Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1692/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum1 və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Məhkum2 iştirakları ilə 26 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan ************* yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 2441.2.2-ci maddəsi ilə xx xxxxxx 1980-ci ildə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-nin 244-1.2.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Qaraş oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxar aq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.H.Tağıyev) Məhkum1 Azərbaycan Respublikası CM-in 244-1.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum1 həbsdə saxlandığı 04 ay 12 gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 03 il 01 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum1 barəsində CMnin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 il 01 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-in 244-1.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum2 həbsdə saxlandığı 04 ay 12 gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 03 il 01 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 barəsində CMnin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 il 01 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.K.Səfərov və N.E.Məmmədov) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3 1 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 ona görə təqsirli bilinərək məhkum edilmişlər ki, Məhkum1 tamah niyyəti ilə tanışı Məhkum2 ilə qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və saxlama barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin yanvar ayının əvvəllərində icarəyə götürdükləri, Bakı şəhəri, ********************************* nömrəli mənzilində qumarxana, yəni uduşu qeyri müəyyənlikdən və təsadüfdən asılı olan pul vəsaitləri barəsində bir qrup şəxsin kartla oynanılan «X3» növünə aid qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməklə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin B aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 19 yanvar 2019-cu il tarixdə, saat 21:15-də keçirilmiş əməliyyataxtarış tədbiri zamanı qeyd edilən mənzilə baxış keçirilərkən 5 nəfər şəxsin masa arxasında əyləşməklə «X3» qumar oyunu oynaması müəyyən olunaraq onların qarşısından oyunda istifadə etdikləri içərisində oyun kartları və oyun fişləri (daşları) olan 03 dəst oyun ləvazimatı, ümumilikdə, həmin günün məzənnəsi ilə 19.550 manat təşkil edən 11.500 ABŞ dolları və 2.295 manat məbləğində pullar aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi və c inayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, məhkumlar Məhkum1 və Məhkum2 cəza təyini ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin qərarı əsassızdır və işin faktiki hallarına uyğun deyildir. Belə ki, aşağı instansiya məhkəməsinin nəzərə aldığı cəzanı yüngülləşdirən hallar iş materialları ilə təsdiq olunmur. O cümlədən, təqsirləndirilən şəxslərin formal olaraq törətdikləri əməldən peşman olduqlarını bildirmələri iş materiallarından görünmür, onların qanunsuz hərəkətləri mütəmadi olaraq davam etmiş, yalnız hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra qarşısı alınmışdır. Təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 ailənin yeganə qazanc gətirən şəxsi olmasını təsdiq edən sənəd də iş materiallarında yoxdur. Protest müəllifi hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 barəsində cəza təyini zamanı CM-nin 70-ci maddəsinin tətbiqinə əsaslar mövcud olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə məhkumlar Məhkum1, Məhkum2 və Müdafiəçi2 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərind ən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumlara təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Hesa b olunur ki, məhkəmə cəza təyin edərkən cinayət qanunvericiliyinin müvafiq normalarını nəzərə almamış və məhkumlara törətdikləri əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Məhkum еdilmiş şəхslər Məhkum1 və Məhkum2 cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsi yyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 70-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini nəzərə almış və onlara təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tar ixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın h ər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunun dan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təy in etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, Məhkum1 ailəli olmaqla himayəsində dörd azyaşlı uşağı vardır, valideynlərindən anasının kəskin qara ciyər çatışmazlığı və atasının böyrək xərçəngindən vəfat etmələri səbəbindən hazırda ailəsinin yeganə qazanc gətirən şəxsidir, Məhkum2 isə ailəli olmaqla himayəsində iki azyaşlı uşağı vardır, həyat yoldaşının sağ böyrəyin genişlənmiş KLS sistemi, böyrəkdə deformasiya olunmuş, böyük ölçüdə konkriment olmasından, anasının venoz qanda yüksək qlükozadan əziyyət çəkməklə xəstə olduğundan, ailəsinin yeganə qazanc gətirən şəxsi dir. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, cəzanı ağırlaşdıran halların mövcud olmadığını da nəzərə alaraq məhkumlar Məhkum1 və Məhkum2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmaları mümkündür, ona görə də, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsi qanuni, əsaslı və ədalətlidir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, protest müəllifi məhkumlara təyin edilmiş cəza ilə razılaşmamağının səbəbini kassasiya protestində əsaslandırmamış, yalnız ümumi fikirlərdən və sözlərdən istifadə edərək mövqeyini əsaslandırmağa çalışmışdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən m əhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkumlara təyin edilmiş cəza tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq məhkumlar Məhkum1 və Məhkum2 daha ağır cəza təyin edilməklə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestində göstərilən dəlilləri əsassız hesab edərək həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 25 iyul 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1692/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1692/2019
18.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver