Məhkəmə qərarları › İş №1(102)-1689/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1689/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1689/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsinə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X7 və X2 ibarət tərkibdə) 19 dekabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1980-cı ildə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1, mənzil 59-da qeydiyyatda olan və yaşayan Məhkum1 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilmiş və o, dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən və məhkəmə xərclərinin ödənilməsindən azad edilmişdir. xx xxxx 1993-cü ildə Ağcabədi rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, Ağcabədi rayonu, H.Əliyev prospekti, ev 251-də qeydiyyat da olan və yaşayan Məhkum2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplanılmaqla ona qəti olaraq 8 (səkkil) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmü qanun i qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 09 mart 2022-ci il tarixdən hesablanması, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X5 ( sədrlik edən və məruzəçi ), X4 və X6 ibarət tərkibdə) 4 aprel 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli (099)-500/2022 saylı hökmü həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum2 tərəfindən verilmiş apellyasiya şika yətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən o, Azərbaycan Respublikası vətəndaşları Şahid1, Məhkum2, şəxsiyyəti istintaqa Keyvani adı ilə məlum olan İran islam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddənin və külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayə tkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitə - ümumi təmiz çəkisi 192,8 qram heroini, ümumi təmiz çəkisi 982,2 qram tiryəki, ümumi təmiz çəkisi 3007,1 qram həşiş qətranını, 60 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 2,4 qram metadonu, külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 100,1 qram metamfetamini və 224 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 14 qram olan külli miqdarda güclü təsir edən maddə “Preqabalin” adlı dərman preparatlarını İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 04 mart 2021-ci il tarixdə Keyvani adlı şəxs cinayətkar qrupun üzvü Şahid1 məlumat verdikdən sonra, sonuncu, «Mercedes» markalı, «AZ **-GP-***» dövlət qeydiyyat nişanlı avtomaşınla Füzuli rayonu ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən 1 ədəd bağlamada külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni 04 mart 2021-ci il tarixdə saat 08 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, Şahid1 cinayətkar qrupa məxsus bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitələr, ümumi təmiz çəkisi 192,8 qram heroin, ümumi təmiz çəkisi 982,2 qram tiryək, ümumi təmiz çəkisi 3007,1 qram həşiş qətranı, 60 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 2,4 qram metadon, külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 100,1 qram metamfetamin və 224 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 14 qram olan külli miqdarda güclü təsir edən maddə “Preqabalin” adlı dərman prepar atları aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən o, Azərbaycan Respublikası vətəndaşları Şahid1 və Məhkum1, şəxsiyyəti istintaqa Keyvani adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda müxtəlif növ narkotik vasitələrin, külli miqdarda psixotrop maddənin və külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cin ayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər külli miqdarda narkotik vasitələr, ümumi təmiz çəkisi 192,8 qram heroini, ümumi təmiz çəkisi 982,2 qram tiryəki, ümumi təmiz çəkisi 3007,1 qram həşiş qətranını, 60 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 2,4 qram metadonu, külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 100,1 qram metamfetamini və 224 ədəd kapsul şəklində təsir maddəsinin miqdarı 14 qram olan külli miqdarda güclü təsir edən maddə “Preqabalin” adlı dərman preparatlarını İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 04 mart 2021 -ci il tarixdə istintaqa adı Keyvani kimi məlum olan şəxs cinayətkar qrupun üzvü Şahid1 məlumat verdikdən sonra, o, sonuncu olə birlikdə “Mercedes” markalı, “AZ **-GP-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Füzuli rayonu ərazisinə getmiş, Şahid1 Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni xx.xx.2021-ci il tarixdə saat 08 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, o isə “Mercedes” markalı, “AZ **-GP-***” dövlət qeydiyyat nişanlı avtomaşınla hadisə yerindən getmiş, Şahid1 cinayətkar qrupa məxsus bir ədəd bağlamada həmin külli miqdarda narkotik vasitələr, ümumi təmiz çəkisi 192,8 qram heroin, ümumi təmiz çəkisi 982,2 qram tiryək, ümumi təmiz çəkisi 3007,1 qram həşiş qətranı, 60 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 2,4 qram metadon, külli miqdarda psixotrop maddə olan təmiz halda çəkisi 100,1 qram metamfetamin və 224 ədəd ka psul şəklində təsir maddəsinin miqdarı 14 qram olan külli miqdarda güclü təsir edən maddə “Preqabalin” adlı dərman preparatları aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Protest müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum1 CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Məhkum2 isə CM-in 206.3.2-ci maddəsi ilə bəraət verərkən yalnız onların verdikləri qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özlərini müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq e dilmiş sübutları sübut kimi qəbul etməməklə Məhkum1 və Məhkum2 təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərin xeyrinə təhrif olunmuşdur. Belə ki, işin hallarından göründüyü kimi, Məhkum1, Məhkum2 və Şahid1 külli miqdarda müxtəlif növdə narkotik vasitələrin, külli miqdarda psixotrop maddənin və külli miqdarda güclü təsir edən maddənin qanunsuz olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə Keyvani adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə razılaşaraq cinayət əla qəsinə girmələri, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri məlum olmayan şəxslərin qeyd olunan maddələri İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmələri və qaçaqmalçılıq yolu ilə daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmələri, bu barədə Keyvani adlı şəxsin məlümat verməsindən sonra Şahid1 və Məhkum2 qeyd olunan maddələri satış məqsədi ilə əldə edib, saxlayıb və daşımaları məqsədilə Füzuli rayonuna getmələri və orada gizlədilmiş həmin külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni götürdükləri zaman Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Şahid1 hadisə yerində saxlanılması, Məhkum2 isə hadisə dən yerindən qaçması iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi isə Məhkum1 törədilmiş cinayətə aidiyyətinin müəyyən edilməməsi, sonuncunun qeyd olunan cinayət hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəlinmiş qənaətin hər hansı sübutla deyil, yalnız təkzib oluna bilən ehtimala və şübhəyə, yəni İran İslam Respublikası vətəndaşı olması güman edilən “Keyvani” adlı şəxsin Whatsapp vasitəsi ilə Şahid1 “Ay qaqa sənə ciyərim qurban, elə onu götür hamısını apar ver Rəşidə, elə nə cür bağlamadı, bağlamanı apar ver Rəşidə, Rəşid gözdüyür səni, Razindədi də, gözdüyür səni” səs qeydi göndərməsi və həmin səs qeydinin göndərilməsinin Şahid1 tərəfindən ifadəsində bildirməsi halına əsaslanması, həmçinin Məhkum2 da CM-in 206.3.2-ci maddəsi ilə istinad edilən əmələ aidiyyətinin müəyyən edilməməsi, qanunsuz maddələrin Füzuli rayonunun ərazisində gizlədilmiş yerdən götürülməsi anınadək Məhkum2 həmin predmetlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı formada (icraçı təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsinin müəyyən edilməməsi, Məhkum2 qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra narkotik vasitəni gizlədilmiş yerdən götürmək üçün getməsi qənaətinə gəlməklə Məhkum1 CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Məhkum2 isə CM-in 206.3.2ci maddəsi ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, CM-in 206.3.2-ci maddəsinin bütün dispozitiv əlamətlərini göstərməmiş, həmin maddənin dispozisiyasında qrup üzvlərinin hamısının cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri birlikdə icra etmələri deyil, məhz qrup üzvünün ümumi cinayətkar niyyətə uyğun olaraq maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birini icra etməsinin şəxsin əməlində cinayət tərkibini yaratmasını nəzərə almamış, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Məhkum1 və Məhkum2 Şahid1 və qeyriləri ilə birlikdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin keçirilməsindən məlumatı olmuş, həmin narkotik vasitələrin və psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması barədə həmin şə xslərlə qabaqcadan razılaşmışdır. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş şahidlərin ifadələri, baxış və götürmə protokolları, üzləşdirmə protokolları, telefon danışıqlarına dair məlumatlara baxış protokolları, tanınma protokolları, ekspertiza rəyləri, digər istintaq hərəkətlərinin protokolları, əməliyyat məlumatları və digər sübutlarla Məhkum1 və Məhkum2 ittiham olunan cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Verilmiş ittiham üzrə toplanılmış mötəbər sübutlarla Məhkum1 və Məhkum2 Şahid1, Keyvani adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda olan narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmələri, saxlamaları, daşım aları və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsində iştirak etmələrinə dair onlara istinad edilən əməlləri törətmələri tamamilə təsdiq olunmuşdur. Məhkəmə bu halları ümumiyyətlə diqqətə almamış, həmin halları bir-biri ilə müqayisəli təhlil etməmiş və nəticədə də təqsirləndirilən şəxslərə təqsirlilikləri tam sübut olunduğu halda Məhkum1 CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Məhkum2 isə CM-in 206.3.2-ci maddəsi ilə əsassız bəraət vermişdir. Məhkum1 və Məhkum2 özlərini CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilməyərək, Şahid1 narkotik vasitələri götürməyə getməsindən məlumatsız olduqlarını, iranlının həmin narkotik vasitələri onlara göndərmədiyini, ümumiyyətlə bu cinayətdə iştirak etmədiklərini göstərmişlər, (məhkəmə iclas protokolları). Lakin Məhkum1 və Məhkum2 işin faktiki hallarına uyğun olmayan özlərini müdafiə xarakterli bu ifadələri iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunur. Ona görə də, məhkəmələr Məhkum1 və Məhkum2 özlərini təqsirli bilməməsi ilə bağlı verdikləri ifadələrə, yəni Şahid1 narkotik vasitələri götürməyə getməsindən məlumatlarının olmamaları, iranlının həmin narkotik vasitələri onlara göndərməməsi və buna dair gətirdiyi dəlillərə tənqidi yanaşmalı, bu dəlilləri məhkəmə istintaqında tədqiq olumuş sübutlar, o cümlədən şahid ifadələri, işin müəyyən edilmiş hallarına dair baxış, götürmə protokolları, üzləşdirmə protokolları, telefon danışıqlarına dair məlumatlara baxış protokolları, tanınma protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatları və digər sübutlar ilə mü qayisəli təhlil edib, qeyd olunanlarla Məhkum1 və Məhkum2 gətirdiyi dəlillərin təkzib olunduğunu nəzərə alaraq, onların bu xüsusat üzrə verdiyi ifadələri həqiqətə uyğun gəlməyən və cinayət işi materialları ilə təkzib edilən ifadələr kimi qiymətləndirilməli idilər. Kassasiya protestində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, cinayət işi üzrə sübutlar düzgün araşdırılmamış, ona qarşı ittiham Şahid1 ifadəsinə əsasən verilmiş, sonuncu verdiyi ifadəni təsdiq etməmişdir. Məhkəmələr ona qarşı heç bir sübutun olmadığını nəzərə almamışlar. Özü heç zaman narkotik vasitə lərdən istifadə etməmişdir. Himayəsində azyaşlı övladi,onkoloji xəstə olan həyat yoldaşı var. Uşaq yaşlarından valideynlərini itirmişdir. Kassasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və onun azadlığa buraxılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayə ti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş he sab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3. 2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə, Məhkum2 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, kassasiya şikayətində isə Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirlilik məsələsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konsti tusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəmə kollegiyası həm ittihamın əsasını təşkil edən sübutlara, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutları mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 2 34.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməli olması, Məhkum2 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1,234.4.3 və 240.3.2-ci maddələrinə tövsif etməsi düzgün olmuşdur. Qeyd edilən nəticə birinci instansiya məhkəməsində Məhkum1 və Məhkum2 ifadələri, şahidlər Şahid3 oğlunun, Şahid1 ifadələri, ekspert rəyləri və aşağıda sadalanan digər sübutlar əsasında sübuta yetirilmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPM-nin 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin m ötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etmişdir. Belə ki, cinayət işinin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarından görünür ki: Məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizasının 05 mart 2021-ci il tarixli 6/310 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti zərflər üçün № 21 yazısı olan dairəvi möhürlə möhürlənmiş sarıqırmızı rəngli torbadakı -2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 111, 5 qr və 8İ,4 qr, ümumi təmiz çəkisi 192, 9 qram qəzvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasi tə heroindir; - 2(iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 494 9qr və 487, 3qr, ümumi təmiz çəkisi 982,2 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xaş-xaş bitkisindən kustar usulla alınmış narkotik vasitə tiryəkdir; -2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 57,7 qr və 42, 4 qr ümumi təmiz çəkisi 100,1 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir: üzərində "Methadone 40’ yazısı olan 6 ədəd konvalyutda. hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 60 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 60 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 2,4qram təşkil edir (konvalyutun üzərindəki göstəricisinə əsasən bir həddə 0,04qram olmaqla); - üzərində "Preqabalin 50 ” yazısı olan 8 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd dərman kapsul olmaqla, ümumilikdə 112 ədəd ağ rəngli kapsul preqabalin tərkibli preparatıdır və 112 ədəd kapsulda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 5,6qram təşkil edir (konvalyutun üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,05qram preqabalin olmaqla); -üzərində "Preqabalin 75 ” yazısı olan 8 ədəd konvalyutda, hər konvalyutda 14 ədəd kapsul olmaqla, ümumilikdə 112 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 112 ədəd kapsulda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 8,4qram təşkil edir (konvalyutun üzərindəki göstəricisinə əsasən bir kapsulda 0,075qram preqabalin olmaqla).Təqdim edilmiş preqabalinin umimi miqdarı 14 qramdır. Qeyd: Ekspertiza tədqiqatından sonrakı qalıq heroin 192, 6 qram, tiryək 982,0 qr, metamfetamin 100,0 qr, 56 ədəd metadon həbləri və 216 ədəd pereqebalin kapsulları təşkil edir; Məhkəmə bioloji ekspertizasının 05 mart 2021-ci il tarixli 7/245 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti zərflər üçün № 21 yazısı olan dairəvi möhür əksi olan torbada ayrı- ayrılıqda hər birinin təmiz çəkisi 500,8qram, 496,5 qram, 498,2 qram, 504,1 qram, 500,6 qram, 506,9 qram olmaqla ümumi çəkisi 3007,1 qram olan maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır; Məhkəmə kompüter-texniki ekspertizasının 16 noyabr 2021- ci il tarixli 5/1178 №-li rəyindən görünür ki, təqsdim edilmirş bir ədəd sensor ekranlı «İOS» əməliyyat sistemi ilə təchiz olunmuş «İpho ne 7» markalı arxa markalanma göstəricisində olan «A1660» modelli və «SİM» danışıq kartının yuvasındakı «**********66922» imei kodlu mobil smartfonlu tədqiqat aparılan zaman işlək vəziyyətə gətirmək mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 1 -ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan «İphone 7» markalı «A1660» modelli mobil smartfonun yaddaşından hər hansı bir (kontak, zəng, SMS mesaj, WhatsApp proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadiləsi, audio, foto, video və sair fayllar) məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümükün olmadı; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1728 nömrəli rəylərindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs Məhkum2 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olsa da, haz ırda Məhkum2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 10 nömrəli rəylərindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs Məhkum1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur; 04 mart 2021-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 14-cü sahəsidir. Həmin istiqamətdə Füzuli rayonu Arayatlı kəndi yaxınlığında əkin sa həsində saxlanılmış Şahid1 saxlanıldığı yerdən bir ədəd bağlama aşkar edilərək götürülmüş, Şahid1 həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir; 23 dekabr 2021-ci il tarixli «aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Şahid1 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamaya baxış keçirilən zaman içərisindən bükümlə birlikdə çəkisi 46 qram olan kəskin qoxulu, ağ kristallik, metamfetaminə bənzər maddə, bükümlərlə çəkisi 294 qram olan tünd rəngli, kəskin qoxulu, heroinə bənzər maddə, bükümlərlə birlikdə çəkisi 4086 qram tünd qəhvəyi rəngli, kəskin qoxulu, tiryəkə bənzər maddə, 6 ədəd konvolyutda üzərində M/40 yazısı olan metadon həbləri və 16 ədəd konvolyutda üzərində Preqabalin yazısı olan dərmanlar aşkar olunmuşdur; 15 oktyabr 2021 -ci il tarixli «Bakcell MMC-nin diskinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum1 istifadəsində olan "***-***-**-**” saylı nömrə ilə Şahid1 istifadəsində olan "***-***-**-**” saylı nömrə arasında xx.xx.2021-ci il tarixdə 3 halda "13, 8 və 70” saniyəlik danışıqların, digər təqsirləndirilən şəxs Məhkum2 istifadəsində olan "***-***-**-**” saylı mobil nömrə ilə aralarında xx.xx.2021-ci il tarixdə 2 halda "19 və 548” saniyəlik danışıqların olması aşkar edilmişdir; 15 oktyabr 2021-ci il tarixli «Bakcell MMC-nin diskinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum2 istifadəsində olan "***-***-**-**” saylı nömrə ilə Şahid1 istifadəsində olan "***-***-**-**” saylı nömrə arasında xx.xx.2021-ci il tarixdə 4 halda "234, 41, 73 və 273” saniyəlik danışıqların, digər təqsirləndirilən şəxs Məhkum1 istifadəsində olan "***-***-**-**” saylı mobil nömrə ilə aralarında 2 halda "19 və 548” saniyəlik danışıqların olması aşkar edilmişdir; 15 oktyabr 2021-ci il tarixli «Azerfon MMC-nin diskinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum2 adına rəsmiləşdirilmiş "***-***-**-**” saylı nömrə ilə Röya Verdiyevin adına rəsmiləşdirilmiş "***-***-**-**” saylı nömrə arasında xx.xx.2020-ci il tarixdə "salam qardaş xoş gördüy. Kənana denən zəng etsin Ceyhuna soruşsun patısı var ya düz qoş eləmək olar yüngül presnən, mənə hə yox deyərsən” məzmununda, Pərviz Əhmədovun adına rəsmiləşdirilmiş "***-***-**-**” saylı nömrə arasında xx.xx.2020-ci il tarixdə "hə qaqa onda o kişiyə zəng et denən Xəzər univ ersitetinin yanına gəlsin, şey məndədi, o da Əhmədlidən gəlir tez de” məzmununda, "***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə "qaqa zəng etdim danışdım dediki ancaq daşdı, 06-07di, onuda sənöl 30-a dedi, dedim olanım odu, sənöl 20 var dedi, yarı deyil, çoxdu onun üstün yarılıya bilmərəm” məzmununda, Fariz Mehtiyevin adına rəsmiləşdirilmiş "***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə "sənə patı verərəm əvəzinə lap bu karta 25 manat vurarsan qağa” məzmununda, həmin mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə "qaqa patı var” məzmununda, Pərviz Əhmədovun adına rəsmiləşdirilmiş "070-25453-53” saylı mobil nömrə arasında xx.xx.2021 -ci il tarixdə "qaqa patı qalıbsa mənə 1 daş ver qoyumda, yaman ağrıyıram” məzmununda, "***-***-****” saylı mobil nömrə ara sında xx.xx.2021-ci il tarixdə "qaqa balamın canı üsdümdə 30 qram mal var hamısı biryerdədi” məzmununda, Pərviz Əhmədovun adına rəsmiləşdirilmiş "***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə "qaqa otelin pulu necə olsun bes? Durğuz onu iki tüsdü şey ver çəksin ayılacaq” məzmununda SMS yazışmaların olması aşkar edilmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və tədqiq edilmiş sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, ibtidai araşdırma dövründə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş sübutlar narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin baş verməsini təsdiq etsə də, bu sübutların heç birinin Məhkum1 bu cinayətlə əlaqəsinin olmasını təsdiq etməməsi barədə apell yasiya instansiyası məhkəməsinini gəldiyi nəticə əsaslıdır. Belə ki, istintaq orqanı Məhkum1 qeyd olunan cinayət hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəldiyi qənaəti hər hansı sübutla deyil, yalnız təkzib oluna bilən ehtimala və şübhəyə, yəni İran İslam Respublikası vətəndaşı olması güman edilən "Keyvani” adlı şəxsin Whatsapp vasitəsi ilə Şahid1 "Ay qaqa sənə ciyərim qurban, elə onu götür hamısını apar ver Rəşidə, elə nə cür bağlamadı, bağlamanı apar ver Rəşidə, Rəşid gözdüyür səni, Razindədi də, gözdüyür səni” səs qeydi göndərməsi və həmin səs qeydinin göndərilməsinin Şahid1 tərəfindən ifadəsində bildirməsi halına əsaslanmışdır. Lakin işdən görünür ki, Keyvani Şahid1 etdiyi bu çağırışı onun artıq yaxalanmış olmasını bildikdən sonra göndərmişdir. Məhkum1 birinci instansiya məhkəməsində ifadə verərkən göstərmişdir ki, Şahid1, Məhkum2, Keyvani adlı iranlını əvvəlcədən tanımış, Şahid1 və Məhkum2la hər hansı bir ədavət, düşmənçiliyi olmamışdır. Ceyhun və Orxanı qumar oynanılan məclislərdən tanımışdır. Keyvani adlı iranlını isə 2018-ci ilin sonlarından etibarən tanımış, həmin şəxslə içki məclislərindən birində Bakı şəhərində tanış olmuşdur. Həmin vaxtdan etibarən Keyvani ilə münasibətləri yarandığından aralarında mobil telefon və “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Bir müddətdən sonra Keyvani ilə aralarında ədavətləri olmuş, belə ki, Keyvaninin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu 2020-ci ilin təxminən dekabr ayının sonlarında bilmiş, həmin vaxt Keyvaninin qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi nar kotik vasitələri polis əməkdaşları əməliyyat tədbiri keçirərək saxladıqlarından Keyvani həmin hadisə barədə daxili işlər orqanına məhz onun məlumat verdiyini düşündüyü üçün onunla ədavət aparmağa başlamışdır. Reallıqda da qeyd olunan hadisə barədə polisə, yəni Baş Narkotiklərlə Mübarizə İdarəsinə o məlumat vermişdir. Həmin vaxtdan etibarən Keyvani ilə düşmənçilikləri yaranmışdır. Təxminən 2020-ci ilin sonlarında polis əməkdaşları tərəfindən saxlanıldığı zaman Keyvaninin qaçaq yolla İran İslam Respublikasından göndərdiyi narkotik vasitələrin harada olduğu ondan soruşulmuş, həmin vaxt özünün bu işə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra ona Keyvaninin qaçaq yolla narkotik vasitələrin göndərdiyi yerin müəyyən edilməsi məqsədi ilə sonuncu ilə əlaqə saxlaması təklif edilmi ş, həmin vaxt qeyd olunan təkliflə razılaşaraq Keyvani ilə qaçaq yolla İran İslam Respublikasından göndərdiyi narkotik vasitələri harada gizlətdiyinin öyrənilməsi məqsədi ilə danışıqlara getmişdir. Həmin danışıqların nəticəsində əməliyyat tədbiri keçirilmiş və Keyvaninin qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhz həmin hadisədən sonra Keyvani onunla mobil telefonda dalaşmışdır. Qeyd olunan vaxtdan, yəni 2020-ci ilin dekabr ayından etibarən Keyvani ilə bir daha əlaqə saxlamamış və sonuncunun mobil nömrəsini telefonundan silmişdir. Beləliklə, göründüyü kimi Məhkum1 cinayətə aidiyyətinin hər hansı sübutunun olmadığı vəziyyətdə Məhkum1 ilə Keyvani arasında əvvəlki münasibətlərdən irəli gələn bir düşmənçilik də olmuşdur. İstintaq orqanı Məhkum1 ifadəsində əvvəllər Keyvani tərəfindən Azərbaycana göndərilmiş narkotik vasitənin yerinin müəyyən edilməsi üçün polisə köməklik göstərmiş olması və buna görə də aralarında düşmənçilik yaranması barədə ifadəsində göstərdiyi məlumatı təkzib edəcək hər hansı sübut müəyyən etməmişdir. Həmçinin Şahid1 ilə Keyvani arasındakı ilkin razılaşmaya görə Şahid1 götürdüyü narkotik vasitələri Bakı şəhərinə apararaq oradakı iki müxtəlif ünvana çatdırmalı, bunun müqablində ona 50 qram heroin verilməli olmuşdur. Şahid1 özü barəsində aparılan cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs, hazırkı iş üzrə isə şahid qismində verdiyi ifadələrində Məhkum1 onun cinayətkar niyyətindən və hərəkətlərindən tamamilə məlumatsız olmasını, Məhkum1 onu narkotik vasitələr əldə etmə si üçün Füzuli rayonuna göndərmədiyini, Keyvaninin göndərdiyi narkotik maddələrin Rəşid tərəfindən qəbul edilməsinin sonuncu tərəfindən vəd verilmədiyini, ümumiyyətlə Məhkum1lə narotik barədə danışıq aparılmadığını bildirmişdir. Şahid1 həmçinin ifadələsində Keyvanini ona narkotik maddələri Fuzulidən götürərək Bakida deyəcəyi iki ünvana qoymağını təklif etmiş, artıq yaxalanan zaman Keyvani narkotiki Rəşid adlı şəxsə verməsinə dair Whatsapp vasitəsi ilə səs göndərdiyini bildirmişdir. Həmçinin, ibtidai istintaq zamanı Şahid1 ilə Məhkum1 arasında keçirilmiş üzləşmə zamanı Şahid1 narkotik maddələri götürmək üçün Füzuli rayonuna getdikdə Keyvani sadəcə ona narkotikləri "apar ver Rəşidə” səsini göndərdiyini, Məhkum1 narkotikləri götürməyi barədə vəd vermədiyini, ümumiyyətlə Rəşidlə narkotik barəd ə hər hansı bir danışığının olmadığını göstərmişdir. Habelə Məhkum1 həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı verdiyi ifadələrində Şahid1 əldə edib saxladığı külli miqdarda narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr ona çatmalı olmadığını, həmin narkotik vasitələrin kimə çatacağından məlumatsız oldığunu, Keyvaninin Whatsapp vasitəsi ilə Ceyhuna "Narkotik vasitəni apar Razində Rəşidə ver” səs göndərməsinin ona aid olmadığını, Şahid1 və Məhkum2 narkotik maddələr götürmələri üçün heç bir yerə göndərmədiyini, Keyvaninin göndərdiyi narkotik vasitələri qəbul edəcəyi barədə Keyvaniyə, Ceyhuna və Orxana vəd vermədiyini, ümumiyyətlə Keyvaninin narkotik göndərməsi barədə heç bir məlumatı olmadığını göstərmişdir. Həmçinin, digər təqsirləndirilən şəxs Məhkum2 ibtidai istintaq z amanı şübhəli və təqsirləndirilən şəxs qismində, həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadələrində Məhkum1 onu və Ceyhunu narkotik götürmək üçün Füzuliyə göndərmədiyini, Rəşidlə narkotik barədə ümumiyyətlə heç bir danışığı olmadığını göstərmişdir. Bundan əlavə, iş üzrə şahidlər - Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Şahid3 və Şahid4 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələrində Məhkum1 qarşı heç bir dəlil göstərməyərək Məhkum1 hadisə yerində görmədiklərini, X13 vətəndaşından narkotik vasitələr əldə etməsi barədə heç bir məlumatları olmaması, Məhkum1 sözü gedən narkotik vasitələri qəbul edəcəyinə dair vəd verməsi barədə məlumatsız olduqlarını bildirmişlər. Həmçinin Şahid1 və Məhkum2 hadisə yerinə aparan taksi sürücüsü Şahid2 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələrində Məhkum1 tanımadığı, onu hadisə yerinə aparmadığı, ümumiyyətlə heç nədən xəbəri olmamasını bildirmişdir. İbtidai araşdırma dövründə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlar narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin baş verməsini təsdiq etsə də, həmin cinayət hadisəsi ilə Məhkum1 əlaqəsini nəinki təsdiq, hətta təkzib etmişdir. Beləliklə, ibtidai araşdırma orqanının Məhkum1 CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilməsinə dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, C PM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumat ların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əl də edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası Məhkum1 ittiham irəli sürülməsi üçün əsas olmuş sübutların Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qaydada əldə edildiyindən sübut kimi ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cinayət işinin materiallarında Məhkum1 qarşı irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılması üçün hər hansı bir mötəbər sübut müəyyən edilmir. CPM-in “Cina yət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı ş übhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərin ə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə m əhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq ol unan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Məhkum1 CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məh kəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, tələblərinin, həmçinin Məhkum1 cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələni tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qə rarının ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə düzgün olaraq müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyan ın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası həmçinin kassasiya protestinin Məhkum2 CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilməsinin, kassasiya şikayətiini isə CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsinin əsassız olması barədə dəlillərinə heç bir hüquqi əsası olmayan subyektiv dəlillər kimi qiymətləndiriri Məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə münasibətdə Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1,234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilməsi, CM-in 206.3.2-ci maddəsi ilə isə bəraət verilməsi barədə məhkəmələrin gəldiyi nəticə əsaslıdır. Belə ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hallar ondan ibarətdir ki, o, Şa hid1 İran İslam Respublikası vətəndaşı olması güman edilən «Keyvani» adı ilə tanıdığı şəxslə əvvəlcədən razılaşmalarına əsasən cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, dəqiq məlum olmayan vaxtda və yerdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına artıq keçirilib, Füzuli rayonu ərazisində gizlədilmiş qanunsuz maddələrinin Şahid1 təklifi ilə gedib həmin ərazidən götürmüşdürlər. Qanunsuz maddələrin Füzuli rayonunun ərazisində gizlədilmiş yerdən götürülməsi anınadək Məhkum2 həmin predmetlə bağlı hər hansı hərəkətlər etməsi, o cümlədən onun Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsində hər hansı for mada (icraçı, təhrikçi, köməkçi, təşkilatçı qismində) iştirak etməsi müəyyən edilməmiş, buna dair ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut əldə edilməmişdir. Məhkum2 qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra narkotik vasitəni gizlədilmiş yerdən götürmək üçün getmişdir. Bu hal həm ifadələr, həm də «Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında» protokol, həm də işin digər faktiki hallarından görünür. Qeyd olunan sübutların təhlilindən aydın olur ki, Məhkum2 narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayəti başa çatdıqdan sonra Şahid1 təklifi ilə müstəsna olaraq Azərbaycan Respublikasının ərazisində həmin maddələnin qanunsuz dövriyyəsi üzrə fəaliyyətə qoşulmuş - narkotik vasitənin Füzuli rayonun ərazisindəki saxlanc yerindən götürülüb da şınmasında (qabaqcadan əlbir olan qrupun tərkibində) icraçı qismində iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən "Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum2 qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Bunula da məhkəmə kollegiyası kassasiya protestinin Məhkum2 CM- in 206.3.2-ci maddəsi ilə bəraət verilməsinin, kassasiya şikayətinin isə onun CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsinin əsassız olması barədə dəlillərini əsassız olması, hər hansı sübutla öz təsdiqini tapmaması qənaətinə gəlir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarında cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında Məhkum1 təqsirsiz olması, Məhkum2 CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilməsi, CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146 -cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq göstərilən məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməsinə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarı kass asiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar