Məhkəmə qərarları › İş №1(102)-1687/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1687/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1687/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İlqar qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və müdafiəçisi Əsədov İlham Fərhad oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-149/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Əsədov İlham Fərhad oğlu tərəfindən verilmiş kassasiya şikayətin mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1992-ci il tarixdə Zərdab rayonunun Bəyimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayır. 2. 15 sentyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür. 3. 20 oktyabr 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi o rqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 24 may 2023-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər şəhərciyində 8 nömrəli binanın qarşısında etibarnamə əsasında BA403734 nömrəli, B1B dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Hyundai Accent” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə məcburi köçkünlər şəhərciyi, 8-ci binanın qarşısından 10-cu bina istiqamətinə hərəkətdə olan zaman “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat va sitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da piyada hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobillə vuraraq Zərərçəkmiş şəxs sol baldır sümüklərinin yerdəyişmiş qapalı sınıqları ilə nəticələnən az ağır xəsarət yetirmişdir. Bundan başqa o, həmin yol nəqliyyat hadisəsini törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı, nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməl i, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda buna əməl etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır.

5. Abşeron Rayon Məhkəməsinin 1(012)-226/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli hökmü ilə Məhkum zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiy inə görə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin hissədə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərinə vəzifələrin qoyulması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Əsədov İlham Fərhad oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-149/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-226/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Əsədov İlham Fərhad oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Müdafiəçi kassasi ya şikayətində çoxsaylı maddi və prosessual normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinad edərək qeyd etmişdir ki, məhkəməyədək icraat dövründə ibtidai istintaq orqanı həddindən artıq ciddi qanun pozuntularına yol verməklə cinayət-prosessual qanunvericiliyi kobud surətdə pozaraq məhkum edilmiş şəxsi qanunsuz olaraq saxta ittihamla məhkəməyə vermişdir. Hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən sübutlar mövcud deyildir. Kassasiya şikayətində əsas məqam olaraq vurğulanmışdır ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verildiyi halda, şəxsin Azərbaycan Respublikası C M-nin 264-cü maddəsi ilə məhkum edilməsinin qanunvericiliyin hansı normaları ilə tənzimlənməsi məhkəmələr tərəfindən öz qərarlarında hüquq normalarına uyğun olaraq açıqlanmamış, nəzərə alınmamışdır ki, hər iki maddə bir-biri ilə bağlı olduğundan qəbul edilmiş qərarlar qanunvericiliyin tələbləri ilə uzlaşmır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-149/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarının ləğv edilərək, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinə bəraətverici əsasla xitam verilməsi, məhkəmə tərəfindən Məhkum İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin, 6-cı maddəsinin 1 və 3-cü bəndinin, 7-ci bəndinin tələblərinin pozulduğunun təsdiq olu nması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkib əlaməti olmadığı iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-149/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edə n zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsu liyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə ko llegiyası Məhkum əməlində cinayət tərkibi olmadığına dair müdafiəçinin dəlillərini əsassız hesab edir.

22. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, məhkum edilmiş şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri zərərçəkmiş şəxsin və şahidlərin ifadələ ri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokol, şahidin ifadəsinin yerində yoxlanılması barədə protokol, avtomobilin tanınmasının aparılması barədə protokol, digər istintaq və məhkəmə hərəkətləri protokolları, ekspert rəyləri və işdə olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çı xış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələr ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Lakin məhkum edilmiş şəxsin zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş maddi ziyanı ödədiyini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilərək, barəsində cinayət təqibi üzrə icraata xitam verilmişdir.

24. Kassasiya şikayətinin Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verildiyi halda, şəxsin Azərbayc an Respublikası CM-nin 264-cü maddəsi ilə məhkum edilməsinin qanunvericiliyin tələbləri ilə uzlaşmadığı barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

25. Azərbaycan Respublikası CM-nin 263 və ya 263-1-ci maddələrində müəyyən edilmiş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə yanaşı, eyni Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır.

26. Azərbaycan Respublikası CM-nin 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayəti törə də də bilər. Həmin cinayət formal tərkibli olduğu üçün Azərbaycan Respublikası CM-nin 263 və ya 263-1-ci maddələrində müəyən edilmiş nəticələrdən hər hansı biri baş verdikdən sonra məsuliyyətdən yayınmaq üçün hadisə yerininin tərk edildiyi andan başa çatmış sayılır.

27. Hazırki halda cinayət işi üzrə Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilmiş, lakin Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinin göstərişləri nəzərə alınaraq, onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yarandığından, cinayət məsuliyyətindən azad edilərək, həmin maddə üzrə cinayət işi üzrə icraata xitam verilmişdir.

28. Çünki, Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.

29. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

30. Cinayət məsuliyyətindən azad etmə törədilən cinayətə görə dövlətin şəxsi mühakimə edilməməsindən və barəsində ittih amedici hökm çıxarılmamasından, habelə cəzanın tətbiq edilməsindən imtina edilməsidir. Cinayət məsuliyyətindən azad etmə törədilən cinayətə görə məsuliyyətdən azad etmədir və şəxsin təqsirsizliyinə dəlalət etmir. Həmçinin, törədilmiş cinayətdə şəxsin təqsirliliyi müəyyən edildikdən sonra onun cinayət məsuliyyətindən azad edilməsi məsələsinin mümkünlüyü həll edilir.

31. Belə olan halda Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmiş məhkumun qanunla bilavasitə müəyyən edilmiş hallarda həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməsi, onun Azərbaycan Respublikası CM-nin 264cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsini istisna edən hal kimi çıxış edə bilməz.

32. Kassasiya şikayətinin Məhkum “İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında ” Avropa Konvensiyasının 3-cü maddəsinin, 6-cı maddəsinin 1 və 3-cü bəndinin, 7-ci bəndinin tələblərinin pozulduğunun təsdiq olunması barədə tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin müəllifi yalnız Konensiyanın müddəalarının sadalanması ilə kifayətlənmiş (hətta 6-cı maddə 3 bənddən ibarət olduğundan, istinad edilən 7-ci bəndin Konvensiyanın hansı müddəasına aid olması aydın deyildir), pozuntuların nədən ibarət olmasının təsviri təmin edilmədiyindən, hər hansı formada münasibətin verilməsi də mümkün hesab edilmir.

33. Beləliklə, baxılan kassasiya şikayəti ilə mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarı apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublika sı CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum ittiham edildiyi cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

34. Yuxarıda təfsir edilənlərə yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının t ətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

35. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmü cəza hissəsində dəyişdirərək, qalan hissələrdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

36. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhku m müdafiəçisi Əsədov İlham Fərhad oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-149/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Əsədov İlham Fərhad oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-149/2025 nömrəli, 02 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar