Məhkəmə qərarları › İş №1(102)-1687/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1687/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1687/2022 08.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Mailov Allahyar Məhərrəm oğlunun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi4 və məhkum A.Şahid5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-2/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli (sədrlik edən X1) hökmü ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küç., döngə 03, ev 02-də qeydiyyatda olan, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəs., yeni yaşayış sah əsində nömrəsiz evdə yaşamış, hazırda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mailov Allahyar Məhərrəm oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 18 mart 2020-ci il tarixdən 20 mart 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə çəkmə müddətinin əvvəli «24» yanvar 2022-ci il tarixdən hesablanmış barəsində seçilmiş «p olisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə iclas zalından həbs olunmuş, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, 24 avqust 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əlimanov küç., döngə 01, ev 13-də qeydiyyatda olan və yaşamış, hazırda Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 18 mart 2020-ci il tarixdən 20 mart 20 20-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə çəkmə müddətinin əvvəli «24» yanvar 2022-ci il tarixdən hesablanmış barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri, «həbs» qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə iclas zalından həbs olunmuş, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin hökmdən Məhkum2 müdafiəçisi Müdafiəçi2, məhkum Mailov Allahyar Məhərrəm oğlu və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda ver ilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: X5 (sədrliyi və məruzəsi ilə), X7 və X3 ibarət tərkibdə) apellyasiya şikayətiləri təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarından məhkum Mailov Allahyar Məhərrəm oğlu və Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən ayri-ayrılıqda kassasiya şikayətləri verilmiş və kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Mailov Allahyar Məhərrəm oğlu istintaqa məlum o lmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 165.227 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamış, 18 mart 2020-ci il tarixdə, saat 19:00 radələrində 165.227 qram narkotik vasitə qurudulmuş marixuanadan satış məqsədilə 5.227 qram götürərək bir ədəd kibrit qutusuna yerləşdirib əynində olan qara rəngli gödəkcənin sol iç cibinə qoyub saxlamaqla daşımış, həmin günü saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X.Səfərəliyev küçəsində yerləşən Sabunçu Rayon Polis İdarəsinn 14-cü Polis Bölməsinin yaxınlığında tanışı Məhkum2 450 manat pul borcunun əvəzinə əvvəlcədən razılaşdıql arı kimi bir ədəd ağ rəngli üzərində sarı rəngli «AVROMED» sözü yazılmış sellofan torbanın içərisində təmiz çəkisi 160 qram narkotik vasitə qurudulmuş marixuananı verərək satmış, həmin gün saat 20:00 radələrində Məhkum2la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X14 küçəsində yerləşən «Panda» marketin qarşısına gələn zaman Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilərək xidməti otaqda onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol iç cibində saxladığı bir ədəd kibrit qutusunda 5.227 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusrat üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Məhkum2 üzərində şəxsi axtarış keçirilərkən sağ əlində olan ağ rəngli üzərində sarı rəngli «AVROMED» sözü yazılmış sellofan torbanın içində 160 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusrat üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkum2 tanışı Mailov Allahyar Məhərrəm oğlu ilə istintaqa məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 165.227 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusrat üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamış, 18 mart 2020-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X.Səfərəliyev küçəsində yerlə şən Sabunçu Rayon Polis İdarəsinn 14-cü Polis Bölməsinin yaxınlığında A.Şahid5 ona 450 manat pul borcunun əvəzinə əvvəlcədən razılaşdıqları kimi bir ədəd ağ rəngli üzərində sarı rəngli «AVROMED» sözü yazılmış sellofan torbanın içərisində təmiz çəkisi 160 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı verərək satmış, o, isə satış məqsədi ilə A.Şahid5 qanunsuz ələ etdiyi 160 qram narkotik vasitə qurudulmuş marixuananı 450 manata satıb pulunu çıxarmaq məqsədilə özündə saxlamaqla daşımış və həmin günü saat 20:00 radələrində A.Şahid5la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X14 küçəsində yerləşən «Panda» marketin qarşısına gələn zaman Bakı şəhəri, Sabunçu Rayon Polis İda rəsinin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə gətirilərək xidməti otaqda onun üzərində şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı bir ədəd ağ rəngli üzərində sarı rəngli «AVROMED» sözü yazılmış sellofan torbanın içində 160 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusrat üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, A.Şahid5 üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd kibrit qutusunda 5.227 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusrat üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi4 kassasiya şikay ətini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3.1 -ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunur. Yəni xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməmişdən əvvəl ona hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilir, ona vəkil tərəfindən hüquq və vəzifələri izah olunur, istintaq tərəfindən ona vəkilin iştirakı ilə üzərinə baxış keçiriləcəyi bildirilir və sonda müdafiə tərəfi üçün aydın olmayan səbəblərdən üzərinə baxış keçirilən zaman müdafiəsinin iştirakının vacib olmamasını bəyan edir və ərizəyə yazır. Hətta onun da məhkəmənin nəzərinə çatdıraq ki, hüquqları müdafiə etdiyim təqsirləndirilən şəxslə keçirdiyim konfidensial görüşlər zamanı o na müdafiəçinin yalnız xx.xx.2020-ci il tarixdə təqdim edilməsini israrla bildirmişdir. Bu halı digər təqsirləndirilən şəxs Mailov Allahyar Məhərrəm oğlu da təsdiq etmişdir. Müdafiə tərəfi Azərbaycan Respublikasının CPM-nə, Konstitusiya Məhkəməsinin Qərarına və Ali Məhkəmənin Plenumunun Qərarına istinad edərək tam əminliklə bildirir ki, Məhkum2 barəsində qanunsuz qərar çıxarılarkən istinad olunan və qeyri-obyektiv araşdırılması nəticəsində ittiham olunmasına səbəb olan sübutlar Cinayət-Prosessual qanunvericiliyə görə sübut kimi qəbul edilə bilməz. Bundan başqa Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmündə araşdırılmayan ikinci mühüm hal cinayət işi materiallarında olan və ittiham aktında göstərilən şəxsi axtarış Protokolunda, təqsirləndirilən şəxsin xx.xx.2020-ci tarixində saat 20:00 r adələrində saxlanılması göstərilsə də onun üzərinə şəxsi axtarışın videoçəkilişlə aparılması vaxtı saat 22:40 göstərilmişdir. Bu da prosessual məcəllənin tələblərinin kobud surətdə pozulmasına növbəti sübutdur. Məhkəmənin nəzərinə çatdırmalıyıq ki, təqsirləndirilən şəxs Məhkum2 məhkəmə iclasında Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Hətta birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum2 məhkəmədə verdiyi ifadəsinə hüquqi yanaşmasına gəldikdə, cinayət işinin materiallarında olan hər hansı sübut, fakt və ya şahid ifadələri olmamışdır ki, bu hallar onun satış məqsədini təsdiq etsin. Belə ki, ittiham tərəfinin əsas şahidlərindən olan və şahid qismində istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqında dindirilmiş əmə liyyat müvəkkili Şahid1 öz ifadəsində bildirmişdir ki, onlarda Sabunçu rayon,Maştağa qəsəbəsində yaşayan "Sabit" adlı şəxsin qanunsuz olaraq "narkotik maddələri əldə etmə, üzərində saxlanması və daşınması barədə" əməliyyat məlumatı daxil olmuşdur. Digər şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid3 da oxşar məzmunlu ifadə vermişdir. Yəni əməliyyat- axtarış fəaliyyətinin həyata keçirilməsinə əsas olmuş əməliyyyat məlumatında bir kəlmə də satışla bağlı ifadə öz əksini tapmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qərarın dəyişdirilməsini və Məhkum2 əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Kassator A.Şahid5 hesab edir ki, Bakı şəhər, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü, mənə aid hissədə gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməli və yeni qərar çıxarılmalıdır; Çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut kimi qəbul olunması barədə Protokol və Qərar, İstintaq orqanı tərəfindən cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci ildə Bakı şəhəri, Sabunçu Rayon polis İdarəsinin 14-cü PB-də xidməti otaqların birində mənim üzərimdə "şəxsi axtarış və götürmə" keçirilərkən Məhkum2 əlində olan ağ rəngli sellofan torbada narkotik vasitə quruduluş marixuananı təqdim etməsi zamanı aparılmış video çəkilişdə əksini tapmış video görüntünün əsasında tərtib edilmişdir. Lakin müdafiə tərəfindən məhkəmə araşdırması zamanı həmin video görüntüdə Şəxsi axtarış zamanı İstintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-nin tələ blərinin kobud surətdə pozulmasına dair faktlar müəyyən edilmiş və bu pozuntu barədə müdafiə tərəfindən ayrı-ayrı tarixlərdə 2 vəsatət verilişdir. Lakin məhkəmə həmin vəsatətləri kənara qoymuş, önəm verməmiş və "məhkəmə prosesinin sonunda vəsatətə qiymət verəcəyini" bəyan etməklə kifayətlənmişdir. Lakin buna baxmayaraq məhkəmə nəinki öz hökmündə müdafiə tərəfinin verdiyi vəsatətə hüquqi qiymət vermiş, hətta həmin vəsatət barədə öz hökmündə bir kəlmə də qeyd verməmişdir. Mənim müdafiə hüquqlarım da pozulmuşdur. Mənim üzərimə baxış keçirilən zaman müdafiəsinin iştirakının vacib olmamasını bəyan edir, lakin təmin edilmir. Yuxarıda qeyd edilənlərə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)2\2022 nömrəli 24 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilərək əməlinin CM-in 234.2-ci maddəsi ndən CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkum A.Şahid5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasi ya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsəl ələrin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya ş ikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. X9 Məhərrəm oğlu kassasiya şikayətində əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi mübahisələndirilir və şikayətdə qeyd edilənləri əsas gətirərək qərarın dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müə yyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət -prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranı lmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müə yyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Mailov Allahyar Məhərrəm oğlunun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətlənd irilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq Mailov Allahyar Məhərrəm oğlunun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibinin olması, onun tərəfindən həmin cinayətlərin törədilməsinin məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 –ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə X4 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq e də biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. Bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satı ş məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınl aşdırmaqla Mailov Allahyar Məhərrəm oğlunun ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Mailov Allahyar Məhərrəm oğlunun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkəm ə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Mailov Allahyar Məhərrəm oğlunun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkum Mailov Allahyar Məhərrəm oğlunun kassasiya şikayətində göstərilən dəlillər əsassızdır və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2022-ci il tarixli qərarının dəyişdirilməsi və törətdiyi cinayət əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç-bir əsas yoxdur. Müdafiəçi4 tərəfindən verilmiş şikayətdə Məhkum2 istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və əməlinin CM-in 234.1-ci maddfəsinə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqda rından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzə rdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrin in şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır.Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədə n nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005- ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmi n maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs Məhkum2 həm ibtidai araşdırma, həm də məhkəmə zamanı verdiyi ifadələrində narkotik vasitələrdən istifadə etdiyini, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, onun üzərində olan sellofan torbada olan qurudulmuş çətənə bitkisinin hissələrini öz şəxsi istifadəsi üçün Mailov Allahyar Məhərrəm oğlundan ona olan 450 manat borcun əvəzində götürdüyünü, narkotik vasitələrin satışı və dövriyyəsi ilə hər hansı bir formada məşğul olmadığını və həmin narkotik vasitəni satmaq üçün deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyini göstərm işdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 narkotik vasitəni satış məqsədi ilə əldə etməsi iş materialları ilə təsdiq olunmur. Ali Məhkəmə Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarının yuxarıda şərh olunan 8-ci bəndində qeyd olunduğu kimi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışını verən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından da göründüyü kimi Məhkum2 narkotik vasitəni pul borcu əvəzində istifadə etmək üçün aldığından onun əməli “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsi ilə deyil, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məc əllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərar ı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız CinayətProsessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayətmühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi əməli n Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə tövsif edilməsi qanuni deyildir. Odur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli qərarının dəyişdirilməklə, Məhkum2 törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Mailov Allahyar Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2012-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar