Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1682/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-285/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Xəl ilov Hikmət Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx xxxx-ci ildə Füzuli rayonunun Arayatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, “FX” X13 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Babı kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 314.2 və 311.3.2ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 dekabr 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tə rəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 04 yanvar 2021-ci il tarixdən olmaqla “X” X13 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə 12 mart 2021-ci il tarixdə qarında yırtıq şikayətləri ilə ona müraciət etmiş Beyləqan rayonunun Dünyamalılar kənd sakini X2 qəbul edib müayinə etdikdən sonra bir həftə ərzində sonuncunu qarın yırtığı diaqnozu ilə cərrahiyyə əməliyyatı edəcəyini bildirməklə həmin tarixdə dövlət müəssisəsi olan “X” X12 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində ə məliyyat haqqı adı ilə maddi nemət olan 650 (altı yüz əlli) manat məbləğində pulu “X” X13 Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla X1-dən şəxsən rüşvət qismində istəmiş və 22 mart 2021-ci il tarixdə rayon mərkəzi xəstəxanasında stasionar müalicəsi davam edən X yanında qalan və cinayətdən xəbərsiz olan gəlini Şahid3 sonuncunun əri X1-dən əvvəlcədən istədiyi 650 (altı yüz əlli) manat pulu həmin xəstəxananın 303 №-li otağında rüşvət qismində almışdır. Bundan başqa o, “X” X13 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə 22 mart 2021-ci il tarixdə “38-39 həftəlik hamiləlik, başgəlişi, qanama” diaqnozu ilə ona müraciət etmiş İmişli şəhər sakini Şahid5 qəbul edib müayinə etdikdən sonra sonuncunun təcili klassi k keysəriyyə əməliyyatı olunmasının vacibliyini bildirməklə həmin tarixdə dövlət müəssisəsi olan “X” X12 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 550 (beş yüz əlli) manat məbləğində pulu “X” X13 Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla Şahid5 cinayətdən xəbərsiz olan əri Şahid4 təkrar rüşvət qismində istəyərək almışdır. Bundan başqa o, “X” X13 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə 05 may 2021-ci il tarixdə uşaqlıq yolundan qanaxma şikayətləri ilə ona müraciət etmiş Füzuli rayonunun Araz Dilağarda kənd sakini Zərər çəkmiş şəxs qəbul edib dinlədikdən sonra sonuncuya zəruri müayinə və analizləri verməsini tövsiyə etdiyindən, Zərərçəkmiş şəxs həmin tarixdə müayinələrdən keçmiş, 06 may 2021-ci il tarixdə yenidən onun qəbulunda olmuş, o, müayinələrin nəticələrinə baxdıqdan sonra Zərərçəkmiş şəxs təcili cərrahiyyə əməliyyatı olunmasının vacibliyini bildirib həmin tarixdə dövlət müəssisəsi olan “X” X12 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pulu “X” X13 Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla Zərərçəkmiş şəxs şəxsən təkra r rüşvət qismində istəyərək almışdır.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-3/2023 nömrəli, 27 yanvar 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə bəraət verilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunaraq 03 (üç) il 06 (altı) ay müddətə az adlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 yanvar 2023 cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, xüsusi müsadirə və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Yusifov Ceyhun Salman oğlu ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Məhkum bəraət verilməsini, dövlət ittihamçısı isə apellyasiya protesti verərək hökmü ləğv edib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəların hökmdən xaric edilməklə Məhkum Azərbaycan Respublikası CM-nin 314.2 və 311.3.2-ci maddələri ilə təqsirli bilinməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişlər.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-237/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı ilə Məhkum və müdafiəçi Yusifov Ceyhun Salman oğlunun apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, hökm Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.2- ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilərək, əməlin Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilməsi, onun həmin maddələr ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci madd əsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən xitam verilməsi, hökmdən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cəza təyin edilməsi ilə bağlı müddəaların xaric edilməsi qərara alınmış, hökm apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı kassasiya protesti verib, Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə bəraət verilməsi və Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə əməlinin tövsifində səhvə yol verildiyindən, habelə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin müddəalarının xaric edilməklə apellyasiya protestinin təmi n edilməsinə dair hissədə qərarı ümumiyyətlə anlaşılmaz olduğundan, həmin qərarın qanunsuz olduğuna görə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Həmin qərardan Məhkum kassasiya şikayəti verib, mübahisəsini etdiyi qərarın təqsirli bilindiyi hissəsinə münasibətdə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)165/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının kassasiya protesti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-237/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı ilə Məhkum əməlinin Azərbaycan Respub likası CM-nin 311.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilməsi və onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-nin 731.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən xitam verilməsi hissəsində kassasiya protestinə əsasən ləğv edilməsi və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.
11. Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 1(106)-285/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qərarı ilə hökmdən dövlət ittihamçısının apellyasiya protesti, Məhkum və müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)3/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmış, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 04 (dörd) ay 10 (on) gün müddətin ona Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azad lıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verib, hökmün Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair cəza təyininə dair hissədə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)226/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-285/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qərarı ka ssasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
15. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkum qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası CM-nin 311-ci maddəsində müəyyən edilmiş vəzifəli şəxs anlayışı altına düşmədiyinə görə, onun həmin maddə üzrə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi haqda məhkəmə aktları qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)285/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində bəraət verilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
18. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsess ual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
19. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya i nstansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
21. Müdafiəçi kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə sonuncuya bəraət verilməli olduğunu iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
22. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-285/2024 nömrəli, 02 avqust 2024-cü il tarix li qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
24. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsin də Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
27. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə tə qsirliliyinin sübuta yetirilmədiyinə dair iddiası əsassızdır, əməllərində qeyd olunan cinayətin tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən onun həmin maddə ilə təqsirli bilinməsi və cəzalandırılması əsaslı və qanunidir.
28. Belə ki, baxılan cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 311.3.2ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)237/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısının verdiyi kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında işə baxan əvvəlki məhkəmə kollegiyası müəyyən etmişdir ki, dövlət adından yaradılmış qeyri- kommersiya təşkilatı olan “X” X13 tibbi xidmət üzrə fəaliyyəti cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləyən Məhkum dövlət qulluqçusu olmaqla dövlət tərəfindən vətəndaşlara pulsuz tibbi xidmətin (cərrahiyyə əməliyyatları, stasionar və ambulator müayinə və müalicələrin tam ödənişsiz olmaqla) həyata keçirilməsi vəzifələrinin (tibbi yardım xidmətlərinin) icrası tapşırılmış (müvafiq qanun, təlimat və əmrə əsaslanaraq) səlahiyyətli şəxs olmaqla onun vətəndaşalara qarşı həkim-cərrah kimi tibbi xidməti fəaliyyəti dövlətlə vətəndaşlar arasında olan hüquq münasibətlərini özündə ehtiva edən (hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən) hərəkətlərdən ibarətdir. Qeyd olunanlarə nəzərə alan kassasiya məhkəməsi kollegiyası hesab etmişdir ki, dövlə t tərəfindən səhiyyə sahəsində vətəndaşlara pulsuz tibbi xidmətin həyata keçirilməsi vəzifələrinin, o cümlədən dövlət tərəfindən yaradılmış qeyrikommersiya təşkilatı olan Füzuli RMX PHŞ-i vasitəsilə vətəndaşlara birbaşa tam ödənişsiz olmaqla göstərilən tibbi xidmətin həyata keçirilməsi vəzifəsinin icrası tapşırılmış həkim-ümumi cərrah vəzifəsində işləyən Məhkum dövlət qulluqçusu olmaqla vəzifəli şəxs kimi qulluq mənafeyinə zidd olaraq etdiyi hərəkətlər, yəni vətəndaşların üzərində cərrahiyyə əməliyyatlarının icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan müəyyən məbləğlərlə pulun alınması hərəkətləri dələduzluq kimi qiymətləndirilməsi apellyasiya məhkəməsinin sübutların tədqiqinə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərini pozmaqla, əməlin tövs ifi üçün mühüm əhəmiyyət kəsb edən sübutları düzgün qiymətləndirməyən nəticə kimi özünü göstərir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin həmin qərarı ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına göndərilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarı kassasiya instansiyası məhkəməsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş, qərarda birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum və müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində, apellyasiya şikayətlərinin dəlilləri ilə eyni olan hazırkı kassasiya şikayətində qaldırılan dəlillərə müvafiq əsaslandırma təmin edilmə klə cavablandırma verilmişdir.
30. Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya müraciətində qeyd edilən dəlilləri üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
31. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
32. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusi yasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
33. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (o cümlədən, məhkəmə baxışının predmetini hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda k i, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
34. Yekunlaşaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan kassasiya müraciətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin son qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayəthüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya müraciətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisəsi edilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvaf iq qənaətini şübhə altına almaq üçün əsas görmür.
35. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
36. Bununla belə, məhkəmə kollegiyası mübahisələndirilən qərarın məhkum edilmiş şəxs Məhkum əsas cəza təyin edilməsi ilə bağlı hissədə dəyişdirilməsini zəruri hesab edir.
37. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni ci nayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
38. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında cəza tətbiqinin əsaslarına aid hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalət prinsipinə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qa nunu ilə cəza anlayışına bir sıra yeni elementlər daxil edilərək cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarları).
40. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azə rbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
41. Qeyd edilən maddi hüquq normalarının tələbləri və onlara, eləcə də cəza tətbiqinin ümumi prinsiplərinə aid Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının şərhini rəhbər tutmaqla cinayət işinin materialları üzrə müəyyən edilən işin faktiki hallarını ar aşdıran məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edən birinci instansiya məhkəməsi, həmin hökmü dəyişdirmədən qüvvəsində saxlayan apellyasiya instansiyası məhkəməsi bu məsələnin həllinə təsir edə biləcək bütün halları, o cümlədən onun şəxsiyyətini səciyyələndirən, cəzasının yüngülləşdirməsinə təsir edə biləcək halları, habelə təyin olunmuş cəzanın ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin etməmişdir.
42. Belə ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları (yaşlı şəxs olmas ı, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və ilk məhkumluğu), cəzasını yüngülləşdirən hallar olaraq 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı və fəxri fərmanlarla təltif olunmasını, məcburi köçkün olmasını, habelə onun ailə üzvlərinin və yaxın qohumlarının da 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müsbət xidmətlər göstərmələrini, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin işin faktiki hallarından irəli gələn xüsusatları müstəsna hallar kimi qəbul edib, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq etməklə, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş (bu maddənin sanksiyasında nəzərdə t utulmuş) azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az olan 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını, həmçinin Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasını təyin etmiş, həmin əsas və əlavə cəza əsasında onun islah olunmasını mümkün hesab etmişdir.
43. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir. Məhkuma təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi hissəsində mübahisələndirilsə də, lakin yekunda dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-226/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı üzrə məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə məhkəmələrin qənaəti qanuni və əsaslı hesab edilərək, hazırda mübahisələndirilən qərar kassasiya protesinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
44. Cinayət işinin yuxarıda təsviri verilən hallarının məcmusunu, eləcə də məhkumun şəxsiyyətini səciyyələndirən halları nəzərə alan kassasiya məhkəməsi kollegiyası daha əvvəl istinad edilmiş cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara və onların şərhinə aid Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında verilmiş müddəalara əsaslanaraq hesab edir ki, Məhkum islah edilməsinə nail olunması, eləcə də Azər baycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə də mümkündür.
45. Həmin qənaətə gələn məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, xx xxxx xxxx-ci il təvəllüdlü Məhkum hazırda 67 yaşı olduğundan, onun artıq qocalıq yaş həddinə çatması əlavə müstəsna hal kimi nəzərə alınmalıdır.
46. Belə ki, şəxsin qocalıq həddinə gəlməsinin əvvəlinin hansı yaşdan hesablanması beynəlxalq sənədlərdə, eləcə də müxtəlif ölkələrin sosial təminat və tibbi xidmə tlər proqramlarında əksini taparaq 65 yaşında müəyyən edilmişdir. Bu yaş sərhədi, xüsusilə pensiya yaşının başlanğıcı və yaşlılara xüsusi hüquqların verilən nöqtə kimi qəbul edilir.
47. Məsələn, yaşlıların həyat şəraitinin yaxşılaşdırılması üçün tərtib edilmiş Birləşmiş Millətlər Təşkilatının (Bundan sonra – “BMT”) Yaşlıların Hüquqları haqqında Beynəlxalq Sazişində (1982, Vyana Planı) və Yaşlılaşma ilə bağlı Beynəlxalq Tədbirlər Planı (2002, Madrid Planı) 65 yaşını yaşlılığın başlanğıcı olaraq müəyyən edir və həmin yaşdan etibarən xüsusi sosial dəstək və xidmətlərə ehtiyac duyulacağını vurğulayır.
48. BMT-nin Sosial İnkişaf və Yaşlanma üzrə Komitəsinin qəbul etdiyi bir sıra sənədlərdə də 65 yaş və daha yuxarı yaş qrupunda olan şəxslər yaşlılar kimi qəbul edilir və onlara sosial müdafiə t ədbirləri, tibbi xidmətlər və digər hüquqlar verilir. 49. 65 yaşının yaşlılıq dövrünə başlanğıc verməsinin əvvəli olduğu Dünya Səhiyyə Təşkilatının qocalma ilə bağlı qəbul etdiyi sənədlərdə, o cümlədən 1999-cu ildə qəbul edilmiş Aktiv Yaşlılaşmaya dair Ümumdünya Strategiyasında da vurğulanmışdır.
50. Həmçinin, Avropa İttifaqının Aktiv Yaşlılaşma Strategiyasında da 65 yaşdan sonra insanların aktiv həyat sürməsi və sosial müdafiə alması üçün xüsusi strategiyalar qəbul edilmiş, bu yaş həddi həm də pensiyaya çıxma yaşını müəyyən edən bir yaş həddi olaraq qəbul edilmişdir.
51. Nəhayət, 65 yaş müxtəlif sosial təminat sistemlərində (o cümlədən, Azərbaycan Respublikasının pensiya qanunvericiliyində) pensiya yaşının başlanğıcı olaraq qəbul edilməklə, yaşlılıqla bağlı hüquq və xidmətlərin məhz bu ya şda yaranmasına əsas verən yaş həddi kimi müəyyən edilmişdir.
52. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi ilə də onun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə çatmaq mümkündür.
53. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınmasının cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli forması olmasını, qanunvericinin humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkün olması barədə mövqeni də nəzərə alır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
54. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-285/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şə rh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-285/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-3/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-285/2024 nömrəli, 02 avqust 202 4-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Məhkum azad edilsin. Məhkum üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun, bu vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun daimi yaşayış qeydiyyatında olduğu ərazi üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi t ətbiq olunmaqla təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-285/2024 nömrəli, 02 avqust 2024-cü il tarixli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.