Məhkəmə qərarları › İş №1(102)-169/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-169/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-169/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, Bəraət almış şəxsin və müdafiəçisi Abdalov Şahmar Xanlar oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-22/2024 nömrəli hökmündən Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlunun birgə verdikləri, Zərərçəkmiş şəxs2 və onun nümayə ndəsi Mirzəyev Vasif Sücahət oğlunun birgə verdikləri kassasiya şikayətlərinə, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlunun birgə verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli 1(010)-6/2022 saylı hökmü ilə (sədrlik edən hakim: E.A.Nuriyev) XXXXXXX-ci il tarixdə Saatlı rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, X nömrəli mənzilində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsində nömrəsiz evdə yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz h esab edilərək əməlində cinayət tərkibi olmadığına görə X6 bəraət verilmiş, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 X6 qarşı maddi və mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi qismində ümumilikdə 131.471 (yüz otuz bir min dörd yüz yetmiş bir) manat məbləğində vəsaitin tutulması barədə iddiası isə rədd edilmişdir. İşin halları: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən, X7 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, yem satışı sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X7 əsassız varlanmaq məqsədilə ünvan 1 ünvanda yerləşən yem dükanında satdığı arpa yarmasının tərkibində olan talk (Mg3Si4O10(OH)2) və kaolin (Al2Si2O5(OH)4) mineral birləş mələrinin tərkibinə xlorid turşusunda həll olmayan külün (qum, gil, torpaq, daş tozu, silisius-oksid və s.) miqdarını standart normadan (standarta əsasən 0.7% çox olmamalı) qəsdən 1.6-3% (normadan 2 dəfə) artıq edərək, göstərilən səbəbdən heyvan orqanizminin kəskin arıqlamasına, mədə bağırsaq pozğunluğuna, sutkalıq verilən südün azalmasına və nəticədə heyvan ölümünə səbəb olan həmin arpa yarmasını 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayına qədər fiziki şəxs Zərərçəkmiş şəxs2, 2019-cu ilin dekabr ayında isə fərdi təsərrüfatla məşğul olan Zərərçəkmiş şəxs1 satmış və həmin arpa yarması ilə bəsləndiyindən sonuncunun ünvan 2 ünvanında yerləşən fərdi təsərrüfatında saxladığı ümumi dəyəri 2.624 (iki min altı yüz iyirmi dörd) manat olan 02 baş smental cinsli, orta diri çəkisi 250 kq olan dananın ölməsinə səbəb olmaqla Zərərçəkmiş şəxs1 aldatmış, həmçinin Zərərçəkmiş şəxs2 Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi ərazisində yerləşən heyvandarlıq təsərrüfatında saxlıdığı 1.018 manat qiymətində 04 ay 25 günlük, diri çəkisi 200 kq olan dananın, 1.120 manat qiymətində 5 aylıq, diri çəkisi 220 kq olan dananın, 3.360 manat qiymətində 02 yaşında, diri çəkisi 600 kq olan damazlıq dişi dananın, 28.000 manat qiymətində 8 baş boğaz inəyin, 3.500 manat qiymətində 01 baş boğaz inəyin və 7.800 manat qiymətində 12 baş 2-3 aylıq damazlıq buzovun, 1.120 manat qiymətində 5 aylıq, diri çəkisi 220 kq olan dananın, 3.080 manat qiymətində 02 illik diri çəkisi 550 kq olan damazlıq dişi dananın, 1.273 manat qiymətində 06 aylıq diri çəkisi 250 kq olan dananın, cəmi 27 baş iribuynuzlu hey vanının ölməsinə səbəb olmaqla ona külli miqdarda, yəni ümumilikdə 50.271 (əlli min iki yüz yetmiş bir) manat maddi ziyan vurmaqla aldatmışdır. Məhkəmənin həmin hökmündən Zərərçəkmiş şəxs1 və vəkili Qadaşlı Məhəmməd Allahyar oğlu, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Məmmədov Eldar İmdad oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1(103)785/2022 nömrəli hökmü ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), Z.B.Babayev və Z.A.Şirinovdan ibarət tərkibdə) Zərərçəkmiş şəxs1 və onun vəkili Qadaşlı Məhəmməd Allahyar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçı sı Məmmədov Eldar İmdad oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Mirzəyev Vasif Sücahət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 1(010)-6/2022 nömrəli hökmü ləğv edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 X6 qarşı maddi və mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi qismində ümumilikdə 131.471 (yüz otuz bir min dörd yüz yetmiş bir) manat məbləğində vəsaitin tutulması barədə iddiası isə baxılmamış saxlanılmışdır. Apellyasiya instansiy ası məhkəməsinin hökmündən dövlət ittihamçısı Əliyev Namiq Qadir oğlu tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu tərəfindən birgə verdikləri kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 1(102)-1886/2022 nömrəli qərarı ilə (hakimlər: N.R.Mövsümov (sədrlik edən), Ş.Y.Yusifov və İ.Ə.Rəcəbovdan ibarət tərkibdə) kassasiya protesti və Zərərçəkmiş şəxs2 və nümayəndəsi Vasif Mirzəyevin birgə verdikləri kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2022ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-22/2024 nömrəli hökmü ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət tərkibdə) Zərərçəkmiş şəxs1 və onun vəkili Qadaşlı Məhəmməd Allahyar oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı Məmmədov Eldar İmdad oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Mirzəyev Vasif Sücahət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-6/2022 saylı, 07 fevral 2022-ci il tarixli hökmü ləğv edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, zərərçəkmi ş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 X6 qarşı maddi və mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi qismində ümumilikdə 131.471 (yüz otuz bir min dörd yüz yetmiş bir) manat məbləğində vəsaitin tutulması barədə iddiası isə baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli hökmündən Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu tərəfindən birgə kassasiya şikayətləri və Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu tərəfindən birgə kassasiya şikayətinə əlavə vermişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu birgə verdikləri ka ssasiya şikayətlərini (əlavə ilə birlikdə) onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, apellyasiya məhkəməsi tərəfindən X6 CM-nin 200.2.3-cü maddəsi ilə bəraət verilərkən sonuncunun özünün müdafiə xarakterli ziddiyyətli ifadələrinə, məhkəmə tərəfindən keçirilmiş ziddiyyətli ekspertiza rəylərinə əsaslanmış, baxmayaraq ki, bəraət almış şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Müraciət müəllifləri ayrı-ayrılıqda kassasiya şikayətlərində bildirirlər ki, X7 əsassız varlanmaq məqsədilə yem dükanında satdığı arpa yarmasının tərk ibində olan talk və kaolin mineral birləşmələrinin tərkibinə xlorid turşusunda həll olmayan külün miqdarını standart normadan qəsdən artıq etmişdir. Məhkəmə zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə verdikləri ifadələrinin araşdırılmasını göstərsə də, həmin sübutları düzgün tədqiq etməyərək iş üzrə əsassız nəticəyə gəlmiş, ittiham tərəfinin təqdim etdiyi sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışsa da, bu əsaslandırma işin faktiki halları ilə ziddiyyət təşkil etmişdir. Kassatorlar kassasiya şikayətlərində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tari xli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Bəraət almış şəxsin müdafiəçisi Abdalov Şahmar Xanlar oğlu Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlunun birgə verdikləri kassasiya şikayətinə qarşı etirazda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxslər və onların nümayəndəsi birgə v erdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X5 Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya zərərçəkmiş şəxslər və onların nümayəndəsinin birgə verdikləri kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin tö rədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının v ə hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Zərərçəkmiş şəxslər və onların nümayəndəsi birgə verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin sübutları düzgün tədqiq edib qiymətləndirmədiyini iddia edərək, apellyasiya məhkəməsi tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə verilmiş bəraətin əsaslarını mübahisələndirmişlər. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, X6 birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 200.2.3-cü maddəsi ilə bəraət verildikdən sonra (əməlində cinayət tərkibi olmaması əsası ilə), həmin hökmü ləğv etmiş (birinci instansiya məhkəməsi tərəfindən verilmiş bəraətin əsası dəyişdiri lərək X əməlində cinayət tərkibinin olmamasına görə deyil, təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilmiş) apellyasiya məhkəməsinin 17 iyun 2022-ci il tarixli 1(103)-785/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs2 və nümayəndəsi Vasif Mirzəyevin birgə verdikləri kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında baxılmış və kollegiya 13 dekabr 2022-ci il tarixli, 1(102)-1886/2022 nömrəli qərarı ilə kassasiya müraciətlərini əsaslı hesab edib təmin etmiş, apellyasiya məhkəməsinin H.Quliyevi təqsirsiz hesab edərkən (ona təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilərkən) cinayət-prosessual qanunun 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini müəy yən etmiş və həmin əsasla apellyasiya instansiyası məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 1(103)-785/2022 nömrəli hökmünü ləğv edib cinayət işini yeni apellyasiya baxışına təyin etmişdir. Ali Məhkəmənin Cinayət 13 dekabr 2022-ci il tarixli, 1(102)-1886/2022 nömrəli qərarına diqqət etdikdə müəyyən olunur ki, məhkəmə X12 müştərilərə satdığı yemə qatqıların olub olmaması məsələlərinə qiymət verilməsi üçün təkrar ekspertizanın keçirilməsi, həmçinin Şahid3 dindirilməsini təmin etməklə, iş üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsini zəruri hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yeni apellyasiya baxışında çıxardığı 30 may 2024-cü il tarixli, 1(103)-22/2024 nömrəli hökmündə Azərbaycan Respublikası Ali M əhkəməsinin Cinayət kollegiyasının hüquqi mövqeyini tam olaraq nəzərə almışdır. Belə ki, məhkəmə kollegiyası Şahid3 şahid qismində dindirməklə yanaşı, 31 mart 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs2 nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlunun yazılı vəsatəti əsasında təkrar kompleks məhkəmə-bioloji və məhkəmə-fiziki-kimyəvi ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı suallar qoymuşdur: Fiziki-kimyəvi sahə üzrə

1. Zərərçəkmiş şəxs1 götürülmüş 5 N-li, X3 götürülmüş 3 N-li və Zərərçəkmiş şəxs2 götürülmüş hər 3 arpa yaraması nümunəsinin tərkibində talk və kaolin varmı?

2. Əgər varsa onların miqdarı nə qədərdir?

3. Talk və kaolinin standart normadan artıqdır?

4. Əgər artıqdırsa standart normadan neçə faiz artıqdır?

5. Tədqiqata təqdim edilmiş arpa yarması nümunələrinin tərkibində heyvan orqanizminə mənfi təsir edə biləcək hər hansı bir maddə varmı? Bioloji sahə üzrə

1. Tədqiqata təqdim edilmiş arpa yarması nümunəsinin tərkibində olan talk və kaolinin miqdarı normadan artıq olarsa heyvan orqanizminin kəskin arıqlamasına, mədə bağırsaq pozğunluğuna, sutkalıq verilən südün azalmasına və nəticədə heyvanın ölümünə səbəb ola bilərmi?

2. Kaolinin süxur mənşəli və mineral tərkibli adsorbsiyaedici maddə olaraq yem istehsalında toksinbağlayıcı kimi istifadə olunurmu?

3. Tədqiqata təqdim edilmiş arpa yarması nümunələrinin müddətin keçməsinin təsirinə məruz qalaraq yuxarıdakı sualların cavablandırılmasına təsiri mümkündürmü? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/2206-7/534 nömrəli, 02 avqust 2023-cü il tarixli ek spert rəyinin nəticə hissəsində qeyd edilmişdir: Fiziki-kimyəvi tədqiqat üzrə: 1) Təqdim edilmiş, Zərərçəkmiş şəxs1, X3 və Zərərçəkmiş şəxs2 götürülmüş arpa yarması nümunələrinin tərkibində talk və kaolin müəyyən edilmişdir. 2) Təqdim edilmiş yem kütlələri miqdar analizinin aparılması üçün yararsız vəziyyətdə olduğundan onların tərkibində kaolin və talkın miqdarını müəyyən etmək mümkün olmadı. 3) Təqdim edilmiş arpa yemi nümunələrinin tərkibində heyvan orqanizminə mənfi təsir edə biləcək hər hansı bir maddə müəyyən edilməmişdir. Bioloji sahə üzrə: Aparılan araşdırmalar nəticəsində hər hansı bir elmi əsaslandırılmış məlumat müəyyən edilmədiyindən qərarda ekspertiza qarşısına qoyulan "Tədqiqata təqdim edilmiş arpa yarması nümunələrinin tərkibində olan talk və kaolinin miqdarı normadan artıq olarsa heyvan orqanizminin kəskin arıqlamasına, mədə bağırsaq pozğunluğuna, sutkalıq verilən südün azalmasına və nəticədə heyvanın ölümünə səbəb ola bilərmi?" sualına cavab vermək mümkün olmadı. Kaolin hidrofıl və adsorbsiyaedici xüsusiyyətlərə malik olduğundan heyvanların yemləmə praktikasında, o cümlədən yem rasionunda adsorbsiyaedici komponent (toksiki maddələrin bağlayıcısı) kimi istifadə olunur. Yem rasionlarının tərkibinə daxil edilən kaolinin digər oxşar və təbii mənşəli materiallar ilə yanaşı heyvanların həzm traktmda gedən həzm proseslərinə müsbət və stimullaşdırıcı təsirə malik olması barədə elmi məlumatlar mövcuddur. Qeyd edilməlidir ki, kaolinin qida əlavəsi kimi qeydiyyatı (E559 indeksi) mövcuddur. Talk toksiki xüsusiyyətlərə malik deyildir. Hidrofıl və adsorbsiyaedici xüsusiy yətlərinə görə qida sənayesində qida əlavəsi kimi (E553b indeksi) qənnadı sənayesində, o cümlədən, baytarlıq və tibbi preparatların istehsalında geniş istifadə olunur. Qeyd edilənlərə əsasən sözügedən kaolin və talkın heyvan sağlamlığı üçün təhlükə kəsb etmədiyi qənaətinə gəlmək olar (Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Kompleks tədqiqatlar laboratoriyasının 03 arpa nümunəsinin sınaq nəticələrinə dair (sınaq protokolu N°AZ 5370A35/LAB05-23001 T 001) “ElmiAraşdırmalar Mərkəzi" departamentinin “Heyvan sağlamlığı və risklərin qiymətləndirilməsi” şöbəsinin mütəxəssisi X verdiyi rəyə əsasən). Tədqiqata təqdim edilmiş arpa yarması nümunələrinin istifadə müddətinin keçməsi aparılan analizlərin, xüsusilə də toksikoloji analizin gedişatına təsir göstərməmiş və yuxarıdakı sualların cavablandırı lmasında bununla əlaqədar problem yaranmamışdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “X14” departamentinin Heyvan sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi X 12 iyul 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Qida Təhlükəsizliyi X4 Laboratoriyasına təqdim olunmuş 3 (üç) arpa yemi nümunəsinin fiziki- kimyəvi və toksikoloji müayinələri həyata keçirilmişdir. Fiziki - kimyəvi müayinələr zamanı nümunələrin tərkibində talk və kaolinin olması aşkar edilmişdir. Toksikoloji müayinələr zamanı İsə nümunələrin toksiki təsirə malik olmadığı və təcrübə heyvanlarının sınağa davamlı olması müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, kaolin-kaolinit mineralından təşkil olunmuş təbii mənşəli qoxusuz, ağ rəngli maddədir. Hidrofil və adsorbent xüsu siyyətlərə malik olduğundan kaolindən heyvanların yemləmə praktikasında, o cümlədən yem rasionunda adsorbsiyaedici komponent (toksiki maddələrin bağlayıcısı) kimi istifadə olunur. Rasionların tərkibinə daxil edilən kaolinin digər oxşar və təbii mənşəli minerallar ilə yanaşı (seolit. bentonit və s.) heyvanların həzm traktında gedən həzm proseslərinə müsbət və stimullaşdırıcı təsirə malik olması barədə elmi məlumatlar mövcuddur. Qeyd edək ki, kaolinin qida əlavəsi kimi qeydiyyatı (E559 indeksi) mövcuddur. Talk- silikatlar qrupuna mənsub olan təbii mənşəli mineraldır. Toksiki xüsusiyyətlərə malik deyildir. Adsorbsiyaedici və hidrofob xüsusiyyətlərinə görə qida sənayesində (xüsusilə qənnadı məhsulları istehsalında) qida əlavəsi kimi (E553b indeksi), həmçinin baytarlıq və tibbi preparatların (h əblər, bolyuslar, məlhəmlər və s ) istehsalında geniş istifadə olunur. Beləliklə elmi araşdırmalar və toksikoloji sınaq nəticələri əsasında sözügedən kaolin və talkın heyvan sağlamlığı üçün təhlükə kəsb etmədiyi qənaətinə gəlmək olar. Məhkəmə kollegiyası 07 dekabr 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs2 nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlunun yazılı vəsatəti əsasında əlavə kompleks məhkəmə-bioloji və məhkəmə-fiziki-kimyəvi ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı suallar qoymuşdur: Fiziki-kimyəvi sahə üzrə

1. Zərərçəkmiş şəxs1 götürülmüş 5 N-li, X3 götürülmüş 3 N-li və Zərərçəkmiş şəxs2 götürülmüş hər 3 arpa yaraması nümunəsinin tərkibində talk və kaolin varmı?

2. Əgər varsa onların miqdarı nə qədərdir?

3. Talk və kaolinin standart normadan artıqdır?

4. Əgər artıqdırsa standart normadan neçə faiz artıqdır?

5. Tədqiqata təqdim edilmiş arpa yarması nümunələrinin tərkibində heyvan orqanizminə mənfi təsir edə biləcək hər hansı bir maddə varmı? Bioloji sahə üzrə

1. Tədqiqata təqdim edilmiş arpa yarması nümunəsinin tərkibində olan talk və kaolinin miqdarı normadan artıq olarsa heyvan orqanizminin kəskin arıqlamasına, mədə bağırsaq pozğunluğuna, sutkalıq verilən südün azalmasına və nəticədə heyvanın ölümünə səbəb ola bilərmi?

2. Kaolinin süxur mənşəli və mineral tərkibli adsorbsiyaedici maddə olaraq yem istehsalında toksinbağlayıcı kimi istifadə olunurmu?

3. Tədqiqata təqdim edilmiş arpa yarması nümunələrinin müddətin keçməsinin təsirinə məruz qalaraq yuxarıdakı sualların cavablandırılmasına təsiri mümkündürmü? Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertizası Mərkəzinin 316-16/2-6/6596-7/1754 nömrəli, 23 aprel 2024-cü il tarixli məktubu ilə Məhkəmə Ekspertizası Mərkəzinə "30” dekabr 2023-cü il tarixdə daxil olmuş 1(103)-582/2023 saylı cinayət işi üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə bioloji ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat göndərilmiş və 23 aprel 2024-cü il tarixli ekspertlər X və X tərəfindən yazılmış məlumatda qeyd edilmişdir ki, “1(103)- 582/2023 saylı cinayət işi üzrə tərəfinizdən xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsi haqqında qərarda ekspertlər qarşısında qoyulmuş sualların həlli üçün mərkəzdə müvafiq maddi-texniki baza və ekspert ixtisası olmadığı bildirilərək məsələnin həlli üçün digər təşkilatlardan mütəxəssis cəlb olunması və laboratoriya imkanlarının yaradılması barədə xx.xx.2024-cü il tarixli vəsatət verilmişdir. Lakin mərkəzə daxil olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarınıza əsasən sınaqların aparılması üçün müraciət edilən təşkilatlarda müvafiq laboratoriya şəraiti olmamışdır. Qeyd edilənlərə əsasən 1(103)582/2023 saylı cinayət işi üzrə ekspert vəsatəti təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır”. Belə olan halda apellyasiya məhkəməs i zərərçəkmiş şəxslərin ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, ittihamı təsdiq edən başqa bir sübutların ümumiyyətlə təqdim olunmadığını, zərərçəkmiş şəxslərin ziddiyyətli və uzlaşmayan ifadələrinin şəxsin təqsirli bilinib məhkum olunması üçün yetərli olmadığını, istintaq orqanının natamamlığının təqsirləndirilən şəxsin hesabına aradan qaldırılmasının yolverilməz olduğunu, eyni ilə yekun ekspertiza rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, X5 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etmir, onun kriminal xarakterli niyyəti və təqsirlil iyi sübuta yetirilməmişdir. Göründüyü kimi ittiham tərəfinin X6 Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə bəraətin verilməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun barəsində (bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə münasibətdə) verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinə təkrar baxılması zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 1(102)-1886/2022 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli o lan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində (əlavə nəzərə alınmaqla) göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin X5 əməlləri ilə zərərçəkmişlərə məxsus iribuynuzlu heyvanların ölümü arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmasının sübuta yetirilməməsi əsası ilə ona Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, ittiham tərəfinin dəlill əri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların X5 ona istinad edilən cinayət əməllərini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, artıq yuxarıda istinad olunduğu kimi, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatını n təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsipləri ndən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konv ensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X5 yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi, araşdırılmış digər sübutların mötəbərliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin X Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə bəraət verməsi, cinayətprosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Qeyd olunanlar zərərçəkmiş şəxslərin və onların nümayəndəsinin kassasiya şikayətlərinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni ka ssasiya şikayətlərinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətlərin və kassasiya şikayətinə əlavənin təmin edilməməsi haqqında dövlət ittihamçısı X2, bəraət almış şəxs X5 və onun müdafiəçisi Abdalov Şahmar Xanlar oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməməli və X5 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 200.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-22/2024 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Res publikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlunun birgə verdikləri, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlunun birgə verdikləri kassasiya şikayətləri və Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlunun birgə verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. X5 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-22/2024 nömrəli hökmü verilmiş kassasiya şikayətlərinə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar