Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1688/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci ildə Cəlilabad rayonunun Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun A lar kəndində qeydiyyatda olan, halhazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi, bina 1, mənzil 47-də yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2023-cü il tarixli, 1(106)-139/2023 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Əsədov X7 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2022-ci tarixli, 1(073)-241/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmi ş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 29 ( iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzaçəkmənin əvvəli 26 noyabr 2022-ci il tarixindən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər K.S.Bəşirov (sədrlik edən),E.İ. Xasməmmədov və İ.Q.Abdullayev ) apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 02 dekabr 2022ci il tarixli 1(073)-241/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudl aşdırılması cəzası təyin olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Məhkum 13 sentyabr 2022-ci ildən 14 sentyabr 2022-ci ilədək tutulduğu 1 gün, 26 noyabr 2022-ci il tarixdən hökm çıxarılan tarixədək həbsdə saxlandığı 104 gün, ümumilikdə 105 gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış Məhkum üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov X7 tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən tə qsirləndirilən şəxs Məhkum cavabdeh kimi ondan 38000 (otuz səkkiz min) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(073)222/2021 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 01 noyabr 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 09 fevral 2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 17 fevral 2022-ci il tarixədək Zərərçəkmiş şəxs 38000 (otuz səkkiz min) manat məbləğində borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl olunmayaraq sübutların lazımı qaydada tədqiqi həyata keçirilməmişdir. Qeyd olunan pozuntular nəticəsində Məhkum təyin olunan qəti cəzanın hesablanmasında səhvə yol verilmişdir. Protest müəllifi apellyasiya məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarının nəti cə hissəsində Məhkum üzərində saxlanılmalı olan qəti cəza CM-in tələblərinə uyğun hesablanmadığını, onun cəmi 105 gün deyil, 3 ay 13 gün həbsdə olduğunu, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 7 ay deyil, 6 ay 26 gün çıxılmalı olduğunu göstərmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyy ətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə tə sbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsinin Məhkum üzərində saxlanılmalı olan qəti cəza müddətinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada hesablanmadığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu ma ddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestinin məzmununa diqqət etdikdə aydın olur ki, dövlət ittihamçısı Məhkum təyin edilmiş cəzanın növünü mübahisələndirməmiş, protest müəllifi cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl olunmamasına yəni apellyasiya məhkəməsi tərəfindən cəza təyini zamanı sübutların lazımı qaydada tədqiq edilməməsinə istinad edərək Məhkum üzərində saxlanılmalı olan qəti cəza müddətinin hesablanmasını mübahisələndirmişdir. Öyrəni lmiş cinayət işinin kontekstində apellyasiya məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəzanın hesablanması zamanı cinayət-hüquq normalarına əməl olunmasını, o cümlədən qəti cəza müddətinin düzgün hesablanmasını iddia etmək mümkün deyil. Belə ki, yuxarıda qeyd olunduğu kimi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2023-cü il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 13 sentyabr 2022-ci ildən 14 sentyabr 2022-ci ilədək tutulduğu 1 gün, 26 noyabr 2022-ci il tarixdən hökm çıxarılan tarixədək həbsdə saxlandığı 104 gün, ümumilikdə 105 gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış Məhkum üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Göründüyü kimi apellyasiya məhkəməsi cinayət işi üzrə Məhkum 13 sentyabr 2022-ci ildən 14 sentyabr 2022-ci ilədək tutulduğu müddəti 1 gün həddində, 26 noyabr 2022-ci il tarixdən hökm çıxarıldığı 10 mart 2023-cü il tarixədək həbsdə saxlandığı müddəti 104 gün həddində müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 202.1-ci maddəsinə əsasən cinayət müha kimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Həmin Məcəllənin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.1-ci və 69.2-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılmasının və azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə hesablanır, CM-in 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan mə hrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Sadalanmış maddi hüquq normalarının təhlilindən aydın olur ki, qanunvericilik azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarının müddətlərinin aylarla və illərlə hesablanmasını təsbit etməklə yanaşı, cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlərin günlərlə hesablana bilinməsi ilə bağlı dispozitiv hal nəzərdə tutmuşdur. Ay və il dedikdə, həmin təqvim ayında və ildə olan faktiki günlərin sayından asılı olmayaraq təqvim ayı və ya təqvim ili başa düşülür. Müddət aylarla və ya illərlə hesablandıqda, bu müddət azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzalarının hesablandığı ayın müvafiq tarixində bitir, əgər həmin ayda müvafiq gün yoxdursa, müddət həmin ayın axırıncı günündə bitmiş hesab olunur. Müddətlər günlərlə hesablandıqda, müddət axırıncı günün 24-cu saatında bitmiş sayılır. Göründüyü kimi qanunverici cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması müddətlərini günlər, aylar və illərlə təsbit etməklə buna uyğun şəkildə sistematik bir ardıcıllıq müəyyən etmişdir. Qeyd olunan düzülüş - müddətlərin hesablanmasında xaotikliyi inkar etməklə nizamlı ardıcıllığa əməl olunmasını tələb edir. Yəni cəza müddətlərinin hesablanması və cəzanı n hesaba alınması zamanı məhkəmələr göstərilən ardıcıllıqdan çıxış etməklə təqvim ilinə sığmayan müddəti aylarla, təqvim ayına sığmayan müddəti günlərlə hesablanmalıdır. Bu xüsusatların fonunda apellyasiya məhkəməsinin Məhkum 26 noyabr 2022-ci il tarixdən hökm çıxarılan 10 mart 2023-cü il tarixədək onun həbsdə saxlandığı müddətin günlərlə hesablaması (104 gün deyil 3 ay 12 gün kimi hesablanmalı) nə Cinayət Məcəlləsinin 69-cu maddəsi ilə, nədə ki, cəzanın hesablanması ilə bağlı formalaşmış məhkəmə praktikası ilə uzlaşan nəticə kimi qiymətləndirilə bilməz. Kollegiya onu da nəzərə alır ki, cəzanın hesaba alınması zamanı həbsdə olma müddətinin günlərlə deyil aylarla hesablanması yekunda məhkuma təyin edilmiş qəti cəza hədinin artırılmasına təsir edən amil kimi çıxış edəcək. Prosessual qanunv ericiliyinin tələbləri baxımından kassasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələn yekun qərar qəbul etmək səlahiyyətinə malik olmadığından, mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsi də istisna olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.2-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərərçəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər. Qeyd olunan cinayət-prosessual norma faktiki olaraq yeni apellyasiya baxışının hədlərini göstərməklə, qəbul ediləcək qərarı əvvəlki qərarın mübahisələndirilməsinə həsr olunmuş kassasiya müraciətlərinin xarakterindən və onların kassasiya instansiyası məhkəməsində həllindən asılı etmişdir. Məhkəmə heyətinin fikrincə, həmin normanının mənasına görə apellyasiya instansiyası məhkəməsi yeni baxışda məhkumun vəziyyətinin əvvəlki qərarla müqayisədə pisləşdirilməsi barədə qərarı buna dair verilmiş kassasiya müraciəti təmin olunduğu hissədə çıxara bilər. Göstərilən haldan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum sonuncunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əməl etsə də, məhkum edilmiş şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini düzgün tətbiq etməmiş və nəticədə Məhkum təyin edilmiş cəzanın hesablanmasında səhvə yol vermişdir. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, məhkəmələr tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən prosessual pozuntuya yol verildiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının, habelə kassasiya protestinin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin, müdafiəçinin çıxışlarını dinləyi b, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı Əsədov İlqar tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 10 mart 2023-cü il tarixli, 1(106)-139/2023 nömrəli qərarı (cəza müddətinin hesablanması hissəsində) ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Əsədov tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 mart 2023-cü il tarixli, 1(106)-139/2023 nömrəli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1688/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1688/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver