Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-169/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi - Bakı şəhəri 23 saylı vəkil bürosunun vəkili Hacılı Pərviz Faiq oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmə sinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4 və Azərbaycan Respublikası CM-nin (18 dekabr 2016-cı il tarixədək qüvvədə olmuş) 278, 279.1, 281.2 və 283.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Bayramov, hakimlər R.V.Salmanov və S.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 1983-cü il tarixdə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, CM-nin 18 dekabr 2016-cı il tarixə kimi qüvvədə olmuş 278, 279.1, 281.2 və 283.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törıdilməsində təqsirli bilinərək, CM-nin 28,214.2.1 və 28,214.2.3-cü maddələri ilə 10 il müddətə, CM-nin 214-2-ci maddəsi ilə 03 il müddətə, CM-nin 220.2-ci maddəsi ilə 02 il müddətə, CM-nin 228.3-ci maddəsi ilə 05 il müddətə, CM-nin (18 dekabr 2016-cı il tarixə kimi qüvvədə olmuş) 278-ci maddəsi ilə 12 il müddətə, CM-nin 279.1- maddəsi ilə 04 il müddətə, MC-nin 281.2-ci maddəsi ilə 06 il müddətə, CM-nin 283.2.3-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, CM-nin 75.1-ci (müddətin keçməsi ilə bağlı cinayət məs uliyyətindən azad etmə) maddəsi tətbiq edilməklə CM-nin 228.4-cü maddəsi ilə cəza təyin edilməmiş, CM- nin 66.3-cü maddəsi tətbiq edilməklə təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti daraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X36, X50, X18, X7, X8, X40, X44, X37, X26, X33, X19 da təqsirli bilinib məhkum edilmişlər. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2015-ci ilin əvvəllərində Bakı şəhərində, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə olunan dini dövlət qurulmasına yönələn hə rəkətlər etmək məqsədi ilə, Bakı şəhəri və Respublikanın digər bölgələrindən tərəfdarlar toplanılmaqla, məhkum X20 rəhbərliyi ilə, müvafiq qaydada rəsmi dövlət qeydiyyatına alınmadan təsis edilmiş “Müsəlman Birliyi Hərəkatı” İctimai Birliyi adlanan quruma həmin hərəkat adı altında, özü ilə eyni radikal dini baxışlar bölüşən təqsirləndirilən şəxslərdən: X36, X44, X7, X50, X9, X40, X18, X47 oglu, X19, X26, X33 və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib, cinayətlərin təşkilatlanmış şəkildə törədilməsinin təmin edilməsi üçün məhkum X1 rəhbərliyi ilə vəzifə bölgüsünün aparılmasında Bakı şəhərində, ünvan 2 ünvanda ofis kirayələnməklə hərəkat şöbə və bölmələri yaradılaraq X21 ictimaiyyətlə əlaqələr, X10 maliyyə, X38 elm və mədəniyyət, X50 təsərrüfat, X4 ilahiyyat bölməs rəhbər, X3 şəbəkələr üzr ə koordinator, özünün Bakı şəhər üzrə koordinator, X22 cənub bölgəsi üzrə koordinator və şairənin təyin edilməsində, “Müsəlman Birliyi Hərəkatı” adlı qanunsuz quruma üzv olan şəxslərdən üzvlük haqqı, eləcə də özləri tərəfindən hazırlanaraq ayrı-ayrı məscidlərdə və ictimai yerlərdə qoyulan qutulara ianə adı ilə yığılan pul məbləğlərinin toplanılıb mütəşəkkil dəstənin maliyyələşdirilməsində; həmçinin məhkum Taleh Bağırov tərəfindən keçirilən qanunsuz sığınacaqlarda Respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarının müzakirəsinin aparılmasında, hərəkatın üzvlərinə, eləcə də Bakı şəhərindən və Respublikanın müxtəlif bölgələrind ən topladıqları tərəfdarlarına hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə açıq çağırış və əhaliyə belə məzmunlu çıxışların yazıldığı elektron formatlı disklərin, “Müsəlman Birliyi hərəkatının sədri X39 MÜRACİƏTİ!” adlı kitabçalarının paylanılmasında, habelə kütləvi informasiya vasitəsi olan internetin imkanlarından istifadə olunmaqla aşkar surətdə insanların dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən mənsub olduqları qanunsuz qurumun xeyrinə qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış və digər hərəkətlərlə terrorçuluq aktlarının törədilməsinə hazırlıq işlərinin aparılmasında iştirak etmişdir. Həmçinin məqsədlərinə nail olmaq üçün istintaqa məlum olmayan vaxtda və mənbədən digər şəxslərin vasitəsilə dəstə üzvlərinin qanunsuz olaraq əldə etdiyi, saxladığı, daşıdığı və gəzdirdiyi silahlar ilə, o cümlədən: təqsirləndirilən şəxs X1 “Makarov” (“PM”) konstruksiyalı “QP 0346” №-li tapança, 8 ədəd 9 mm kalibrli patron, 1 ədəd “F-1” tipli qəlpəli əl qumbarası və 1 ədəd “UZRQM” qumbara alışdırıcısı; təqsirləndirilən şəxs X2 1 ədəd “F-1” tipli qəlpəli əl qumbarası və 1 ədəd “UZRQM” qumbara alışdırıcısı; təqsirləndirilən şəxs Nahid Qəhrəmanovun saxladığı 16 mm kalibrli funksional təyinatını itirərək lüləsi və qundağı kəsilmiş ov tüfəngi (obrez), 1 ədəd “ F-1” tipli qəlpəli əl qumbarası və 1 ədəd “UZRQM” qumbara alışdırıcısı; təqsirləndirilən şəxs Əmirəli Əliyevin saxladığı “AKC-74” konstruksiyalı ******* №-li avtomat, 12 ədəd 7,62 mm kalibrli, 13 ədəd 5,45 mm kalibrli patron, 1 ədəd “F-1” tipli qəlpəli əl qumbarası və 1 ədəd “UZRQM” qumbara alışdırıcısı; təqsirləndirilən şəxs Seyfəddin Şirvanovun saxladığı 1 ədəd “F-1” tipli qəlpəli əl qumbarası və 1 ədəd “UZRQM” alışdırıcısı, təqsirləndirilən şəxs X50 saxladığı 1 ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilən ov bıçağı və 1 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah; təqsirləndirilən şəxs X4 saxladığı 1 ədəd “RQ-42” tipli əl qumbarası, 1 ədəd “UZRQM” qumbara alışdırıcısı və 1 ədəd trotil şaşkası; təqsirləndirilən şəxs X29 saxladığı 1 ədəd “F-1” tipli qəlpəli əl qumbarası və 1 ədəd “UZRQM” qumbara alışdırıcısı; özünün saxladığı 1 ədəd “RQD-5” əl qumbarası, 1 ədəd “F-1” tipli qəlpəli əl qumbarası, 2 ədəd “UZRQM” qumbara alışdırıcısı, və 22 ədəd 7,62 mm kalibrli patron; təqsirləndirilən şəxs X26 saxladığı 2 ədəd “F-1” tipli qəlpəli əl qumbarası, 1 ədəd “RQD-5” tipli əl qumbarası, 1 ədəd “UZRQM” qumbara alışdırıcısı, 46 ədəd 5,45 mm kalibrli patron, 12 ədəd 7,62 mm kalibrli avtomat patronu, 18 ədəd 7,62 mm kalibrli tapança-pulemyotlara aid patronlar və 1 ədəd 7,65 mm kalibrli tapança patronu, təqsirləndirilən şəxs X17 saxladığı 10 ədəd 7,62x39 mm kalibrli patron, 1 ədəd “F-1” tipli qəlpəl əl qumbarası, 1 ədəd “UZRQM” qumbara alışdırıcısı, təqsirləndirilən şəxs İsa İbrahimovun adığı 1 ədəd “F1” tipli qəlpəli əl qumbarası, 1 ədəd “UZRQM” qu mbara alışdırıcısı və ədəd trotil şaşkası; həmçinin ünvan 2-də (Əbülfəz Bünyətovun yaşadığı evdə) saxlanılmış: 14075006 №-li “AKMS” modelli “Kalaşnikov” konstruksiyalı 7,62 mm kalibrli avtomat, 5 ədəd 5,6 mm kalibrli və 65 ədəd 7,62 mm kalibrli patronlar, 3 ədəd “F-1” tipli qəlpəli əl qumbarası, 1 ədəd “RQD-5” tipli əl qumbarası, 4 ədəd “UZRQM” qumbara alışdırıcısı, 9 ədəd trotil şaşkası, partladıcı qurğuların partlaması üçün istifadə edilən 5 ədəd “KD”, 5 ədəd “GD” tipli elektro-detonator, 1 ədəd partlayıcı qurğunun hissəsi hesab edilən, uzunluğu 9 metr kapsul detonatorların alışdırıcısı olan “OŞA” tipli odkeçirici qaytan, 7 ədəd partladıcı qurğuların sallaması üçün istifadə edilən “KD” tipli kapsul-detonator, 1 ədəd hərbi artilleriya mərmilərinin emitasiyası üçün nəzərdə tutulmuş elektro partlayıcı paket, 3 ədəd əldəqayırma üsulla hazırlanmış, trotillə təçhiz edilmiş, partlayıcı qurğu, 1 ədəd əldəqayırma üsulla hazırlanmış, trotillə təçhiz edilmiş, partlayıcı qurğunun hissəsi, 1 ədəd metal borunun içərisində partlayıcı maddə olan trotil, 10 ədəd “Molotov kokteli” adlandırılan yandırıcı qurğu, 1.080 ədəd 5,45 mm kalibrli, 700 ədəd 7,62 mm kalibrli patronlar və digər silahlar ilə silahlanmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı qrup yaradılmasında iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeyd edilən mütəşəkkil dəstə tərəfindən din pərdəsi altında həmin cinayətlərin törədilməsinə hazırlıq görülməsi və bu məqsədlə onların bir qrupunun ünvan 2 ünvanına sığınmaqla cinayətkar fəaliyyəti davam etdirməsi barədə əldə edilmiş məlumatlarla əlaqədar 26 noyabr 2015-ci il tarixdə mütəşəkkil dəstənin bir qrup üzvlərinin zərərsizləşdirilməsi, növbəti tarixlərdə isə bütövlükdə həmin dəstənin cinayətkar fəaliyyətinə son qoyulması istiqamətində qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri və Respublikanın digər bölgələrində keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində 01 dekabr 2015-ci il tarixdə Məhkum yaşadığı ünvandan (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində) onun qanunsuz əldə edib saxladığı 1 ədəd “RQD-5” əl qumbarası, 1 ədəd “F-1” tipli qəlpəli əl qumbarası, 2 ədəd “UZRQM” qumbara alışdırıcısı və 22 ədəd 7,62 mm kalibrli patron aşkarlanaraq götürülmüşdür. Ümumilikdə dəstə üzvlərindən və onları yaşadıqları ünvanlardan 13 ədəd odlu, 14 ədəd soyuq silahlar, döyüş sursatları olan 47 ədəd əl qumb arası, 2.111 ədəd patron, 41 ədəd giliz, 23 ədəd partlayıcı maddə və qurğular, 7 ədəd kapsul-detonator, 1 ədəd ektropartlayıcı paket, 1 ədəd partlayıcı qurğunun hissəsi, 10 ədəd “Molotov kokteli” adlı yandırıcı qurğu, həmçinin çoxsaylı çağırış kitabçaları, “CD” formatlı disk və digər elektron informasiya daşıyıcıları aşkarlanaraq götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi G.F.Atakişiyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.Y.Şamayev, hakimlər S.A.Mirzəyev və F.A.Qasımovdan ibarət tərkibdə) 04 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 04 aprel 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə barəsində olan cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun yaşadığı Bakı şəhəri, ünvan1 ünvanında axtarış zamanı götürülmüş kitab və digər yazılar, kompüter və disklər ekspertiza edilmiş və hər hansı dövlətə qarşı onun konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağrışlar, insanlar arasında düşmənçiliyin salınmasına yönələn hərəkətlərin əlamətləri aşkar edilməmiş, iş üzrə dindirilmiş şahidlərin heç biri onu tanımamış, ibtidai istintaq zamanı ona qarşı heç bir sübut əldə edilməmiş, məhkəmələr də əsassız olaraq onu məhkum etmişlər. Qeyd olunanla əsasən məhkum apellyasiya məhkəməsinin qərarını ləğv etməklə barəsində olan cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2018-ci il tarixli qərarı (Məhkum aid hissədə) isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların (Məhkum təqsirini təsdiq edən) mötəbərliyini şübhə altına almağa əsas yoxdur. Bundan başqa, iş materiallarından (hökmdən və apellyasiya məhkəməsinin qərarından) görünür ki, məhkəmələ r işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4 və Azərbaycan Respublikası CM-nin (18 dekabr 2016-cı il tarixədək qüvvədə olmuş) 278, 279.1, 281.2 və 283.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə də lillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məhkəmənin əsaslandığı sübutlar sadalanmaqla aşağıdakılar qeyd olunmuşdur: “... Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətlərinin təmin olunmadan, məhkəmə hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılm alıdır... Apellyasiya şikayətlərinin məzmunundan müəyyən olunur ki, müdafiə tərəfi məhkumlara istinad olunan cinayət əməllərinə aidiyyətinin, əməllərində cinayət tərkibinin olmasını və təqsirli olmalarının sübuta yetirilməsini mübahisələndirərək onlara bəraət verilməsini xahiş etmişlər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbu l etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gələrək, X27, X50, X13, X5, X6, X34, Məhkum, X2, X28, X16, X23 və X14 onlara istinad edilən cinayətlərin törədilməsində təqsirli bilmişdir. Məhkumların həmin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011 -ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu mü əyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X36, X50, X18, X7, X8, X40, Məhkum, X44, X37, X26, X33 və X19 onlara elan olunmuş ittihamlarda özlərini təqsirli bilməsələr də, məhkəmə baxışında təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrində əməllərini qismən etiraf etmişlər. Məhkumlardan X36, X50, X29, X3, X44, X15, X2 və X17 ibtidai araşdırma mərhələsində verdikləri ifadələri onlara qarşı zor tətbiq edilməsi və işgəncələrə məruz qalmaları və s. izah etsələr də, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinin tələblərinə uyğun olaraq, həmin məlumatları müvafiq araşdırma aparılması və qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərmiş və Baş Prokurorluğunun qəbul etdiyi 01 may 2017-ci və 24 avqust 2017-ci tarixli qərarlarla müəyyən olunmuşdur ki, araşdırma zamanı həmin xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumların birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdikləri ifadələrində onlara elan edilmiş ittihamlar üzrə özlərini təqsirli bilməsələr də, onların ittiham olunduqları cinayət əməllərini törətmələri birinci mstansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, zərərçəkmiş şəxslərin hüquqi varislərinin məhkəmə iclasında tədqiq olunmuş ifadələri, ekspertizaların rəyləri və iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilmişdir... İş materillarından həmçinin müəyyən olunur ki, cinayət işi üzrə icraat zamanı məhkum olunmuş şəxslərin Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya ilə nəzərdə hər hansı, o cümlədən müdafiə və təqsirsizlik prezumpsiyası hüquqları pozulmamışdır. Odur ki, məhkəmə kollegiyası verilmiş apellyasiya şjkayətlərinin dəlillərini müdafiə xarakterli, məhkum olunmuş şəxsləri cinayət məsuliyyətindən və cəzadan yayındırmağa yönəlmiş cəhdlər kimi qiymətləndirir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, X21, X50, X10, X3, X4, X29, Məhkum, X38, X22, X15, X17 və X11 barələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, onlara təqsirli bilinib məhkum olunduqları madd ələr üzrə bəraət verilə bilməz...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında Məhkum müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmış, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə (Məhkum münasibətdə) məhkəmə kollegiyası da onunla razılaşır və kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Mə hkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təqsirinin sübuta yetirilməsi və əməllərinin tövsifinə dair nəticənin (məhkəmələrin gəldikləri) qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Məhkum ümumiyyətlə cinayət törətmədiyi iddia edilir. İttiham tərəfinin təqdim etdiyi sübutları məhkumun həmin iddiası və bununla bağlı irəli sürdüyü dəlillər baxımından ətraflı təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutlarda olan məlumatlar və onların məcmusu müdafiə tərəfinin bu iddiasının və şikayətin bu barədə dəlillərinin əsassız olduğunu göstərir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən, yuxarıda göstərildiyi kimi, Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə və şəxsə bəraət verilməsi məsələsini tənzimləyən Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 42.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində o nun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə hallarda çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, şəxsə bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Odur ki, kassasiya şikayətinin həmin dəlili də iş materiallarına uyğun olmamaqla əsassızdır. Şikayətdə apellyasiya məhkəməsinin qərarını ləğv etməyə əsas verən, Azərbaycan Respublikası CPM-nin 416.0.1 və 416.0.5-ci maddəsində göstərilən halların mövcudluğuna istinad edilir. Şikayətin bu dəlili də iş materialları ilə təsdiq edilmir. Həmin normalarda göstərilmişdir ki, məhkəmə cinayət prosesi tərəfinin təqd im etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməllərdən hər hansı birinə öz fikrini bildirmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından isə görünür ki, həmin normalarda göstərilən halların heç biri mövcud deyildir. Apellyasiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən hər hansı bir sübutun tədqiqindən əsassız olaraq imtina etməmiş, məhkuma istinad edilən bütün əməllərinə münasibət bildirmişdir. Məhkəmə kollegiyası cəza təyini məsələsinə gəldikdə hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsə lənin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şik ayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Məhkum münasibətdə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4 və Azərbaycan Respublikası CM-nin (18 dekabr 2016-cı il tarixədək qüvvədə olmuş) 278, 279.1, 281.2 və 283.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-169/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-169/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver