Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1690/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun iştirakları ilə x xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, iş ləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarından məhkumun özü və müdafiəçisi, “Hümbətov və partnyorları” Vəkil Bürosunun vəkili Orucov Vüsal Əkbər oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(101)-1128/2022 nömrəli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), S.İ.Əliyev və C.İ.Hüseynov) Məhkum – Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 14 yanvar 2022-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli 1(103)-739/2023 nömrəli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), R.A.Qaraqurbanlı və M.Ə.Abbasov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(101)-1128/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhk um qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan “X10” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda əldə edərək, müəyyən olunmayan qaydada Cəlilabad şəhərindən Biləsuvar şəhərinə doğru gedən M3 avtomobil yolunun 117-ci kilometrliyində yolun kənarında quraşdırılmış kilometraj nişanının altında yerləşdirdiyi bir ədəd qara rəngli sellofan torbada olmaqla bir ədəd bükümdə təmiz çəkisi 1593,823 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kus tar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, bir ədəd bükümdə təmiz çəkisi 1427,681 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, bir ədəd bükümdə təmiz çəkisi 65,556 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə hesab edilən külli miqdarda tiryəki və qəhvəyi rəngli, dairəvi formalı, üzərlərində “F/M40” yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 311 (üç yüz on bir) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 12,44 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab olunan metadonu 2021-ci il oktyabr ayının ortaları nda həmin yerdən götürüb, sonradan «X10» adlı şəxsin tapşırığına əsasən satılacaq həmin psixotrop maddənin və narkotik vasitələrin hər kiloqramına görə 1000 manat ödəniləcəyi şərti ilə onun deyəcəyi şəxslərə çatdırmaq üçün qanunsuz olaraq satış məqsədi ilə daşıyaraq, yaşadığı ünvan 1 ünvanına gətirib, orada olan saxlanc yerində saxlamış, 14 yanvar 2022-ci il tarixdə saat 23 radələrində «X10» adlı şəxsin deyəcəyi məlum olmayan şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə heroindən təmiz çəkisi 33,823 qram olan hissəsini bir bükümdə və psixotrop maddə metamfetamindən təmiz çəkisi 17,681 qram olan hissəsini bir bükümdə ayırıb əynindəki boz rəngli qış gödəkcəsinin sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 23:50 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İ darəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq, Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 33,823 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və bir ədəd bükümdə təmiz çəkisi 17,681 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 15 yanvar 2022ci il tarixdə saat 03:45 dəqiqədə yaşadığı ünvana baxış keçirilə rkən mənzilin ikinci mərtəbəsində olan otaqdakı saxlanc yerində saxladığı bir ədəd bağlamada olmaqla bir ədəd bükümdə təmiz çəkisi 1560 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, bir ədəd bükümdə təmiz çəkisi 1410 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 65,556 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə hesab edilən külli miqdarda tiryək və qəhvəyi rəngli, dairəvi formalı, üzərlərində “F/M40” yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 311 (üç yüz on bir) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 12,44 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab olunan metadon aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində olan cinayət işinin apelyasiya instansiyası məhkəməsində təkrar baxışının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsin ifadəsinə əsasən, o, ünvan 3 ünvanında aptekdən qayınanası üçün dərman alma ğa getmək istəyərkən saxlanılmışdır. Daha sonra o, xx.xx.2022-ci il tarixdə saat 23:56-da yaşadığı mənzilə gətirilmişdir. Məhkum anası Şahid3 istifadəsində olan 070-314-7-60 mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək qapını açmasını xahiş etmişdir. Onlar müdafiəçinin iştirakı olmadan Məhkum yaşadığı evin ikinci mərtəbəsinə daxil olmuşlar. xx.xx.2022-ci il tarixdə saat 00:08-də həmin ünvanı tərk etmişlər. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 02:21-də Məhkum polis əməkdaşlarına məxsus ***-***-**-** mobil nömrədən Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək darvaza qapısını açmağı xahiş etmişdir. Anası Şahid3 qapını açdıqdan sonra hava soyuq olduğu üçün tez evə daxil olmuşdur. Sonuncu ifadəsində göstərmişdir ki, mətbəx pəncə rəsinin önündə bir nəfər olduğunu görmüş, lakin Bəxtiyarın tanışları olduğunu düşünərək onun kim olduğu ilə maraqlanmamışdır. Bir müddət sonra evin qapısı döyülmüş bir nəfər polis əməkdaşı anasına Məhkum AR DİN Baş Narkotiklə Mübarizə İdarəsinə apardığını bildirmişdir. Belə ki, iş materiallarına müdafiə tərəfinin vəsatəti ilə əlavə olunan videogörüntülərdən də göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxsin yaşadığı evə polis əməkdaşları ittihamda qeyd olunduğu kimi bir dəfə yox, iki dəfə daxil olmuşdur. Hətta ilk dəfə hüquqlarını müdafiə etdiyi şəxsin yaşadığı evə baxış keçirilərkən onun yanında müdafiəçisi olmamışdır. Müdafiəçi hesab edir ki, şərh olunanlar aşkar olunan narkotik vasitələrin Məhkum məxsus olmasına şübhələr yaradır və bütün şübhələr onun xeyrinə təfsir olunmalıdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, onun barəsində ibtidai araşdırma qanun pozuntuları ilə aparılmış, məhkəmələr tərəfindən də həmin qanun pozuntuları aradan qaldırılmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçi B.İmanverdiyevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edi lərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, şəxsi axtarış və götürmə aparılması haqqında protokollara, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya ş ikayətində məhkəmə qərarlarının mötəbər sübutlara əsaslanmadan qəbul olunduğu, Məhkum barəsində olan cinayət işinin apelyasiya instansiyası məhkəməsində təkrar baxışına təyin edilməsi xahiş olunur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində ədalətli qərar qəbul edilməsi və təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanva r 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Q ərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hes ab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, birinci və apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçini n İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə m üəyyən edilmiş cinayət əməlini törətməsində özünü təqsirli bilməsə də, Şahid2 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/260 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 571 saylı rəyi, Məhkum götürülmüş 1 ədəd “Xiaomi Mİ 9T” markalı “M1903F10G” modelli **********30623 və **********30631 saylı İMEİ kodları altında istifadə olunan mobil telefona baxış keçirilməsi haqqında protokol, Məhkum istifadəsində olan “557120807” saylı mobil nömrəyə dair 1 ədəd CD diskin yaddaşında əks edilmiş anten məlumatlara, sms mətnləri və telefon zənglərinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol, Məhkum adına olan 5490-2741-0657-5522 saylı plastik kart üzrə Bakı şəhəri, Yasamal rayon Məhkəməsini n qərarı əsasında "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli 412302/2022 nömrəli məktub ilə daxil olmuş bank hesabından çıxarışlara baxış keçirilməsi haqqında protokol, habelə toplanmış digər sübutlarla onun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət mə suliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədalət bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əs aslı bağlılıq olmalıdır. (CM-in 48-ci, 53.4-cü maddələri, Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiyası Məhkəməsinin Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zama n hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsind ə göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinay ətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciy yələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zə rərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın.” Məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiyasının məhkəməsini cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi cəza təyini ilə bağlı qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkuma cəza t əyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən CM-in 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri) Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutu lmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edil mədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarı məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1690/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1690/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver