Məhkəmə qərarları › İş №1(102)-1684/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1684/2019

18.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1684/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə 26 may 1978-ci ildə Ağdam rayonunun ************* kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 4 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 17 7.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə (hakim Hüseyn Mirzəliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il müddətə azad lıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 10 noyabr 2018-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), R.Ə.Əliyev və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum olunmuşdur ona görə ki, o, 12 iyul 2018-ci il tarixdə, saat 04 radələrində Mingəçevir şəhəri, ****************** saylı binanın 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan ayaqqabı sexinin qapısını əli ilə itələyib açaraq içəri qanunsuz daxil olub, oradan 1 (bir) cütünün dəyəri 40 (qırx) manat olan 160 (yüz altmış) manat dəyərində 4 cüt qəhvəyi rəngli, 39 ölçülü, “ANKARA" markalı, süni dəri materialından hazırlanmış kişi ayaqqabılarını, 1 (bir) cütünün dəyəri 35 manat olan, 105 (yüz beş) manat dəyərində, 3 cüt qara rəngli 40 ölçülü, süni dəri materialından hazırlanmış kişi ayaqqabılarını, 1 (bir) cütünün dəyəri 6 (altı) manat olan 36 (otuz altı) manat dəyərində, 6 cüt süni dəri materialından hazırlanmış pəstahlari və 1 (bir) ədəd 1 metr uzunluğunda, 50 (əlli) manat dəyərində süni dərini özgənin, yəni Zərərçəkmiş şəxs1 məxsus 351 (üç yüz əlli bir) manat dəyərində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa, o, 12 oktyabr 2018-ci il tarixdə, saat 02 radələrində Mingəçevir şəhəri, ******** *********** saylı binanın arxa hissəsində yerləşən X2 məxsus olan bağ sahəsinin qapısını, ardınca isə həmin bağda yerləşən toyuq hininin qapısının qıfılını əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə sındırıb açaraq içəri qanunsuz daxil olub, hindən 1 (bir) ədədinin dəyəri 10 (on) manat olan 150 (yüz əlli) manat dəyərində 15 ədəd toyuğu özü ilə gətirdiyi kisəyə yığıb hindən bayıra çıxararkən T6 onu tutub saxladığından zərərçəkmiş şəxs T6 məxsus olan 150 (yüz əlli) manat dəyərində əmlakı gizli olaraq talamağa yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa, o, 09 noyabr 2018-ci il tarixdə, saat 18 radələrində yaşadığı Mingəçevir şəhərinin *********************saylı binanın arxasından piyada keçərkən yerdən tapıb əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd siqaretin gümüşüağ rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,780 qram narkotik vasitə hesab edilən heroini satış məqsədi olmadan əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoyub üzərində saxlayaraq daşımış və 10 noyabr 2018-ci il tarixdə, saat 12 radələrində həmin çəkidəki narkotik vasitə hesab olunan heroin ünvan 2 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasında polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarının dəyişdirilməsi, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. M əhkum qeyd edir ki, ona cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi yüngülləşdirici halları nəzərə almamışdır. Məhkumun fikrincə, himayəsində 4 nəfər azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, həyat yoldaşının ağır xəstə olması yüngülləşdirici hallar kimi nəzərə alınmaqla cəzası yüngülləşdirilməli, CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ona daha yüngül cəza təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxıl ması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti ona təyin edilmiş cəzanın ağır olması və cəza təyini zamanı barəsində yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkum еdilmiş şəхs Məhkum Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsə ni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, himayəsində 4 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və vurulmuş maddi zərəri ödəməsini cəzasını yüngülləşdirən hal kimi, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə almış və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən CM-nin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “ Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün mü stəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublika sı Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cə za təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol ver məməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələr in və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, xarakterini, məhkumun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, himayəsində 4 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və vurulmuş maddi zərəri ödəməsini cəzasını yüngülləşdirən hal kimi, mə hkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək, Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş və aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş cəzadan aşağı həddə cəza təyin etmək üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin tö rədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhk əməsinin 01 may 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar