Məhkəmə qərarları › İş №1(102)-1692/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1692/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1692/2022 15.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 29, 144.2.3 və 29, 144.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim:X5 hakimlər: X8 və X9) 17 avqust 2021-ci il tarixli hökmü ilə xx xxxxxxx 1992-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan, iş üzrə 10 aprel 2021-ci il tarixdən həbsdə saxlanılan Məhkum Azərbaycan Respublikası CM-in 29,144.2.3 və 29,144.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 10 aprel 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2022-ci il tarixli, 1(106)-62/2022 saylı hökmü ilə (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət tərkibdə) Məhkum və müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən X3 və Məhkum Azərbaycan Respublikası CM-in 29,144.2.3 və 29,144.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar Zərərçəkmiş şəxs Hörmət Şirinovun onunla evlənməsi məqsədilə qaçıraraq oğurlamaq barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 10 aprel 2021-ci il tarixdə saat 12 radələrində hər ikisi Məhkum idarə etdiyi «Mersedes» markalı, **-ME-*** qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar şəhəri, Müdafiəçi5 prospektində yerləşən «Cənub» marketin yaxınlığına gələrək avtomobili yolun sağ kənarında saxlamış, bu zaman Biləsuvar şəhərinin mərkəzinə doğru piyada hərəkət edən Zərərçəkmiş şəxs həmi n avtomobilin yanından keçərkən Hörmət Şirinov və Məhkum birlikdə onun iradəsinə zidd olaraq əllərindən tutub saxlamış, sonuncunun qışqırıb kömək istəməsi və dartınıb onların əlindən çıxmağa cəhd etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tədbiq etməklə onu köməkləşib avtomobilin arxa oturacağına yerləşdirdikdən sonra Hörmət Şirinov arxa oturacaqda Zərərçəkmiş şəxs tutub saxlamış, Məhkum isə avtomobilin sükanı arxasına əyləşərək, avtomobili idarə etməklə, hərəkətə gətirərkən Zərərçəkmiş şəxs müqavimət göstərərək, Hörmət Şirinovun əlindən çıxıb, avtomobilin sol qapısını açaraq özünü avtomobildən yerə atmış, nəticədə, sol və sağ daban- ayaqaltı nahiyədə dərin sıyrıq, yumşaq toxumaların əziyi və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb ol an, sağlamlığa yüngül zərərvurmaya aid, sağ iç topuq, sol saiddə sıyrıqlar, sol bazu, döş qəfəsinin arxa səthində sağda, sol budda qançır kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almış, Zərərçəkmiş şəxs müqavimət göstərərək özünü avatotmobildən yerə atması və kənar şəxslərin hadisə yerinə toplaşması səbəbindən öz iradələrindən aslı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyərək, adam oğurluğuna birlikdə cəhd etmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli, 1(106)-62/2022 saylı qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişd ir. Kassator kassasiya şikayətində göstərmişdir ki, apelyasiya məhkəməsi əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkum İ.R.X4 Məhkəməsinin qərarını ləğv edərək aşağı həddə cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 09 dekabr 2022-ci il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkum un ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikas ı CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.3 və 29, 144.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar