Məhkəmə qərarları › İş №1(102)-1693/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1693/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1693/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Babayev Zəki Baba oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edil məsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 mart tarixli, 1(104)-9/2025 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (X2 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə),2023-cü il 13 oktyabr tarixli, 1(100)-229/2023 nömrəli hökmü ilə 14 avqust 1998-ci il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "Azenko” ASC-də operator köməkçisi vəzifəsində işləmiş, məhkum olunmamış, Ağdam rayonunun Seyidli kəndində yaşayış yeri üzrə qe ydiyyatda olmaqla həbs edilənədək ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərini nəzərə alaraq cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin başlanğıcının 7 iyul 2022-ci il tarixdən hesablanması, Həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə aid məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən), X9 və X1 ibarət tərkibdə) 2025-ci il 4 mart tarixli, 1(104)-9/2025 nömrəli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 13 oktyabr tarixli, 1(100)-229/2023 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Məhkum CM-in 29, 120.1 və 221.3-cü maddələri ilə təqsirli bilinmiş və ona CM-in 29,120.1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cə zası, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdır. İŞİN HALLARİ: Məhkum istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham əsasən o, 07 iyul 2022-ci il tarixdə saat 21 radələrində Ağdam rayonu, Xındırıstan kəndi ərazisində Ağdam rayon polis şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı, polis baş leytenantı Şahid1 xidməti otağında, qardaşı Şahid4 tanışı Zərərçəkmiş şəxs tərəfindən döyülərək nalayiq ifadələrlə təhqir olunması ilə bağlı rayon polis şöbəsində təhqiqat yoxlaması aparılmaqla məsələnin hüquq-mühafizə orqanında qanuni yolla həllini gözləmək əvəzinə qarda şına qarşı edilən qeyri-qanuni hərəkəti bəhanə edib, cüzi səbəblə özünü ətrafdakılara qarşı və digərlərinin fövqündə qoyaraq yaranmış mübahisəni zor tətbiq edərək həll etmək iqtidarında olduğunu nümayiş etdirmək üçün Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək bu məqsədlə sözügedən məsələ ilə bağlı Şahid4 xx.xx.2022-ci il tarixli müraciəti əsasında rayon polis şöbəsinin təhqiqat bölməsində təhqiqatçı, polis baş leytenantı Şahid1 tərəfindən HK-1/939 nömrəli material üzrə aparılan araşdırma ilə əlaqədar Zərərçəkmiş şəxs izahat vermək üçün həmin günü rayon polis şöbəsinə getməsini öyrənib, sonuncunun Şahid1 xidməti otağında olmasını müəyyən etdikdən sonra növbətçi hissədə məsul növbətçi, polis polkovnik-leytenantı X10 və post patrul xidməti bölüyünün polis nəfəri Şahid5 yaxınlaşıb Şahid1la işi olması adı ilə onları aldadaraq sonuncunun xidməti otağına buraxılmasına nail olaraq təhqiqatçının xidməti otağına daxil olub, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə, rayon polis şöbəsinin iş rejimini tamamilə pozaraq Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə sonuncuya yaxınlaşıb bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrə əvvəlcədən alt paltarında gizlətdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, qatlanan soyuq silah hesab edilməyən cib bıçağı ilə cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs xüsusi əzab və işgəncə verdiyini dərk edib b unu arzu edərək müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə ümumilikdə 12 bıçaq zərbəsi vuraraq sonuncuya qarının ön divarında aşağıda boşluğa keçərək qaraciyəri zədələyən deşilmiş-kəsilmiş 1 ədəd yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət, döş qəfəsinin ön səthində solda 2 ədəd, sol qoltuqaltı çuxurda 1 ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthində 1 ədəd və aşağı 1/3-nin ön səthində 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində yuxarıdan aşağıya doğru 5 ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində 1 ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərkən hadisənin törədilmə aləti olan bıçağın ehtiyatsızlıqdan sağ əl nahiyəsinə dəyməsi ilə İİ barmağının İİ falanqasının sol yan səthinin səthi kəsilmiş yarası olan sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət alması səbəbindən Zərərçəkmiş şəxs bıçaq zərbələri vurmağı dayandırdıqdan dərhal sonra Şahid1 fəal müqavimət göstərməklə növbəti zərbələr yetirməsinə imkan verməyib onun qollarını tutub, bədənin müxtəlif hissələrindən qucaqlayaraq zərərsizləşdirdiyindən, habelə Zərərçəkmiş şəxs vaxtında "Ağdam rayon Mərkəzi Xəstəxanası” X18 hadisə yerində olan yaxın qohumları tərəfindən çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyət i ilə, xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum 07 iyul 2022-ci il tarixdə saat 21 radələrində Ağdam rayonunun Xındırıstan kəndi ərazisində Ağdam rayon polis şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı, polis baş leytenantı Şahid1 xidməti otağında, qardaşı Şahid4 keçmiş nişanlısının qardaşı Zərərçəkmiş şəxs tərəfindən döyülərək nalayiq ifadələrlə təhqir olunması ilə bağlı rayon polis şöbəsində aparılan təhqiqat yoxlaması zamanı sonuncu tərəfindən qarda şının döyülməsi, sevdiyi qızla ailə qurmasına maneçilik törədilməsi, özünün, ailə üzvlərinin və qardaşının Zərərçəkmiş şəxs tərəfindən söyülüb təhqir edilməsi səbəbinə görə sonuncu ilə Ağdam Rayon Polis şöbəsində qarşılaşdığı zaman təhqiqatçı Şahid1 xidməti otağında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə, rayon polis şöbəsinin iş rejimini pozaraq qərəzli xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxsla mübahisə edib dalaşaraq üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı kiçik cib bıçağı ilə Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi vuraraq sonuncuya qarının ön divarında aşağı nahiyyədə boşluğa keçərək qaraciyəri zədə ləyən deşilmiş-kəsilmiş 1 ədəd yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, dava dalaş zamanı hər iki şəxs biribirinə xəsarət yetirmək istədiyi zaman Məhkum əlindəki bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində solda 2 ədəd, sol qoltuqaltı çuxurda 1 ədəd, sol bazunun yuxarı 1 /3-nin arxa səthində 1 ədəd və aşağı 1/3-nin ön səthində 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində yuxarıdan aşağıya doğru 5 ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində 01 ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs Məhkum vurduğu zaman hadisənin törədilmə aləti olan bıçağı əlindən alıb ona xəsarət yetirmək ist ədiyi vaxt bıçaq Məhkum sağ əl nahiyəsinin İİ barmağının İİ falanqasının sol yan səthini kəsmiş, Məhkum özü də əlin səthi kəsilmiş yarası xəsarəti almış, sağlamlığına dərəcəsi təyin edilməyən zərər vurulmuşdur. Buna görə də onun əməli Azərbaycan Respublikası CM-in 29,120.2.2 və 120.2.4-cü maddələrindən CM-nin 126.1-ci maddəsinə tövsif olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmünə əsasən Məhkum 07 iyul 2022-ci il tarixdə saat 21 radələrində Ağdam rayonu, Xındırıstan kəndi ərazisində Ağdam rayon polis şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı, polis baş leytenantı Şahid1 xidməti otağında, qardaşı Şahid4 tanışı Zərərçəkmiş şəxs tərəfindən döyülərək nalayiq ifadələrlə təhqir olunması ilə bağlı rayon polis şöbəsində təhqiqat yoxlaması aparılmaqla məsələnin hüquq-mühafizə orqa nında qanuni yolla həllini gözləmək əvəzinə qardaşına qarşı edilən qeyri-qanuni hərəkətə görə, həmçinin Zərərçəkmiş şəxs əvvəllərdə dəfələrlə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək bu məqsədlə sözügedən məsələ ilə bağlı Şahid4 xx.xx.2022-ci il tarixli müraciəti əsasında rayon polis şöbəsinin təhqiqat bölməsində təhqiqatçı, polis baş leytenantı Şahid1 tərəfindən HK-1/939 nömrəli material üzrə aparılan araşdırma ilə əlaqədar Zərərçəkmiş şəxs izahat vermək üçün həmin günü rayon polis şöbəsinə getməsini öyrənib, sonuncunun Şahid1 xidməti otağında olmasını müəyyən etdikdən sonra növbətçi hissədə məsul növbətçi, polis polkovnik-leytenantı X10 və post patrul xidməti bölüyünün polis nəfəri Şahid 5 yaxınlaşıb Şahid1la işi olması adı ilə onları aldadaraq sonuncunun xidməti otağına buraxılmasına nail olaraq təhqiqatçının xidməti otağına daxil olub, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə, rayon polis şöbəsinin iş rejimini tamamilə pozaraq Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə sonuncuya yaxınlaşıb bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrə əvvəlcədən alt paltarında gizlətdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, qatlanan soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs ümumilikdə 12 bıçaq zərbəsi vuraraq sonuncuya qarının ön divarında aşağıda boşluğa keçərək qaraciyəri zədələyən deşilmiş-kəsilmiş 1 ədəd yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət, döş qəfəsinin ön səthində solda 02 ədəd, sol qoltuqaltı çuxurda 01 ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthində 01 ədəd və aşağı 1/3-nin ön səthində 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində yuxarıdan aşağıya doğru 05 ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində 1 ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərkən hadisənin törədilmə aləti olan bıçağın ehtiyatsızlıqdan sağ əl nahiyəsinə dəyməsi ilə İİ barmağının İİ falanqasının sol yan səthinin səthi kəsilmiş yarası olan sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət alması səbəbindən Zərərçəkmiş şə xs bıçaq zərbələri vurmağı dayandırdıqdan dərhal sonra Şahid1 fəal müqavimət göstərməklə növbəti zərbələr yetirməsinə imkan verməyib onun qollarını tutub, bədənin müxtəlif hissələrindən qucaqlayaraq zərərsizləşdirdiyindən, habelə Zərərçəkmiş şəxs vaxtında “Ağdam rayon Mərkəzi Xəstəxanası” X18 hadisə yerində olan yaxın qohumları tərəfindən çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN MÜDAFİƏÇİSİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı Məhkum Cinayət Məcəlləsinin 29, 120.2.2-ci, 29,120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ibtidai istintaqın müvafiq protokolları, şahid ifadələri, məhkəmə-tibb ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Lakin ittihamın əsaslandırılması üçün göstərilmiş sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin və digər şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməsinin motivləri tam göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanaraq, təqsirləndirilən şəxs Şahid4 əməlini istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan fərqli olaraq daha yüngül maddəyə tövsif edib yanlış nəticəyə gəlməklə səhvə yol vermişdir. Məhkəmələr təqsirləndirilən şəxs Məhkum cinayət əməli nə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını nəzərə almamış, nəticə etibarı ilə Şahid4 əməlini əsassız olaraq daha yüngül maddəyə tövsif etməklə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının tələblərini nəzərə almayan məhkəmə heç bir əsas olmadan, məhkumun, şahidlərin ibtidai istintaq zamanı və məhkəmədə verdikləri, sübut əhəmiyyətli ifadələrini isin faktiki hallarına uyğun gəlməyən formada qiymətləndirərək təqsirləndirilən şəxsin əməlini CM-in 29,120.1-ci maddəsinin tərkibini yaradacaq əlamətlərə istiqamətləndirmişdir. Belə ki, məhkəmə Kollegiyası nəzərə almamışdır ki, işin hallarına əsasən qeyd olunan hadisənin baş verməsinə təşəbbüs təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, hadisənin motivini, törədilmə mexanizmini və istintaq orqanı tərəfindən əməlin düzgün tövsif edilməsini təsdiq edən kifayət qədər sübutların olmasını nəzərə almamışdır. Yuxarıda sadalanan hallardan göründüyü kimi ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında bas vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almamış, yalnız cinayət isi üzrə verilmiş ifadələri xuliqanlıq niyyətinin və xüsusi amansızlığın aradan qaldıracaq istiqamətdə şərh edərək, bir sübutun qəbul edilməsinin digər sübut un rədd edilməsinin motivlərini hökmdə göstərmədən, yalnız təqsirləndirilən şəxsin ifadələrində olan müəyyən xüsusatları nəzərə alıb, digər ifadələrdə göstərilən xüsusatları qəbul etməməsinin səbəbini hökmdə əsaslandırmamışdır. Göründüyü kimi məhkəmə sübutların qiymətləndirilməsinə açıq-aşkar birtərəfli yanaşmış, is üzrə toplanmış sübutları birtərəfli qaydada şərh edərək ayrı-ayrı hallan ümumi sübutlar sistemindən qoparmış, ittihamın əsasını təşkil edən və isin obyektiv hallarına uyqun gələn sübutları əsassız və qanunsuz olaraq qəbul etməyib Məhkum əməlində xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd cinayətinin olmaması qənaətinə gəlməklə şəxsin əməlini qanunsuz və əsassız olaraq CMin 29,120.1-ci maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 2025-ci il 4 mart tarixli, 1(104)9/2025 nömrəli hökmünü ləğv edərək işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ittiham aktı tərtib olunarkən Cinayət Prosessual Qanunvericiliyin normaları kobudcasına pozulmuşdur. Hadisədən sonra ondan 3 dəfə izahat götürüldü, lakin özündə olmadığı üçün ilk 2 izahatın hansı formada və nə yazıldığından indiyə kimi xəbəri olmadı. Evində onun yazdığı 3-cü izahatı özü vermiş və imzası ilə təsdiq etmişdir, lakin həmin izahatın harada olduğundan xəbər yox dur. Bütün qeyd etdiyi xüsusatlar əvvəldən əleyhinə aparılan istintaqdan xəbər verir. Şahid qismində dindirilən Əhliyət Qasımov da bildirmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkumla onun xidməti otağında söyüşmüşdür, lakin təqsirləndirilən şəxsin otağa girməsindən onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs Məhkum arxa tərəfdən ona yaxınlaşıb hiyləgərcəsinə köməksiz vəziyyətindən istifadə edərək onu öldürməyə cəhd edərək 13 bıçaq zərbəsi endiribsə, hansı əlbəyaxa davadan söhbət gedə bilər? Belə ki, həmin bıçaq zərbələri ani anda ona vurulmuşdur. Sonda qeyd olunmuşdur ki, pul istəyir, lakin o elə izahat verməmişdir. Ümumiyyətlə, məhkəmədə təqsirləndirilən şəxsin xeyirinə izahat vermiş şahidlərin bütün yalan izahatları məhkəmə iclas protokoluna və hökmə qeyd olunsa da onun iz ahatı təhrif edilmişdir. Məhkəmə iclasları barədə ona məlumat verilməmişdir. Bununla da onun prosessual hüquqları kobud şəkildə pozulmuşdur. Bütün bunlara baxmayaraq, məhkəmə hansı sübutları qiymətləndirib, hansı izahatları alıb hesab edir ki, burada Məhkum əməlinin qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilə bilməz. Gəncə Ağır Cinayətlər Məhkəməsinin bu cinayəti adam öldürməyə cəhd kimi qiymətləndirməsi üçün şərt Məhkum onu öldürməsi idi? Məhkum əməlinin açıq aşkar onu öldürməyə yönəldiyi onu Ağdam RPŞ-yə qədər izləməsindən açıq aşkar bəlli olur. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(104)-9/2025 nömrəli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 29, 120.2.2, 29, 120.2.4 və 221.3-cü maddələrinə tövsif edilərək barəsində sanksiyada nəzərdə tutulan ən ağır cəzanın təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum vəkili Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hadisədən sonra ifadəsi alınmış Məhkum, təhqiqatçı Şahid1 Cavad oğlunun ifadələri ilə sübut olunur ki, hadisə qısa zaman kəsiyində baş vermiş, Ələkbər qısa zaman kəsiyində bir neçə dəfə yumruqla Hökmüdara zərbələr vurmuş, Ələkbər Hökmüdarı vurmağı dayandırdıqdan sonra Şahid1 Məhkum otaqdan kənara çıxarmışdır. Məhkum Hökmüdarı vurması zamanı Hökmüdar müqavimət göstərmiş və bu zaman stolun üstündəki kağızlar yerə tökülmüşdür. Belə olan halda Məhkum əməli heç bir halda CM-nin 29.120.1 və 221.3-cü maddələrinin dispozisiyasında göst ərilən şərhlərə uyğun gəlmir və ona görə də Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət almasından ibarət əməli qəsdən adam öldürməyə cəhd etmə kimi qiymətləndirilə bilməz. Belə ki, məhkum iş üzrə zərərçəkmişi öldürmək niyyətində olmuş olsa idi, o,hadisə zamanı zərərçəkmişi vurması ilə bağlı hərəkətlərini davam etdirə və zərərçəkmişi öldürərdi. O zərərçəkmişi öldürmək niyyətində olmamışdır. Zərərçəkmişə yetirilmiş xəsarətin biri ağır xəsarətdir. Bu da bir daha onu sübut edir ki, məhkumun zərərçəkmişi öldürmək niyyəti olmamışdır. Bununla yanaşı, məhkumun əməlində CM-nin 221.3-cü maddəsinin də tərkibi yoxdur. Belə ki, hadisə zərərçəkmişin məhkumun ailə üzvlərinə qarşı olan qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Bu da bir daha məhkumun əməlində CM-in 221.3-cü maddəsinin tərkibi olmam ası qənaətinə gəlinir. Bundan başqa, Məhkum zərərçəkmişin həyati əhəmiyyətli orqanlarına ağır xəsarət yetirməsinin qarşısını heç kim almamışdır. O, zərərçəkmişə xəsarət yetirməyi dayandırıldıqdan sonra onu Şahid1 otaqdan çölə çıxarmışdır. 1-ci instansiya məhkəməsinə şahid qismində dindirilən Şahid1 da bu cür ifadə vermişdir. Bu isə bir daha o nəticəyə gəlməyə imkan verir ki, Məhkum niyyəti zərərçəkmişi öldürmək olmamışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 4 mart tarixli, 1(104)-9/2025 nömrəli hökmündən əsassız olduğu üçün ləğv edilməsini, işdə olan sübutlar əsasında məhkumun əməlindən CM-in 29, 120.1 və 221.3-cü maddələri ilə verilmiş ittihamı xaric edib onun əməlini CM- in 126.1-ci maddəsinə tövsif edərək bu maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi3 tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 4 mart tarixli hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsini, zərərçəkmiş şəxs tərəf indən verilmiş kassasiya şikayətinin təmin olunmasını, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının dü zgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxs isə kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma sərt cəza təyin edildiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və məhkumun əməlinin tövsifinin yüngülləşdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-i n 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstəri lir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblə rinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, tərəflərindən verilmiş kassasiya şikayətinin təmin olunması, qarşı tərəfin kassasiya müraciətlərinin təmin edilməməsi barədə müdafiəçinin, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməməsi, ittiham tərəfinin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlə r üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya protestində və zərərçəkmiş şəxsin kassasiya şikayətində məhkumun əməlinin əməlinin CM-in 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə tövsif edilməli olduğu iddia edilmişdir. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsini, CM-in 221.3-cü maddəsi ilə isə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətlərində irəli sürülmüş dəlillərə münasibət bildirərək qeyd edir ki, həm ittiham t ərəfinin, həm də müdafiə tərəfinin kassasiya müraciətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş, istər ittiham tərəfinin, istərsə də müdafiə tərəfinin hər bir dəlilinə işin konkret hallarına istinad edilməklə əsaslandırılmış münasibət bildirilmiş və məhkum tərəfindən CM-in 29, 120.1 və 211.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmiş sübutları və həmin sübutlara münasibətdə qiymətləndirməni hazırkı qərarda təkrar etmədən, məhkəmə tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhku mun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya müraciətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hall ar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4.3.2025-ci il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 2025-ci il 4 mart tarixli, 1(104)-9/2025 nömrəli hökmü, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin və məhkumun saxlanılsın. müdafiəçisinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar