Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1696/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəliyeva Ayşən Umud qızının iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Vəliyeva Ayşən Umud qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli 1(101)-801/2022 nömrəli (hakimlər: Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, Sadıxov Rasim Əkrəm oğlu və Paşayev Azər İslah oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 4 dekabr 1986-cı il tarixdə Ermənistan Respublikası, Kalinino rayonu, Qızıldaş kəndində anadan olmuş, Azər baycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 27 oktyabr 2021-ci il tarixdən hesab edilməsi, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Məhkum barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum narkomaniyadan məcburi müalicə təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edlmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən müddətin bərpasına dair vəsatət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 fevral 2023-cü tarixli 1(101)-801/2022 nömrəli nömrəli (hakim Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə) qərarı ilə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edilmişdir. Həmin tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərardan Məhkum tərəfindən apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət məhkəmə tərkibində) 28 mart 2023-cü il tarixli 1(103)-851/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkə məsinin 1 fevral 2023-cü tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Vəliyeva Ayşən Umud qızı tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiəçi Vəliyeva Ayşən Umud qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılıbburaxılmaması barədə qərar qəbul edərkən məhkəmələr tərəfindən heç bir araşdırma aparılmamışdır. Belə ki, Məhkum təqsirli bilinərək məhkum edilməsinə dair hökm çıxdıqdan sonrakı müddətdə o, aldığı kontuziya ilə əlaqədar qulağından yenidən - 3-cü dəfə əməliyyat olunduğundan, eyni zamanda məhkum edilmiş şəxs ailəsinin maddi imkansızlığı səbəbindən apellyasiya şikayəti verilməsi üçün müdafiəçi ilə müqavilə bağlamaq imkanına malik olmadığından həmin müddət ərzində hökmdən apellyasiya verə bilməmiş, qanunla müəyyən edilmiş prosessual müddəti üzrlü səbəblərdən ötürülmüşdür. Eyni zamanda, hüquqi savadsızlıq səbəbindən əməliyyat olunmasını təsdiq edəcək müvafiq sənədləri əldə edərək məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini və buraxılmış müddətin bərp a olunması barədə ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Vəliyeva Ayşən Umud qızı kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkumun dəfələrlə qulağından əməliyyat olunduğunu, Bakı İstintaq Təcridxanası və Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə onun səhhəti ilə bağlı dəfələrlə sorğu verilməsinə baxmayaraq hələdə sorğulara cavab verilmədiyini, məhkumun hüquqi savadı olmadığını, vəkillə müqavilə bağlamaq üçün həmin dövrdə imkanının olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddə si müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin və dövlət ittihamçısının məhkəmə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 358.1.1-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materialında olan sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 11 may 2022-ci il tarixində çıxarılmış və hökmün surətini 13 may 2022-ci il tarixində Məhkum təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridx anasına göndərilmiş və məhkəmə qəbzinə imza etdirilməklə ona təqdim edilmişdir. Lakin, məhkəmənin hökmündən yalnız 22 dekabr 2022- ci il tarixdə, yəni təqribən 7 (yeddi) ay müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Həmçinin, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında burax ılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin qərarı elan olunduğu gündən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsi müddətini buraxmaqla apellyasiya şikayəti vermiş və müddətin buraxılması ilə bağlı üzrlü hesab edilə bilən səbəb qeyd etməmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, birinci instansiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında Məhkum və onun müdafiəçisinin iştirak etməsini də nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Vəliyeva Ayşən Umud qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1696/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1696/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver