Məhkəmə qərarları › İş №1(102)-1694/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1694/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1694/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: X20 (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X17, müdafiəçi - X3 müdafiəçisi X10, mülki iddiaçı - AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin n ümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli hökmünə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinməsi, CM-in 39.1.3 və 73-2.1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin halları

1. Məhkum X6 xx.xx.1963-cü il tarixdə İran İslam Respublikasının Tehran şəhərində anadan doğulmuş, İran İslam Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəl lər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla, Bakı şəhəri, H.ünvan 2 ünvanında yaşamışdır.

2. İttihama əsasən X7 rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından təqdim etdiyi 2013-cü ilin 1-ci rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 61 nəfər göstərib, onların 21148,99 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 5287,25 manat məcburi dövlət sosial sığorta haqqından 2520,0 manatı ödəyərək 2767,25 manat; 2013-cü ilin 2-ci rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 36 nəfər göstərib, onların 23441,50 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 5860,38 manat; 2013-cü ilin 3-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 49 nəfər göstərib, onların 21817,10 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 5454,28 manat məcburi dövlət sosial sığorta haqqından 1500,0 manatı ödəyərək 3954,28 manat; 2013-cü ilin 4-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 43 nəfər göstərib, onların 23761,58 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 5940,39 manat məcburi dövlət sosial sığorta haqqından 2000,0 manatı ödəyərək 3940,39 manat; 2014-cü ilin 1-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 54 nəfər göstərib, onların 28485,46 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 7121,36 manat MDSS haqqından 800,0 manatı ödəyərək, 6321,36 manat; həmin ilin 2-ci rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 62 nəfər göstərib, onların 28333,0 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 7083,25 manat MDSS haqqından 2500,0 manatı ödəyərək, 45 83,25 manat; həmin ilin 3-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 53 nəfər göstərib, onların 27194,32 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 6798,58 manat MDSS haqqından 2000,0 manatı ödəyərək, 2014-cü ilin 4-cü rübü üzrə 1216,73 manat artıq ödənişi nəzərə alınmaqla 3581,85 manat; 2015-ci ilin 1-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 56 nəfər göstərib, onların 30167,88 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 7541,97 manat MDSS haqqından 900,0 manatı ödəyərək, 6641,97 manat; həmin ilin 2-ci rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 55 nəfər göstərib, onların 28347,50 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 7086,88 manat MDSS haqqından 2500,0 manatı ödəyərək, 4586,88 manat; həmin ilin 3-cü rübü üzrə hesabatda cəmiyyət in işçilərinin orta sayını 57 nəfər göstərib, onların 25697,04 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 6424,26 manat; həmin ilin 4-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 59 nəfər göstərib, onların 27432,74 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 6858,18 manat; 2016-cı ilin 1-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 46 nəfər göstərib, onların 20399,02 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 5099,75 manat; həmin ilin 2-ci rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 47 nəfər göstərərək, onların 22448,35 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 5612,09 manat; həmin ilin 3-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 44 nəfər göstərib, onların 17812,0 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 4453,0 manat; həmin ilin 4-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 59 nəfər göstərib, onların 27432,74 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 6858,18 manat; 2017-ci ilin 1-ci rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 34 nəfər göstərib, onların 16376,23 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 4076,91 manat; həmin ilin 2-ci rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 46 nəfər göstərib, onların 22121,35 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 5530,34 manat; həmin ilin 3-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 36 nəfər göstərib, onların 19510,50 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 4866,26 manat; həmin ilin 4-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 44 nəfər göstərib, onların 25325,99 man at əmək haqqından 25% dərəcə ilə hesabladığı 6331,50 manat MDSS haqqından 1000,0 manatı ödəyərək, 5331,50 manat; 2018-ci ilin 1ci rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 42 nəfər göstərib, onların 35624,57 manat əmək haqqından MDSS-ə cəlb edilməyən gəlir 54,62 manat nəzərə alınmaqla, MDSS-ə cəlb edilən gəlirin 35569,95 manatının 22% faiz dərəcə ilə sığorta edənin hesabına hesabladığı 7825,39 manat, cəlb edilən gəlirin 3 %-i sığortaolunanın (işcinin) hesabına əmək haqqı nisbətdə 1067,10 manat, vergi orqanı tərəfindən aşkar edilmiş 42,25 MDSS haqqı olmaqla, 8934,74 manat; həmin ilin 2-ci rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 8 nəfər göstərib, onların 4846,23 manat əmək haqqından MDSS-ə cəlb edilməyən gəlir 64,23 manat nəzərə alınmaqla, MDSS-ə cəlb edilən gəlir in 4782,0 manatının 22% faiz dərəcə ilə sığorta edənin hesabına hesabladığı 1052,04 manat, cəlb edilən gəlirin 3 %-i sığortaolunanın (işcinin) hesabına əmək haqqı nisbətdə 143,46, manat MDSS haqqı olmaqla, 1195,50 manat; həmin ilin 3-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 26 nəfər göstərib, onların 31650,56 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 7912,64 manat; həmin ilin 4-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 30 nəfər göstərib onların 74818,97 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 18704,74 manat; 2019-cu ilin 1-ci rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 8 nəfər göstərib, onların 5115,20 manat əmək haqqından MDSS-ə cəlb edilməyən gəlir 79,0 manat nəzərə alınmaqla, 5036,20 manat əmək haqqından 25% dərəcə ilə hesablad ığı 1259,05 manat; həmin ilin 2-ci rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 7 nəfər göstərib, onların 4339,50 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 1084,88 manat; həmin ilin 3-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 7 nəfər göstərib, onların 8776,50 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 2194,12 manat; həmin ilin 4-cü rübü üzrə hesabatda cəmiyyətin işçilərinin orta sayını 6 nəfər göstərib, onların 5711,70 manat əmək haqqından 25% dərəcə ilə hesabladığı 1427,93 manat, cəmi 140061,68 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını, bundan əlavə, X6 rəhbəri olduğu "xxxx" MMC-nin adından təqdim etdiyi 2018-ci ilin 1-ci rübü üzrə işsizlikdən sığorta haqqı hesabatında cəmiyyətin işçilərinin orta sayını 42 nəfər göstərib, onların 35624,5 7 manat əmək haqqından 1% dərəcə ilə hesabladığı 356,24 manat; həmin ilin 2-ci rübü üzrə işsizlikdən sığorta haqqı hesabatında cəmiyyətin işçilərinin orta sayını 8 nəfər göstərib, onların 4782,0 manat əmək haqqından 1% dərəcə ilə hesabladığı 47,82 manat; həmin ilin 3-cü rübü üzrə işsizlikdən sığorta haqqı hesabatında cəmiyyətin işçilərinin orta sayını 26 nəfər göstərib, onların 31650,56 manat əmək haqqından 1% dərəcə ilə hesabladığı 316,50 manat;həmin ilin 4-cü rübü üzrə işsizlikdən sığorta haqqı hesabatında cəmiyyətin işçilərinin orta sayını 30 nəfər göstərib, onların 74818,97 manat əmək haqqından 1% dərəcə ilə hesabladığı 748,18 manat; 2019-cu ilin 1- ci rübü üzrə işsizlikdən sığorta haqqı hesabatında cəmiyyətin işçilərinin orta sayını 8 nəfər göstərib, onların 5116,0 manat əmək haqqında n 1% dərəcə ilə hesabladığı 51,16 manat; həmin ilin 2-ci rübü üzrə işsizlikdən sığorta haqqı hesabatında cəmiyyətin işçilərinin orta sayını 7 nəfər göstərib, onların 4340,50 manat əmək haqqından 1% dərəcə ilə hesabladığı 43,40 manat; həmin ilin 3-cü rübü üzrə işsizlikdən sığorta haqqı hesabatında cəmiyyətin işçilərinin orta sayını 7 nəfər göstərib, onların 8776,50 manat əmək haqqından 1% dərəcə ilə hesabladığı 87,76 manat; həmin ilin 4-cü rübü üzrə işsizlikdən sığorta haqqı hesabatında cəmiyyətin işçilərinin orta sayını 6 nəfər göstərərək, onların 5712,00 manat əmək haqqından 1% dərəcə ilə hesabladığı 57,12 manat olmaqla, cəmi 1708,18 manat işsizlikdən sığorta haqlarını, ümumilikdə xeyli miqdar təşkil edən 141.769,86 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haq larını dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

3. Həmin cinayət işi üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-257/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən X3, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə əlaqədar 2013-cü ilin İ rübündən 2014-cü ilin İV rübünədək olan müddəti əhatə edən epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs X6 2015-ci ilin İ rübünd ən 2019-cu ilin İV rübünü əhatə edən epizodlar üzrə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə həmin xitam verilməsi, X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin mühasibat sənədlərinin, vergi hesabatlarının, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının hesabatlarının, çeklər və digər bank sənədlərinin, kassa mədaxil orderlərinin, müqavilələrin, satış sənədlərinin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır.

4. Həmin qərardan verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-521/2022 saylı, 12 aprel 2022-ci il t arixli qərarı ilə apellyasiya protestinə və apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-257/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı və 1(001)257/2021 saylı, 17 iyun 2021-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş və cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır.

5. İşə yenidən baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 14 noyabr 2022-ci il tarixli, 1(001)-360/2022 saylı qərarı qəbul etmişdir.

6. Həmin qərardan təqsirləndirilən şəxs X4 müdafiəçi si Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X23 (sədrlik edən və məruzəçi), X16 və X8 ibarət tərkibdə) 1(103)-660/2023 saylı, 16 mart 2023-cü il tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 1(001)-360/2022 saylı qərarı dəyişdirilərək “zərərçəkmiş şəxs (Mülki iddiaçı) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) X5 qarşı mülki iddiası qismən təmin olunmuş, təqsirləndirilən şəxs (mülki cavabdeh) X1 31.005.86 (otuz bir min beş manat səksən altı qəpik) manat vəsaitin tutularaq zərərçəkmiş şəxs (Mülki iddiaçı) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi, mülki i ddianın qalan hissədə təmin edilməməsi” hissəsində dəyişdirilmişdir. Zərərçəkmiş şəxs (Mülki iddiaçı) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) X5 qarşı mülki iddiası baxılmadan saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2023-cü il tarixli qərarının mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Kassasiya şikayətinin dəlilləri:

8. Kassasiya şikayətinin dəlillərini mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onunl a əsaslandırır ki, məhkəmələrin gəldikləri nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs X3 hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1 -ci maddəsi ilə tövsif edilməsi, eləcə də X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1 -ci maddəsi ilə təqsirli bilinməsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən X3 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə əlaqədar 2013-cü ilin İ rübündən 2014-cü ilin İV rübünədək olan müddəti əhatə edən epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməsi və barəsində o lan cinayət təqibinə həmin hissədə xitam verilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs X3 2015-ci ilin İ rübündən 2019-cu ilin İV rübünü əhatə edən epizodlar üzrə həmin Məcəllənin 73-2.1 -ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməsi, eyni zamanda, zərərçəkmiş şəxs (mülki iddiaçı) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) X5 qarşı mülki iddiasının qismən təmin olunması, təqsirləndirilən şəxs (mülki cavabdeh) X1 31.005.86 (otuz bir min beş manat səksən altı qəpik) manat vəsaitin tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi qənaətinə gəlinmişdir, lakin nəzərə alınmamışdır ki, təqsirləndirilən şəxs X11 cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verildiyindən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (mətndə-CPM) 179-cu maddəsi mülki iddia üzrə tətbiq edilən qanunvericilik barədədir. Həmin maddədə göstərilir: 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalar ının tətbiqinə yol verilir. 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 179.4. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Göstərilənlərə əsasən qeyd edirik ki, cinayət mühakimə icraatında mülki iddia CPM-nin 179-188-ci maddələrində təsbit edilmiş müddəaların tətbiqi əsasında həll olunur. CPM-in 179.3-cü maddəsində də nəzərdə tutulur ki, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-1 -ci maddəsinə əsasən 85.4-cü və 85.5-ci maddələrində müddət lə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. Göründüyü kimi, CPM-in 179.3-cü maddəsində mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edildiyi müəyyən edilmiş və vergi qanunvericiliyində də məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə müddətin tətbiq edilmədiyi müəyyənləşdirilmişdir. Bundan başqa, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi cinayət təqibini istisna edən hallardan biridir. Lakin bu, mül ki iddianın da rədd edilməsinə və ya baxılmamış saxlanılmasına əsas vermir. Çünki, CPM-nin 179.4-cü maddəsinə görə cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Maddənin tələbinə əsasən, məhkəmənin qərarında qeyd etdiyi kimi mülki iddia hər hansı iddia müddəti ilə məhdudlaşdırılmamışdır. Məhkəmə tərəfindən qanunvericiliklə az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti kimi müəyyən edilən 7 illik müddətin paralel olaraq mülki iddianın tələb edilmə müddəti kimi müəyyən edilməsi heç bir qanunvericilk normasının tələbinə uyğun deyil. Qeyd edilən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alına və ona törətdiyi əmələ görə cəza təyin ed ilməyə bilər. Lakin bu, təqsirləndirilən şəxsi vurduğu maddi ziyanın ödənilməsindən azad etməməli, mülki iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməməlidir. Lakin, apellyasiya instansiyası məhkəməsinin verdiyi qərar qanunvericiliyin tələblərinə zidd olmaqla mülki iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qərarında gəldiyi bu nəticəni əsaslandıra bilməmiş, CPM-nin və MPM-nin normalarına istinad etməklə mülki iddianın baxılmamış saxlanılmasını əsaslandırmağa cəhd etmişdir. Lakin CPM-nin 179.4-cü maddəsinin əksini sübut edəcək konkret bir normaya istinad edə bilməmişdir. Hətta məhkəmə kollegiyası verdiyi əsassız qərarını əsaslandırmaq üçün qüvvədən düşmüş “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarına istinadlar etmişdir. Bundan başqa CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki Prosessual Məcəllənin 259-cu maddəsi ərizənin baxılmamış saxlanılması əsaslarını müəyyən etmişdir. Qeyd edilən əsaslarda müddətin keçməsi ilə bağlı ərizənin baxılmamış saxlanılması haqqında müddəa müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası tərəfindən məsuliyyətə cəlb edilmə müddətinin ötməsi ilə əlaqədar mülki iddia ərizəsini baxılmamış saxlanılması qanunvericiliyin tələbinə uyğun olmamışdır. Beləliklə, CPM-nin 179.2 -ci, 179.3-cü, 179.4-cü, MPM-nin 259-cu maddələrinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi, mülki iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas vermir. Qeyd olunanlardan bir daha görünür ki, məhkəmə qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. CPM-in 89.4.12-ci maddəsinə əsasən mülki iddiaçı təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarının iddiaya dair hissəsindən apellyasiya, kassasiya və əlavə kassasiya şikayəti vermək hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq kassator Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2023-cü il tarixli qərarının mülki iddianın baxılma mış saxlanılması hissəsində ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsini xahiş edir. Hüquqi məsələlər:

9. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır.

10. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası m əhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz.

11. Göründüyü kimi, mülki iddiaçının nümayəndəsi kassasiya şikayətində faktiki olaraq eyni şəkildə apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayətprosessual qanunun tələblərini pozmaqla mülki iddianın tam təmin edilməməsi haqqında qərarı əsassız olaraq qüvvədə saxlamasını iddia edərək həmin məhkəmənin qərarının ləğv edilməli olması barədə kassasiya tələbini CPM-nin 89.4.12, 408, 409.1.3, 410, 412 və 416-cı maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

12. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansi yası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir

13. Odur ki, məhkəmə kollegiyası mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətini və CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edi r.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.

16. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyad a işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınm ası və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür.

19. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyi şdirməyə haqlıdır.

20. Mülki iddiaçı VN-in Bakı Lokal Gəlirlər İdarəsinin kassasiya şikayətinin başlıca dəlilləri məhkəmələr tərəfindən mülki iddianın əsassız olaraq təmin olmaması barədədir.

21. Məhkəmə kollegiyası kassatorun dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsində təqsirləndirilən şəxs X6, müdafiəçiləri Müdafiəçi və X19 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, təqsirləndirilən şəxs X3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, vurulmuş zərərin ödənilməsini, ağır ailə vəziyyətini, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını və təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1 -ci maddəsi ilə təqsirli bilnməsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən X3 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə əlaqədar 2013-cü ilin İ rübündən 2014-cü ilin İV rübünədək olan müddəti əhatə edən epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs X3 2015-ci ilin İ rübündən 2019-cu ilin İV rübünü əhatə edən epizodlar üzrə həmin Məcəllənin 73-2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsin də olan cinayət təqibinə həmin hissədə xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarından təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 1(001)-360/2022 saylı qərarının əsassız və qanunsuz olduğundan ləğv edərək, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü və 40.4-cü maddələrinə əsasən cinayət işinin icraatına xitam verilməsi və X25 cinayət məsuliyyətindən azad edilməsi, mülki iddianın baxılmamış saxlanılması barədə ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər.

22. Apellyasiya instansiya məhkəməsində dindirilmiş mülki iddiaçı Azərbaycan Respubl ikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilnməsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3cü maddəsinə əsasən X3 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə əlaqədar 2013-cü ilin İ rübündən 2014-cü ilin İV rübünədək olan müddəti əhatə edən epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsin də nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs X3 2015-ci ilin İ rübündən 2019-cu ilin İV rübünü əhatə edən epizodlar üzrə həmin Məcəllənin 73-2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarından təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 1(001)-360/2022 saylı qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması barədə ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

23. İş materiallarında olan 14 fevra l 2020-ci il tarixli “Cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticəsinə dair” aktdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə 141.769,86 manat məbləğində borcu vardır.

24. İş materiallarına əlavə edilmiş “Hüquqi şəxs haqqında məlumat”a dair portal çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 dekabr 2004-cü il tarixdə ********** saylı VÖEN-lə qeydiyyatdan keçmiş və cəmiyyətin rəhbəri X6 olmuşdur.

25. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2020-ci il və 16 aprel 2021-ci il tarixli protokollardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibat sənədləri, vergi hesabatları, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının hesabatları, çeklər və digər bank sənədləri, kassa mədaxil orderləri, müqavilələr, satış sənədləri sübut əhəmiyyəti kəsb etdiyindən ibtidai istintaq zamanı götürülmüşdür.

26. İş materiallarına əlavə edilmiş 16 fevral 2021-ci il tarixli, BPM**********60 nömrəli Azərbaycan Beynəlxalq Bankının Ödəniş tapşırığından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) barəsində olan cinayət işi üzrə (№ 2********) dövlət büdcəsinə 10.000,00 manat məbləğində pul ödənilmişdir.

27. İş materiallarında olan 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibat sənədləri, vergi hesabatları, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının hesabatları, çeklər və digər bank sənədləri, kassa mədaxil orderləri, müqavilələr, satış sənədləri i ş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.

28. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 18848 və 24034 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qəbzlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) tərəfindən dövlət büdcəsinə ayrı-ayrılıqda 855 manat olmaqla, cəmi 1.710,00 manat məbləğində pul ödənilmişdir.

29. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankı - Hökumət Ödəniş portallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) tərəfindən dövlət büdcəsinə 87.167,00 manat, 11.887,00 manat olmaqla, cəmi 99.054,00 manat məbləğində pul ödənilmişdir.

30. İş materiallarında olan iddia ərizəsinə əsasən mülki iddiaçının nümayəndəsi d övlət büdcəsinə ödəməkdən yayındırılmış 141.769,86 manat məbləğində ziyanın (işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının) mülki cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş edir.

31. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cinayət işinin materiallarından və toplanmış sübutlardan təqsirləndirilən şəxs X3 2013-cü ilin İ rübündən 2019-cü ilin İV rübünədək olan müddətədək CM-in 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərək, ümumilikdə 141.769,86 manat məbləğində pulu dövlət büdcəsinə ödəməkdən yayınması faktı müəyyən edilmişdir.

32. Həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməlinə dair 2015-ci ilin İ rübündən 2019-cu ilin İV rübünü əhat ə edən epizodlar üzrə vurulmuş maddi ziyanı, yəni ümumilikdə 110.764,00 manat məbləğində pulu tamamilə ödəmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs (Mülki iddiaçı) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) X5 qarşı mülki iddiasının qismən təmin olunması, 2013-cü ilin İ rübündən 2014-cü ilin İV rübünədək olan müddəti əhatə edən epizodlar üzrə zərərin vurulması cinayət işinin materialları ilə sübüt olunduğundan təqsirləndirilən şəxs (mülki cavabdeh) X9 – ödənilən vəsaitlər çıxıldıqdan sonra – 31.005.86 manat dəyərində ziyan (vergi məbləği) tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi, mülki iddia ilə tələb edilən qalan məbləğ təqsirləndirilən şəxs X6 törətdiyi cinayət əm əlinə dair 2015-ci ilin İ rübündən 2019-cu ilin İV rübünü əhatə edən epizodlar üzrə vurulmuş maddi ziyanı, yəni ümumilikdə 110.764,00 manat məbləğində pulu tamamilə ödədiyindən və bu fakt iş materiallarında olan ödəniş sənədlərinə əsasən təsdiq olunduğundan mülki iddianın, qalan hissədə rədd edilməsi barədə apellyasiya məhkəməsi tərəfindən qanuna uyğun əsaslandırılmış və düzgün nəticəyə gəlmişdir.

34. Belə nəticə eyni zamanda cinayət-prosessual qanunvericiliyinin aşağıdakı normalarından da hasil olur.

41. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər cinayət təqibi üzrə sübutlar hesab olunur.

42. Həmin Məcəllənin 146.1 -ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, m üəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işi hərtərəfli araşdırıb təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinməsi, CM-in 39.1.3 və 73-2.1-ci maddələrinə əsasən cinayət təqibinə xitam verilməsi barədə qərarı qanuni və əsaslı olmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifad ələri ilə yanaşı, iş üzrə ekspert rəyləri, mülki iddiaçının, şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir.

44. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış və kifayət qədər əsaslandırmışlar. 45. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci tarixli qərarının 74-cü bəndində qeyd edilir ki, bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, is tərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır.

46. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən X6, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə əlaqədar 2013-cü ilin İ rübündən 2014-cü ilin İV rübünədək olan müddəti əhatə edən epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad etmiş və barəsində olan cinayət təqibinə həmin hissədə xitam vermişdir.

47. Apellyasiya məhkəməsi həmin hissədə qərarı qüvvə də saxlamış və cinayət işinə xitam verildiyi səbəbindən mülki iddianı baxılmamış saxlamışdır.

48. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

49. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallarda n heç biri müəyyən edilməmişdir. Beləliklə, mülki iddiaçının kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2023-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir.

50. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2023-cü il tarixli, 1(103)-360/2023 saylı qərarı mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar