol jalancı cıxarma menı penqerenı atdır ındı qasım” yazmışdır. Cavabında İİR vətəndaşı 28 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “ay qardaşım qoy millət bir yuxudan dursun. Dura gedə o ünvandan malları götürə gələ, bağlaya ata hələ çox çəkəcək. İşinizi görün demirdin axı bugünləri mal götürəcək istəyəcək. Malda verirəm də. Mal istəyəndə 2 qram, 3 qram sənin əzəvindən pəncərə istəsən pəncərə torpaq istəsən torpaq verirəm də ”deyilmiş, cavabında Məhkum 11 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində“ vurduracam ee öz canım üçün düzüb qoşacam. Zaur zad mən onlarla görüşüb eləmirəm mən düz adamam e nə dedim eləyirəm” deyilmişdir. Cavabında İİR vətəndaşı 30 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “ay qardaşım başına dol anım bir qram elə sənin orda payın vardıda. Alıbsan yəqinki. Bir qramdan da çox. Bir tərəfdən də qoy işləsinlər, pul toplasınlar vursunlar bu reys sənə 2 qram, 3 qram, 4 qram 5 qram hər nədisə sənin payını atacam. Narahat olma özün bilirsən sözüm sözdü. Kəlməmə oyan bu yan yoxdur” deyilmişdir. Bundan sonra İİR vətəndaşından üzərində 15.01 rəqəm yazısı olan elektron tərəzi çəkli göndərilmiş, həmin elektron tərəzinin üzərində sellofan paketdə boz rəngli maddələrin olması müşahidə edilmişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə Məhkum İİR vətəndaşına mesaj gödnərimiş və mesaj mətnində “10 dejqeje catıram” yazılmış və səsli mesaj göndərilmşdir. Mesaj mətnində ünvanı atırsan? Burdayam qardaşım” yazılmışdır. Bundan sonra İİR vətəndaşı 02 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətn ində “get bolmartın qabağına” deyilmişir. Bundan sonra İİR vətəndaşı həmin tarixdə saat 20:49-da üzərində “Bolmart” yazısının olduğu mağazanın şəklini Məhkum göndərilmişdir. Bundan sonra İİR vətəndaşı 05 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “sabunçuda hərkəsdən soruşsan Bolmart hamı deyəcək e baba. Böyük marketdi” Cavabında Məhkum 02 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “sabunçuya salmısan kruqa? O zabrat yolundadı. 3-4 dəqiqəyə ordayam” deyilmiş, cavabında İİR vətəndaşı 01 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “yaxşı” demişdir. Bundan sonra Məhkum İİR vətəndaşına 02 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “qasım burdayan bolmaartın qabağında” deyilmişdir. Cavabında İİR vətəndaşı 06 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “atıram da ünvanları atıram başına dolanım bir dəqiqə dayan. Səbrli olda başına dolanım 2 dəqiqəyə atıram” deyilmişdir. Daha sonra Məhkum səsli mesajlar göndərmiş və mesaj mətnlərində “neçə dənədiki Qasım ünvan, bir dənə deyil qardaşım” deyilmişdir. Bundan sonra İİR vətəndaşı Məhkum 08 ədəd şəkil göndərmişdir. Həmin şəkillərdə bir ədəd bankomatın, bir neçə nəfər şəxslərin, pilləkənlərin, mişar daşları ilə tikilmiş hasarın, sarı rəngli turbaların olduğu yerin, qaranlıq ərazinin, bir ədəd təkərin və göy rəngli sellofan torbanın şəklinin olması müəyyən edilmişdir. Bütün şəkillərdə hərəkət istiqaməti göstərilsə də, göy rəngli sellofan torba dairəyə alınmış vəziyyətdə olmuşdur. Bundan sonra İİR vətəndaşı 14 saniyə müddətində səsli mesaj göndərilmiş və m esaj mətnində“ götürdün mənə denən biraz arxein olum. Ondan da sonra çox uzatma o uşaqların malın. Get onları da qoy, özünkünü də yerləşdir hara yerləşdirirsən yerləşdir. Onlarınkın da qoy deyim onlar gəlsin” demişdir. Bundan sonra Məhkum 05 saniyə müddətində səsli mesaj göndərilmiş və mesaj mətnində “ ay qasım bu neçə dənədi ki şəkil atmısan. Bu bir yerdə bi dənə şey deyil” deyilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyy ən edilmişdir. Həmin dəlillər məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində iki azyaşlı uşağının olması) olmasını, ağırlaşdıran halla rın isə olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Səfərov Abuzər Qulamhüseyn oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Səfərov Abuzər Qulamhüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi Səfərov Abuzər Qulamhüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar