Məhkəmə qərarları › İş №1(102)-1690/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1690/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1690/2025 19.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263-1.1 və 264-cü maddələri ilə nəzər də tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(106)-283/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1984-cü il tarixdə Masallı rayonu Bədalan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsin 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi sürücülüklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Bədalan kəndində qeydiyyatda olmaqla yaşayır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 29 aprel 2023-cü il tarixdə saat 13:50 radələrində “Yol hərəkəti haqqında” Azərbaycn Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən sürücülük vəsiqəsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Srem Trailor” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu “İveco Magirus” markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 142-ci kilometrliyində Bakı istiqamətində 70 km/saat sürətlə hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1- ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda sağ ehtiyat hissə ilə piyadanın avtomobillə eyni istiqamətdə hərəkət etməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobillə piyada arasında təhlükəsiz yan məsafəsini təmin etməli, avotmobili ehtiyat hissəyə çıxartmamalı, hərəkətdə olan piyadanın yanında təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli və hərəkət təhlükəsizliyini təmin etməli, bununla da, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək avtomobilin idarə olunması üçün lazımi əməliyyatları vaxtında və düzgün yerinə yetirməyib avtomobilin qabaq sağ yan hissəsi ilə piyada 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, nəticədə onun tərəfindən yol hərəkət qaydasının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol dirək sümüyünün proksimal ucunun açıq, qəlpəli, yerdəyişən sınığı, sol mil sümüyünün başının çıxığı, alının və sifətin əzilmiş-sıyrılmış yaraları, sol dirsək çıxıntısının sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmiş “Yol hərəkəti haqqında” Azərbaycn Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməyərək hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır.

3. Hacıqabul Rayon Məhkəməsinin (sədrlik e dən hakim: X5) 16 yanvar 2025-ci il tarixli, 1(071)-2/2025 nömrəli hökmü ilə Məhkum CM-in 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ları qismən toplamaq yolu ilə Məhkum 1 (bir) il 7 (yeddi) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-265/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 400 saat ictimai işlər növündə cəzanın ictimai işlərin səkkiz saatının azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulması nəzərə alınmaqla, 1 (bir) ay 20 (iyirmi) gün müddət Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki təyin edilmiş 1 (bir) il 10 (on) ay müddətinə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum 1 (bir) il 7 (yeddi) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay müddətinə azadlıqdan məhru metmə cəzasının təyin edilməsi, Məhkum tutulduğu üç gün müddətin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün müddət ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən təqsirləndiri lən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət məhkəmə tərkibində) 27 fevral 2025-ci il tarixli, 1(106)283/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Hacıqabul rayon Məhkəməsinin 1(071)-2/2025 saylı, 16 yanvar 2025-ci il tarixli hökmünün müdafiə tərəfinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 27 fevral 2025-ci il tarixli, 1(106)-283/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Kassasiya şikayətinin müəllifi şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan işin faktiki hallarına, birinci instanisya və apellyasia instansiya məhkəmələrinin gəldikləri nəticələrə, həmçinin çoxsaylı qanunvericilik normaların istinadlar edərək qeyd etmişdir ki, cinayət işi materiallarında olan sübutların heç biri Məhkum təqsirli olduğuna dəlalət etmir. Belə ki, onun CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir.

8. Bununla da, Məhkum müdafiəçisi kassasiya şik ayətində göstərilənlərə əsasən məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(106)-283/2025 nömrəli qərarını qismən ləğv edib, işə CM-in 264-cü maddəsinə aid olan hissədə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlar ını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun təqsirsizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının CM-in 264-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi hissəsində ləğv edilməsini, cinayət işinin həmin hissədə yenidən apelyasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etsə də, tələblərini Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hər hansı halla əlaqələndirməmişdir.

16. Bununla belə, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(106)-283/2025 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 20 06-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

19. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə birinci instansiya məhkəməsinin qərarından müvafiq olaraq apellyasiya şikayəti nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.

20. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.

21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətində qaldırılan məsələlərlə bağlı qənaətini şübhə altına almaq üçün əsas görmür.

22. Kassasiya məhkəməsi qeyd edir ki, cinayət işi üzrə Məhkum əməlində CM-in 264-cü maddəsinin tərkib əlamətlərinin olmadığı iddia edilsə də, qeyd edilən dəlil birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı, eyni zamanda müdafiə tərəfinin müraciəti əsasında apellyasiya instansiya məhkəmə baxışı zamanı cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə təhlil edi lərək qiymətləndirilmişdir.

23. Belə ki, cinayət işi materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəmə iclası zamanı yol-nəqliyyat hadisəsinin videogörüntüsünə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Srem Trailor” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu “İveco Magirus” markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən avtomobili qəflətən yolun sağ, yəni hərəkətsiz hissəsinə döndərərək saxlayır. Bundan sonra avtomobildən düşərək onun ətrafında gəzərək təkərlərə və digər gözlə görünən ehtiyat hissələrinə baxış keçirir. Həmin vaxt təqsirləndirilən şəxs tə rəfindən idarə edilən avtomobildən təxminən 20-30 metr məsafədə arxada ağ rəngli avtomobil saxlamışdır. Bundan başqa, məhkəmə iclası zamanı videokonfrans vasitəsilə ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Məhkum avtomobilin qabaq sağ təkərinin üst hissəsində olan plastik detalın qırılmadığını əvvəlcədən bilmişdir. Məhkəmə iclası zamanı ifadə vermiş şahidlər X8 və X3 eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, təqsirləndirilən şəxs Məhkum piyadanın vurması ilə bağlı məlumat verərkən o, təəccüblənmiş və heç bir piyadanı vurmadığını bildirmişdir. Şahidlərin sözlərinə görə avtomobilin qabaq sağ təkərinin üst hissəsində olan plastik detalın qırıntıları sonradan hadisə yerindən aşkar edilmişdir.

24. CM-in 264-cü maddəsinə əsasən yol nəqliyyat hadisəsi yerindən qa çma dedikdə Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması nəzərdə tutulur. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki, zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur. 25. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 № Qərarının 16-cı bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, C M-in 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-in 264-cü maddəsi CM-in 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir.

26. Kassasiya kollegiyası qeyd edir ki, cinayət işi materialları ilə, eyni zamanda müdafiə tərəfinin müraciətinin məzmunu ilə Məhkum zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etməsi təkzib edilir. \

27. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

28. Qeyd olunanlar apellyasiya instansiya sı məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının çıxışı dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(106)-283/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(106)-283/2025 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar