Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1685/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(103)-776/2023 nömrəli qərarından Məhkum tərə findən verilmiş kassasiya şikayəti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 1(101 )-1310/2022 saylı hökmü ilə (sədrlik edən R.Salmanov, hakimlər S.Hacıyev və M.Əkbərovdan ibarət tərkibdə) xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 28 ünvanında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il azadlıqd an məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddətin cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 24 fevral 2022-ci il tarixdən hesablanması, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi, məhkəmə məsrəfi - 114 (bir yüz on dörd) manatın Məhkum tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, maddi sübut olaraq Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan - Məhkum üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildik dən sonra qalıq qalmış ümumi çəkisi 21,581 qram heroin, 20,580 qram metamfetamin və 1 (bir) ədəd elektron tərəzinin məhv edilsin və onun məhv edilməsinin «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməsi, istintaq zamanı Məhkum üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd DVD diskin və və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN-in (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən m əhkum apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi) Fərid Əyyubov və Emin Mehtiyevdən ibarət tərkibdə) 29 mart 2023-cü il tarixli 1(103)-776/2023 nömrəli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 aya endirilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 17,337 qr am və 12 (on iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,267 qr, 0,384 qr, 0,382 qr, 0,372 qr, 0,361 qr, 0,414 qr, 0,392 qr, 0,364 qr, 0,389 qr, 0,366 qr, 0,401 qr, 0,372 qr ümumi təmiz çəkisi 21,801 qram narkotik vasitə heroin və 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 20,780 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığınadək daşımış, Bakı şəhəri Sabunçu RPİ-nin X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 fevral 2022-ci il tarixdə saat 18:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-yə aparılıb, xidməti ot aqların birində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olmuş göy rəngli cins şalvarın sağ arxa cibindən qara rəngli kisənin içərisində 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 17,337 qram və 12 (on iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,267 qr, 0,384 qr, 0,382 qr, 0,372 qr, 0,361 qr, 0,414 qr, 0,392 qr, 0,364 qr, 0,389 qr, 0,366 qr, 0,401 qr, 0,372 qr ümumi təmiz çəkisi 21,801 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 20,780 qram ağ rəngli kristallardan yan cibindən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd «gümüşü» rəngli elektron tərəzi aşkar edilib götürülmüşdü r. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə instansiyalarının gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Eyni zamanda cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Məhkəmə himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə almamışdır. Məhkum kassasiya şikayətində cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmi n edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edərək və barəsində olan ap ellyasiya instansiya məhkəməsinin qərarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-cı maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qər arı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qəra rının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakt eri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Kassasiya şikayətindən görünür ki, məhkum əməlinin tövsifi ilə razılaşaraq mübahisələndirməmiş, yalnız ona təyin edilmiş cəzanın ağırliğini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə təsdiq edilir. Bu səbəbdən m əhkəmə kollegiyası məhkəmələrin məhkumun əməlinin tövsifi ilə bağlı mövqeyi ilə razılaşır. Məhkuma təyin edilmiş cəzanın ağır olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma təyin edilmiş cəza həm növü, həm də həddi baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilk dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və məhkumun islah olunmasına xidmət edir. Həmin cəzanın yüngülləşdirilməsi üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi məhkumun himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona təyin edilmiş cəzanı yüngülləşdirmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə n əticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 1(101 )-1310/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(103)-776/2023 nömrəli qərarı Məhkum kas
Məhkəmə qərarları › İş №1(102)-1685/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1685/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver