Məhkəmə qərarları › İş №1(102)-1684/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1684/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1684/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gən cə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli 1(042)- 34/2022 nömrəli (hakim Kazımov Marif Sabir oğlunun sədrliyi ilə) qərarı ilə xx.xx.1974-cü ildə Rusiya Federasiyasının Volqoqrad vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, XXX-də yaşayan Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.1-ci maddəsi ilə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı ödədiyinə görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, habelə barəsində seçilmiş başqa yerə getməmək haqqın da iltizam qətimkan tədbiri ləğv edilmişdir. Qərardan dövlət ittihamçısı Verdiyev Mövlanverdi Allahverdi oğlu tərəfindən verilmiş apellyasiya protestinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət məhkəmə tərkibində) 1 fevral 2023cü tarixli 1(104)-38/2023 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarından narazı qalan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin qərarı ilə Məhkum əməli Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif olunmuş və barəsində zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı ödədiyinə görə cinayət təqibinə xitam verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Məhkum 16 fevral 2022-ci il tarixdə saat 20 radələrində Gədəbəy rayonu, Söyüdlü kəndinin mərkəzindən yaşadığı ünvana gedən zaman həmkəndlisi Zərərçəkmiş şəxs ilə qarşılaşdıqda ondan siqaret istəmiş, sonuncu ona siqaret verməyərək, qeyriəxlaqi və kobud sözlər işlətməsi səbəbindən əsəbləşərək işlətdiyi sözlərə görə qisas almaq niyyəti ilə yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına sağ əlin şişkinliyi, qançırı və 5-ci barmağın sınığı qismində Azərbaycan Respublikası CM -nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-nin 127.1-ci maddəsinə tövsif edərkən belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxsla aralarında əvvəllər hər hansı ədavət olmamış, bir həmkəndli kimi bir-birilərini tanımış, sonuncuya qarşı Gədəbəy rayonu Söyüdlü kənd ində yolda rastlaşarkən hər hansı qeyrietik davranış nümayiş etdirməmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə o, zərərçəkmiş şəxsdən siqaret istəmiş, zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətmiş, onun bu işlətdiyi ifadələr və sözlər təqsirləndirilən şəxsdə cinayət törətmək hissləri formalaşdırmış, işlədilən ifadə və sözlərə görə qisas almaq niyyəti təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin törədilməsinə səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini bütün sübutların məcmusu ilə müqayisəli təhlil etmədən düzgün hüquqi qiymət verməmiş və nəticədə təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif etməkdə səhvə yol vermişdir. Məhkəmə tərəfindən tə qsirləndirilən şəxsin əməli daha yüngül maddəyə tövsif edilərək cinayət işinə xitam verilərkən zərərçəkmiş Zərərçəkmiş şəxs yetirilmiş həmin bədən xəsarətlərinin 16 fevral 2022-ci il tarixdə, təxminən saat 20 radələrində heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruq və təpik zərbələri ilə yetirilməsi nəticəsində əmələ gələ bilməsi xüsusatları da tədqiq edilməmiş, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq ekspertiza rəyi hərtərəfli təhlil edilməyib, işdə olan digər sübutlarla müqayisə olunmayıb və bu sübutların mötəbərliyinə qiymət verilməmişdir. Habelə, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqında 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Söyüdlü kəndi ərazisində kəndin mərkəzi adlanan hissəsidir. Hadisə baş verən ərazi asfalt örtüklüdür, hadisə yerinin ətrafında bir neçə iaşə obyekti vardır. Hadisə yerinə baxışda iştirak edən Zərərçəkmiş şəxs Məhkum onu həmin yerdə vuraraq xəsarət yetirməsini bildirmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsi ilə törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə hadisə yerinə baxış keçirilməsi protokolu, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmədə dindirmə protokolu, ekspertiza rəyi və iş üzrə toplanmış digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Lakin məhkəmə qeyd olunan və bir-birini tamamlayan mötəbər sübutları düzgün qiymətləndirməmiş, eləcə də həmin sübutların rədd edilməsinin motivlərini göstərmədən yalnız təqsirləndirilən şəxsin ifadəsini əsas götürərək Məhkum həmin cinayət əməlini törətməsinin təsdiq olunmaması kimi düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kol legiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum cinayət əməlinin CM-nin 127.2.3-cü maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilməsi haqqında nəticəyə gəlib, əsassız və qanunsuz olaraq cinayət təqibinə xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qər ar çıxardığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 1 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların a raşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə kollegiyas ı hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübuta yetirilmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə gəlinmiş nəticə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin m üvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə ziddiyyət tə şkil etdiyindən, şəxsin təqsirli bilinməsində və əməlin tövsifində səhvə yol verilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına az ağır zərərin vurulması çıxış edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydan ı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Belə ki, istər məhkəmə araşdırması zamanı, istərsə də cinayət işinin materiallarına nəzər yetirərkən müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum ilə Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir ədavət olmamış, sonuncuya qarşı yolda rastla şarkən hər hansı qeyri-etik davranış nümayiş etdirməmiş, Məhkum bildirdiyinə görə o, zərərçəkmiş şəxsdən siqaret istəmiş, zərərçəkmiş şəxs isə əvəzində ona qarşı nalayiq ifadələr işlətmiş, işlədilən ifadə və sözlərə görə qisas almaq niyyəti formalaşmış və bu səbəbdən cinayət əməli tərəfindən törədilmişdir. Bu barədə təqsirləndirilən şəxsin ifadəsini təkzib edən hər hansı sübut da cinayət işinin materiallarında mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə ci nayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan ifadələrə, ekspert rəyinə, istintaq və məhkəmə hərəkətlərinin protokollarına və digər sənədlərə münasibət bildirərək bunu yekun qərarında kifayət qədər əsaslandırmış və haqlı olaraq düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhk əmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstə rilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan v ersin (CPM, maddə 146.1). Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya baxışının, onun yekununda çıxarılmış qərarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışı qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-ni n 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum barəsində Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun, cinayət məsuliyyətindən azad olunmasına dair yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Bundan əlavə dövlət ittihamçısı kassasiya protestində çox saylı ifadələrə istinad etməklə həmin ifadələrin müqayisəli təhlilini aparmaqla sanki kassasiya məhkəmə kollegiyasını həmin ifadələrə yenidən qiymət verməklə apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işini yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Eyni zamanda kassasiya protestindən görü nür ki, cinayət məsuliyyətindən azad olunmuş şəxsin CM-nin 127.2.3-cü maddəsi ilə qeyd olunan cinayətdə təqsirliliyinin müəyyən edilməsi haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, dövlət ittihamçısı kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib yenidən qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkəmə qəra rlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirilən faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq apellyasiya məhkəmə kollegiyası tərəfindən baxılan iş üzrə ətraflı, hərtərəfli və obyektiv araşdırmalar aparıldığından apellyasiya məhkəmə kollegiyasının qərarını şübhə altına almaq üçün əsas görmür və belə nəticəyə gəlir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar