Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1693/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 iştirakları ilə xx xxx 1962-ci ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx xxxxxx 1989-cu ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə 2 iyul 1991-ci ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-i n 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023- cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə (hakim C.R.Əhmədov) Məhkum1 – Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib, aylıq qazancından hər ay 10 % dövlət nəfinə pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Məhkum1 təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkum3 - Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından hər ay 10 % dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Məhkum3 təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından hər ay 10 % dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Məhkum2 təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasi ya protesti, təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən apelyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), İ.H.Şükürov və X.H.Səmədov) apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanının mövqeyinə görə görə, Məhkum1 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan və ictimai vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərməklə qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, oğulları Məhkum2 və Məhkum3 ilə birlikdə bir qrup şəxs halında birləşərək, ictimai vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərməklə, qəsdən, 14 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndində yerləşən “Zirvə” şadlıq sarayının və fərdi yaşayış evlərinin yaxınlığında, yəni ictimai yer hesab edilən kəndin mərkəzindən keçən asfalt yolda, şadlıq sarayından çıxan və yoldan keçən adamların çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, qohumu X1 guya Zərərçəkmiş şəxs2 tərəfindən döyülməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması və zor tətbiq olunması hədəsi ilə müşayət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb təxminən 15 dəqiqə ərzində ucadan nalayiq ifadələr işlətməklə və nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs2 X11un kim tərəfindən döyülməsini onlara deməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 hər hansı dava olmamasını bildirməsinə baxmayaraq onu zor tətb iq etməklə hədələmiş, həmin vaxt sonuncunu döyən oğulları Nizami və Məhkum3 ayırmağa çalışaraq ictimai vəzifəsini yerinə yetirən digər şəxsə, yəni Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə onun sol gözünün altından qəsdən yumruqla bir dəfə vurmaqla sonuncuya sol göz ətrafı nahiyənin dərialtı hematoması, göz yarığının daralması, yumşaq toxumaların əzilməsi, sol gözün ağlı qişasına qansızma kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol yanağın travmatik şişkinliyi, yumşaq toxumaların əzilməsi ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt Məhkum2 və Məhkum3 isə birgə hər ikisi Zərərçəkmiş şəxs2 yumruq zərbələri ilə vuraraq yerə yıxdıqdan sonra hər ikisi ayaq zərbələri ilə vuraraq sonuncuya sol göz ətrafı nahiyənin dərialtı hematoması, yumşaq toxumaların əzilməsi, sol gözün ağlı qişasına qansızma, burun tağının travmatik şişkinliyi, burun tənəffüsünün sol tərəfli qismən pozulması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, alının, sol qaşüstü nahiyənin və bazunun qançırları, sol gözaltı nahiyənin və sol dizin üst qapağının sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının mövqeyinə görə, Məhkum3 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müş ayiət olunan qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, atası Məhkum1 və qardaşı Məhkum2 ilə birlikdə bir qrup şəxs halında birləşərək, qəsdən 14 avqust 2021-ci il tarixdə saat 18 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndində yerləşən “Zirvə” şadlıq sarayının və fərdi yaşayış evlərinin yaxınlığında, yəni ictimai yer hesab edilən kəndin mərkəzindən keçən asfalt yolda, şadlıq sarayından çıxan və yoldan keçən adamların çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, qohumu X1 guya Zərərçəkmiş şəxs2 tərəfindən döyülməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb təxminən 15 dəqiqə ərzində ucadan nalayiq ifadələr işlətməklə və nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs2 X11un kim tərəfindən döyülməsini onlara deməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 hər hansı dava olmamasını bildirməsinə baxmayaraq qardaşı Məhkum2 ilə birgə hər ikisi Zərərçəkmiş şəxs2 yumruq zərbələri ilə vuraraq yerə yıxdıqdan sonra hər ikisi ayaq zərbələri ilə vuraraq sonuncuya sol göz ətrafı nahiyənin dərialtı hematoması, yumşaq toxumaların əzilməsi, sol gözün ağlı qişasına qansızma, burun tağının travmatik şişkinliyi, burun tənəffüsünün sol tərəfli qismən pozulması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, alının, sol qaşüstü nahiyənin və bazunun qançırları, sol gözaltı nahiyənin və sol dizin üst qapağının sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt atası Məhkum1 isə nalayiq ifadələr işlətməklə və nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə hədələmiş, sonuncunu döyən oğul ları Məhkum2 və Məhkum3 ayırmağa çalışaraq ictimai vəzifəsini yerinə yetirən digər şəxsə, yəni Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə sol gözünün altından qəsdən yumruqla bir dəfə vurmaqla sonuncuya sol göz ətrafı nahiyənin dərialtı hematoması, göz yarığının daralması, yumşaq toxumaların əzilməsi, sol gözün ağlı qişasına qansızma kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol yanağın travmatik şişkinliyi, yumşaq toxumaların əzilməsi ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının mövqeyinə görə, Məhkum2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik if adə edən,şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, atası Məhkum1 və qardaşı Məhkum3 ilə birlikdə bir qrup şəxs halında birləşərək, qəsdən 14 avqust 2021-ci il tarixdə saat 18 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndində yerləşən “Zirvə” şadlıq sarayının və fərdi yaşayış evlərinin yaxınlığında, yəni ictimai yer hesab edilən kəndin mərkəzindən keçən asfalt yolda, şadlıq sarayından çıxan və yoldan keçən adamların çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, qohumu X1 guya Zərərçəkmiş şəxs2 tərəfindən döyülməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insan lar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib,insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb təxminən 15 dəqiqə ərzində ucadan nalayiq ifadələr işlətməklə və nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs2 X11un kim tərəfindən döyülməsini onlara deməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 hər hansı dava olmamasını bil dirməsinə baxmayaraq qardaşı Məhkum2 ilə birgə hər ikisi Zərərçəkmiş şəxs2 yumruq zərbələri ilə vuraraq yerə yıxdıqdan sonra hər ikisi ayaq zərbələri ilə vuraraq sonuncuya sol göz ətrafı nahiyənin dərialtı hematoması, yumşaq toxumaların əzilməsi, sol gözün ağlı qişasına qansızma, burun tağının travmatik şişkinliyi, burun tənəffüsünün sol tərəfli qismən pozulması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, alının, sol qaşüstü nahiyənin və bazunun qançırları, sol gözaltı nahiyənin və sol dizin üst qapağının sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt atası Məhkum1 isə nalayiq ifadələr işlətməklə və nalayiq söyüşlər söyərək Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə hədələmiş, sonuncunu döyən oğulları Məhkum2 və Məhkum3 ayırmağa çalışaraq ictimai vəzifəsini yerinə yetirən digər şəxsə, yəni Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə sol gözünün altından qəsdən yumruqla bir dəfə vurmaqla sonuncuya sol göz ətrafı nahiyənin dərialtı hematoması, göz yarığının daralması, yumşaq toxumaların əzilməsi, sol gözün ağlı qişasına qansızma kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol yanağın travmatik şişkinliyi, yumşaq toxumaların əzilməsi ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şə ki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin olunması xahiş olunur. Protestdə qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən heç bir əsaslandırma aparmadan təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasına baxmayaraq apelyasiya instansiya məhkəməsi həmin hökmü dəyişdirilmədən qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə mə hkumlar Məhkum1, Məhkum2 və Məhkum2 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmə lərinin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilibedilməməsi məsələsini yoxlayır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün işin yeni apelyasiya baxışına təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər “ə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 221.2-ci maddəsinə görə “Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşd ırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum еdilmiş şəхslər Məhkum1, Məhkum3 və Məhkum2 cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azər baycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərar ında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyə n edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunv ericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 barələrində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, əməllərindən peşman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını, həmçinin Məhkum1 zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməsini, Məhkum2 himayəsində azyaşlı uşağlarının olmasını cəzalarını yüngül ləşdirən və cəzalarını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onların islah olunmasına təsiri nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təyin edilmiş aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası, Məhkum3 və Məhkum2 həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə təyin edilmiş aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzası həmin maddələrin sanksiyası həddindədir. Cəzanı ağırlaşdıran halların olmaması, əksinə, cəzanı yüngülləşdirən halların olması, həmçinin işin digər halları onlara təyin edi lən cəzanın ədalətli və qanuni olması qənaətinə gəlməyə əsas verir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edil məsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum1, Məhkum3 və Məhkum2 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə də
Məhkəmə qərarları › İş №1(102)-1693/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1693/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver