Məhkəmə qərarları › İş №1(102)-1696/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1696/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1696/2024 13.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş, Məhkum – Məhkum iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü i lə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(012)-84/2023 nömrəli (hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi ilə) hökmü 1 sentyabr 1989-cu ildə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, evli, himayəsində iki azyaşlı uşaqları olan, Ali təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlığın məhdudlaşdırılması və 3000 manat cərimə cəzasına məhkum edilmiş Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması və ödənilməmiş 2440 manat cərimə cəzası ilə qismən toplanılaraq onun 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə və 2440 manat cərimə cəzasına məhkum edilməsi, CM-in 69.3 və 68.1.1-1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 ay 27 gün müddət və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi 27 gün müddət azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 1 il 10 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ona təyin edilmiş 2440 manat cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Məhkum 3.750 manat pul alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi, mülki iddianın qalan hissədə rədd edilməsi müəyyən edilmiş, digər zərərçəkmiş şəxsə təqsirləndirilən şəxslərə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin hökmlə həmçinin, Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müdafiəçisi Məhərrəmov Müseyib Yaqub oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli 1(105)-102/2024 nömrəli (hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə z ərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisi Məhərrəmov Müseyib Yaqub oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü qismən ləğv edilmiş, Məhkum təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətinə azadlığın məhdudlaşdırılması və ödənilməmiş 2440 manat cərimə cəzası ilə qismən toplanılaraq Məhkum 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2440 manat cərimə cəzasına məhkum edilmiş, C M-in 69.3 və 68.1.1-1-ci maddəsinə əsasən Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 ay 27 gün müddət və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi 27 gün müddət azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 2 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 68.2-ci maddəsinin tələblərinə əsasən Məhkum təyin edilmiş 2440 manat cərimə cəzasının müstəqil icra edilməsi müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 aprel 2024-cü il tarixli 1(105)-102/2024 nömrəli (hakimlər: Əhmədov Elma n Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli 1(105)-102/2024 nömrəli qərarında qeyd olunan yanlışlığın aradan qaldırılması, qərarın nəticə hissəsində “Məhkum üzərində qəti olaraq 2 il 6 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın” sözlərinin “Məhkum üzərində qəti olaraq 2 il 8 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın” kimi oxunması müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə, Məhkum təqsirli bilini b məhkum edilmişdir, ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əla keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 "xxxx" QSC tərəfindən Sumqayıt şəhəri x ərazisində inşa edilmiş yaşayış kompleksindən sosial güzəştli mənzillər verildiyini və həmin mənzillərdən sonuncunun qızı X-in adına sənədləşdirib verdirəcəyini yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs2 kürəkəni Şahid1 vasitəsilə 29 iyun 2020-ci il tarixdə, saat 11:40 da **********793089 nömrəli "xxxx" ASC-yə məxsus hesab kartına göndərdiyi 2550 manat, özünün həmin gün saat 20 radələrində xxx küçəsində yerləşən “Bazarstore” marketində olan ödəmə terminalından göstərilən hüsaba 200 manat pulun, eləcə də cinayət əməlini davam etdirərək "xxxx" QSC tərəfindən Sumqayıt şəhəri park bulvarın ərazisində inşa edilmiş yaşayış kompleksindən sosial güzəştli mənzillər verildiyini və həmin mənzillərdən Zərərçəkmiş şəxs2 oğlu X-in adına sənədləşdirib verdirəcəyini yalandan vəd edib aldadaraq. 2020-ci ilin iyun ayının sonunda Sumqayıt şəhəri dəniz kənarı parkda Zərərçəkmiş şəxs2 4000 manat pulunu vahid niyyətlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 6750 manat məbləğində olan xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri x ərazisində yerləşən “xxx” adlanan avtoyuma məntəqəsini göstərib, həmin avtoyuma məntəqəsinin 8500 manata satıldığını və avtoyuma məntəqəsini onun a dına sənədləşdirib verəcəyini yalandan vəd edib aldadaraq, 21 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı xxx-də 6050 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs1 qızma yaşadığı xxx evin yanında olan bağ sahəsini 7000 manat rüsum müqabilində onun mülkiyyətinə qeydiyyata alınmasına dair Sumqayıt şəhər İcra Hakimiyyətindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq sənədləri alacağını yalandan vəd edib və bu məqsədlə onunla həmin ünvana gələn Təqsirləndirilən şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim etdikdən sonra, sonuncu həmin bağ sahəsini addımla ölçərək bağ sahəsini mülkiyyətinə keçirəcəyinə zərərçəkmiş Zərərçəkmiş şəxs1m tam əmin edib aldadaraq, 22 yanvar 2021-ci il tarixdə Xırdalan şəhəri xx "xxxx" MTK-ya məxsus 9 saylı evin həyətində 7000 manat pulunu alıb ələ keçirmiş, həmin puldan 4000 manatını qrupun digər üzvü Təqsirləndirilən şəxs verərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayəti ilə zərərçəkmiş şəxsə dəymiş ziyanın ümumi məbləğinin 13000 manat olmasını, onun 3000 manatının polis idarəsində, 3600 manatının E-Manat vasitəsi ilə, 4000 manatının isə işin ap ellyasiya məhkəməsində icraata olan zaman ödənildiyini, yəni ümumilikdə 10.600 manatının ödənildiyini, yerdə qalan məbləği isə ödəməyə hazır olduğunu nəzərə alaraq barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, zərərçəkmiş şəxsə dəymiş ziyandan 3000 AZN ödəniş etdiyini, həmin ödənişlərin çeklərini saxladığını, köhnə hərbiçi olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, sadəcə istintaq dövründə 3000 AZN məhkum tərəfindən ona pul verildiyini, ona dəymiş ziyanın ödənilmədiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlü yünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndiri lən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin apelly asiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən təd qiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin t övsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində iki azyaşlı uşağının olması, Vətən Müharibəsi iştirakçısı olması) olması, ağırlaşdıran halları n isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətinin cinayət nəticəsində dəymiş ziyanın Zərərçəkmiş qızına qismən ödənilməsinə baxmayaraq bu halın cəza təyini zamanı apellyasiya məhkəməsi tərəfindən düzgün nəzərə alınmaması barədə olan dəlillərinə münasibətdə kassasiya məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs çıxışında cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum ona vurduğu ziyanın ödənilməsi üçün hər hansı addım atmadığını və vurmuş olduğu zi yanı ödəmədiyini, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxs Məhkum daha ağır cəza verilməsini xahiş etmişdir. Bundan sonra da cinayət işinin materiallarında zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinə (tam və ya qismən) dair sübutun olmadığı müəyyən olunmuşdur. Odur ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq Məhkum tərəfindən cinayət əməlinin təkrar törətməsini, yəni zərərçəkmiş şəxslərin sayının iki olmasını, onların hər birinə xeyli miqdarda ziyan vurmasını, eyni zamanda vurulmuş ziyanın Zərərçəkmiş şəxs1 tam və ya qismən ödənilməməsi və ya ödənilməsinə cəhdin olmamasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmasını və zərərçəkmiş şəxslərlə barışmamasını haqlı olaraq cəza təyini zamanı nəzərə almışdır. Kassasiya məhk əmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halla rı, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakte rli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum aid hissədə əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar