Məhkəmə qərarları › İş №1(102)-169/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-169/2019

24.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-169/2019 24.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Fərhad Kazım oğlu Əliyevdən və İlqar Səyyad oğlu Qılıcovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Həmçinin Zərərçəkmiş şəxs, bəraətləndirilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə əməllərində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məzahir Sadıqov), Təqsirləndirilən şəxs2, 1 mart 1980-ci il tarixdə Quba rayonu, Qələdüz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətənda şı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Quba rayonu, ************ kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2944-cü məhəllə, ev 136-da yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3, 2 aprel 1971 -ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri 27 saylı MKİS-də xadimə işləyən, ikinci qrup əlil, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ** ********************* qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1, xx xxx 1992-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ******************** qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə əməllərində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: Bəraət almış şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişlər ondan ötrü ki, Təqsirləndirilən şəxs2, həyat yoldaşı Təqsirləndirilən şəxs1 və qayınanası (sonuncunun anası) Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək 30 mart 2017-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasının qarşısında əvvəlcə Təqsirləndirilən şəxs3 zor tətbiq edərək yumruq zərbələri ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq, “çənəaltı nahiyənin sıyrığı” xəsarətini yetirdikdən sonra Təqsirləndirilən şəxs1 zor tətbiq edərək yumruq zərbələri ilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq “sağ bilək oynağının sıyrığı” xəsarətlərini yet irdikdən sonra Təqsirləndirilən şəxs2 zor tətbiq edərək yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs baş və ayaq nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona “sağ baldırın sıyrıqları, qarının qançırı” ümumilikdə dərəcələri təyin edilməyən bədən xəsarətlərini yetirməklə xuliqanlıq etmişlər. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elşad Şamayev, hakimlər Sahibxan Mirzəyev və Faiq Qasımovdan ibarət tərkibdə) dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 201 8-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya protestinin dəlilləri: Kassator kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, qeyd olunan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarı əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, T əqsirləndirilən şəxs2 onun ilkin nikahından olan oğludur, lakin o, sonuncunu bir yaşından həyat yoldaşının valideynlərinə övladlığa vermişdir. E6 həmin vaxtdan Qubada keçmiş qayınanası Ə8himayəsində yaşamış, oğurluq və xuliqanlıq etdiyi üçün evdən qovulmuş və 2010-cu ildən Bakı şəhərinə gəlmiş, X9 ilə evlənərək yaşamışdır. Bakıda yaşadığı müddətdə E6 və qayınatası Bəylər ona və ikinci nikahdan olan qızına qarşı müxtəlif cinayətlər törətmişdir. 30 mart 2017-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində E6in barəsində Azərbaycan Respublikası CM-in 178.1 və 128-ci keçirilən məhkəmə prosesinə gedərkən məhkəmənin qarşısında E6in qayınanası Təqsirləndirilən şəxs3, onun ailə üzvlərini tutduracağı təqdirdə başına oyun acacağını deyib onunla mübahisə etmişdir. Təqsirləndirilən şəxs3 onun üz ərinə hücum edib yumruqla boynuna vurmuş, əli ilə sağ qoluna vuraraq saçlarından tutub yolmuşdur. Bu zaman E6 də üzərinə hücum edib, yumruqla başına, təpiklə sağ ayağına vurmuşdur. Eyni zamanda E6 təkrarən təpiklə onu vurmuş, B8 isə paltarını cırmış, saçını yolmuş, onu döyüb söymüş, təhqir etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatətinə əsasən şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 30 mart 2017-ci il tarixdə Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs2 məhkəmə prosesində şahid qismində iştirak etmək üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə getmişdir. Məhkəmə prosesindən əvvəl məhkəmənin həyətində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs atmacalar atıb onların ünvanlarına nalayiq sözlər işlətmiş, L8 də G8a cavab qaytarmışdır. Bu zaman G8 L 8nin üzərinə hücum edib saçlarından tutub dartmış, G8 qızı B8 isə L8nin üzərinə hücum edib təpiklə sol ayağına, əli ilə isə sol qoluna vurmuşdur. Həmin vaxt E6 də söyüş söyərək, yumruqla L8nin başına vurmuşdur. Bundan sonra G8 hadisəni telefonla qeydə alan T6u əlini vurmuşdur ki, hadisəni videoya çəkə bilməsin. L8 skamyada huşsuz uzanan zaman, B8 L8yə yaxınlaşaraq L8nin sağ ayağına təpiklə vurmuşdur. Mübahisə edən şəxsləri icra məmurları ayırmışlar. Hadisə təxminən 20- 30 dəqiqəyə yaxın vaxt davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatətinə əsasən şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, “Kanal 13” İnternet kanalında işləmişdir. Zərərçəkmiş şəxs kanala müraciət edərək, onun Bakı şəhəri Nizami Rayon Məhkəməsində məhkəmə prosesinin keçirilməsini bildirmiş v ə prosesi işıqlandırılmasını xahiş etmişdir. Bu səbəbdən o məhkəməyə getmiş və Zərərçəkmiş şəxs ilə birlikdə həyətdə gözləmişdir. Sonra əvvəllər tanımadığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, onların ardınca isə Təqsirləndirilən şəxs2 gəlmişlər. Zərərçəkmiş şəxs onları görərkən “Sizin əlinizdən özümü yandırcağam” demişdir. Həmin vaxt B8 və G8 L8nin üstünə gəlmiş, sonuncunun saçından tutaraq, yumruqla vurmuşlar. E6 də kənardan gələrək L8nin başından vurmuşdur. O, hadisəni “Samsung” markalı telefonla çəkmiş, lakin G8 onun əlindən vurmuşdur. Artıq onlar aralaşıb gedəndə o, çəkilişi davam etmişdir. E6 L8nin başına vurandan sonra, sonuncu başını tutub yerə əyilmiş, həmin vaxt isə B8 təpiklə L8nin ayağına vurmuşdur. Bundan sonra L8 yerə yıxılmış və o, M8 və S8 ilə Zərərçəkmiş şəxs qaldırmışlar. Hadisə ümumilikdə 5-7 dəqiqə davam etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatətinə əsasən şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, L8ni 3 ilə yaxındır ki, tanıyır. M8 Mahmarzayeva ona Zərərçəkmiş şəxs zərərçəkmiş olduğu məhkəmə prosesinə gedəcəyini bildirdikdə, o da, sonuncu ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə getmişdir. Məhkəmənin həyətində olarkən əvvəllər tanımadığı B8 və G8 gələrək, davadalaş başlamış, Zərərçəkmiş şəxs əlləri ilə vurmuşlar. Belə ki, B8 və G8 yaxınlaşarkən L8 sonunculara “Qaytarın mənim evimi” demiş və bundan sonra onlar L8ni vurmağa başlamış, saçlarından dartmışlar. B8 L8nin başından, qolundan və belindən vurmuşdur. X12 də gələrək, sonuncunun başından vurmuşdur. L8 halsız olaraq yerə yıxılmış və E6 ayağından təpiklə vurm uşdur. Onlar L8ni skamyaya otuzdurduqda, sonuncunun ayağından qan axmışdır. İbtidai istintaq orqanı tərəfindən iş materiallarına əlavə olunmuş və maddi sübut qismində tanınmış DVD diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin DVD diskdə 2 ədəd videofayl mövcuddur. Birinci videofayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmənin inzibati binasının həyətindəki skamyada oturmuş, Təqsirləndirilən şəxs3 ayaq üstə dayanaraq sözlə mübahisə edir, bu zaman onlara Təqsirləndirilən şəxs2, sonra isə Təqsirləndirilən şəxs1 yaxınlaşırlar və onlar arasında mübahisə qızışaraq əlbəyaxa olma dərəcəsinə çatır, Təqsirləndirilən şəxs1 video çəkən şəxsin üzərinə gəldikdə telefonun kamerasını yerə tuşladığı üçün görüntü itir. Zərərçəkmiş şəxs skamyada başını qolunun üzərinə qoyaraq əyləşib boğuldum deyərək öz-özünə danışır, “boğuluram” deyir. Bununla birinci videogörüntü başa çatır. Diskdəki ikinci videofayla baxış keçirilərkən müəyyən olunur ki, Zərərçəkmiş şəxs skamyada oturaq vəziyyətdə başını bir qadının çiyninə qoyaraq sifəti görünməyən digər şəxslə söhbət edir, həmin şəxs ona xəstəxanaya müraciət edib oradan sənəd almağın mütləq olduğunu izah edir, videoçəkilişi edən şəxs isə çəkərək Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ ayağını yuxarıya doğru qaldıraraq sol ayaqda olan xəsarətləri çəkir, Zərərçəkmiş şəxs sağ qolunda olan xəsarəti göstərərək onu da çəkməsini bildirir, vidoegörüntüdə TTYŞ-nin çantası və üzü görünməyən tibb işçisi ani anda görünür və görüntü başa çatır. Kassator qeyd etmişdir ki, ibtidai istinta q zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 10 aprel 2017-ci il tarixli, 236 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində sağ bilək oynağının, sağ baldırın sıyrıqları, çənəaltı nahiyyənin sıyrığı, qarının qançırı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 30 mart 2017-ci il tarixdə alınmaları mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər digər şəxs tərəfindən vurulma nəticəsində alına bilərdilər, lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. Müayinə vaxtı bədən səthində 30 mar t 2017-ci il tarixə uyğun gələn digər xəsarət aşkar edilməmişdir. Göründüyü kimi, məhkəmələr gəldikləri nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutları və hökm və qərarda gəldikləri nəticəni özünün mülahizələri ilə əsaslandıraraq sübutlara düzgün hüquqi qiymət verməmişlər. Kassator vurğulamışdır ki, istər iş materiallarına əlavə edilmiş videogörüntüdən, istər zərərçəkmiş şəxsin ifadələrindən, istərsə də qeyd edilən şahidlərin ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslərin arasında ictimai yer olan Bakı şəhəri Nizami rayon məhkəməsinin həyətində mübahisə baş verir, mübahisə nəticəsində həm qeyd edilən ifadələrlə, həm də məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiq olunduğu kimi Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alır. Apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, ittihamı təsdiq edən sübutlar zərərçəkmiş şəxsin, habelə onun tərəfindən təqdim edilən şahidlərin ifadələri təşkil edir. Bu məqamda qeyd edilməlidir ki, məhkəmə kollegiyası ittihamı təsdiq edən sübutlardan birinin də məhkəmə tibbi ekspertizasının rəyinin olmasını nəzərdən qaçırmışdır. Həmin rəyi CPM-nin 127.3-cü maddəsinə əsasən, məhkəmə üçün məcburi hesab etməyən məhkəmə kollegiyası nəzərdən qaçırmışdır ki, rəydə müvafiq xəsarətlərin 30 mart 2017-ci il tarixə uyğun gəlməsi və şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmalarının inandırıcı olmaması barədə qeyd vardır. İş materiallarında olan video diskdən də göründüyü kimi, hadisədən bilavasitə sonra Zərərçəkmiş şəxsnm bədən səthi üzərində xəsarətlərin mövcudluğu təsdiqini tapır. Kassator göstərmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin ətraflı şərhi verilmiş və göstərilmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həm in cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. “B8 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına əsasən, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. CM-nin 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: i ctimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. CPM-nin 416.0.2-ci maddəsinə əsasən məhkəmənin CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. CPM-nin 416.0.3-cü maddəsinə əsasən bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kassator göstərilənlərə ə sasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə bəraət almalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarını ləğv edərək, cinayət işini yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş kassasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etmişdir ki, istər birinci instansiya məhkəməsi, istərsə də qismən məhkəmə istintaqı aparılmaqla cinayət işinə baxan apellyasiya instansiyası məhkəməsi ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, hər iki məhkəmə instansiyası Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamış, təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, yeni sübutlar toplanmamış, hər bir sübut mənsubiyyəti və mümkünlüyü üzrə qiymətləndirilməmişdir. Hər iki məhkəmə instansiyasının iş üzrə hər iki tərkibi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl edilməmiş, onun bir vətəndaş olaraq Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması təmin edilməmiş, hüquqları məqsədli şəkildə pozulmuş, hər iki məhkəmə instansiyasının iş üzrə tərkibi tərəfindən ədalətli məhkəmə araşdırması hüququ təmin edilməmişdir. Hər iki məhkəmə instansiyasının iş üzrə hər iki tərkibi cinayət işinə Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında deyil, “məqsədli” olaraq qərəzli şəkildə baxmış, hər iki məhkəmə tərkibi ona qarşı ədalətsiz mövqe tutmuşdur. Cinayətin törədilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şərait təmin edilməmiş, hər iki məhkəmə instansiyasının iş üzrə hər iki tərkibi cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən qiymətləndirilməmişdir. İş üzrə cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikasının Cinayət-Pr osessual Məcəlləsinin 144-146-cı maddələrinin müddəaları pozulmuş hər iki məhkəmə instansiyasının hər iki tərkibi tərəfindən sübutlara qərəzli münasibət bəslənmiş, hər iki məhkəmə instansiyasının hər iki tərkibi özünün gəldiyi “nəticələr” üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Hər iki məhkəmə instansiyasının iş üzrə hər iki tərkibinin gəldiyi “nəticələr” işin faktiki hallarına uyğun olmamışdır. İstər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü, istərsə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarı əsassız və ziddiyyətli sübutlarla təsdiq edilmiş, ədalətli məhkəmə araşdırması hüququ təmin edilməmişdir. Kassator qeyd etmişdir ki, zərərçəkmiş şəxs qismində vermiş olduğu ifadələrindən görü ndüyü kimi Təqsirləndirilən şəxs3 onun üzərinə hücum edərək əmlakını talayıb ələ keçirmiş, əli ilə sağ qolunu buraraq saçlarından tutub yolub yerə tökmüş və paltarını cırmışdır. Həmin vaxt özünə xəsarət yetirib gələn B8 də onun başına, qarnına təpiklə vurmuş, mən uşaqlıyam, məni heç kim həbs etməyəcək deyərək işgəncə verərək onu döymüşdür. Həmin vaxt o huşunu itirmiş, ətrafdakılar təcili yardım çağırmış, həkimlər ona dərman vermiş, iynə vuraraq mənzilinə gətirmişlər və bildirmişlər ki, vəziyyəti ağır olduğu üçün onu xəstəxanaya aparmalıdırlar. Onun sağ ayağından qan axmışdır. Həmin vaxt orada ondan başqa E6, G8, B8, M8, S8, T6 və tanımadığı şəxslər olmuşdur. Kassator həmçinin bildirmişdir ki, T6 hadisəni telefona da çəkib. G8 onu döyərək çənə altı nahiyəsinin sıyrığı, sağ bilək oynağının s ıyrığı xəsarətlərini yetirmişdir. Hadisə zamanı E6 onu öldürmək məqsədilə başından və ayağından vuran güclü xəsarətdən sonra huşunu itirmiş, huşsuz vəziyyətdə B8 ayağına xəsarət yetirib zədələmişdir. Kassator bildirmişdir ki, təəssüflər olsun ki, hər iki məhkəmə instansiyasının iş üzrə hər iki tərkibi şahid Mahmarzayeva M8in bu ifadəsinə obyektiv hüquqi qiymət verməmiş, işin faktiki hallarına məqsədli şəkildə göz yummuşdur. Hansı ki, məhkəmədən icraat dövründə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza PA və ETT Birliyinin Nizami rayon şöbəsinin 10 aprel 2017-ci il tarixli 236 nömrəli rəyindən görünür ki, onun bədən səthində sağ bilək oynağının, sağ baldırın sıyrıqları, çənəaltı nahiyənin sıyrığı, qarnın qançırı aşkar edilmiş və qeyd edilən xəsarətlərin 30 mart 2017-ci il tarixdə alınması mümkündür. Həmin xəsarətlər digər şəxs tərəfindən vurulma nəticəsində alına bilər, lakin həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. Əlbəttə ki, MTE PH və ETT Birliyinin Nizami rayon şöbəsinin 10 aprel 2017-ci il tarixli 236 saylı həmin rəyi də aldığı xəsarətlərin özü tərəfindən yetirilmiş xəsarətlər olmadığını təsdiq edir. Hansı ki, bundan başqa baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk də maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təəssüflər olsun ki, hər iki məhkəmə instansiyasının iş üzrə hər iki tərkibi hadisənin görüntülərini özündə əks etdirən həmin DVD diski də obyektiv hüquqi qiymət verməyib. Diskdə hər üç xuliqan onu döyüb qaç arkən aşkar surətdə görünür. Bir daha bildirmişdir ki, ona qarşı xuliqanlıq etmiş həmin bu şəxslər onun əmlakını talamış, qızını oğurlayıb əxlaqın pozub ondan imtina etdirib, təhsildən ayırıb, küçələrə atdırıb öldürmək məqsədilə dəfələrlə ona xəsarət yetirmişlər və onlar cəzasız qalmışlar. Təəssüflər olsun ki, hər iki məhkəmə instansiyasının iş üzrə hər iki tərkibi işin faktiki hallarına obyektiv hüquqi qiymət verməmiş, yalnız təqsirləndirilən şəxslərin yalan ifadələrinə inanmaqla kifayətlənmişlər. Hansı ki, istər şahid qismində dindirilmiş X1 istərsə də digər şahid X8 ifadələri təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətdiklərini sübuta yetirir. Hansı ki, digər şahid X7 da hər iki şahidin ifadələrinə uyğun ifadə verib. Əmlakını taladıqları üçün azyaşlı qızını kü çəyə atdıqları üçün xuliqanlıq etdiklərini sübut etmişlər, təqsirləndirilən şəxsləri aşkar surətdə müdafiə edən, işin faktiki hallarına məqsədli şəkildə göz yuman Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının iş üzrə tərkibi - hakim Elşad Şamayev onun apelyasiya şikayətinin və dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməməsini nəzərdə tutan qərar çıxarmış olsa da, hörmətli məhkəmə tərkibi yenə də öz ədalətsiz qərarını hər hansı sübutlar və faktlarla əsaslandıra bilməmişdir. Hansı ki, Azərbaycan Respublikasının Cinayət-Prosedural Məhkəməsinin 10.1-ci maddəsinə görə “Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosedural Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tər əfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər”. Kassator qeyd etmişdir ki, CPM-nin 12.1-ci maddəsinə görə “Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər”. CPM-nin 28.1-ci maddəsinə görə “Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materillara məhkəmə iclaslarında yalnız bu məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında qərəzsiz və ədalətlə baxmalıdırlar. CPM-nin 33.1-ci maddəsinə görə “Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcələnin tələblərinə əsasən qiymətləndirirlər”. CPM-nin 33.2-ci maddəsi nə görə “Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-149-cı maddələrinin pozulması yolverilməzdir”. CPMnin 33.4-cü maddəsinə görə “Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verməsi yolverilməzdir”. CPM-nin 144-cü maddəsinə görə “Cinayət təqibi üzrə toplanmış sübutlar tam hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Kassator yuxarıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər biri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 maddəsi i lə ittiham hökmü çıxarılmaqla maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə dair dövlət ittihamçısı Kamran Mahmudovun, Zərərçəkmiş şəxs və kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsinə dair bəraətləndirilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 se ntyabr 2018-ci il tarixli qərarı kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz mün asibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz və əsassız qərar çıxarıldığını, CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tədqiq edilməməsini, bəraət almış şəxslərin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyini, hər iki məhkəmə instansiyası tərəfindən subutlara düzgün qiymət verilmədiyini vurğulayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və bu tələblərini apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci (məhkəmə bu Məcəllənin 143146-cı maddələrinə uyğun olaraq sübutları tədqiq etmədikdə) və 416.0.3-cü maddələrinin (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdikdə) pozulması ilə əlaqələndirmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz və əsassız qərar çıxarıldığını, sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini, bəraət verilən şəxslərin əməllərinə düzgün qiymət verilməməsini vurğulayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər biri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci m addəsi ilə ittiham hökmü çıxarılmaqla maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və bir sıra dəlillərə istinad etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.3-cü maddələrinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya protestinin və şikayətinin dəlillərinə münasibət bildi rərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin və şikayətin dəlilləri apellyasiya protestinin və zərərçəkmişin apellyasiya şikayətinin dəlillərində də göstərilmiş və apellyasiya instansiya məhkəməsinin araşdırma predmeti olmuşdur. İş üzrə bəraət verilmiş şəxslərə ittiham orqanı tərəfindən xuliqanlıq cinayəti törətmələri istinad edildiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mahiyyətinə müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, hab elə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenunumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüqu qpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-nin 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birg əyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər d airəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmişin s ağlamlığına az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyəşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsi həyatdan məhrum etmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsiz lik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenunumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimaiqaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir”. Məhkəmə kolleg iyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin göstərilən Plenum qərarlarının hüquqi mövqeyinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəyə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan sübutlara müraciət etməyi zəruri hesab edir: Belə ki, apellyasiya məhkəməsinin iclasında dindirilmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun ilkin nikahında n olan oğludur. Lakin o, sonuncunu bir yaşından həyat yoldaşının valideynlərinə övladlığa vermişdir. E6 həmin vaxtdan Qubada keçmiş qayınanası Ə8himayəsində yaşamış, oğurluq və xuliqanlıq etdiyi üçün evdən qovulmuş və 2010-cu ildən Bakı şəhərinə gəlmiş, X9 ilə evlənərək yaşamışdır. Bakıda yaşadığı müddətdə E6 və qayınatası Bəylər ona və ikinci nikahdan olan qızına qarşı müxtəlif cinayətlər törətmişdir. 30 mart 2017-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində E6in barəsində Azərbaycan Respublikası CM-in 178.1 və 128-ci maddələri ilə keçirilən məhkəmə prosesinə gedərkən məhkəmənin qarşısında E6in qayınanası Təqsirləndirilən şəxs3, onun ailə üzvlərini tutduracağı təqdirdə başına oyun acacağını deyib onunla mübahisə etmişdir. Təqsirləndirilən şəxs3 onun üzərinə hücum edib yumruqla boyn una vurmuş, əli ilə sağ qoluna vuraraq saçlarından tutub yolmuşdur. Bu zaman E6 də üzərinə hücum edib, yumruqla başına, təpiklə sağ ayağına vurmuşdur. Eyni zamanda E6 təkrarən təpiklə onu vurmuş, B8 isə paltarını cırmış, saçını yolmuş, onu döyüb söymüş və təhqir etmişlər. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclas protokolundan müəyyən olunur ki, zərərçəkmiş şəxsin vəsatətinə əsasən şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 30 mart 2017-ci il tarixdə Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs2 məhkəmə prosesində şahid qismində iştirak etmək üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə getmişdir. Məhkəmə prosesindən əvvəl məhkəmənin həyətində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs atmacalar atıb onların ünvanlarına nalayiq sözlər işlətmiş, L8 d ə G8a cavab qaytarmışdır. Bu zaman G8 L8nin üzərinə hücum edib saçlarından tutub dartmış, G8ın qızı B8 isə L8nin üzərinə hücum edib təpiklə sol ayağına, əli ilə isə sol qoluna vurmuşdur. Həmin vaxt E6 də söyüş söyərək, yumruqla L8nin başına vurmuşdur. Bundan sonra G8 hadisəni telefonla qeydə alan T6un əlini vurmuşdur ki, hadisəni videoya çəkə bilməsin. L8 skamyada huşsuz uzanan zaman, B8 L8yə yaxınlaşaraq L8nin sağ ayağına təpiklə vurmuşdur. Mübahisə edən şəxsləri icra məmurları ayırmışlar. Hadisə təxminən 20-30 dəqiqəyə yaxın vaxt davam etmişdir. Zərərçəkmiş şəxsin vəsatətinə əsasən şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, “Kanal 13” İnternet kanalında işləmişdir. Zərərçəkmiş şəxs kanala müraciət edərək, onun Bakı şəhəri Nizami Rayon Məhkəməsində məhkəmə prosesinin keçirilməsini bildirmiş və prosesi işıqlandırılmasını xahiş etmişdir. Bu səbəbdən o məhkəməyə getmiş və Zərərçəkmiş şəxs ilə birlikdə həyətdə gözləmişdir. Sonra əvvəllər tanımadığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, onların ardınca isə Təqsirləndirilən şəxs2 gəlmişlər. Zərərçəkmiş şəxs onları görərkən “Sizin əlinizdən özümü yandıracağam” demişdir. Həmin vaxt B8 və G8 L8nin üstünə gəlmiş, sonuncunun saçından tutaraq, yumruqla vurmuşlar. E6 də kənardan gələrək L8nin başından vurmuşdur. O, hadisəni “Samsung” markalı telefonla çəkmiş, lakin G8 onun əlindən vurmuşdur. Artıq onlar aralaşıb gedəndə o, çəkilişi davam etmişdir. E6 L8nin başına vurandan sonra, sonuncu başını tutub yerə əyilmiş, həmin vaxt isə B8 təpiklə L8nin ayağına vurmuşdur. Bundan sonra L8 yerə yıxılmış və o, M8 v ə S8 ilə Zərərçəkmiş şəxs qaldırmışlar. Hadisə ümumilikdə 5-7 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxsin vəsatətinə əsasən şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, L8ni 3 ilə yaxındır ki, tanıyır M8 Mahmarzayeva ona Zərərçəkmiş şəxs zərərçəkmiş olduğu məhkəmə prosesinə gedəcəyini bildirdikdə, o da sonuncu ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə getmişdir. Məhkəmənin həyətində olarkən əvvəllər tanımadığı B8 və G8 gələrək, dava-dalaş başlamış, Zərərçəkmiş şəxs əlləri ilə vurmuşlar. Belə ki, B8 və G8 yaxınlaşarkən L8 sonunculara “qaytarın mənim evimi” demiş və bundan sonra onlar L8ni vurmağa başlamış, saçlarından dartmışlar. B8 L8nin başından, qolundan və belindən vurmuşdur. X12 də gələrək, sonuncunun başından vurmuşdur. L8 halsız olaraq yerə yıxılmış və E6 ayağından təpik lə vurmuşdur. Onlar L8ni skamyaya otuzdurduqda, sonuncunun ayağından qan axmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon İcra Şöbəsində icra məmuru vəzifəsində işləyir. 30 mart 2017-ci il tarixdə məhkəmənin fəaliyyəti ilə bağlı növbətçi olduğu müddətdə, saat 12 radələrində məhkəmənin inzibati binasında olan zaman məhkəmənin həyətində adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və sonuncunun anası Təqsirləndirilən şəxs3 ilə mübahisə edib, söyərək təhqir etdiyini eşitdikdə icra şöbəsinə zəng vurub məlumat vermiş, əməkdaşlar həmin yerə yaxınlaşmışlar. L8 orada olan şəxslərin üzərinə hücum edərək çantasından çıxardığı plastik şüşənin içərisindəki maddəni üzərlərinə tökərək onları yandıracağını deyib hədələdikdə, B8 L8nin əlindən şüşəni almaq istəmişdir. Digər icra məmurlarının köməkliyi ilə tərəflər sakitləşdirilmiş, L8dən plastik şüşəni aldıqdan sonra onları məhkəmənin həyətindən çıxarmış və həmin şəxslər oradan çıxıb getmişlər. Bu haqda akt tərtib edilmişdir. Hadisə vaxtı o, heç bir dava-dalaşın, təqsirləndirilən şəxslərin zərərçəkmişi vuraraq ona xəsarət yetirmələrinin şahidi olmamışdır. O, həyətə çıxan zaman və həyətdə olduğu müddətdə heç kəsin bir-birini vurduğunu görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Osmanlı Elnur Vəkil oğlu şahid F.T.Şahhüseynovun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan edilməklə tədqiq olunan şahid X14 ibtidai istintaq za manı verdiyi ifadəsində göstərmişdir ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 30 mart 2017-ci il tarixdə saat 12:10-da məhkəmənin fəaliyyəti ilə bağlı növbətçi olduğu zaman məhkəmənin həyətində bir qrup şəxsin səs-küy salaraq narahatçılıq yaratdıqlarını bildirdiyi üçün, X15 və O6 ilə oraya yaxınlaşmışlar. Həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və B8nin anası Təqsirləndirilən şəxs3 ilə mübahisə edib onları söyüb təhqir etmiş, L8nin əlindən şüşəni almaq istədikdə onların arasında mübahisə baş vermişdir. Onlar hadisəyə müdaxilə edib tərəfləri sakitləşdirib L8dən plastik şüşə alındıqdan sonra dava-dalaş edən şəxsləri: məhkəmənin həyətindən çıxarmış və həmin şəxslər oradan çıxıb getmişlər. Bu haqda akt tərtib edilmişdir. Həmin vaxtı orada, o, icra şöbəsi nin əməkdaşları: X15, Osmanlı Elnur Vəkil oğlu; Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, kanal 13-un adını bilmədiyi müxbiri, məhkəmənin mühafizəçisi X16 və adlarını bilmədiyi 4-5 nəfər şəxs olmuşlar. O, məhkəmənin qarşısına gələn zaman L8nin B8ni və G8ı təhqir edib qışqırbağır etdiyini görmüş, həmin vaxtı orada heç bir davadalaşın şahidi olmamışdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 10 aprel 2017-ci il tarixli, 236 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində sağ bilək oynağının, sağ baldırın sıyrıqları, çənəaltı nahiyyənin sıyrığı, qarının qançırı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yə ni 30 mart 2017-ci il tarixdə alınmaları mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər digər şəxs tərəfindən vurulma nəticəsində alına bilərdilər, lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. Müayinə vaxtı bədən səthində 30 mart 2017-ci il tarixə uyğun gələn digər xəsarət aşkar edilməmişdir. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 14 aprel 2017-ci il tarixli, 261 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 bədən səthində sağ çənə və sol yanaq nahiyəsinin piqmentasiya sahələri aşkar edilmişdir. Qeyd edilən piqmentasiya sahələri qançır izləri olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 30 mart 2017-ci il tarixdə alınmaları mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üşün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər digər şəxs tərəfindən, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar edilmir. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 17 aprel 2017-ci il tarixli, 273 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarətin obyektiv əlaməti aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər Ali Məhkəmənin, istərsə də Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarlarının fövqündə cinayət işinin materiallarındakı sübutlara yanaşdıqda belə nəticə hasil olur ki, hökmün və qərarın qanuniliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi sübutlara qiymət verərək belə qənaətə gəlmişdir ki, “həm birinci instansiya məhkəməsində tədqiq olunmuş, həm də apellyasiya məhkəməsində əlavə istintaq zamanı araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi əsaslı olaraq belə qənaətə gəlmişdir ki, bəraət almış şəxslərin əməllərində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin olmamışdır. İş üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərində xuliqanlıq cinayətinin həm obyektiv cəhətinin, həm də subyektiv cəhətinin mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, iş materialları ilə bəraət almış şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə 30 mart 2017ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin həyətində mübahisə etmələri iş materialları ilə mübahisəsiz qaydada müəyyən olunsa da, onların Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmələri öz təsdiqini tapmamışdır. İş materiallarından müəyyən olunur ki, ittihamı təsdiq edən sübutlar zərərçəkmiş şəxsin, habelə onun tərəfindən təqdim edilən şahidlərin ifadələri təşkil edir. Məhkəmə kollegiyası ilk olaraq hesab edir ki, iş üzrə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin bəraət almış şəxslərlə zərərçəkmiş şəxsin arası nda mübahisənin baş verməsinə dair ifadələri özü özlüyündə bəraət almış şəxslərin xuliqanlıq etmələrinin sübutu qismində qiymətləndirilə bilməz. Belə ki, “xuliqanlıq" hüquqi anlayış olmaqla, hər hansı əməlinin məhz bu cinayət qismində tövsif edilməsi zərərçəkmiş şəxsin və ya şahidlərin əməli “xuliqanlıq” kimi adlandırılmasından asılı olmayaraq ibtidai istintaq orqanı və məhkəmə tərəfindən müstəqil qiymətləndirilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən əsaslı olaraq X1 Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olan şəxs olmasını, Təqsirləndirilən şəxs2 barəsindəki əvvəlki cinayət işi üzrə məhkəmə iclasına Zərərçəkmiş şəxs təşəbbüsü ilə şahid qismində ifadə vermək məqsədi ilə getməsini, digər şahid X8 isə Zərərçəkmiş şəxs təşəbbüsü ilə məhkəməy ə gəlməsini nəzərə alaraq, onların ifadələrinə tənqidi yanaşmış və ifadələrini mötəbər sübut qismində qiymətləndirməmişdir. Məhkəmə kollegiyası eyni ilə əlavə şahid qismində dindirilmiş S8 Süleymanovanın ifadəsinə yanaşır və həmin ifadəni ittiham hökmünün çıxarılması üçün əsas kimi qəbul etmir”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə qanuni və əsaslı olduğundan razılaşır və aşağıdakıları qeyd edir: Əvvəla, qeyd edilməlidir ki, cinayət işinin materiallarından müəyyən olunur ki, istinad edilənin hadisənin baş verdiyi gün, yəni 30 mart 2017-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 128-ci maddələri ilə ittiham olunmasına dair cinayət işi baxılmağa təyin edilmişdir. Təqsirləndi rilən şəxs2 da təqsirləndirilən şəxs kimi məhz bu səbəbdən məhkəməyə gəlmişdir. Təqsirləndirilən şəxs2 arvadı Təqsirləndirilən şəxs1 və qaynanası Təqsirləndirilən şəxs3 da bu səbəbdən onunla birgə məhkəməyə gəlmişlər. İkincisi, cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 178.1 və 128-ci maddələri ilə təqsirli bilindiyi bu cinayət işində hər iki cinayət əməli üzrə zərərçəkmiş şəxs qismində hazırki cinayət işində olduğu kimi Zərərçəkmiş şəxs tanınmışdır. Bu faktı isə həm Təqsirləndirilən şəxs2, həm də arvadı Təqsirləndirilən şəxs1 və qaynanası Təqsirləndirilən şəxs3 yaxşı bildiklərinə görə Zərərçəkmiş şəxs qarşı qəsdən cinayət xarakterli hərəkətlər etmələri inandırıcı deyildir. Üçü ncüsü, Təqsirləndirilən şəxs2 ittiham olunduğu və zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs olduğu cinayət işinə baxılmamış və nəticə verilməmiş, yenidən, həm də məhkəmənin qarşısında Zərərçəkmiş şəxs qarşı qəsdən cinayət əməli törətməsi barədə istintaq orqanının gəldiyi nəticə cinayət işinin materiallarında olan sübutların mabədində qətiyyən ağlabatan və mötəbər görünmür. Elə həmin səbəbdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da Zərərçəkmiş şəxs qarşı qəsdən cinayət əməli törətmələri barədə protestin və şikayətin dəlilləri əsaslı görünmür. Dördüncüsü, cinayət işinin materiallarındakı şahid ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə gələrkən özü ilə çantasında plastik şüşənin içərisində yandırıcı maye də gətirmişdir. Beşincisi, məhkəmə kollegiyası qeyd edir ki, şahid qismi ndə dindirilmiş şəxslərin bəraət almış şəxslərlə zərərçəkmiş şəxsin mübahisə etmələrinə dair ifadələri bəraət almış şəxslərin xuliqanlıq cinayəti törətmələri kimi qiymətləndirilə bilməz. Şəxslər arasında baş verən hər bir mübahisə cinayət (xuliqanlıq) deyildir. Hərəkətin Cinayət Məcəlləsinin müvafiq normasının təsiri altına düşməsi üçün normanın dispozisiyasında sadalanan əməlin (və ya əməllərin) törədilməsi mütləqdir. Şəxsin əməlinin xuliqanlıq kimi qiymətləndirilməsi üçün üç əsas əlamətin olması şərtdir. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zə dələnməsi ilə müşayiət edilməlidir. Cinayət işinin materiallarındakı mötəbər sübutların məcmusu ilə isə müəyyən edilir ki, bəraətləndirilmiş şəxslərin hərəkətlərində göstərilən əlamətlər mövcud deyildir. Altıncısı, iş üzrə marağı olmayan şahid, Bakı şəhəri Nizami rayon İcra Şöbəsində icra məmuru vəzifəsində işləyən X2 ifadəsində göstərmişdir ki, o, 30 mart 2017-ci il tarixdə məhkəmənin fəaliyyəti ilə bağlı növbətçi olduğu müddətdə, saat 12 radələrində məhkəmənin inzibati binasında olan zaman məhkəmənin həyətində adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və sonuncunun anası Təqsirləndirilən şəxs3 ilə mübahisə edib, söyərək təhqir etdiyini eşitdikdə icra şöbəsinə zəng vurub məlumat vermiş, əməkdaşlar həmin yerə yaxınlaşmışlar. L8 orada olan şəxslərin üzərinə hücum edə rək çantasından çıxardığı plastik şüşənin içərisindəki maddəni üzərlərinə tökərək onları yandıracağını deyib hədələdikdə, B8 L8nin əlindən şüşəni almaq istəmişdir. Digər icra məmurlarının köməkliyi ilə tərəflər sakitləşdirilmiş, L8dən plastik şüşəni aldıqdan sonra onları məhkəmənin həyətindən çıxarmış və həmin şəxslər oradan çıxıb getmişlər. Bu haqda akt tərtib edilmişdir. Hadisə vaxtı o, heç bir dava-dalaşın, təqsirləndirilən şəxslərin zərərçəkmiş vuraraq ona xəsarət yetirmələrinin şahidi olmamışdır. O, həyətə çıxan zaman və həyətdə olduğu müddətdə heç kəsin bir-birini vurduğunu görməmişdir. Qeyd edilməlidir ki, şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru O6 şahid F6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Göründüyü kimi iş üzrə heç bir marağı olmay an şahidlərin ifadələrindəki göstərdiyi xüsusatlar cinayət işinin materiallarındakı işin həqiqi hallarını təsdiq edən sübutlarla uyğunluq təşkil edir. Yeddincisi, şahidlər X1, X8 və X4 ifadələrindəki göstərdikləri mülahizələr işin həqiqi hallarına uyğun gələn digər şahidlərin ifadələri ilə (F6 və E6), hətta zərərçəkmiş şəxs tərəfindən təqdim edilən və onun tərəfindən əsas sübut kimi istinad edilən videogörüntülərlə uyğunluq təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Səkkizincisi, belə ki, cinayət işinin materiallarındakı maddi sübut qismində tanınmış DVD diskdəki görüntülərdən müəyyən edilir ki, həmin DVD diskdə 2 ədəd videofayl mövcuddur. Birinci videofayldan görünür ki, Zərərçəkmiş şəxs məhkəmənin inzibati binasının həyətindəki skamyada oturmuş, Təqsirləndirilən şəxs3 ayaq üstə dayanaraq sözlə mübahisə edib, üzünü çəkilişi aparan şəxsə qarşı tutaraq “vurun məni” deyərək qışqırır, həmin zaman Zərərçəkmiş şəxs iki əli ilə Təqsirləndirilən şəxs3 sinə nahiyəsindən tutaraq itələyir. Bu zaman onlara Təqsirləndirilən şəxs2, sonra isə Təqsirləndirilən şəxs1 yaxınlaşaraq, sonuncu videoçəkən şəxsin üzərinə gəldikdə həmin telefonun kamerasını yerə tuşladığı üçün görüntü itir. Eyni zamanda gün işığında orada olan insanların kölgəsinin hərəkət mexanizmində də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qarşı əl qaldırmaları müşahidə edilmir. Eyni zamanda videogörüntüdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 hadisə yerindən uzaqlaşdırması görünür, lakin onun hər hansı şəxsə qarşı zor tətbiq olunmasının görüntüsü videofaylda əks olunmur. Videoçəkiliş aparan şəxs kameranı yenidən mübahisə iştirakçılarına tuşladıqda Təqsirləndirilən şəxs3 sağ əlini göstərərək ikinci qrup əlil olduğunu, gödəkçəsinin cibini göstərərək iki gün bundan əvvəl orada olan qadınların cibini cırdıqlarını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 gedib məhkəmənin inzibati binasına girirlər, Zərərçəkmiş şəxs isə skamyada sakit şəkildə başını qolunun üzərinə qoyaraq əyləşib boğuldum deyərək özözünə danışır, “boğuluram” deyir. Bununla birinci videogörüntü başa çatır. Diskdəki ikinci videofaylan müəyyən olunur ki, Zərərçəkmiş şəxs skamyada oturaq vəziyyətdə başını bir qadının çiyninə qoyaraq sifəti görünməyən digər şəx slə söhbət edir, həmin şəxs ona xəstəxanaya müraciət edib oradan sənəd almağın mütləq olduğunu izah edir, videoçəkilişi edən şəxs isə çəkərək Zərərçəkmiş şəxs əynində olan şalvarın sağ ayağını yuxarıya doğru qaldıraraq sol ayaqda olan xəsarətləri çəkir, Zərərçəkmiş şəxs sağ qolunda olan xəsarəti göstərərək onu da çəkməsini bildirir, videogörüntüdə TTYŞ-nin çantası və üzü görünməyən tibb işçisi ani anda görünür və görüntü başa çatır. Kollegiya qeyd edir ki, videogörüntüdən bəraətləndirilən şəxslərin Zərərçəkmiş şəxs qarşı xuliqanlıq etmələri müşahidə olunmur və bu görüntülər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xuliqanlıq cinayət əməli törətmələri nəticəsinə gəlinməsinə heç bir əsas vermir. Beləliklə, kassasiya kollegiyası kassasiya protestinin və zərərçə kmişin kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı, həmçinin işə baxan məhkəmələrin hökmün və qərarın təsviri-əsaslandırıcı hissələrindəki istinad etdikləri sübutlarla müqayisəli surətdə tədqiq edərək, protestin və şikayətin dəlillərini təkzibedilməz bir sübuta və tutarlı bir fakta söykənmədiyi üçün qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, işə baxan məhkəmələr tərəfindən sübutlar CPM-in 143-146-cı maddələrinə uyğun olaraq tam, hərtərəfli və obyektiv surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə bəraət verərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, qanuni və əsaslı olaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə əməllərində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, bəraətləndirilmiş şəxslərin təqsirsizliklərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi olmaması sübu ta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyasının qənaəti belədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə əməllərində cinayət tərk ibi olmaması əsası ilə bəraət verilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Odur ki, kassasiya kollegiyası kassasiya protestinin və zərərçəkmişin kassasiya şikayətinin dəlillərini qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, kassasiya protestinin və zərərçəkmişin kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Tə qsirləndirilən şəxs1 barələrindəki 20 sentyabr 2018-ci il tarixli qərarının kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinin münasibətdə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti və Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə əməllərində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarı kassasiya protestin ə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: İnqilab Nəsirov Hakimlər: Fərhad Əliyev İlqar Qılıcov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar