Məhkəmə qərarları › İş №1(102)-1684/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1684/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1684/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum1 müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinə əlavələrə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X4 və X9 ibarət tərkibdə) 28 avqust 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1964-cü ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdəişləmiş, hazırda t əqaüdçü, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 41, mənzil 3/8-də qeydiyyatda olub yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.2, 178.2.4 maddələri ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3.-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmiş və ona 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, hökm qanuni qüvvəyə mindikdən sonra ""başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, cəza çəkmə müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanması hökm edilmişdir. Hökmlə digər şəxs Məhku m2 da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X15 oğlunun sədrliyi və məruzəsi, X10 və X5 ibarət tərkibdə) 12 avqust 2021-ci il tarixli qərarı ilə Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri; habelə Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətinə edilmiş əlavə təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum1 və Məhkum2 barəsində olan 28 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinin tətbiqinə dair müddəalar məhkəmənin hökmündən xaric edilmiş, Məhkum1 barəsində həbs qətimkan tədbiri seçilməklə dərha l məhkəmə iclas zalında həbsə alınmışdır. Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 04 il müddətinə və təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzalar qismən toplanılmaqla və toplanılan əlavə cəza toplanılan əsas cəzaya birlə şdirilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli tutulduğu 12 avqust 2021-ci il tarixdən hesablanmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivinin Məhkum2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəa hökmdən xaric edilmiş, məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə y olu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, 22 aprel 2014-cü il tarixdən 4 may 2016-cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup ş əxs qismində birləşib 2015-ci ilin yanvar ayının əvvəllərində sonuncu vasitəsilə özünə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri, Nərimanov rayon məhkəməsi tərəfindən 22 noyabr 2014-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş X6 əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə sonuncunun həbsdən azad etdirilməsində köməklik göstərilməsi məqsədilə müraciət edən sonuncunun qardaşı, Məhkum2 tanışı - Hacıqabul şəhər sakini Şahid2 özünün Azərbaycan Respublikası DİN-də işləməklə həmin Nazirliyin səlahiyyətli yüksək vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həm in vəzifəli şəxs vasitəsilə qeyd edilən cinayət işi üzrə Əlibaba Axundovun əməlinin tövsifi və həbsdən azad edilməsində köməklik göstərmək imkanında olmasını bildirib aldatmaqla, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əlibaba Axundovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib aldatmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid2 inam və etibarını qazanıb razılığını almaqla onunla sövdələşib, həmin adla sonuncudan 15 yanvar 2015-ci il tarixdə ünvan 1 ünvanın qarşısında 2.500 manat, 2015-ci ilin yanvar ayının sonlarında Məhkum2 vasitəsi ilə ünvan 1 ünvanın qarşısında 2.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.961 manat, 2015-ci ilin mart ayında Məhkum2 vasitəsi ilə Hacıqabul rayonu ərazisində üç dəfəyə hissə-hissə olmaqla cəmi 7.500 manat, 2015-ci ilin aprel ayında Məhkum2 vasitəsi ilə ünvan 1 ünvanın qarşısında 5.000 manat olmaqla, ümumilikdə 16.961 manat məbləğində pul vəsaitini alıb Məhkum2la aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 16.961 (on altı min doqquz yüz altmış bir) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əlibaba Ax undovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, 5 may 2016-cı il tarixdən 16 noyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Səbail rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsində işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 2016-cı ilin yanvar ayının əvvəllərində sonuncu vasitəsilə özünə oğlu Şahid3 Səbail rayon polis idarəsinə polis nəfəri kimi işə düzəldilməsində köməklik göstərilməsi məqsədilə müraci ət edən Məhkum2 tanışıHacıqabul şəhər sakini Şahid1 özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxslər vasitəsilə Şahid3 qeyd edilən məsələdə köməklik göstərmək imkanında olmasını aldatmaqla bildirib, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını qabaqcadan əlbir olan bir qrup şəxs qismində yalandan bildirib aldatmaqla Şahid1 inam və etibarını qazanıb razılığını alaraq onunla sövdələşib, həmin adla sonuncudan Məhkum2 vasitəsi ilə 16 iyun 2016-cı il tarixdə Bakı şəhəri, Binə qədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən "Sarı market” adlanan ərzaq mağazasının yaxınlığında 2.000 manat, 20 iyun 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkında 2.000 manat, 25 iyun 2016-cı il tarixdə "xxxx" ASCnin ünvan 2 ünvanında yerləşən “Yasamal” filialının qarşısında 2.000 manat olmaqla, ümumilikdə 6.000 (altı min) manat məbləğində pul vəsaitini alıb Məhkum2la aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən Məhkum2la qabaqcadan əlbir ola n bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində qeyd edir ki, Apellyasiya məhkəməsinin Məhkum1 təqsirli bilinməsinə dair hissəsində əsassız və qanunsuzdur. İbtidai istintaq orqanı və aşağı instansiya məhkəmələri tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, ziddiyyətlər aradan qaldırılmamış və həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlar əldə edilərək iş materiallarına əlavə edilməmişdir. Belə ki, cinayət işində olan X2 müraciətinə baxılmasına dair 12 m art 2018-ci il tarixli arayışdan müəyyən edilir ki, Axundov X7 RPŞnə ərizə ilə müraciət edərək, iş üzrə digər təqsrləndirilən şəxs Məhkum2 hüquqi yardım göstərərək AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən qardaşı Əlibala Axundovun təqsirinin olmamasını sübut edəcəyini vəd verib 10.000 manat pullarını ələ keçirdiyini, həmçinin sonuncunun tanışı olan polis əməkdaşı Məhkum1 onlara məsələlərinin həll ediləcəyinə söz verməsini, lakin qardaşının 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, pullarının isə qaytarılmadığını bildirmişdir. Lakin həmin ərizə və materiallar əldə edilərək araşdırılmamış və cinayət işinə əlavə edilməmişdir. Tərəfindən Hacıqabul RPŞ-nə sorğu edilərək qeyd edilən sənədlər əldə edilmişdir və məhkəməyə təqdim edilmişdir. Qeyd edilən ərizə və mat erialların tədqiq edilməsi üçün apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə keçirilməsinin təmin edilməsi barədə vəsatəti rədd edilmişdir ki, bu da qanunsuz qərar qəbul edilməsi ilə nəticələnmişdir. Bu izahat və ifadələrindən əvvəl, hadisənin baş verməsindən çox az müddət sonra Şahid2 hazırkı şikayətə əlavə olunan 17 noyabr 2016-cı il tarixli ərizəsində Məhkum2 Namiq və başqa dostlarının olmasını və onların vasitəsilə savadlı vəkillə hüquqi yardım haqqında müqavilə bağlayaraq Əlibabanın maddəsini dəyişdirəcəyini və ona yüngül cəza təyin etdirəcəyini bildirərək 2015-ci il yanvar ayının 10-da Məhkum2 yaşadığı evdə mərhum qaynanası və anasının yanında 5000 manat pul, 2015-ci il aprelin 14-də Hacıqabul rayonunda Ağakərim Kərimovun çayxanasında sonuncunun yanında 5000 manat, 2015-ci ilin mart ayının 14-də 2000 manat, 2016-cı ilin iyun ayının 8-də 200 manat, 2016-cı ilin iyunun 9-da isə poçt vasitəsilə 300 manat pul verməsini, Məhkum2 ona ümumilikdə 12500 manat ziyan vurmasını göstərmişdir. Göründüyü kimi, Şahid2 ilk ərizəsində pulları hansı şəraitdə, nə üçün, kimə və hansı məqsədlə verməsi detallı şəkildə, dəqiqliklə göstərilmişdir. Həmin ərizə 17 noyabr 2016-cı ildə tərtib edilmişdir və sonuncu məbləğin verilməsindən cəmi 5 ay sonraya təsadüf edir. Bununla da verilmiş ittihamda guya Bakı şəhəri BPİ-nin qarşısında Məhkum2 və Şahid2 müdafiəçisi olduğu şəxsə pul vermələri barədə göstərdikləri tamamilə inkar olunur. Bakı Ağır Cinayətlər Məhkəməsi əsassız və qanunsuz olaraq ibtidai istintaq orqanının vermiş olduğu ittiham ilə razılaşaraq Məhkum1 əməlinin CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,312.2-ci maddəsi ilə tövsif olunmasını qanuni hesab etmişdir və onu bu maddə ilə təqsirli bilmişdir. Apellyasiya məhkəməsi isə həmin hökmü qeyd edilən hissədə qanunsuz olaraq qüvvədə saxlamışdır. Məhkəmə heç bir əsas olmadan apellyasiya protestini təmin edərək, müdafiəçisi olduğu şəxsin barəsində CM-nin 70-ci maddəsini hökmdən xaric edərək, onu məhkəmə zalından həbs etmişdir. Birinci epizod üzrə verilmiş ittiham tamamilə Məhkum2 və Şahid2 ifadələri üzərində, ikinci epizod isə yalnız Məhkum2 ifadələrinə əsaslanmışdır. Həmin şəxslərin ifadələrinin qeyri-obyektiv olması yuxarıda sadalanan səbəblərdən, hazırkı şikayətə əlavə edilən materiallardan və Məhkum2 və digərlərinin birinci instansiya məhkəməsində verdikləri ifadələrlə sübuta yetirilmişdir. Kassasiya şikayət ində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarını Məhkum1 təqsirli bilinməsinə dair hissədə ləğv edərək həmin hissədə cinayət işinin icraatina bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum1 kassasiya şikayətinə əlavələr verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarını ləğv edərək, əməlində cinayət tərkibinin olmaması, cinayətlərə aidiyyətinini olmaması, təqsirliliyinini sübuta yetirilməməsi əsası ilə barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında müdafiəçi cinayət əməli nəticəsində dəyən ziyanın və həmin ziyanın 25 faizi məbləgində dövlət nəfinə ödənil məsi barədə qəbzlər təqdim edərək Məhkum1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzadan həmin məcəllənin 73.2-ci maddəsinə əsasən azad edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayəti və kassasiya şikayətinə əlavələrin dəlillərini müzakirə edib, Məhkum1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzadan həmin məcəllənin 73.2ci maddəsinə əsasən azad edilməsi və CM-in 32.4,312.2-ci maddəsi ilə bəraətverici əsaslarla xitam verilməsi barədə müdafiəçinin, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə dəymiş ziyanın ödənilməsi ilə bağlı qanunamüvafiq qərarın qəbul edilməsini, CM-in 32.4,312.2-ci maddəsi ilə b əraətverici əsaslarla xitam verilməsi hissəsində kassasiya şikayəti və kassasiya şikayətinə əlavələrin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və ona əlavələr qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələbləri nə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayəti və ona əlavələrə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178. 2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittihamdan görünür ki, törədilmiş dələduzluq əməlləri nəticəsində zərərçəkmiş şəxs Şahid2 16.961 (on altı min doqquz yüz altmış bir) manat və zərərçəkmiş şəxs Şahid1 6000 (altı min) manat ziyan dəymişdir. Kassasiya məhkəmə kollegiyasının iclasında təqdim edilmiş Şahid2 notariat qaydasında təsdiq edilmiş 23 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, vətəndaş Məhkum1 qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onu bağışlamışdır. Ona dəymiş maddi ziyan Məhkum1 tərəfindən tam ödənilmiş, nəzərə alınmasını xahiş edir. Şahid2 Ali Məhkəməyə vurduğu 23 sentyabr 2022-ci il tarixli teleqramının məzmunundan görünür ki, Məhkum1 ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Nəzərə almasını xahiş edir. Birinci instan siya məhkəməsində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, şikayətini geri götürdükdən sonra 6.000 (altı min) manat pul ona geri qaytarılmışdır…. Onun şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Kassasiya məhkəmə kollegiyasının iclasında təqdim edilmiş "xxxx" ASC-nin Sahil filialının xx.xx.2022 və xx.xx.2022-ci il tarixli, 20268 və 6575 nömrəli ödəniş qəbzlərindən görünür ki, dələduzluq cinayət əməli nəticəsində vurulmuş ziyanın (cəmi 22961 manat) 25 faizi məbləğində (5781 manat) dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş ha llar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 80-1-ci maddəsinə əsasən məhkum e dilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Beləliklə, məhkəmə kollegiyası məhkum olunmuş və hazırda cəzasını çəkən Məhkum1 zərərçəkmiş şəxslər Şahid2 və Şahid1 ilə barışdığını və onlara vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, cinayət və cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 80-1-ci maddəsinə əsasən Məhkum1 CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona təyin edilmiş cəzadan azad edilməlidir. Ka ssasiya şikayəti və kassasiya şikayətlərinə əlavələrdə mübahisələndirilən digər məsələ Məhkum1 CM-in 32.4,312.2-ci maddəsi ilə əsassiz məhkum edilməsi barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cina yət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavran ılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını mü əyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumların Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətlən dirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı məhkəmələr cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Məhkum1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi nəzərdə tu tulmuş cinayət əməlinin törədilməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayəti və kassasiya şikayətlərinə əlavələrin bu barədə dəlilləri əsassız olmaqla məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 312.2-ci maddəsi vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, rüşvət vermə (aktiv rüşvətxorluq) korrupsiya cinayətləri sırasına aid olan geniş yayılmış cinayətlərdən biridir. Rüşvət vermənin ictimai təhlükəliliyi onda ifadə olunur ki, bu əməlin törədilməsi ilə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə kommersiya və qeyrikommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxslərin korrupsiyaya qurşanmasına münbit zəmin yaradılır, vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyin mümkünlüyünə meyl yaranır, insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədal ət prinsipləri ciddi surətdə pozulur. Obyektiv cəhətdən bu cinayət xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə, onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunmasında, vəd edilməsində və ya verilməsində ifadə olunur. Rüşvət vermə (aktiv rüşvətxorluq) formal tərkibli cinayətdir. Rüşvət vermə rüşvətin (maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin) heç olmazsa bir hissəsinin təklif olunduğu, vəd edildiyi, verildiyi və vəzifəli şəxsin təklifi və ya vədi qəbul etdiyi (buna razılıq verdiyi), yaxud rüşvətin heç olmazsa bir hissəsini aldığı (qəbul etdiyi) andan b aşa çatmış hesab edilir. Cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, rüşvət vermə və ya rüşv ət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyəti ndə olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məhkum1 əməllərinin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə tövsif olunması ilə razılaşaraq bununla bağlı vurğulayır ki, cinayət işi üzrə məhkumun zərərçəkmiş şəxsləri bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət verməyə təkrarən təhrik etməsi müəyyən olunur və Məhkum1 Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndiril ən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqs irliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayəti və kassasiya şikayətinə əlavələrin bu barədə dəlilləri heç bir sübutla öz təsdiqini tapmır. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətl əri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi ci nayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəy yən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasə n kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 CM-in 32.4, 312.2 maddəsi ilə təqsirli olması barədə nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirmişdir. Belə ki,“B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-ol maması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətləri nə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin məhkuma cəza təyin edilərkən tətbiq edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsi barədə dəlilinə öz münasibətini bildirərək qeyd edir ki: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi t əcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə t əsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakte ri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, təqsirləndirilən şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 münasibətdə cəza təyini məsələsini həll edərkən ona CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə müddəları hökmdən xaric etmiş və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsinin sanksiyası həddində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını əsaslı hesab etmişdir. Lakin məhkəmə kollegiyası maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu m addələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları nəzərə alaraq, hesab edir ki, Məhkum1 hazırda həmin cəzanı çəkmədən də islah olunması mümkündür. Məhkəmə kollegiyası belə bir qənaətə gələrkən zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət əməlləri nəticəsində dəymiş ziyanın onun tərəfindən ödənilməsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən digər halları, o cümlədən onun ilk dəfə məhkum olunmasını, ağırlaşıran halların olmamasını nəzərə alır və hesab edir ki, göstərilən hallar onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar yaradır və Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şər ti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, ş ərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara on un davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum1 münasibətdə dəyişdirilərək, Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə ona həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzadan azad edilməli, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmalı və həmin qərar ilə ona Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza- azadlıqdan məhrumetmə şərti olaraq tətbiq edilməklə s ınaq müddəti müəyyən edilməli və sınaq müddəti ərzində məhkumun üzərində vəzifə qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinə əlavələr qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiy a şikayətinə əlavələrə əsasən Məhkum1 münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə Məhkum1 həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Məhkum1 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək barədə vəzifələr qoyulsun. Hazırki qərarın və Məhkum1 Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunması əlavə cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Məhkum1 cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar