Məhkəmə qərarları › İş №1(102)-1685/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1685/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1685/2022 08.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət X1 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 03 mart 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim X6, sədrlik edən) 1(051)-03/2022 saylı, 16 mart 2022-ci il tarixli hökmü ilə xx.xx.1988-ci iltarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 4, mənzil 21-də qeydiyyatda olan, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CMin 66.5-ci maddəsinə əsasən 1 il 6 ay müddətə nəqliyyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda həmin hökmə əsasən Azərbaycan Respublikası ƏN-nin PX-nin Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi və onun Azərbaycan Respublikası adından təqsirsiz elan edilməsi hökm edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-03/2022 saylı, 16 mart 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-211/2022 saylı 03 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü dəyişdirilməd ən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-211/2022 saylı 03 iyun 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 kassasiya protesti vermişdir. Qərardan kassasiya protestinə qarşı etiraz və kassasiya şikayəti verilməmişdir. İşin halları: Təqsirləndirilən şəxs Məhkum CM-in 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 oktyabr 2020-ci il tarixdə saat 07:30 radələrində Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 2 saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq 1 metrinin dəyəri 5 manat 63 qəpik olmaqla ümumi dəyəri 67 manat 56 qəpik olan 12 metr uzunluğunda TPP 100x2 kabelini və bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 110 manat 16 qəpik olan 36 metr uzunluğunda TPP50x2 kabelini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Mingəçevir TKQ-na 177 manat 72 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakının gizli olaraq talamaq məqsədilə 14 oktyabr 2020-ci il və 19 oktyabr 2020-ci il tarixlərdə vahid niyyətlə əhatə olunan qəsdlə Mingəçevir şəhəri, Nizami küçəsi 6A saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 306 manat olan 100 metr uzunluğunda TPP50x2 kabelini, bir metrinin dəyəri 1 manat 76 qəpik olmaqla ümumi dəyəri 52 manat 8 qəpik olan 30 metr uzunluğunda TPP30x2 kabelini və bir metrinin dəyəri 96 qəpik olmaqla ümumi dəyəri 48 manat olan 50 metr uzunluğunda TPP 10x2 kabeli ni gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Mingəçevir TKQ-na 406 manat 8 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakının gizli olaraq talamaq məqsədilə 03 noyabr 2020-ci il tarixdə Mingəçevir şəhəri, Vidadi küçəsi 6 saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 122 manat 40 qəpik olan 40 metr uzunluğunda TPP50x2 kabelini, bir metrinin dəyəri 1 manat 76 qəpik olmaqla ümumi dəyəri 52 manat 8 qəpik olan 30 metr uzunluğunda TPP30x2 kabelini, bir metrinin dəyəri 1 manat 34 qəpik olmaqla ümumi dəyəri 26 manat 8 qəpik olan 20 metr uzunluğunda TPP20x2 kabelini və bir metrinin dəyəri 96 qəpik olmaqla ümumi dəyəri 38 manat 40 qəpik olan 40 metr uzunluğunda TPP 10x2 kabelini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Mingəçevir TKQ-na 240 manat 4 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakının gizli olaraq talamaq məqsədilə 07 noyabr 2020-ci il tarixdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 5A saylı binanın ümumi istifadədə olan zirzəmisinə daxil olaraq 1 metrinin dəyəri 5 manat 63 qəpikolmaqla ümumi dəyəri 281 manat 50 qəpik olan 50 metr uzunluğunda TPP 100x2 kabelini, bir metrinin dəyəri 3 manat 6 qəpik olmaqla ümumi dəyəri 153 manat olan 50 metr uzunluğunda TPP50x2 kabelini, bir metrinin dəyəri 1 manat 76 qəpik olmaqla ümumi dəyəri 167 manat 20 qəpik olan 95 metr uzunluğunda TPP30x2 kabelini, bir metrinin dəyəri 1 manat 34 qəpik olmaqla ümumi dəyəri 67 manat olan 50 metr uzunluğunda TPP20x2 kabelini və bir m etrinin dəyəri 96 qəpik olmaqla ümumi dəyəri 48 manat olan 50 metr uzunluğunda TPP 10x2 kabelini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Mingəçevir TKQ-na 716 manat 70 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestdə göstərmişdir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Məhkum CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yalnız təqsirləndirilən şəxsin etirafı və Şahid1 ifadəsi ilə əsaslandırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərilənləri qəbul etməyərək, istinad olunan ifadənin onun sözləri ilə yazılmadığını və imzaların da onun tərəfindən icra olunmadığını bildirərək, həmin ifadədən imtina etmiş, Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində təsirləndirilən şəxsin yalnız bir dəfə 06.11 2020-ci il tarixdə ona 800 qram mis qalığı satdığını bildirmişdir. Keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyində isə ibtidai istintaq zamanı alınmış Şahid1 ifadəsindəki imzaların onun tərəfindən icra olunmadığı öz təsdiqini tapmışdır. Belə olan halda maddi sübut kimi götürülmüş mis qalığının təqsirləndirilən şəxs tərəfindən təhvil verilməsi də inandırıcı görünmür. Belə ki, maddi sübut kimi götürülmüş mis qalığının çəkisi 2.75 kq. və 0.55 kq. təşkil etsə də, Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsin cəm i bir dəfə ona 0.8 kq mis qalığı təhvil verdiyini, əvəzində isə onun təqsirləndirilən şəxsə 20 manat pul ödədiyini bildirmişdir. Maddi sübutun çəkisi də işdə olan digər sübutlarla təsdiq edilmir. Bundan başqa, təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyində də maddi sübut kimi götürülmüş mis qalıqları ilə cinayətin predmeti olan kabellərin tərkiblərinin eyni olmasını müəyyən etmək mümkün olmamış, həmçinin məhkəmə istintaqında dindirilmiş şahidlərin əksəriyyəti də öz ifadələrində oğurluq faktını təsdiq etsələr də, həmin kabellərin məhz təqsirləndirilən şəxs Məhkum tərəfindən oğurlandığını və yaxud binanın zirzəmisində onun həmin kabelləri kəsdiyini görmədiklərini bildirmişlər. Məhkəmə hökmündə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini bütün sübutların məcmusu ilə müqayisəli təhl il etməyərək əmələ düzgün hüquqi qiymət verməmiş, nəticədə təqsirləndirilən şəxs Məhkum ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə bəraət verməkdə səhvə yol vermişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaqda müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində ittiham üzrə özünü təqsirli bilərək xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində binaların zirzəmilərinə daxil olub telefon kabellərini oğurladığını və daha sonra onları Elşən adlı şəxsin metal qəbulu məntəqəsinə aparıb mis hissəsini ayıraraq satdığını göstərmiş, ifadəsinin yerində yoxlanılması zamanı da oğurluq etdiyi yerləri əyani şəkildə göstərərək eyni xüsusatları təsdiq etmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli protokolla "xxxx" MMC-nin rəhbəri Şahid1 Məhkum tərəfindən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 5A saylı binanın zirzəmisindən oğurlamış və ona satılmış kabellərin mis qalığı götürülmüşdür. Bundan başqa Məhkum məhkəmə istintaqında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində polis şöbəsində ona fiziki və psixoloji təzyiqlər göstərildiyinə görə, həmçinin, qeyd olunan oğurluqların xırda talama olmasını, cinayət məsuliyyəti deyil, inzibati məsluliyyət yaratdığını dedikləri üçün polis əməkdaşlarının vədinə inanaraq oğurluq hadisələrini törətməsini etiraf etdiyini göstərmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq CPM-in 84, 408-412, 416 və 419-cu maddələrinə əsasən kassasiya protestinin təmin edilməsini və apellyasiya məhkəməsinin qərarının ləğv edilərək yeni məhkəmə baxışına qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışşını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya proteti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi bi rinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Məhkum əməlində ittiham edildiyi oğurluq cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarılmışdır. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciə tlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyun 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi və kassasiya protestində mübahisələndirilən dəlillərə dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilm ir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxs in cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün proses sual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-ye tirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndiril ən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.” Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna is ə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin iş üzrə gəldiyi nəticələri düzgün və əsaslı hesab edir və qeyd edir ki, məhkəmələr Məhkum qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə bəraət verməkdə haqlı olmuşlar. Belə ki, Məhkum CM-in 177.2.2-ci maddəsi ilə, yəni yaşayış binasının ümumi istifadəsində olan zirzəmisinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq oğurluq etmədə təqsirləndirilmişdir. İttihama əsasən təqsirləndirilən şəxs Məhkum həmin cinayət əməlini törətməsi özünün ibtidai istintaqda vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, iş üzrə tanınmış maddi sübutla əsaslandırılmışdır. Lakin bu əsaslar istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə Məhkum CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən sübut bazasını təqsirləndirilən şəxsin etirafı və Şahid1 ifa dəsi təşkil etmişdir. Halbuki, birinci instansiya məhkəməsində Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərilənləri qəbul etməyərək, istinad olunan ifadənin onun sözləri ilə yazılmadığını və imzaların da onun tərəfindən icra olunmadığını bildirərək, həmin ifadədən imtina etmiş, məhkəmə istintaqı zamanı ifadəsində təsirləndirilən şəxsin yalnız bir dəfə 06 noyabr 2020ci il tarixdə ona 800 qram mis qalığı satdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən maddi sübut kimi onun istifadəsində olan metal toplama məntəqəsindən götürülmüş mis qalıqları isə Məhkum tərəfindən verilməmişdir. O, polis əməkdaşlarının xahişi ilə topladığı mis qalıqlarından təxminən 2-3 kq həcmində mis qalığı vermişdir. Keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyində isə ibtidai istintaq zamanı alınmış və cinayət işinin materiallarına əlavə edilmiş, həlledici sübut olan Şahid1 ifadəsindəki imzaların onun tərəfindən icra olunmadığı öz təsdiqini tapmışdır. Belə olan halda maddi sübut kimi götürülmüş mis qalığının təqsirləndirilən şəxs tərəfindən təhvil verilməsi də mötəbər sayıla bilməz. Belə ki, maddi sübut kimi götürülmüş mis qalığının çəkisi 2.75 kq. və 0.55 kq. təşkil edir, lakin Şahid1 isə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsin cəmi bir dəfə ona 0.8 kq. mis qalığı təhvil verdiyini, əvəzində isə onun təqsirləndirilən şəxsə 20 manat pul ödədiyini bildirmişdir. Görünüdüyü kimi maddi sübutun çəkisi də işdə olan digər sübutlarla təsdiq edilmir. Bu isə sübutun mötəbərliyi barədə aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaradır. Bundan başqa, təyin edilmi ş məhkəmə kimyəvi ekspertizasının rəyində də maddi sübut kimi götürülmüş mis qalıqları ilə cinayətin predmeti olan kabellərin tərkiblərinin eyni olmasını müəyyən etmək mümkün olmamış, həmçinin məhkəmə istintaqında dindirilmiş şahidlərin əksəriyyəti də öz ifadələrində oğurluq faktını təsdiq etsələr də, həmin kabellərin məhz təqsirləndirilən şəxs Məhkum tərəfindən oğulandığını və yaxud binanın zirzəmisində onun həmin kabelləri kəsdiyini görmədiklərini bildirmişlər. Həmçinin, birinci instansiya məhkəməsinin iclasında ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyən X4 və Mingəçevir ŞPŞ-nin polis nəfəri X10 ifadələrində Məhkum binanın zirzəmidə gizlənməsini, onu zirzəmidən çıxardıqlarını və həmin vaxt yanında kəsi lmiş kabellər olduğunu gördüklərini və təqsirləndirilən şəxslə birlikdə həmin kabelləri ŞPŞ-yə təhvil verdiklərini bildirsələrdə, halbuki cinayət işinin materiallarında mis qalıqları maddi sübut kimi Şahid1 icarə əsasında işlətdiyi metal qırıntıları qəbulu məntəqəsindən götürüldüyü qeyd edilmiş, həmçinin hadisə yerindən kabel kəsiklərinin maddi sübut kimi götürülməsi ilə bağlı cinayət işinin materiallarında heç bir rəsmi sənəd və ya məlumata rast gəlinməmişdir. Bu baxımdan da, ittihamın əsaslandığı sübutlar təqsirləndirilən şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün yetərli deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ittiham olunduğu cinayət üzrə təqsirliliyi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsinə əsaslanmış, digər hər hansı əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmir. Məhkəmə araşdırılması zamanı da təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ittihamı qəbul etməmişdir. İş materiallarından görünür ki, Məhkum ittiham olunduğu cinayət üzrə isə onun həmin cinayəti etiraf etməsinə dair ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa digər hər hansı mötəbər sübut mövcud deyildir. "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hök mdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirlilik məsələsi həll olunarkən iş üzrə hər hansı bir şübhəyə yer qoymadan işin bütün halları tədqiq edilməli, qanuni və əsaslı yekun nəticəyə gəlinməsi üçün cinayət işi üzrə həqiqət müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışlarında toplanmış sübutlar hərtərəfli, tam və obyektiv olaraq tədqiq olunmaqla, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsasslı hesab edir və həmin sübutların təkrar şərh olunmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkə məsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ittiham tərəfi Məhkum Məhərrəm oğlunun Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsində təqsirli olmasını təsdiq edən mötəbər, əsaslı, şübhə yeri qoymayan, təkzibedilməz nəticəyə gəlməyə əsas verən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təm inat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkə mə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh ol unan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-211/2022 saylı 03 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar