Məhkəmə qərarları › İş №1(102)-1683/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1683/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1683/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və zərə rçəkmiş şəxsin hüquqi varisi X7 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi20 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Əliövsəd Abasov və Eldar Mikayılov) 17 iyun 2021-ci il tarixli 1(101)73/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs2 CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs3 CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs4 CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli hökmü ilə və hazırki hökmlə ona təyin edilmiş cəzalar hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə m üəssisəsində çəkməklə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, təqsirləndirilən şəxs Məhkum CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 (on altı) il müddətə və Təqsirləndirilən şəxs5 CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Məhəmmədəli Rzayev) 11 may 2022-ci il tarixli 1(105)-34/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, T əqsirləndirilən şəxs4, müdafiəçilər Müdafiəçi4, R.A.Abilova, Müdafiəçi9, Müdafiəçi3, Müdafiəçi7, Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi Y.A.Əsədov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Şahin Yusifov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Rəşad Abdulov) 21 fevral 2023cü il tarixli 1(102)-310/2023 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2022-ci il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi Yaqut Əsədov tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 16 may 2023-cü il tarixdə məhkumlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçi si Müdafiəçi20 kassasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur (kassasiya şikayətləri 12 may 2023-cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir). İş materiallarından görünür ki, məhkumlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi20 apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddəti buraxmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şə xsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixdə qərarı çıxarılmış, məhkumlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi20 kassasiya şikayətləri vermiş lakin məhkəmə baxışınadək şikayətlər məhkumlar tərəfindən geri götürülmüşdür. Hazırkı dəfə kassasiya şikayətləri müdafiəçi tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmaqla verilmişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Yuxarıda göstərilən hallar hazırki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi20 kassasiya şikayətlərinə baxılmasına mane edir. Azərbaycan Respublikası CPM-in 412.1 və 415-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin şikayətin və protestin mümkünlüyünə baxılması apellyasiya instansiyası məhkəməsinin səlahiy yətinə aid edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-in 410.1.4-cü maddəsinin tələblərini nəzərə alınmaqla məhkəmə kollegiyası bildirir ki, məhkumlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi20 yazdığı kassasiya şikayətlərinin verilmə müddəti 11 may 2023-cü il tarixdə bitmiş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin kassasiya şikayətlərinin mümkünlüyünə baxılmamışdır. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 413-cü maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yet irilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apelyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkumlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi20 kassasiya şikayəti baxışdan çıxarılmalı və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli 1(105)-34/2022 nömrəli tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi20 tərəfindən verilmiş kassasiya şikayətləri baxışdan çıxarılsın və cinayət işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar