Məhkəmə qərarları › İş №1(102)-1685/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1685/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1685/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü ilə Məhku m Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1986-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, heç yerdə işləməmiş, əvvəllər Salyan Rayon Məhkəməsinin 15 aprel 2009-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Sabunçu Rayon Məhkəmsinin 18 avqust 2009cu il tarixli qərarı ilə cəzanın çəkilməmiş 05 (beş) ay 23 (iyirmi üç) gün müddətə hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin Salyan Rayon Məhkəməsinin 23 sentyabr 2010-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 27 iyun 2012-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, habelə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2013-cü il tarixli hökmü ilə CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2014-cü il tarixli qərarı ilə 12 sentyabr 2013-cü il tarixli hökm dəyişdirilərək CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli qərarı ilə cəzanın çəkilməmiş 01 (bir) il 03 (üç) ay 03 (üç) gün müddətə hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmi, bundan başqa Salyan Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Qaradağ Rayon Məhkəmsinin 25 fevral 2020- ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 03 (üç) ay 10 (on) gün müddətə hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 93.1.2-ci maddəsinə əsasən, Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunması qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da, hər birisi CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İ şin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum məlum olmayan vaxta və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,801 qram narkotik vasitə olan tiryək əldə edib saxlamış və 27 mart 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 2 ünvanındakı evin pəncərəsindən həmin narkotik vasitəni ünvan 3i Təqsirləndirilən şəxs1 10 manata satmış və daxil olmuş məlumat sasında həmin tarixdə, saat 14 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 Salyan şəhəri, X.R.Ulutürk küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir büküm 0,801 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Bundan başqa, o, təkrarən məlum olmayan vaxta və mənbədən satış məqsədi ilə qanun suz olaraq 1,177 qram narkotik vasitə olan heroin əldə edib saxlamış, 13 aprel 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvan 4 ünvandakı evin pəncərəsindən tanışı Təqsirləndirilən şəxs2 5 manata 0,217 qram narkotik vasitə olan heroini satmış və daxil olmuş məlumat əsasında həmin tarixdə, saat 17 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki jiletin cibindən bir büküm 0,217 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Daha sonra istintaq orqanı tərəfindən CM-nin 234.4.2-ci maddəsi ilə cinayət törətməkdə şübhəli bilinib barəsində axtarış elan edilməsinə dair 07 may 2021-ci il tarixli qər ara əsasən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 may 2021-ci il tarixdə saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində şübhəli şəxs Məhkum idarə etdiyi “Mersedes-Benz” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan şəhəri ərazisində saxlanılıb Salyan Rayon Polis Şöbəsinə aparılıb avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq oturacaqlarının arasında quraşdırılmış qoltuqaltı sandıqçadan 4 ədəd bükümdə, ayrı-ayrılıqda 0,046 qram, 0,041 qram, 0,040 qram və 0,048 qram, avtomobilin salonundakı avtomaqnitolanın altındakı saxlanc yerindən 1 ədəd büküm 0,785 qram olmaqla cəmi 0,960 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Hökmdən Məhkum və onun müdafiəçisi Cəbrayılov Rəşad Vəkil oğlu tərəfindən ayrı-ayrılıqda verilm iş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 26 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək əməlinin CM-nin 234.1-ci madddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini, onun müdafiəçisi A.M.Məmmədov kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək həmin qərarın ləğv edilməsini və hüquqlarının müdafiə etdiyi şəxsin barəsində olan cinayə t işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və iş üzrə toplanmış və araşdırılmış sübutlara, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına istinad edən Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə hər hansı sübut tədqiq etmədən, araşdırma aparmadan, apellyasiya şikayətinin dəlillərini və cinayət prosesi gedişində qanun pozuntuları ilə bağlı verilmiş şikayətləri yoxlamadan onun müdafiə hüququnun pozulması və müstəntiqin cinayət işini qərəzli aparması ilə bağlı qanuni qüvvədə olan mə hkəmə qərarının olmasına baxmayaraq apellyasiya şikayətini təmin etməmiş və nəticədə ədalətsiz qərar qəbul etmişdir. Belə ki, şikayət müəllifi bildirmişdir ki, cinayət işi başlandığı andan istintaq qeyri-obyektiv, qərəzli aparılmış, sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq qeyri-qanuni yolla əldə edilmiş və qanunsuz sübutlar əsasında barəsində ədalətsiz hökm çıxarılaraq ağır cəzaya məhkum edilmişdir. Məhkəmələr tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş, təqsirləndirilən şəxs olaraq iş üçün mühüm əhəmiyyətə malik olan dəlillər tədqiq olunmamış, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin ifadələri və məhkəmənin ünvanına sərbəst olaraq göndərdikləri rəsmi müraciətlər nəzərə alınmamış, məhkəmə ümumiyyətlə həmin sübutları sübut olaraq dəyərləndirm əmişdir. İbtidai istintaq zamanı ona qarşı ifadə verdikləri iddia olunan hər iki şəxs məhkəmədə ağır işgəncələr altında izahatları imzaladıqlarını bildirmişlər. Ona qarşı şahid qismində ifadə verən şəxslər məhkəmədə də onlara Salyan RPŞ-də ağır işgəncələr verilərək təqdim olunan sənədləri imzaladıqlarını etiraf etmiş, həmçinin ibtidai istintaq zamanı aparılmış video çəkilişdə də təzyiqlər altında müstəntiqin dediklərini təkrar etdiklərini bildirmişlər. Daha sonra Məhkum qeyd etmişdir ki, məhkəmə onlara işgəncə vermiş polis əməkdaşlarının adlarını bildirmələrinə baxmayaraq həmin əməkdaşları məhkəməyə dəvət etməmiş, hətta həmin polis əməkdaşlarının məhkəmənin qarşısında şahidləri hədələmələri və bununla bağlı məhkəmənin binasının önündə olan kamera görüntülərinə baxılması ilə bağlı vəkili tə rəfindən verilmiş vəsatət əsassız olaraq rədd edilmişdir. Həmçinin o, qeyd etmişdir ki, məhkəmədə barəsində olan işə baxılarkən ibtidai istintaq zamanı verdiyi ifadələri işgəncə altında verdiyindən həmin ifadələrdən imtina etmişdir. Ona işgəncə verilməsi ibtidai istintaqda aparılmış videoçəkiliş zamanı paltarının qanlı olması, həmçinin Bakı İstintaq Təcridxanasına qəbul olunarkən keçirilmiş tibbi müayinə zamanı bədənində işgəncə izlərinin müəyyən olunaraq aktlaşdırılması ilə də sübuta yetirilmişdir. Cinayət işi materiallarından görünür ki, iş baxılması üçün məhkəməyə göndərildikdən sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, həm çinin kobud qanunun pozuntusuna yol verdiyinə görə istintaqı aparan müstəntiq barəsində xüsusi qərar çıxarılmışdır. Lakin cinayət işi geri qaytarıldıqdan sonra hər hansı bir əhəmiyyətli istintaq hərəkəti aparılmadan, göstərilən nöqsanlar aradan qaldırılmadan iş yenidən məhkəməyə göndərilmiş, məhkəmə isə həmin qanun pozuntuları ilə işi icraatına qəbul edərək ittiham hökmü çıxarmışdır. Cinayət işinə əlavə edilmiş sənədlərdən və onun öz ifadələrindən də görünür ki, o narkotik vasitələrdən istifadə edir, narkomaniya xəstəliyindən əziyyət çəkir və məhkəmə-narkoloji ekspertizasının rəyində də qeyd olunduğu kimi, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Eyni ilə cinayət-prosessual qanunv ericiliyin normalarına istinad edərək işin faktiki hallarını mübahisələndirən məhkumun müdafiəçisi A.M.Məmmədov kassasiya şikayətini, həmçinin oxşar məzmunlu kassasiya şikayətinə əlavəni belə əsaslandırmışdır ki, iş materiallarına əsasən hüquqlarını müdafiə etdiyi şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kim, Məhkum polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncələrə məruz qalmış, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanası tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli məktubla da müəyyən edilir ki, Məhkum 05 iyun 2021-ci il tarixdə istintaq təcridxanasına gətirilmiş, ilkin müayinə zamanı xəsarətlər aldığını bildirmiş, bədəninin dəri səthinə baxış keçirilərkə n sağ və sol qılça nahiyəsində yaşımtıl qançırlar, sol sağrıda, belin sol nahiyəsində sıyrıq, hər iki aşağı ətrafında döyənəklər aşkar edilmişdir. Bu hal bir daha onu göstərir ki, hüquqlarını müdafiə etdiyi şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən zorakılıq, hədə-qorxu, işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan hərəkətlərin tətbiqinə məruz qalmış, buna görə onun elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinə əsaslı şübhələr yaradır. Həmçinin şikayət müəllifi bildirmişdir ki, Məhkum ittiham elan edilməsinə səbəb digər təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ibtidai istintaq zamanı verilmiş ifadələr olmuş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı polis əməkdaşlarının zorakılıq, h ədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərinə məruz qaldıqları üçün narkotik vasitələrin Məhkum aldıqlarına dair ifadələr verdiklərini bildirmişlər. Yəni hüquqlarını müdafiə etdiyi şəxsə elan edilmiş ittihamın əsasını təşkil edən həmin ifadələr polis əməkdaşlarının işgəncələri nəticəsində alınmışdır. Bu da həmin ifadələrin mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələri yox, ibtidai araşdırma zamanı verdikləri ifadələri mötəbər sübut kimi qiymətləndirmişdir. Ümumiyyətlə Lənkəran Ağır Cinayətlər Məhkəməsi hökm, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyası isə qərar çıxararkən yalnız ibtidai istintaq zamanı toplanmış sübutlara istinad etmiş, məhkəmə istintaqı zamanı verilmiş ifadələr nəzərə alınmamış, vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Bütün bunlara baxmayaraq məhkəmə müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduqları üçün bir-birinə qarşı ifadə verməmək marağında ola biləcək polis əməkdaşlarının ifadələrini mötəbər sübut kimi qiymətləndirsə də, Məhkum ittiham olunduğu cinayət işi üzrə heç bir marağı olmayan, CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmələrinə görə təqsirli bilinmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işə məhkəmədə baxılarkən verdikləri ifadələrini sübut kimi nəzərə almamışdır. Bu ifadələrdən başqa isə iş materiallarında Məhkum narkotik va sitələrin satışı ilə məşğul olduğunu təsdiqləyən heç bir mötəbər sübut yoxdur. Şərh olunanlara əsaslanaraq müdafiəçi A.M.Məmmədov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kasssiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, müdafiəçi A.M.Məmmədov naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi A.M.Məmmədovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasi ya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya müraciətlərinin məzmunundan göründüyü kimi, həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi əhəmiyyətli sübutları araşdırmaqdan imtina edərək həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, bunun da nəticəsində Məhkum əməli CM-nin 234.4.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş və o, əsassız və qanunsuz olaraq həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edildiyindən ona həddindən artıq sərt cəza təyin olunmuşdur. Bununla da, hər iki şikayət müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv olunması haqqında tələblərini CPM-nin 416.1.1- 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.1-416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin t əqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum və mü dafiəçisi A.M.Məmmədovun kassasiya şikayətlərini, habelə sonuncunun kassasiya şikayətinə əlavəsini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüq uq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanu nvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edə rək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyiş dirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyy ətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və az adlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət p rosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata ke çirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəa larının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salı na bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılması ndan və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağır laşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi n əzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilə n məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığ ına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı əməl olunmalıdır. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrində tələb olunduğu kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yet irilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın pre dmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən bir i də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarına görə, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin d üzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səla hiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olma yan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsin in və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum və müdafiəçisi A.M.Məmmədovun kassasiya müraciətlərində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ya əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətlərində və kassasiya şikayətinə edilmiş əlavədə əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyy ətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyası da hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya müraciətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 124, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkum özünün qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə digər məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri, üzləşdirmə protokolları, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələri, Salyan RPŞ-nin əmkdaşlarının 27 mart 2021-ci il və 1 3 aprel 2021-ci il tarixli raportları ilə, "Şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında” 27 mart və 13 aprel 2021-ci il tarixli protokollarla, məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2021-ci il tarixli və 14 aprel 2021ci il tarixli rəyləri ilə, “Axtarışda olan şəxsin yaxalanması barədə” 28 may 2021-ci il tarixli, “Şəxsi axtarış və götürmə aparılması barədə” 28 may 2021-ci il tarixli, “Avtomobilə baxış keçirilməsi və götürmə aparılması barədə” 28 may 2021-ci il tarixli protokollarla, məhkəməkimyəvi ekspertizasının 28 may 2021-ci il tarixli və əlavə məhkəmə-kimyəvi ekspertizasının 31 may 2021-ci il tarixli rəyləri, Salyan Rayon Mərkəzi Xəstəxanasının 03, 22 aprel və 31 may 2021-ci tarixli arayışları ilə, ambulator məcburi narkoloji-tibbi yoxlamanın 29 mart, 15 aprel və 31 may 20 21-ci il tarixli, 298, 383 və 521 №-li rəyləri ilə, 35 saylı Tibbi-Sosial Ekspert Komissiyasının 15 may 2021-ci il tarixli arayışı ilə və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, məhkəmələrin qanuni üsullarla, CPM-nin 125.2-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verilmədən toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri işin faktiki halları ondan ibarətdir ki, Məhkum məlum olmayan vaxta və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,801 qram narkotik vasitə olan tiryək əldə edib saxlamış və 27 mart 2021-ci il tarixdə, saat 13 radələrində yaşadığı ünvan 2 ünvanındakı evin pəncərəsindən həmin narkotik vasitəni ünvan 3i Təqsirləndirilən şəxs1 10 manata satmış və daxil olmuş məlumat sasında həmin tarixdə, saat 14 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 Salyan şəhəri, X.R.Ulutürk küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir büküm 0,801 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüş, bundan başqa, o, təkrarən məlum olmayan vaxta və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,177 qram narkotik vasitə olan heroin əldə edib saxlamış, 13 aprel 2021-ci il tarixdə, saat 16 radələrində yaşadığı ünvan 4 ünvandakı evin pəncərəsindən tanışı Təqsirləndirilən şəxs2 5 manata 0,217 qram narkotik vasitə olan heroini satmış və daxil olmuş məlumat əsasında həmin tarixdə, saa t 17 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki jiletin cibindən bir büküm 0,217 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, daha sonra istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə cinayət törətməkdə şübhəli bilinib barəsində axtarış elan edilməsinə dair 07 may 2021-ci il tarixli qərara əsasən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 may 2021-ci il tarixdə, saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində şübhəli şəxs Məhkum idarə etdiyi “Mersedes-Benz” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan şəhər i ərazisində saxlanılıb Salyan Rayon Polis Şöbəsinə aparılıb avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq oturacaqlarının arasında quraşdırılmış qoltuqaltı sandıqçadan 4 ədəd bükümdə, ayrı-ayrılıqda 0,046 qram, 0,041 qram, 0,040 qram və 0,048 qram, avtomobilin salonundakı avtomaqnitolanın altındakı saxlanc yerindən 1 ədəd büküm 0,785 qram olmaqla cəmi 0,960 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. İşin bu faktiki hallarının arxasında duran sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya şikayətlərinə baxılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilmiş, bu sübutlar həm ayrıayrılıqda, həm də məcmu şəkildə mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiyası buna görə h əmin sübutların hamısının təkrarən hazırki qərarda təsvir edilməsinə ehtiyac görmür, lakin eyni zamanda kassasiya müraciətlərində irəli sürülən dəlillərlə bağlı bu sübutların yalnız bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, Məhkum ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 28 may 2021-ci il tarixdə, saat 14 radələrində özünə məxsus “Mersedes-Benz” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şəhəri, Ə.Hüseynov küçəsi ilə hərəkət edərkən DYP-nin əməkdaşlarının ona “saxla” işarəsini verdiyini görüb avtomaşını saxlamış, elə həmin vaxt arxadan ağ rəngli “Ford-Fokus” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb bu avtomobildə polis əməkdaşları olduğunu bilib tutulacağını başa dü şərək qaçıb getmək qərarına gəlmişdir. Bu zaman sol tərəfində içərisində polis əməkdaşları olan VAZ-21015 markalı daha bir avtomobilin dayandığını görüb öz avtomobilini arxaya doğru hərəkətə gətirərək arxasında dayanmış “Ford” markalı avtomobilin qabaq hissəsindən vurub sürüb getmək istəmiş, lakin polis əməkdaşlarının onun qaçmağına imkan vermədiklərini görüb avtomobilinin şüşələrini qaldırıb avtomobilin qapılarını kilidləmişdir. Sonra polis əməkdaşları onun avtomobilini əhatəyə alıb onun avtomobildən düşməyini tələb etmiş, lakin o, avtomobildən düşməmiş, oradan qaçmağa cəhd edib avtomobilini hərəkətə gətirib arxasında dayanmış “Ford” markalı avtomobilin qabaq hissəsini avtomobilinin arxa hissəsi ilə vurub avtomobilini sürərək oradan uzaqlaşmışdır. Təxminən 50-60 metr uzaqlaşdıqdan sonra a vtomobilinin mühhəriki söndüyündən avtomobil dayanmışdır. Arxadan gələn polis əməkdaşları yenidən onun avtomobilini əhatəyə alıb qapıları açıb düşməyini tələb etmiş, lakin o, bu dəfə də polislərin tələbini yerinə yetirməmişdir. Sonra Kamran adlı polis əməkdaşın əlindəki rezin dəyənəklə avtomobilinin sürücü qapısının şüşəsini vurub sındırdığını görüb o, cəld avtomobilin qapısını açıb avtomobildən düşüb qaçaraq oradan uzaqlaşmaq istəmiş, lakin təxminən 5-10 metr qaça bilmiş, arxadan onu təqib edən polis əməkdaşları çatıb onu yaxalayaraq Salyan RPŞ-nə aparmışlar. Polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulduğu ona elan olunmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qadağan ol unmuş əşya varsa təqdim etməsi bildirilmiş, o, da üzərində dövriyyəsi qadağan olunmuş heç bir əşya olmadığını, lakin avtomobilin sandıqçasında heroin və bir ədəd tərəzi olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun və müdafiəçisinin iştirakı ilə polis şöbəsinin həyətində özünə məxsus avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilinin qabaq oturacaqlarının arasındakı sandıqdan 4 ədəd sellofan büküm, bir ədəd elektron tərəzi, təzə və istifadə olunmuş şprislər, narkotik hazırlamaq üçün istifadə etdiyi şüşə flakon və limon turşusu, avtomobilin maqnitolasının altındakı saxlanc yerindən isə daha bir ədəd nisbətən böyük ölçülü sellofan büküm aşkar edilmişdir. Şifahi sorğu zamanı o, avtomobilindən aşkar edilmiş cəmi 5 ədəd sellofan bükümlərdəki kütlələrin heroin olduğunu, həmin heroini təxminən bir ay əvvəl Salyan şəhərindəki şahmat məktəbinin yanında yerdən tapdığını, bükümlərdəki kütlənin narkotik vasitə heroin olduğunu bilib qəbul etməsi üçün avtomobilində saxladığını, elektron tərəzini isə qəbul etdiyi narkotiki dozalara bölmək üçün istifadə etdiyini bildirmişdir. Avtomobilindən aşkar olunmuş narkotik vasitə və elektron tərəzi qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Həmçinin o, 27 mart 2021-ci il tarixdə ünvan 3i, “Dandı” ləqəbli dustaq yoldaşı olmuş Təqsirləndirilən şəxs1 10 manat müqabilində bir ədəd bükümdə tiryək satmışdır. Həmin gün Təqsirləndirilən şəxs1 onun evinin qarşısına gəlib pəncərəni döyüb narkotik olubolamdığını soruşmuş, o, da Təqsirləndirilən şəxs1yə 10 manat müqabilində təxminən 0,800 qram bir bükümdə tiryək vermişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs1 ondan narkotik alıb getdikdən sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Bundan başqa o, 13 aprel 2021-ci il tarixdə onunla bir məhəllədə yaşayan Təqsirləndirilən şəxs2 bir büküm heroin satmışdır. Həmin gün Təqsirləndirilən şəxs2 onun evinin qarşısına gəlib pəncərəni döyüb onu çağırmış və pəncərədən ona 5 manat verib bir büküm heroin istəmiş, o da pulu götürüb evdə özündə olan heroindən elektron tərəzidə təxminən 0,200 qram çəkib bir bükümə qablaşdırıb Təqsirləndirilən şəxs2a vermişdir. O əvvəllər də bir neçə dəfə Təqsirləndirilən şəxs2a heroin satmışdır. Həmin gün xəbər tutmuşdur ki, Təqsirləndirilən şəxs2 da ondan narkotik alıb getdikdən sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs1 sa tdığı tiryəki 2021-ci ilin mart ayının ortalarında Salyan şəhərindəki şahmat məktəbinin yanında kolluqdan tapmış, narkotik vasitə olduğunu bilib özü qəbul etmək üçün saxlamış, həmin tiryəkdən özü də qəbul etmiş və martın 27-də Təqsirləndirilən şəxs1 ondan narkotik istədikdə həmin tiryəkdən bir qədər kəsib 10 manata Təqsirləndirilən şəxs1yə satmışdır. Təqsirləndirilən şəxs2a satdığı və tutularkən avtomobildən aşkar edilmiş heroni isə 2021-ci ilin aprel ayının əvvəllərində Salyan şəhərində mərkəzi bazar küçəsinin yaxınlığında yerdən tapmış və həmin narkotik vasitəni özü qəbul etmək üçün avtomobildə saxlamışdır. Tapdığı heroindən özü qəbul etmiş, onun bir hissəsini isə aprelin 13-də 5 manata Təqsirləndirilən şəxs2a satmışdır. Avtomobilində aşkar edilmiş 5 ədəd bükümdə olan heroini özünə məxsu s elektron tərəzidə əvvəlcədən çəkib dozalara bölmüşdür ki, rahat şəkildə narkotik vasitəni qəbul edə bilsin. Həmçinin iş üzrə digər məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən törədilmiş cinayətlər haqqında ətraflı ifadələr verərək, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 0,801 qram narkotik vasitə olan tiryəki 10 manat pulun müqabilində, Təqsirləndirilən şəxs2 isə bir ədəd bükümdə 0,217 qram narkotik vasitə olan heroini 5 manat müqabilində Məhkum aldıqlarını bildirmişlər. Məhkəmədə Salyan RPŞ-nin əməkdaşı Şahid1 şahid qismində dindirilərkən göstərmişdir ki, 27 mart 2021-ci il tarixdə ünvan 3i Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanuns uz dövriyyəsində şübhəli olduğu barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılıb elə həmin gün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, həmin gün günorta saatlarında əməliyyat qrupun üzvü kimi özü və başqa əməliyyat işçisi tərəfindən Təqsirləndirilən şəxs1 Salyan şəhəri, X.R.Ulutürk küçəsində “Terassa” restoranın yaxınlığında saxlanılıb narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğu izah edilib polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkcəsinin cibindən 1 ədəd büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində t iryəkə oxşar kütlə olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlənin tiryək olduğunu, tutulmamışdan bir az əvvəl Salyan şəhər sakini Məhkum adlı şəxsdən 10 manata aldığını, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş tiryəkə oxşar kütlə müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmişdir. Həmçinin 13 aprel 2021-ci il tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün də əməliyyat qrupu yaradılıb elə həmin gün təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində Təqsirləndirilən şəxs2 Salyan şəhəri, T.Xəlilbəyl i küçəsindəki “Terasa” restoranının yaxınlığında piyada hərəkət edərkən saxlanıldıqdan sonra ona narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğu izah olunmuş və o, bu şübhənin yoxlanılması məqsədilə Salyan rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki jiletin yan cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində heroinə oxşar kütlə olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlənin heroin olduğunu, tutulmamışdan bir az əvvəl Salyan şəhər sakini, “Rozanın oğlu Məhkum”dan 5 manata aldığını, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş heroinə oxşar kütlə müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra şəxsi axtarışın aparılması haqqınada la bağlı protokol tərtib edilmişdir. Habelə Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra onların barəsində başlanmış cinayət işi ilə bağlı həmin şəxslərə narkotik vasitələri satmış şəxs, yəni Salyan şəhər sakini, “Rozanın oğlu Məhkum” kimi tanınan Məhkum barəsində istintaq tərəfindən axtarış elan edilmişdir. 28 may 2021-ci il tarixdə, günorta saatlarında Məhkum avtomobili ilə Salyan şəhəri ərazisində hərəkətdə olması barədə məlumat daxil olmuş və onun tutulması üçün müvafiq əməliyyat tədbiri həyata keçirilmişdir. Belə ki, həmin gün saat 14 radələrində Salyan şəhəri, Ə.Hüseynov küçəsində Məhkum idar ə etdiyi «Mersedes» markalı avtomobil DYP-nin YPX-nin əməkdaşları saxlanılmışdır. Məhkum avtomobili yolun kənarında saxladıqdan sonra əvvəl YPX-nin əməkdaşları öz avtomobilini, arxasında isə əməliyyat müvəkkili Şahid4 idarə etdiyi “Ford” markalı avtomobili saxlamış, o, isə əməliyyat müvəkkili Şahid5 idarə etdiyi VAZ-21015 markalı avtomobillə həmin yerə gəlib Məhkum avtomobilinin sol tərəfində dayanmışlar. Bu zaman Məhkum avtomobilini arxaya doğru sürüb qaçıb getməyə cəhd etmiş, lakin arxada və qarşıda polis əməkdaşlarının olduğu avtomobilləri görüb dayanmışdır. Sonra onlar (polis əməkdaşları) Məhkum avtomobilinə yaxınlaşıb özlərini təqdim edərək birlikdə rayon polis şöbəsinə getməli olduğu bildirilib maşından düşməsini tələb etmiş, lakin Məhkum avtomobilin qapılarını bağlayıb maşından düşm əmişdir. Daha sonra Məhkum polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb avtomobili arxaya doğru sürərək arxada dayanmış “Ford” markalı avtomobili vurub əzmiş və öz avtomaşının sürüb oradan uzaqlaşmışdır. O, və digər polis əməkdaşları avtomobillərə əyləşib Məhkum arxasınca hərəkət edərək onu təqib etmiş, təxminən 50-60 metr hərəkət etdikdən sonra Məhkumın idarə etdiyi avtomobilin mühhəriki söndüyündən avtomobil dayanmış, onlar isə yenidən Məhkum avtomobilini əhatəyə alıb qapıları açıb düşməyi tələb etmiş, lakin sonuncu bu dəfə də onların tələbi yerinə yetirməyib avtomobilin mühərrikini işə salmağa çalışmışdır. Həmin vaxt əməliyyat müvəkkili Şahid5 əlindəki dəyənəklə avtomobilin sürücü qapısının şüşəsini vurub sındırmış və bundan sonra Məhkum avtomobilin qapısını açıb və cəld avtomobild ən düşüb qaçaraq oradan uzaqlaşmağa çalışmışdır. O, və yaxınlıqdakı digər polis əməkdaşları Məhkum arxasınca qaçaraq onu təqib edib ona çatmış, elə həmin anda Məhkum ayağı sürüşərək yerə yıxılmış və onlar fiziki qüvvə tətbiq edərək onu saxlamışlar. Bundan sonra Məhkum və ona məxsus “Mercedes” markalı markalı, **-UX-*** qeydiyyat nişanlı avtomobil avtomobil rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğu bildirilib barəsində axtarış elan edildiyindən tutulduğu izah edilmiş, sonra müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə əvvəl üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində qadağan olunmuş əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Məhkum özünə məxsus avtomo bilin sandıqçasında heroin və bir ədəd elektron tərəzi olduğunu bildirdikdən sonra onun və müdafiəçinin iştirakı ilə rayon polis şöbəsinin həyətində saxlanılmış “Mercedes” markalı, **-UX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin qabaq oturacaqlarının arasındakı sandıqçadan 4 ədəd sellofan bükümdə narkotik maddə, bir ədəd elektron tərəzi, təzə və istifadə olunmuş şprislər, narkotik məhlul hazırlamaq üçün istifadə edilən şüşə flakon və limon turşusu, avtomobilin maqnitolasının altındakı saxlanc yerindən isə daha bir ədəd nisbətən böyük ölçülü sellofan büküm aşkar edilmişdir. Şifahi sorğu zamanı Məhkum avtomobilindən aşkar edilmiş cəmi 5 ədəd sellofan bükümlərdə olan kütlələrin heroin olduğunu, həmin heroini bir-iki ay əvvəl Salyan şəhərindəki şahmat məktəb inin yanında yerdən tapdığını və özünün şəxsi istifadəsi üçün maşınında saxladığını, aşkar edilmiş elektron tərəzini isə qəbul etdiyi narkotik vasitəni dozalara bölmək üçün istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş heroinə oxşar kütlələr və electron tərəzi müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra axtarış və baxışla bağlı protokollar tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı tutulmuş şəxslər- Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir zorakılıq və işgəncə tətbiq edilməmiş, Məhkum bədəni üzərindəki xəsarətlər isə polis əməkdaşlarnın qanuni tələblərinətabe olmayaraq qaçmaq istəyərək onun yaxalanması üçün görülən qanuni tədbirlə nəticəsində əmələ gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahi d2, Şahid3, Şahid4 və Şahid5 istintaq zamanı verdikləri ifadələrini təsdiqləyərək Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında” 27 mart və 13 aprel 2021-ci il tarixli protokollarla da müəyyən olunur ki, 27 mart 2021-ci il tarixdə Salyan RPŞnin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən müdafiəçi Elnur Musayevin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 və 13 aprel 2021-ci il tarixdə Salyan RPŞnin müstəntiqi X tərəfindən müdafiəçi Elman Hənifəlinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir bükümdə tiryəkə oxşar kütlə, Təqsirləndirilən şəxs2 üzərindən isə bir bükümdə heroinə oxşar kütlə aşkar edilmi şdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş kütlənin tiryək olduğunu və tanışı Məhkum adlı şəxsdən 10 manata aldığını, Təqsirləndirilən şəxs2 isə aşkar olunmuş kütlənin heroin olduğunu Məhkum adlı şəxsdən 5 manata aldığını bildirmişlər. Şəxsi axtarışların keçirilməsi zamanı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disklər protokollara əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 sonradan şüöhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən onların üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri göstərdikləri məbləğlərdə pul müqabilində Məhkum aldıqlarını bir daha təsdiq etmişlər. “Avtomobilə baxış keçirilməsi və götürmə aparılması barədə” 28 may 2021-ci il tarixli protokola əs asən, həmin tarixdə Salyan RPŞ-də müstəntiq İlqar İsmayılov tərəfindən müdafiəçi Elman Hənifəli və Məhkum iştirakı ilə, həm də videoçəkiliş aparılmaqla sonuncuya məxsus “Mercedes” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq oturacaqlarının arasında quraşdırılmış qoltuqaltı sandıqçadan 4 ədəd bükümdə, avtomobilin salonundakı avtomaqnitolanın altındakı saxlanc yerindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlələr, istifadə edilmiş və təzə birdəfəlik şpristlər və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəzi qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Məhkum aşkar olunmuş kütlələrin heroin olduğunu, bir ay əvvəl Salyan şəhərində şahmat məktəbinin yanında yerdən tapdığını, özünün şəxsi istifadəsi üçün avtom obilində saxladığını, bir ədəd elektron tərəzidən isə narkotik maddəni qəbul edərkən dozalara bölmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 28 may 2021-ci il tarixli rəyindən də görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Məhkum avtomobilindən...” sözləri yazılmış kağız paketdəki sellofan torbacıqda 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,785 qram, hər biri polietilen kəsiyinə bükülmüş 4 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,041 qram, 0,040 qram, 0,048 qram, ümumi təmiz çəkisi 0,960 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir, həmin kağız paketdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə-heroinin izlər i vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və eyniliyini müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 0,810 qramdır. Həmçinin əlavə məhkəmə-kimyəvi ekspertizasının 31 may 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən götürüldüyü qeyd edilən heroinlə Məhkum məxsus avtomobildən götürüldüyü qeyd edilən heroin eyni tərkiblidir. Bundan başqa, kassasiya müraciətlərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı polis əməkdaşlarının zorakılıq, hədə-qorxu və ləyaqəti alçaldan hərəkətlərinə məruz qaldıqlar ı üçün narkotik vasitələri Məhkum aldıqlarına dair ifadə vermələri ilə bağlı dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatlar, yəni üzərilərində aşkar olunmuş narkoitk vasitələri onlara Məhkumın satmamasını, Məhkuma pul verib narkotik maddə almamalarını, tutulduqdan sonra polis əməkdaşları tərəfindən onlara qarşı zor tətbiq olunmaqla təzyiqlərə məruz qalmalarını və polislərin onlara qarşı təzyiqləri olduğu üçün üzərlərində aşkar olunmuş narkotik maddəni Məhkumdan almalarını demələrinə məcbur olmaları, əslində Məhkumın onlara narkotik maddə satmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidl ər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş videgörüntülərlə, sübut əhəmiyyətli sənədlərlə, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də Məhkumla üzləşdirmə zamanı verdikləri ifadələri (həmin ifadələrində onlar üzərilərində aşkar olunmuş narkotik vasitələri məhz Məhkum pulla aldıqlarını göstərmiş, Məhkum da onlara narkotik vasitələr satdığını etiraf etmişdir) ilə tam təkzib olunur. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallar və bu hallar üzrə törədilmiş əmələ verilən qiymətləndirmə iş üzrə qanuni üsullarla, yəni CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilm ədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla da tam təsdiq olunur və burada məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının mülahizələrə əsaslanmasından, yəni CPM-nin 28.5-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasından söhbət gedə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etməmiş, onların bu ifadələrini yaxın münasibətdə olduqları Məhkum müdafiəsinə yönəlmiş ifadələr kimi qiymətləndirmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətlərinin Məhkum polis əməkdaşları tərəfindən saxlanılarkən zorakılıq, hədə-qorxu, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiqinə məruz qalmasına dair dəlilinə cavab olaraq qeyd edir ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 iyun 2021-ci il tarixli qərardan göründüyü kimi, Məhkum Salyan RPŞ-nin əməkdaşları Şahid2 və Şahid1 tərəfindən döyülərək işgəncəyə məruz qalması ilə bağlı verilmiş şikayət əsasında Salyan rayon prokurorluğunda araşdırma aparılmış, şikayətdə göstərilən faktlar təsdiq olunmadığına görə toplanmış material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bu və digər sübutların priz masından baxdıqda görünən odur ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum törətdiyi cinayətlərin predmeti olan narkotik vasitəni məhz təkrarən satış məqsədi ilə əldə edərək saxlaması və daşıması və satması barədə qanuni və əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun bu əməllərini CM-nin 234.4.2-ci maddəsi ilə düzgün tövsif etmişlər CM-nin 234.4.2-ci maddəsində isə satış məqsədilə qanunsuz olaraq təkrarən narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllər ini törətməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiklər nəticə həm araşdırılmış sübutlara, həm cinayət qanunvericiliyinin təsivr edilən normasının tələblərinə həm də “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələr tam uyğundur. Belə ki, həmin Qərarın 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şə rh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərm ə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Buna görə, məhkəmə kollegiyası Məhkum təqsirliliyi və onun törətdiyi əməllərin hüquqi tövsif ilə bağlı aşağı instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, iş üzrə hər hansı başqa nəticəyə gəlmək, bunun üçün, Məhkum və m üdafiəçisi A.M.Məmmədovun kassasiya müraciətlərində iddia etdikləri kimi, Məhkum təqsirli bilindiyi əməllərin başqa cür qiymətləndirilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan kassasiya müraciətlərində irəli sürülmüş dəlillər qəbul edilməz sayılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş Məhkum barəsindəki cinayət işi üzrə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı birinin müəyyən edilməməsini qeyd edərək belə qənaətə gəlir ki, onun törətdiyi cinayət əməllərinin CM-nin 234.4.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi də mümkün deyil. Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyasının da razılaşdığı və dəyişdirmədən qüvvədə saxladığı birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum barəsində CM-nin 234.4.2-ci maddəsi ilə (həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) cəza tədbirinin seçilməsi məsələsini də həll edərkən məhkəmə CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməkdə düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini səciyyələndirən halları, habelə onun himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4 -cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən, məhkumun əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci tələbinə uyğ un olaraq cəzanı ağırlaşdıran hallar kimi kifayət qədər nəzərə almış və bu halların məcmusuna əsaslanaraq ona təqsirli bilindiyi CM-nin 234.4.2-ci maddəsi ilə qanuni və ədalətli cəza təyin etmişdir. Bu baxımdan məhkəmə kollegiyası Məhkum açıq-aşkar ağır cəzanın təyin edilməsi haqda nəticəyə gəlmək üçün heç bir əsas görmür və həmin cəzanın hansısa şəkildə yüngüləşdirilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını di nləyərək belə nəticəyə gəlir ki, kassasiya müraciətləri təmin edilməməli və Məhkum CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib məhk um edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar