Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1699/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-179/2022 nömrəli, 05 may 2022-ci tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti nə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1967-ci il tarixdə Ermənistan Respublikasının Eçmiədzin rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşamışdır. 2. 19 mart 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2, 320.1 v ə 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 aprel 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tanışı Şahid4 adına olmaqla faktiki olaraq özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,0727 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini Şahid1 N - İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında 5 may 2014-cü il tarixdə 150.000 manata satmasına baxmayaraq, tanışları X3 və Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən həmin 1,0727 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mülkiyyətçisi Şahid1 məlumatı olmadan həmin torpaq sahəsini Zərərçəkmiş şəxs saxta sənədlər əsasında satmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2014-cü ilin noyabr ayında sonuncu ya həmin torpaq sahəsinin guya özünə məxsus olmasını və ona sata biləcəyini Abşeron rayonu ərazisində həmin torpaq sahəsinin yaxınlığında bildirib, torpaq sahəsini ona 300.000 (üç yüz min) ABŞ dollarına sata biləcəyini vəd edib, 2014-cü ilin noyabr ayında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən çay evlərinin birində həmin məbləğdən 50.000 (əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 39.220 manat (otuz doqquz min iki yüz iyirmi manat) pul vəsaitinin ilkin olaraq beh kimi ödənilməsinə razılaşmaqla həmin vaxt qeyd edilən pul vəsaitini Zərərçəkmiş şəxs alıb, bundan sonra, guya yuxarıda qeyd olunan torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün naməlum şəraitdə itməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş Abşeron rayon Polis İdarəsin in xx.xx.2015-ci il tarixli 2881 nömrəli saxta arayışını istintaqla müəyyən edilməyən şəraitdə əldə edib, habelə, torpağın mülkiyyətçisi Şahid1 məlumatı və razılığı olmadan, sonuncunun adından və onun yerinə fərqli formada imza çəkməklə, guya qeyd olunan torpaq sahəsinə dair çıxarışın və plan ölçüsünün naməlum şəraitdə itməsi barədə qəzetdə elanın verilməsi üçün xx.xx.2015-ci ildə «Sumqayıt» qəzetinə ərizə ilə müraciət edərək həmin mətbu orqanının xx.xx.2015-ci il tarixli nömrəsində müvafiq elanın yerləşdirilməsinə nail olub, bundan sonra, həmin müddətdə Şahid1 və onun əri X4 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 10 (on) il müddətinə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs etibar edilməsi haqqında istintaqla müəyyən olunma yan şəraitdə Əli İbrahimov və Şahid1 imzalarını saxtalaşdırmaqla imzalayaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 7 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/10453 nömrəsi ilə qeyd edilmiş xx.xx.2006-cı il tarixli saxta etibarnaməni istintaqla müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs və Əkbər Məmmədovla birlikdə qanunsuz hazırlayıb, həmçinin, eyni niyyətlə, həmin müddətdə, Şahid1 və onun əri X4 guya bütün əmlaklarının idarə edilməsi və onların üzərində sərəncam verilməsi və digər hüquqlarının 5 (beş) il müddətinə X1 etibar edilməsi haqqında istintaqla müəyyən olunmayan şəraitdə Əli İbrahimov və Şahid1 imzalarını saxtalaşdırmaqla imzalayaraq, habelə texniki vasitələrdən istifadə etməklə Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusunun saxta möhürünü hazırlamaqla sənəd üzərinə vuraraq hüquq verən rəsmi sənəd olan Bakı şəhəri 22 saylı notariat kontorunun dövlət notariusu adından reyestrdə guya 7E/12853 nömrəsi ilə qeyd edilmiş xx.xx.2011-ci il tarixli saxta etibarnaməni istintaqla müəyyən edilməyən yerdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs və Əkbər Məmmədovla birlikdə qanunsuz hazırlayıb, bundan sonra, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs və Əkbər Məmmədovla aralarındakı cinayətkar niyyətə uyğun olaraq, xx.xx.2006-cı il tarixli etibarnamənin saxtalığının müəyyən olunmaması və cinayətkar niyyətlərini həyata keçirmək üçün 24 fevral 2015 -ci il tarixdə Təqsirləndirilən şəxs və Əkbər Məmmədovun birlikdə ünvan 3 ünvanında yerləşən 31 saylı notariat kontoruna gedərək Təqsirləndirilən şəxs adından həmin notariat kontoruna müraciət edərək yuxarıda qeyd olunan xx.xx.2006-cı il tarixli saxta etibarnamədən qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək Təqsirləndirilən şəxs Şahid1 adına olan qeyd edilən torpaq sahəsinin üzərində sərəncam vermək və digər hüquqlarının özünə etibar olunmasına dair hüquqi əsası olmayan, yəni saxta 24 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 nömrəli etibarnamənin verilməsinə, habelə, həmin notariat kontorunda Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixli saxta etibarnamədən bilə-bilə istifadə edərək Əli İbrahimovun adından çıxış edib sonuncunun arvadı Şahid1 məxsus olan t orpaq sahəsinin özgəninkiləşdirilməsinə (satılmasına, bağışlanmasına) etirazının olmaması haqqında ərizəsinin 24 fevral 2015-ci ildə 7E-2009 reyestr nömrəsi ilə təsdiq edilməsinə nail olub, habelə, Şəki şəhəri, Salman Mümtaz, 316 ünvanında yerləşən Şəki rayon Qeydiyyat Şöbəsinə xx.xx.2015-ci il tarixdə şəxsən 395543 nömrəli etibarnamədən istifadə edərək müraciət edib Şahid1 ilə Əli İbrahimov arasında bağlanmış nikah haqqında şəhadətnamənin təkrarını həmin tarixdə əldə edib, bundan sonra, «Sumqayıt» qəzetinə verilmiş xx.xx.2015-ci il tarixli elandan, Abşeron RPİ-nin xx.xx.2015-ci il tarixli 2881 nömrəli saxta arayışından qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə istifadə edərək Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə xx.xx.2015-ci il tarixli ərizə təqdim edərək torpaq sahəsinə Şahid1 mülkiyyət hüququnun 31 iyul 2014-cü il tarixdə **********21 reyestr və ********** qeydiyyat nömrəsi ilə qeydə alınması barədə DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışı və əmlakın texniki pasportunun təkrarını (dublikatını), eləcə də, bu əmlak üzərində yüklülüyün olmamasına dair xx.xx.2015-ci il tarixli 1 nömrəli forma arayışı alıb, torpaq sahəsini guya satmaq hüququnun olmasına Zərərçəkmiş şəxs inandırmaqla özü barəsində sonuncuda formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, yuxarıda qeyd olunan 24 fevral 2015-ci il tarixli AR-İ seriyalı 395543 nömrəli etibar naməni, torpaq sahəsinin özgəninkiləşdirilməsinə etirazın olmaması haqqında 24 fevral 2015-ci il tarixli ərizəni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, əmlakın texniki pasportunun təkrarını, 1 nömrəli forma - arayışı, Şahid1 şəxsiyyət vəsiqəsinin və habelə nikah haqqında şəhadətnamənin təkrarının surətlərini 05 mart 2015- ci il tarixli ərizə ilə Sumqayıt şəhəri, ünvan 7 ünvanında yerləşən Sumqayıt “Asan xidmət” mərkəzindəki notariat kontoruna təqdim edərək 05 mart 2015-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə Şahid1 məxsus olan 1,0727 ha torpaq sahəsini sonuncunun məlumatı və razılığı olmadan Zərərçəkmiş şəxs aldatmaqla satıb 5 mart 2015-ci il tarixdə satıcı kimi Şahid1, sonuncunun nümayəndəsi Məhkum, alıcı kimi isə Zərərçəkmiş şəxs qeyd edildiyi ərizə və Sumqayıt “Asan xidmət” mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-nin Sumqayıt filialına ünvanlanmış 606 saylı məktub əsasında "xxxx" ASC-nin Sumqayıt filialının **********03763AZM37 nömrəli depozit hesabına nağd qaydada qəbul olunmuş 150.000 (yüz əlli min) manat pul vəsaitini həmin hesabdan 5 mart 2015-ci il tarixli qəbz əsasında götürməklə, eləcə də, həmin vaxt Zərərçəkmiş şəxs razılaşdırılmış məbləğin qalan hissəsini, yəni 100.000 (yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 104.940 (bir yüz dörd min doqquz yüz qırx) manat və razılaşdırılmış məbləğinin tam ödənilməsi üçün yaranmış fərq həcmində, yəni 7.061,2 ABŞ dolları (yeddi min altmış bir dollar iyirmi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 7.410 (yeddi min dörd yüz on) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs şə xsən alaraq, ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs məxsus cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğdə pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Təqsirləndirilən şəxs və Əkbər Məmmədov ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 301.570 (üç yüz bir min beş yüz yetmiş) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs və Əkbər Məmmədov ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi, habelə möhürü istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və sonuncularla qab aqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən vahid niyyətlə istifadə etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-950/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələr ilə cəzanın təyin edilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 5 oktyabr 2020-ci il tarixdən hesablanmas ı hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib hökmün Məhkum aid hissədə ləğv edilməsini və barəsində bəraət hökmünün qəbul olunmasını xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-179/2022 nömrəli, 05 may 2022-ci tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-950/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassa siya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya q aydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişd irilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciət i kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-179/2022 nömrəli, 05 may 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı m addələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində əksini tapmış cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayəti n xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 i yul 2013-cü il).
23. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yax ud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
24. Məhkəmə kollegiyası Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
25. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmam asını nəzərə alıb, ona təqsirli bilindiyi müvafiq maddənin sanksiyası həddində orta cəza müddəti seçməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
26. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələrin müəyyən etdiyi işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə imkan yaradan hallar kimi qiymətləndirmək üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsin in əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Sum qayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-179/2022 nömrəli, 05 may 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-179/2022 nömrəli, 05 may 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın.