Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1694/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Hüseynov Zaur Elbrus oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəm əsinin 17 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Z.E.Hüseynov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1980-ci il də Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyy əti ilə məşğul olmuş əvvəllər Samux Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli hökmü ilə CM-in 178.2.4 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ona CM-in 32.4, 312.1-ci maddəsi ilə bəraət verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarı ilə hökm ona CM-in 32.4, 312.1-ci maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilmiş, CM-in 32.4, 312.1-ci maddəsi ittihamdan xaric edilmiş, o, CM-in 178.2.4 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum hazırkı hökm üzrə təyin edilmiş cəza Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Məhkum 24 yanvar 2023-cü il tarixdə saat 02 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs onun kirayə yaşadığı ün van 3 ünvanına gələrək əvvəlcə mənzilin qapısını təpiklə vuraraq onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid1 özü ilə aparmaq istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan şüşə qabla və taxta ilə onun bədəninin müxtəlif nahiyələrindən vurub sağlamlığına yüngül zərər vurmasına əsəbiləşib qisas almaq məqsədilə həmin vaxt yaşadığı mənzildən götürdüyü, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid böyük piyliyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısında ön qoltuqaltı xətt üzrə X-Xİ qabırğaarası nahiyənin 1 (bir) ədəd periton boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, ümumi likdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid qarının ön divarının 1 (bir) ədəd periton boşluğuna nüfuz etməyən, sol budun yuxarı 1/3nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 8 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilərək ona CM-in 126.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilədək endirilmiş, CM-in 66.5-ci maddəsinə əsasən isə həmin cəza Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılaraq ona cinayətlərin məcmusu üzrə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Z.E.Hüseynov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum əməlinin CM-in 126.1-ci maddəsindən CM-in 130.1-ci maddəsinə tövsif edilməsi barədə qərar edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “İnsan Hüquqların və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 7-ci maddəsinə, CM-in və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, iş üzrə toplanmış sübutlara, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi Z.E.Hüseynov həmin şikayətini onunla əsaslandırmışdır ki, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli, obyektiv yoxlanılmamış, məhkəmələrin gəldikləri nəticələr birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamış, məhkəməl ər bütün şübhələri təqsirləndirilən şəxsin əleyhinə qiymətləndirmiş, nəticədə də Məhkum əməli CMin 126.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Halbuki, həm Məhkum, həm də iş üzrə dindirilmiş şahidlərin ifadələri, və məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 76 saylı rəyi kifayət edir ki, Məhkum əməli CM-in 130.1-ci maddəsinə tövsif edilsin. İş üzrə ziddiyyət təşkil edən məqamlardan biri də odur ki, birinci və apellyasiya instansiya məhkəmələri qəbul etdikləri yekun məhkəmə aktlarında Məhkum təqsirli bilindiyi cinayəti zərərçəkmış şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmış şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldıqlarını qeyd etsələr də, bu cinayət mühakimə icraatının nəticəsində özünü göstərməmişdir. Belə ki, araşdırılmış sübutlara əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlər edərək Məhkum kirayədə yaşadığı ünvan 3 ünvanına gəlib əvvəlcə mənzilin qapısına təpik zərbələri vurmuş, Məhkum qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid1 özü ilə aparmaq istəmiş, bu səbəbdən də onların aralarında yaranmış mübahisə zamanı əlində olan şüşə qabla və taxta ilə Məhkum bədəninin müxtəlif nahiyələrindən vurub sağlamlığına zərər yetirmiş, sonuncu isə yalnız özünü müdafiə məqsədilə onun sağlamlığına ağır zərər vurmuş, lakin məhkəmələr bu halları nəzərə almamış və məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrə əsaslanmışlar. Məhkəmə iclasında isə Məhkum göstərmişdir ki, o, yalnız özünü müdafiə etmək məqsəd ilə zərər çəkmiş şəxsə xəsarətlər yetirmişdir. Belə olan halda ibtidai araşdırma orqanı ilə yanaşı məhkəmələr də Məhkum əməlinin tövsifində səhvə yol vermiş və onun hərəkətlərində CM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmasına baxmayaraq, birinci instansiya məhkəməsi sonuncunun həmin maddə ilə təqsirli bilinməsi barədə hökm çıxarmaqdan imtina etmiş, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bu nəticə ilə razılaşmışdır. Qeyd olunanlara əsaslanaraq müdafiəçi Z.E.Hüseynov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusu nu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdi rilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum müdafiəçisi Z.E.Hüseynov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində məhkəmələr tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək məhkum olunmuş şəxsin əməlinin əsassız olaraq CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirildiyini və həmin maddə ilə ona ağır cəzanın təyin edildiyini iddia edərək öz kassasiya tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi Z.E.Hüseynovun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə, hazırki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin ka ssasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM- in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv e dilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışı nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmə nin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmək və yaxud dəyişdirmək səlahiyyətinə malikdir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İ və İİ hissələrində göstərilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törət məkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb cinayətkar qəsdlərdən zərərçəkmiş şəxslərin də bütün hüquqlarının təmin edilməsini nəzərdə tutur və müvafiq orqanların, o cümlədən məhkəmələrin üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, cinayət törətmələri sübuta yetirilmiş şəxslər haqqında bu əməllərin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, habelə onların şəxsiyyətlər inə uyğun cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməsi və sair vəzifələri qoyur. Konstitusiyanın 63-cü maddəsinin tələbindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları nın borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsitndə deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları ta m, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Eyni zamanda bu konstitusiyon müddəa məhkəmənin özünün də həqiqətin müəyyən edilməsi məqsədilə zəruri olan sübutların əldə edilərək araşdırılması, məhkəmə iclaslarında mümkün olan müvafiq istintaq hərəkətlərinin aparılması, ekspertizaların təyin edilərək keçirilməsi və həmin sübutların da digər sübutlarla birgə mümkünlüyü, mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməsi vəzifəsindən azad etmir. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifələrin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında isə məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəq il və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”n in 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü m addəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin təsvir edilən tələblə rinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe hə mçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti o lan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsi n məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diq qət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mü hakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübu tlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəti cələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtid ir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitu siya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğul amışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, h azırki cinayət işinin materiallarına, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına görə, məhkəmələr cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edib işin faktiki hallarına (araşdırmış sübutlara) əsaslanaraq Məhkum cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Məhkum hökmlə təqsirli bilindiyi (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini, yəni qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi, kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-in 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur. Məhkəmə iclaslarında araşdırılmış sübutlara əsasən məhkəmələrin müəyyən etdikləri işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum 24 yanvar 2023-cü il tarixdə saat 02 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs onun kirayə yaşadığı ünvan 3 ünvanına gələrək əvvəlcə mənzilin qapısını təpiklə vuraraq onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid1 özü ilə aparmaq istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan şüşə qabla və taxta ilə onun bədəninin müxtəlif nahiyələrindən vurub sağlamlığına yüngül zərər vurmasına əsəbiləşib qisas almaq məqsədilə həmin vaxt yaşadığı mənzildən götürdüyü, zavod üs ulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid böyük piyliyin yaralanması ilə müşayiət olunan döş qəfəsinin sol yarısında ön qoltuqaltı xətt üzrə X-Xİ qabırğaarası nahiyənin 1 (bir) ədəd periton boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid qarının ön divarının 1 (bir) ədəd periton boşluğuna nüfuz etməyən, sol budun yuxarı 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Cinayət işinin materiallarına (qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə icla sında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara) görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində mahiyyəti üzrə baxılarkən Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də o, ibtidai istintaq zamanı törətdiyi cinayətin halları barədə həmin ittihama uyğun ifadələr vermiş və onun elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, cinayət təqibinin həmin mərhələsində qanuni üsullarla, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla yol verilmədən toplanmış və məhkəmədə tədqiq olunmuş digər sübutlarla - Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri, iş üzrə keçirilmiş məhkəmə-tibbi, məhkəmə-kriminalistik, kompleks məhkəmə-psixiatrik və psixoloji, kompleks məhkəmə-kriminalistik və b ioloji ekspertizaların rəyləri ilə, hadisə yeinə baxış, ifadələrin yerində yoxdanılması və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla tam təsdiq edilmişdir. Həmin sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvir edilməsini zəruri saymır, lakin Məhkum Zərərçəkmiş şəxs onun üzərinə hücum etməsi səbəbindən, özünü müdafiə etmək məqsədi ilə onun sağlamlığına qəsdən ağır zərər vurması barədə verdiyi ifadələrə əsaslanaraq qeyd etməyi lazım bilir ki, həqiqətən də hadisə zamanı sonuncu tərəfindən Məhkum qarşı hücum edilərək ona həm sağlamlığa yüngül zərər vuran, həm də dərəcəsi təyin edilməyə xəsarətlər yetirilmiş (bu ha l Məhkum qarşı irəli sürülmüş ittiham da əksini tapmışdır), həmin hücum müəyyən vaxt ərzində davam etmiş və zərərçəkmiş bu hücumu dayandırdıqdan, yəni Məhkum özünü müdafiə etməsi üçün əsaslar aradan qalxdıqdan sonra, o, Zərərçəkmiş şəxsdən qisas almaq məqsədilə mənzilə daxil olaraq mətbəxdən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb yenidən hadisə yerinə qayıtmış və zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyyələrinə həmin bıçaqla üç zərbə vuraraq onun sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş xəsarətlər yetirmiş, yəni CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Tam və hərtərəfli araşdırılmış mötəbər sübutlarla təsdiq olunan işin müəyyən edilmiş bu faktiki halları məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, Məhkum törətdiyi əmə lin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır və bu nəticə iş üzrə toplanmış, apellyasiya məhkəməsi tərəfindən qanuna müvafiq qaydada tədqiq edilərək qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunur və aşağıda şərh edilənlərə də tam uyğundur. Bu qənaətləri ilə bağlı məhkəmə kollegiyası təkrarən qeyd etməyi lazım bilir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş üzrə qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıl mış sübutların, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərinin təhlili göstərir ki, bu sübutlarla Zərərçəkmiş şəxs hansısa başqa şəraitdə onun sağlamlığına ağır zərər vurulması ilə nəticələnən xəsarətin yetirilməsi haqqında Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ziddiyyətli ifadələrinin hamısı və bununla bağlı müdafiəçi Z.E.Hüseynovun kassasiya şikayətinin dəlilləri təkzib olunur və onun əməlinin hüquqi tövsifi barədə nəticəyə gələn məhkəmələr eyni zamanda tam haqlı olaraq bu ifadələrə tənqidi yanaşıb onları özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirmişlər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, o cümlədən məhkəmə ekspertizasının rəylərinə əsaslanaraq, birinci və apellyasiy a instansiyası məhkəmələri tərəfindən Məhkum təqsirli bilindiyi cinayəti məhz ona elan olunmuş ittihamda göstərilmiş şəraitdə törətməsi barədə gəlinmiş nəticəni əsaslı hesab edir və eyni zamanda qeyd etməyi lazım bilir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsinə, bunun üçün isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə heç bir hüquqi əsas yoxdur. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, istər Məhkum, istərsə də zərərçəkmiş şəxsin və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri zamanı hüquqlarının pozulması da müəyyən edilməmiş, Zərəçəkmiş şəxsin və iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri isə iş üzrə araşdırılmış və həm b irinci, həm də apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktlarında təsvir edilmiş başqa sübutlara uyğun olmuşdur. Araşdırılmış sübutların fövqündə məhkəmə kollegiyası 24 yanvar 2023-cü il tarixdə saat 02 radələrində baş vermiş hadisənin Məhkum qarşı irəli sürülmüş ittihamda göstərilən şəraitdə cərəyan etməsini daha inandırıcı hesab edərək və həmin vaxt sonuncu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs biri-birinə qarşı etdikləri hərəkətlərin məzmunundan çıxış edərək belə nəticəyə gəlir ki, münaqişə zamanı Məhkum heç də zəruri müdafiə vəziyyətində olmamış və onun faktiki olduğu vəziyyət ona qarşı edilən hərəkətlərə görə artıq bu hərəkətlər başa çatdıqdan sonra yaşadığı mənzilin mətbəxində götürdüyü bıçaqla zərbələr vuraraq onun sağlamlığına hər hansı zərərin, o cümlədən məhkəmə-tibbi ek spertizasının 25 yanvar 2023-cü il tarixli 79 saylı rəyində göstərildiyi kimi, ağır zərər vurulmasını labüd etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası öz qənaəti ilə, yəni məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərinin əsassız olması ilə bağlı aşağıda göstərilənləri də qeyd etməyi zəruri bilir. Əvvəla, CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləl iyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur və, göründüyü kimi, bu cinayət yalnız qəsdən törədilən cinayətlər kateqoriyasına aid olmaqla həm birbaşa, həd də dolayı qəsdlə törədilə bilər. Qəsdin formaları təsbit edilmiş CM-in 25.2 və 25.3-cü maddələrinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan gör müş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Məhkum mənzildən əldə etdiyi bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə 3 bıçaq zərbəsi vurarkən bu əməlinin ağır nəticələrə səbəb olacağını arzu etməsə də, həmin əməlin ictimai təhlükəliliyini, onun bu və ya digər nəticəyə səbəb ola bilməsini dərk etmək iqtidarında olmuş, lakin buna baxmayaraq birinci zərbədən sonra öz hərəkətini dayandırmamış, yəni daha ağır nəticəyə səbəb olmuş əməlin törədilməsindən imtina etməmişdir. Məhkumun bu hərəkətləri zəruri müdafiə vəziyyətində etməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası iş üzr ə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq bu dəlillərlə razılaşmır və hesab edir ki, həmin dəlillər aşağıda təsvir oluanlara da uyğun deyil. Əvvəla məhkəmə kollegiyası kassasiya müraciətlərinin dəlillərinə cavab olaraq qeyd edir ki, Konstitusiyanın 31-ci maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın bu tələbinin mənasından belə nəticə hasil olur ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına və fiziki sağlamlığına hər hansı fiziki zorun tətbiq edilməsi belə zorun ictimai təhlükəlilik dərəcəsindən, yəni zorun inzibati xəta və ya cinayət kimi qiymətləndirilməsindən asılı o lmayaraq qadağandır və bu kimi hallarda barəsində zor tətbiq edilmiş şəxsin öz həyatını və sağlamlığını bu və ya digər üsullardan üsullardan istifadə etməklə, o cümlədən qarşılıqlı zorakılıq əməli törətməklə müdafiə etmək hüququ yaranır. Belə hallarda isə həyatına və sağlamılığına edilmiş qəsddən özünü müdafiə edən şəxsin əməli cinayət kimi qiymətləndirilmir o şərtlə ki, sonuncu özünü müdafiə həddini aşmasın. Təsadüfi deyil ki, qanunverici cinayət qanunvericiliyində bu hüququn həyata keçirilməsi təsbit edilmiş xüsusi norma da nəzərdə tutmuşdur. Belə ki, CM-in 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM-in 36.2-ci maddəsinin tələblərindən isə görünür ki, peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Göründüyü kimi, qanunun bu normasında həmçinin şəxsə qarşı edilmiş qəsdin ictimai təhlükəlilik dərəcəsi hər hansı şəkildə fərqləndirilməmişdir. Bu isə o deməkdir ki, şəxs istənilən qəsddən özünü müdafiə etmək hüququna malikdir və bu hüququn həyata keçirilməsi zamanı əsas şərt ondan ibarərtdir ki, belə şəxsin tətbiq etdiyi müdafiə üsulları qəsdi n xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olsun. Çünki, CM-in 36.3-cü maddəsinə görə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Bundan başqa, cinayət qanunvericiliyi qəsdə məruz qalan şəxsə həmçinin təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət orqanlarına kömək üçün müraciət etmək imkanından asılı olmayaraq da zəruri müdafiədən istifadə etmək hüququ verir. Buna görə də hücuma və ya digər qəsdə məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanının olduğu halda da zəruri müdafə hüququndan istifadə edərək, qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanuna uyğun hesab edilir. Qəsd edənə zərər vur ma yolu ilə ictimai-təhlükəli qəsdin qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Qanunun mənasına görə, yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: 1) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; 2) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüqulilik şərtləri. Qəsdə aid olan şərtlər isə ondan ibarətdir ki: - əməl ictimai-təhlükəli olmaqla şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetir mək təhlükəsi yaratmalıdır; - qəsd real olmalıdır, obyektiv olaraq baş verməlidir, qəsd müdafiə edənin yalnış təsəvvürü ilə uydurulmamalıdır; - qəsd mövcud olmalıdır. Kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır və bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır. Müdafiəyə aid olan şərtlər isə aşağıdakılardır: - müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; - müdafiə zəruri müdafiə həddini aşmamalıdır; - müdafiə qəsd edənə zərər vurma yolu ilə həyata keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, şəxsin zəruri müdafiə vəziyyətində olub-olmamsı, o cümlədən belə vəziyyətdə olaraq zəruri müdafiə həddini aşıb-aşmaması barədə nəticəyə gəlmək üçün yuxarıda göstərilən hər i ki qrup şərtlərin olması müəyyən edilməldir. Yalnız belə şərtlərin mövcudluğunda Məhkum ona istinad edilən əməllərin zəruri müdafiə vəziyyətində törətməsi və ya zəruri müdafiə həddini aşaraq törətməsi, kassasiya şikayətində irəli sürülmüş dəlillərə və tələbə müvafiq olaraq müzakirə predmeti ola bilər. Məhkəmə kollegiyası araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki hallarını təhlil edib belə qənaətə gəlir gəlir ki, 24 yanvar 2023-cü il tarixdə baş vermiş hadisənin cərəyan etməsi zamanı yuxarıdakı təfsirdə əksini tapmış şərtlərin heç biri mövcud olmamış və bu vaxt hücuma məruz qalan Məhkum bu hücum başa çatdırıldıqdan sonra müdafiə vəziyyətində olmamış, və şüurlu şəkildə ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi itihamda əksini tapmış cinayət əməlini törətmişdir. Bu baxımdan mə hkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr əsaslı olaraq Məhkum əməlini CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif etməklə yanaşı onun həmin ittiham olunduğu əməli zəruri müdafiə vəziyyətində, yaxud zəruri müdafiə həddini aşmaqla törədilmiş cinayət kimi qiymətləndirməkdən imtina etmiş və eyni zamanda onun barəsində hər hansı əsasla bəraət hökmünün çıxarılmasını, əməllərinin isə CM-in Xüsusi hissəsinin digər maddələri ilə, o cümlədən, kassasiya şikayətində iddia olunduğu kimi, CM-in 130.1-ci maddəsi ilə tövsif edilməsini mümkün bilməmişdir. Ümumiyyətlə isə, məhkəmə kollegiyası kassasiya şikayətinə məhkəmə baxışının yekunu olaraq belə qənaətə gəlir ki, məhkumun müdafiəçisi Z.E.Hüseynovun kassasiya müraciətində göstərdiyi dəlilləri işdə olan sübutlarla təkzib olunur və buna görə sonuncunun bu dəlilləri məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Kassasiya şikayətində Məhkum ağır cəzanın təyin edilməsi ilə bağlı müdafiəçi Z.E.Hüseynovun kassasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Onun təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu nəzərə alan məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Məhkum cəza təyin edilməsi məsələsi həll olunarkən də cinayət qanunvericiliyinin aşağıda təsvir edilmiş normalarının tələblərinə, Konst itusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də əməl edilmişdir. Belə ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblər indən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərə kətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərd ə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şək ildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinay ət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə t əyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edi lmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qey d olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə al maları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət işi üzrə kassasiya qaydasında mübahisələndirilən qərardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini, təyin olunmuş cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini, həmçinin CM-in 59.1.9-cu maddəsinə əsasən onun cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, sonuncu ilə barışıq əldə etməsini, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində 1-ci qrup əlil kimi pensiya qey diyyatında olan atasının, son kliniki diaqnozu sol süd vəzisinin xərçəngi xəstəliyindən əziyyət çəkən anasının olmalarını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilərək həm bu hallar, həm də iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi kifayət qədər nəzərə alınmış və ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində qanuni və ədalətli cəza təyin olunmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsaslar görmür. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, Məhkum hazırki iş üzrə çıxarılmış hökmlə yanaşı həmçinin Samux Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli hökm ü ilə CM-in 178.2.4, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 32.4, 312.1-ci maddəsi ilə ona bəraət verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli qərarı ilə hökm Məhkum CM-in 32.4, 312.1-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilmiş, həmin Məcəllənin 32.4, 312.1-ci maddəsi Məhkum irəli sürülmüş ittihamdan xaric edilmiş, ona təqsirli bilindiyi CM-in 178.2.4 və 29, 178.2.4 maddələri ilə 2 (iki) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və bu hal ona hazırki iş üzrə qəti cəzanın CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni barəsində çıxarılmış hökmlərlə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təyin edilməsinə əsas yaratmışd ır. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirdiyi hallar işin müəyyən edilmiş faktiki hallarına və cinayət qanunvericiliyin tələblərinə uyğun olmasın, yaxud da belə hallar CM-in 61-ci maddəsində nəzərdə tutulmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun müəllifi öz müraciətində bununla bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işi üzrə k assasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda müdafiəçi Z.E.Hüseynovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib bütün yuxarıda göstərilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419. 10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi Hüseynov Zaur Elbrus oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1694/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1694/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver