Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1697/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Məhkum1 müdafiəçisi, Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2iştirakları ilə xx xxx 1996-cı ildə Ağdam rayonunun *********** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Ağdam ray onunun *********** kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ev 8,mənzil 9-da yaşamış, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 125,170.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə xx xxxxxxxx 1999-cu ildə Füzuli şəhərindəanadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Füzuli şəhəri,************************ qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ********************** yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-in 125, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarınd an Məhkum1 müdafiəçisi, Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimovov (sədrlik edən), R.A.Allahverdiyeva və A.İ.Paşayev) Məhkum2 Azərbaycan Respublikası CM-in 125,170.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 125-ci maddəsi ilə 4 il müddətə,CM-nin 170.3-cü maddəsi ilə 6 il müddətəvə həmin Məcəllənin 182.2.1 və 182.2.2-ci maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, cəzasının əvvəli 10 okty abr 2017-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum1 Azərbaycan Respublikası CM-in 125, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 125-ci maddəsi ilə 3 il müddətə və həmin Məcəllənin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, cəzasının əvvəli 20 sentyabr 2017-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), R.K.Səfərov və R.M.Abdulov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 və Məhkum1 ona görə təqsirli bilinib məhkum edilmişlər ki, on səkkiz yaşına çatmış xx xxx 1996-cı il təvəllüdlü Məhkum2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin sentyabr ayının əvvəllərində yetkinlik yaşına çatmayan, xx xxxxxxxx 1999-cu il təvəllüdlü qohumu Məhkum1 vədlər vermə və hədə-qorx u vasitəsi ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə sonuncunun əmlakını təkrarən, hədə-qorxu ilə tələb etməkdən ibarət ağır cinayətin törədilməsinə cəlb etmiş, bu məqsədlə Məhkum1 ilə razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra 08 sentyabr 2016-cı il tarixdə Məhkum2 Zərərçəkmiş şəxs1 çılpaq və yarıçılpaq fototəsvirlərini öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin «Whatsapp» proqramı vasitəsi ilə ələ keçirməyə nail olmuş, qabaqcadan razılaşdıqları cinayətin planına uyğun olaraq, aralarındakı rol bölgüsünə əsasən, Məhkum2 09 sentyabr 2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə səs mesajı göndərərək, həmçinin telefon danış ığı zamanı "xaker" kimi özünü təqdim edib fototəsvirlərini intemet vasitəsiylə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi ilə hədə-qorxu gəlmiş, bundan sonra Məhkum1, guya, Məhkum2 şəxsən tanımadığını və həmin şəxsin "xaker" olduğunu, fototəsvirlərinin yayılmaması və rüsvay olmamasıüçün ona pul verməyin zəruriliyini Zərərçəkmiş şəxs1 bildirmiş, bu məqsədlə Məhkum1 Zərərçəkmiş şəxs1 «xaker» kimi təqdim etdiyi Məhkum2la Bakışəhəri, Binəqədi rayonu ərazisində Bakı Metropoliteninin «Azadlıq» stansiyasının yaxınlığında görüşdürmüş, görüş zamanı Məhkum2 Zərərçəkmiş şəxs1 aid fototəsvirləri internet vasitəsi ilə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi barədə bir daha hədə-qorxu gələrək, bunu etməmək müqabilində Zərərçəkmiş şəxs1 2.000 manat pul tələbetdikdən sonra Məhkum1 2016-cı ilin sentyabr ayının ortalarında pulu, guya, «xaker» kimi təqdim olunmuşşəxsə vermək üçün Zərərçəkmiş şəxs1 hədə-qorxu təsiri altında Bakı şəhəri, **************************** Ticarət Mərkəzində Zərərçəkmiş şəxs1 atasına məxsus qızıl kişi saatını sataraq, əldə etdiyi 1.270 manat pulu götürüb ələ keçirməklə sonradan həmin pulu Məhkum2la öz araiarında bölərək Zərərçəkmiş şəxs1 1.270 manat məbləğində maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Bundan başqa o, təkrarən, eyni üsulla özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlakını, təkrarən, hədə-qorxu ilə tələb etməkdən ibarət ağır cinayətin törədilməsinə yetkinlik yaşına çatmayan qohumu Məhkum1 cəlb etməklə onu nla razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra Məhkum1 Zərərçəkmiş şəxs1 "xaker" kimi tanıtdığıMəhkum2 onun fototəsvirlərini internet vasitəsiylə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi ilə hədə-qorxu gəlməsini, fototəsvirlərinin yayılmaması və rüsvay olmamasıüçün həmin şəxsin 1.500 manat pul tələb etdiyini və ona pul verməyin zəruriliyini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərsdən çıxdıqdan sonra görüş zamanı Zərərçəkmiş şəxs1 hədə-qorxu təsiri altında bildirərək, Zərərçəkmiş şəxs1 tanışı X2 borc aldığı həmin dövrün məzənnəsinə görə 1.360 manat dəyərində olan 800 ABŞ dolları pulu Zərərçəkmiş şəxs1 Bakışəhəri, Yasamal rayonu ərazisində Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının yaxınlığında götürüb ələ keçirməklə, sonradan həmin pulu Məhkum2la öz aralarında bölərək Zərərçəkmiş şəxs1 1.360 manat məbləğində maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Bundan başqa, o, təkrarən, eyni üsulla özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlakını təkrarən hədə-qorxu ilə tələb etməkdən ibarət ağır cinayətin törədilməsinə yetkinlik yaşına çatmayan qohumu Məhkum1 cəlb etməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra Məhkum1 Zərərçəkmiş şəxs1 "xaker" kimi tanıtdığıMəhkum2 onun fototəsvirlərini intemet vasitəsiylə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi ilə hədə-qorxu gəlməsini, fototəsv irlərinin yayılmaması və rüsvay olmamasıüçün həmin şəxsin 2.000 manat pul tələb etdiyini və ona pul verməyin zəruriliyini Zərərçəkmiş şəxs1 aralarındakı telefon danışığı zamanı hədə-qorxu təsiri altında bildirib özlərindən asılı vəziyyətə saldıqları Zərərçəkmiş şəxs1 özünüöldürmək niyyəti ilə yaşadığı ünvan 1 ünvanında çoxlu sayda dərman həbləri qəbul etməsi ilə, lakin az müddət sonra iradəsindən asılı olmayaraq həmin dərmanları qusma yolu ilə ifraz etməsi səbəbindən sağ qalması nəticəsi ilə müşayiət olunan özünüöldürməyə cəhd həddinə çatdırmış, buna baxmayaraq, həmin hədə-qorxunun təsiri altında Məhkum1 Zərərçəkmiş şəxs1 Bakışəhəri Yasamal rayonu ərazisində Bakı Metropoliteninin «İnşaatçılar» stansiyasının çıxışında 767 manat dəyərində bir ədəd qızıl qolbaq, 324 manat dəyərində bir ədəd q ızıl qolbaq, 455 manat dəyərində bir ədəd qızıl üzük, 1.980 manat dəyərində bir ədəd qızıl kulonlu boyunbağı və 120 manat dəyərində bir ədəd qızıl kulonu götürüb ələ keçirməklə sonradan həmin əmlakı satıb əldə etdiyi pulu Məhkum2la öz aralarında bölərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3.646 manat məbləğində maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə və özünü öldürmə həddinə çatdırma cinayətlərini törətmişlər. Bundan başqa, o, təkrarən, eyni üsulla özgənin əmlakını ələ keçirmək məqsədilə 2017ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlakını təkrarən hədə-qorxu ilə tələb etməkdən ibarət ağır cinayətin törədilməsinə yetkinlik yaşına çatmayan qohumu Məhkum1 cəlb etməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir ola n bir qrup şəxs halında birləşdikdən sonra Məhkum1 Zərərçəkmiş şəxs1 "xaker" kimi tanıtdığıMəhkum2 onun foto təsvirlərini internet vasitəsiylə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi ilə hədə-qorxu gəlməsini, fototəsvirlərinin yayılmaması və rüsvay olmamasıüçün həmin şəxsin 2.500 manat pul tələb etdiyini və ona pul verməyin zəruriliyini Zərərçəkmiş şəxs1 hədə-qorxu təsiri altında bildirərək, bu məqsədlə Zərərçəkmiş şəxs1 «xaker» kimi tanıtdığıMəhkum2la Bakışəhəri, Binəqədi rayonu ərazisində Bakı Metropoliteninin «Azadlıq» stansiyasının yaxınlığında görüşdürmüş, görüş zamanıMəhkum2 Zərərçəkmiş şəxs1 aid fototəsvirləri internet vasitəsiylə sosial şəbəkələrdə yaymaqla onu rüsvay edəcəyi barədə bir daha hədəqorxular gələrək, bunu etməmək müqabilində Zərərçəkmiş şəxs1 2.500 manat pul təl əb etdikdən sonra Məhkum1 hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında yerləşən «Moskva» Univermağında bir ədəd qadın saatı, bir ədəd kişi üzüyü, bir cüt əntiq sırğa, bir cüt sırğa, bir ədəd kulondan ibarət qızıl əşyalarını sataraq, əldə etdiyi 2.000 manat pulu və 1.000 manat dəyərində bir ədəd "X5 3" markalı mobil telefon aparatını Zərərçəkmiş şəxs1 götürüb ələ keçirməklə sonradan həmin əmlakı və pulu Məhkum2 öz aralarında bölərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3.000 manat məbləğində maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Bundan başqa, o, təkrarən, eyni üsulla özgənin əmlakını ələ keçirmək məqsədilə 2017ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlakını təkrarən hədə-qorxu ilə tələb et məkdən ibarət ağır cinayətin törədilməsinə yetkinlik yaşına çatmayan qohumu Məhkum1 cəlb etməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra Zərərçəkmiş şəxs1 "xaker" kimi tanıdığıMəhkum2 həqiqətdə heç "xaker" olmadığını, həmin şəxsin Məhkum1 qohumu olduğunu, Özünün Məhkum1 və Məhkum2 tərəfindən qanunsuz hərəkətlərə məruz qaldığını müəyyən edib aşkar etməsinə baxmayaraq, Bakışəhəri, Yasamal rayonunda yerləşən 13 nömrəli tam orta məktəbin 3-cü mərtəbəsinin dəhlizində Məhkum1 Zərərçəkmiş şəxs1 fototəsvirlərini internet vasitəsiylə sosial şəbəkələrdə özü və Məhkum2 tərəfindən yayılmaqla onu rüsvay edəcəkləri barədə Zərərçəkmiş şəxs1 hədə-qorxu gələrək, özünə və qohumu Məhkum2 500 manat pul lazım olmasını bildirib bunu etməmək müqa bilində hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs1 500 manat pul tələb etmiş, həmçinin Məhkum1 həmin hədə-qorxu təsiri altında cinayətin digər iştirakçısıMəhkum2 qəsdi ilə əhatə olunmayan və ümumi niyyətdən kənara çıxmaqla Zərərçəkmiş şəxs1 sol qolunu əli ilə sıxıb ona fiziki ağrı yetirməklə hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Bundan başqa, o, təkrarən, eyni üsulla özgənin əmlakını ələ keçirmək məqsədilə 18 sentyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlakını təkrarən hədə-qorxu ilə tələb etməkdən ibarət ağır cinayətin törədilməsi barədə qohumu Məhkum1 ilə razılaşıb cinayət ələqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, Məhkum1 Zərərçəkmiş şəxs1 fototəsvirlərini internet vasitəsiylə sosial şəbəkəl ərdə özü və Məhkum2 tərəfindən yayılmaqla onu rüsvay edəcəkləri barədə Zərərçəkmiş şəxs1 hədə-qorxu gələrək, özünə və qohumu Məhkum2 2.000 manat pul lazım olmasını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin arxa həyətində bildirib bunu etməmək müqabilində hədə-cjorxu təsiri altında Zərərçəkmiş şəxs1 2.000 manat pul tələb edərək, özlərində qalan fototəsvirləri yaddaş kartında sonuncuya qaytarmaq barədə vəd verdikdən sonra Zərərçəkmiş şəxs1 bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəsmi müraciəti əsasında həmin idarənin əməkdaşları tərəfindən 20 sentyabr 2017-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 hədəqorxu ilə tələb etdikləri pulu əldə etmək məqsədi ilə həmin gün saat 1 2:05-də Zərərçəkmiş şəxs1 ilə Bakışəhəri, Yasamal rayonu ərazisində Bakı Metropoliteninin «Elmlər Akademiyası» stansiyasının çıxışı qarşısında görüşüb sonuncuya əvvəlcədən əməliyyataxtarış tədbirində istifadə edilməsi üçün polis əməkdaşları tərəfindən verilmiş, seriya və nömrələri protokolda qeyd edilmiş 2.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 hədəqorxu ilə tələb etməklə əldə etdikdən dərhal sonra polis əməkdaşları tərəfindən saxlanılmış, Məhkum1 üzərinə baxış keçirilərkən, onun əynindəki cins şalvarının sağ yan cibindən özünün çıxarıb təqdim etdiyi J67665362; A51691116; A24858929; A41008995; J86005477; A43913293; A82021899; A33495314; A87175540; A92488809; A52851255; A27821921; J95169741; A18171022; A78607117; A21792313; A12874047; A04208298; A04195979; A62737993 seriya və nömrəli 2 0 ədəd 100 manatlıq pul əskinaslarından ibarət, cəmi 2.000 manat pul, həmçinin Zərərçəkmiş şəxs1 təqdim etdiyi, bir qədər əvvəl Məhkum1 ona qaytardığı, yaddaşında 5 ədəd Zərərçəkmiş şəxs1 fototəsvirləri olan bir ədəd "Sandisk" markalı, USB-flash" tipli yaddaş kartı aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum1 istinad edilən cinayətə aidiyyəti olmaması əsasına görə barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, həm ibtidai araşdırma orqanı,həm də məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla əldə olunmuş sübutlar Məhkum1 ittihamının əsasına qoyulduğundan o,qanunsuz əsassız olaraq cinayət təqibinə məruz qalaraq məhkum olunmuşdur. Müdafiəçi hesab edir ki,Məhkum1 ittiham edildiyi cinayətdə təqsirinin sübutu kimi yalnız Zərərçəkmiş şəxs1 ifadələrinə istinad edilməsi əsassızdır.Başqa bir sübut isə iş materiallarında yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilməsi,məhkum edilmiş şəxslərə daha ağır cəza təyin edilməsi və hər iki məhkum edilmiş şəxsdən 13.207 manatın alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki,məhkəmələr təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayət qanunun normasını düzgün tətbiq etməmiş və təyin edilmiş cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə,təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə uyğun olmamışdır. Bundan əlavə məhkəmələr mülki iddianı düzgün təmin etməmiş,ona dəymiş ziyanın tam olaraq qaytarılması təmin edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Məhkum1müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi2, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Məhkum1müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs1, həm zərərçəkmiş şəxs tərəfindən, həm də Məhkum1müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinintəmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı məhkumların Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə məhkum edilmələrinə dair hissədə ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinay ət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz müna sibətini bildirir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində isə məhkum edilmiş şəxslərə daha ağır cəza təyin edilməsi və mülki iddiasının tam təmin olunaraq hər iki məhkum edilmiş şəxsdən 13.207 manatın alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin, Məhkum1 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə dəlilləri ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkum1 əməlində CM-nin 125-ci maddəsinin tərkibi olmamasına dair kassasiya şikayət indəki arqumentlə əlaqədar olaraq məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qanunvericiliyin şərhinə dair qərarlarına müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı ol muş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmanı nəzərdə tutur. Bu cinayət maddi tərkiblidir və zərərçəkmiş şəxsin özünü öldürdüyü, yaxud özünü öldürməyə cəhd etdiyi andan başa çatmış sayılır. Zərərçəkmiş şəxsin özünü öldürməyə hazırlıq görməsi və ya özünü öldürəcəyini söyləməsi CM-in 125-ci maddəsi ilə məsuliyyət yaratmır. Təqsirkarın əməlinin CM-in 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxsin öz sağlamlığına hər hansı zərər vurmaq deyil, özünü öldürmək niyyətində olmasının müəyyən edilməsi zəruridir. Əgər zərərçəkmiş şəxs özünü öldürmə cinayətini uydurursa, yəni özünü öldürmə niyyəti olmadan belə görüntü yaradan hərəkətlər edirsə, o halda CM-i n 125-ci maddəsi ilə cinayət məsuliyyəti istisna edilir. Belə ki, iş materiallarından görünür ki, Məhkum1 Azərbaycan Respublikası CM-in 125ci maddəsinə əsasən ittihamın verilməsi yalnız zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə əsaslanmış və digər heç bir sübutla öz təsdiqini tapmamışdır. İş materiallarında Zərərçəkmiş şəxs1 ifadəsindən savayı, onun özünü öldürməyə cəhd etdiyini təsdiq edən heç bir sübut yoxdur. İş materiallarından görünür ki, bu barədə yalnız zərəçəkmiş Zərərçəkmiş şəxs1 özü ifadəsində bildirmişdir ki, -"Özü bundan sonra artıq pul tapa bilməyəcəyini və rüsvay ola biləcəyini düşünüb qorxaraq, psixi əsəb gərginliyi və depressiya keçirmiş, evdə dərman qutusunda tapdığı xeyli dərmanları özünü öldürmək üçün içmiş, lakin yarım saat sonra qusmuş, ölməmiş, lakin heç bir xəstəxa naya da müraciət etməmişdir. Evdə heç kəs olmadığına görə ailəsinin də bundan xəbəri olmamışdır." Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan t ərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab dir ki, məhkəmələr yalnız zərəçəkmiş şəxsin ifadəsinə istinad etməklə, Məh kum1 və eləcə də digər təqsirləndirilən şəxs Məhkum2 barəsində CM-in 125-ci maddəsi ilə əsassız olaraq ittiham hökmü çıxarmışlar. Azərbaycan Respublikası CPM-in 416.0.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ciil tarixli qərarı və bununla əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 125-ci maddələri ilə məhkum edilmələrinə aid hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən cinayətdə təqsirliliyi sübuta yetirilmədiyinə görə məhkumlarMəhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 125-cimaddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Kassasiya şikayətinin, Məhkum1 Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə məhkum edilməsinə dair hissədə dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin hissədə dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum1 əməlini Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəy ə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən nəticələrlə razılaşır və həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Zərərçəkmiş şəxs və mülki iddiaçının kassasiya şikayətində məhkum edilmiş şəxslərə daha ağır cəza təyin edilməsi və hər iki məhkum edilmiş şəxsdən 13.207 manatın alınaraq ona ödənilməsi ilə bağlı dəlillərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll edilir. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatın prinsiplərinə zidd olmadığı və mülki icraatda zəruri qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslannın və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tamvə ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş materiallarından görünür ki, hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmış və o, qanunla müəyyən edilmiş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, ittihama əsasən təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 9.276 manat məbləğində maddı ziyan vurmuşdur. Odur ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkum edilmiş şəxslərdən əlavə olaraq 3.931 manat pul tələb etməsi ilə bağlı apellyasiya instansiyası məhkəmə kollegiyası mülki iddianın 9.276 manat hissəsində təmin edilməsi ilə bağlı qərar qəbul etmişdir. Məhkəmə kollegiyası mülki iddiaya aid hissədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, məhkəmə cinayət nəticəsində vurulmuş yalnız real və sübut olunan ziyanın əvəzinin zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Zərərçəkmiş şəxs1 mülki iddiası ilə əlaqədar qəbul etdiyi qərar cinayət mühakimə icraatında mülki iddiaya dair qanunvericiliyin tələblərinə müvafiqdir. Məhkum еdilmiş şəхslər Məhkum1 və Məhkum2 cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Həmçinin məhkəmə kollegiyası məhkum еdilmiş şəхslər Məhkum1 və Məhk um2 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilini Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən cinayətdə təqsirlilikləri sübuta yetirilmədiyinə görə cinayət işi üzrə icraata xitam verildiyi üçün müzаkirə etmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cəza təyin edərkən məhkumların törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xar akterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini nəzərə almış və onlara təqsirli bilindikləri maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgü n müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin e dərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyə tini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsin i nəzərdə tutur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, şikayət müəllifi məhkumlara təyin edilmiş cəza ilə razılaşmamağının səbəbini kassasiya şikayətində əsaslandırmamış, yalnız ümumi fikirlərdən və sözlərdən istifadə edərək mövqeyini əsaslandırmağa çalışmışdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkumlara təyin edilmiş cəza tam qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1 və 419.10.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasi ya şikayəti qismən təmin edilsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ciil tarixli qərarı və bununla əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli hökmü Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə aid hissədə ləğv edilsin. Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən cinayətdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin və Məhkum1 həmin maddə ilə, habelə CM-nin 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar qərarlardan xaric edilsin. Məhkum1 üzərində ona Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.3cü maddələri ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlansın. Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən cinayətdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin və onun həmin maddə ilə cəzalandırılmasına dair müddəalar qərarlardan xaric edilsin. Məhkum2 Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə təyin edilmiş 6 il müddətə, Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə təyin edilmiş 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilm
Məhkəmə qərarları › İş №1(102)-1697/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1697/2019
04.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver