Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-169/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Qasımov Telman Abiəli oğlunun iştirakları ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli 1(108)-14/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfin dən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Kəngərli Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 1(111 )-5/2023 nömrəli hökmü ilə (hakim: Z.Ə.Əhmədov) xx.xx.1978-ci ildə İran İslam Respublikasının Poldəşt şəhərində doğulmuş, ailəli, iki uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, xxxx qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən tə yin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla Məhkum əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququnun məhdudlaşdırılması, əlavə cəzanın icrasının əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəç i hakim Ə.N.Novruzov, hakimlər F.M.Abbasov və V.K.Quliyevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçiləri Məhərrəmov Polad Müseyib oğlu və Bağırov Allahverdi Əsəd oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Kəngərli Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi P.M.Məhərrəmov tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum İran İslam Respublikasında olarkən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,15 qram üzərində “M20” yazılmış 15 ədəd hə b parçaları olan narkotik vasitə metadon dərman preparatlarından 13 ədədini və həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə etdiyi təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,024 qram olan 12 ədəd həb formalı üzərində “B2” yazılmış psixotrop maddə buprenorfin dərman preparatlarını ayrı-ayrılıqda salfetə və polietilenə bükməklə idarə etdiyi 33AB713/33AB714 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin aşağı orta hissəsində olan qara rəngli plastik külqabının içərisinə qoyaraq saxlamış, metadon dərman preparatlarından qalan 2 ədəd həbi isə özünə məxsus köynəyin cibinə qoyaraq saxlamış, idarə etdiyi 33AB713/33AB714 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Res publikasına getmək üçün Azərbaycan Respublikasına tranzit giriş edərkən qəsdən daşımış və 6 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq satış məqsədi olmadan narkotik t ərkibli olan dərman preparatlarını (metadon) və psixotrop maddə buprenorfin dərman preparatlarını əldə edib saxlamaqda və daşımaqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Həmçinin məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən halları nəzərə alınmamış və ona həddindən artıq ağır və ədalətsiz cəza təyin edilmişdir. Müdafiəçi Polad Məhərrəmov kassasiya şikayətində göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini, məhkum X7 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair hissədə cinayət işi üzrə icraa ta bəraətverici əsaslarla xitam verilməsini, həmçinin CM-nin 206.2-ci maddəsi üzrə isə məhkumun barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə cərimə cəzasını təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəll ənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Məhərrəmov Polad Müseyib oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığı hald a həmin cinayəti törətməkdə təqsirli bilindiyini, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə isə Məhkum məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın qismən ləğv edilməsi və dəyişdirilməsi, Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsi hissəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş cəzanın isə CM-nin 62-ci maddəsi tətbiq edilməklə yüngülləşdirilməsi barədə kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416. 1.6 və 416.1.21ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə təd qiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiəçinin Məhkum Cinayət Məcəlləsinin 234.1-cı maddəsində nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (cinayət törətməməsi, əməlində cinayət tərkibinin olmaması barədə iddiaları) onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokola, şahidlərin ifadələri, sənədlər, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməllərinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (o cümlədən CM-nin 206.2-ci maddəsi ilə) ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmamas ı barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum ağır cəza təyin edilməsi barədə kassasiya şikayətində göstərilən dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası ilk öncə bildirir ki, Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uy ğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xari cində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-i n 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb ol unur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların fonunda və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda müdafiəçinin Məhkum həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, müdafiə tərəfi Məhkum təyin olunmuş cəzanın həddində n artıq ağır olması haqqında iddianı və birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə həm ayrı ayrılıqda həmdə cinayətlərin məcmusu üzrə 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Kəngərli Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 1(111 )-5/2023 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 206.2 və 2 34.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində (CM-in 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) təyin etməklə, Məhkum cəzasını yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də c əzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi zamanı müəyyən edilib nəzərə alınmış halları Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edil məsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar müdafiəçi P.M.Məhərrəmovun kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrinə göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi Məhərrəmov Polad Müseyib oğlunun kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barə sində olan 20 iyul 2023-cü il tarixli, 1(108)-14/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Məhərrəmov Polad Müseyib oğlunun kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 20 iyul 2023-cü il tarixli, 1(108)-14/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-169/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-169/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver