Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1693/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, və Məhkum2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli 1(103)-87/2023 nömrəli qərarın dan məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərii üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Siyavuş Hacıyev, hakimlər Rahib Salmanov və Mahmud Ağalarovdan ibarət tərkibdə) 1(101)-640/2022 saylı, 28 iyun 2022-ci il tarixli hökmü ilə 30 avqust 1991-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2A saylı evin 19 saylı mənzilində yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə t utulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 16 sentyabr 2021-ci il tarixdən hesablanması, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 16 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2- ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-640/2022 saylı, 28 iyun 2022- ci il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum1 və onun müdafiəçisi “A.İ.N” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən, həmçinin təqsirləndirilən şəxs Məhkum2 tərəfindən apellyasiya şikayəti ve rilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli 1(103)-87/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum1, onun müdafiəçisi Müdafiəçi3, təqsirləndirilən şəxs Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum1 və Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)640/2022 saylı, 28 iyun 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmiş, həmin hökmlə Məhkum1 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) ilə endirilmiş, Hökmlə Məhkum2 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilə endirilmiş, hökm qalan hissələrdə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı X2, “Abasət” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq "Abasət” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçir əcəyi barədə razılığa gəlib 2021-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsi “Masazır dairəsi” adlanan ərazinin yaxınlığına şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi çəkisi 875,558 qram qətranabənzər maddə, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda ümumi təmiz çəkisi 518,840 qram qəhvəyi tozşəkilii maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda ümumi təmiz çəkisi 228,665 qram ağ rəngli kristalşəkiili maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 150 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd «Methadone 40» yazısı olan konvalyutda təsiredicı maddənin ümumi miqdarı 1,2 qr am olan ümumi sayı 30 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə metadon əldə edib yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2A saylı evin 19 saylı mənzilinə daşımaqla saxlamış, Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 sentyabr 2021-ci il tarixdə saat 21:05 radələrində ünvan 3 ünvanın yaxınlığında o və qrupun digər üzvü X8 birlikdə şübhəli şəxs kimi saxlanılaraq ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in BNMİ-nə gətirilmiş, idarədə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 66,240 qram qəhvəyi rəngli tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, X9 üzərinə keçirilmiş şəxsi axtarış zaman isə əynində olan şalvarın sol yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən və yaşadığı mənzildən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinlə eynilik təşkil edən, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 96,400 qram qəhvəyi rəngli tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,265 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 17 sentyabr 2021-ci il tarixdə saat 00:35 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2A saylı evin 19 saylı mənzilinə keçirilmiş b axış zamanı mənzilin giriş qapısı ilə üzbə-üz yerləşən dolabdan 2 ədəd bükümdə külli miqdarda ayrı- ayrılıqda təmiz çəkiləri 385,558 qram və 490 qram olmaqla ümumi çəkisi 875,558 qram qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 356,200 qram qəhvəyi tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə kulli miqdarda təmiz çəkisi 128,400 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 150 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd «Methadone 40» yazısı olan konvalyutda təsiredici maddənin ümumi miqdarın 1,2 qram olan ümumi sayı 30 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər sintetik narkotik vasitə metadon və üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmünə əsasən, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Məhkum1, "Abasət” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq "Abasət” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib, 2021-ci ilin sentyabr ayının ə vvəllərində Abşeron rayonu Masazır qəsəbəsi "Masazır dairəsi” adlanan ərazinin yaxınlığına şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi çəkisi 875,558 qram qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda ümumi təmiz çəkisi 518,840 qram qəhvəyi tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda ümumi təmiz çəkisi 228,665 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 150 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd «Methadone 40» yazısı olan konvalyutda təsiredici maddənin ümumi miqdarı 1,2 qram olan ümumi sayı 30 ədəd qəhvəyi rəngli dairəvi formalı hə blər sintetik narkotik vasitə metadon əldə edib Məhkum1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2A saylı evin 19 saylı mənzilinə daşımaqla saxlamış, Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 sentyabr 2021-ci ıl tarixdə saat 21:05 radələrində ünvan 5 ünvanın yaxınlığında o, və qrupun digər üzvü Məhkum1 birlikdə şübhəli şəxs kimi saxlanılaraq ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in BNMİ-nə gətirilmiş, idarədə Məhkum1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 66,240 qram qəhvəyi rəngli tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan şalvarın sol yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Məhkum1 üzərindən və yaşadığı mənzildən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinlə eynilik təşkil edən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 96,400 qram qəhvəyi rəngli tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,265 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 17 sentyabr 2021-ci il tarixdə saat 00:35 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən Məhkum1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2A saylı evin 19 saylı mənzilinə keçirilmiş baxış zamanı mənzilin giriş qapısı ilə üzbəüz yerləşən dolabdan 2 ədəd bükümdə külii miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 385,558 qram və 490 qram olmaqla ümumi çəkisi 875,558 qram qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 356,200 qram qəhvəyi tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə külii miqdarda təmiz çəkisi 128,400 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 150 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd «Methadone 40» yazısı olan konvalyutda təsiredici maddənin ümumi miqdarın 1,2 qram olan ümumi sayı 30 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər sinteti k narkotik vasitə metadon və üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona cəza təyin edilərkən məhkəmələr onun ilk dəfə məhkum olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, valideynlərinin xəstə olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə almamışlar. Əksinə ona ağır cəza təyin etmişlər. Məhkum1 kassasiya şikayətində cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər Məhkum2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona cəza təyin edilərkən məhkəmələr onun ilk dəfə məhkum olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, anasının x əstə olmasını, işin hallarını nəzərə almamışlar. Odur ki, əməlinin CMin 234.1-ci maddəsinə tövsif edilməsini və ya ona yüngül cəza verilməsini və ya qərarın ləğv edilərək yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkum2 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu, cinayət əməllərinin məhkumlar tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkumlara təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumun, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü ki mi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum2 əməlinin tövsifini və təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyi şdirilməsi və ya ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-cı maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkum1 ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-cı maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icr aatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etib arilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası hər iki məhkumun kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, hər iki məhkumun cinayət əməli cinayət işi üzr ə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında məhkumların irəli sürdükləri iddialara ətraflı münasibət bildirilmiş və onların əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmin sübutları və məhkəmələrin qiymətləndirmə və əsaslandırmalarını təkrar etməyərək həmin əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkumların əməllərinin tövsifi ilə bağlı iddiaları əsassızdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzaların növü və həddi ilə razılaşır və hesab edir ki, hər iki məhkuma təyin edilmiş cəzalar törətmiş olduqları cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilk dərəcəsinə, eləcə də m əhkumların şəxsiyyətinə uyğundur və yalnız həmin cəzaları real olaraq çəkmək yolu ilə məhkumlar islah oluna bilərlər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı məhkumların kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-640/2022 saylı, 28 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli 1(103)-87/2023 nömrəli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirimədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1693/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1693/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver