Məhkəmə qərarları › İş №1(102)-1699/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1699/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1699/2025 12.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, 2 avqust 1985-ci il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhku m olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-48/2024 nömrəli 2 may 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-182/2023 nömrəli 20 sentyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər N.N.Mirzəyev (sədrlik edən və məruzəçi), B.M.Məmmədov və X.M.Məmmədovdan ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası CMin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM- in 228.4-cü (7 mart 2025-ci il tarixli 153-VİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə CM-nə edilmiş dəyişikliklərdən əvvəlki redaksiyada) maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 6 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətm əkdə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-48/2024 nömrəli 2 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X.H.Səmədov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-182/2023 nömrəli 20 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 858,41 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib həmin qurudulmuş marixuananın 338,25 qramını 1 aprel 2022-ci il tarixdə Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan qohumu Təqsirləndirilən şəxs sonuncunun yaşadığı həyətin giriş qapısında 100 qramı 900 manata razılaşmaqla satmış, özündə qalan külli miqdarda - eyni tərkibə malik 520,16 qram qurudulmuş marixuananın isə təmiz çəkisi - 0,16 qramını 1 ədəd şəffaf rəngli sellofan bükümdə idarə etdiyi ağ rəngli "Vaz 21011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qoltuq altı hissəsində, 520 qramını isə yaşadığı həyətyanı sahəsində 1 ədəd şəffaf rəngli sellofan torbada, həmçinin istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 1,506 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib yaşadığı evin qonaq otağında yerləşən qab-qacaq şkafındakı çaynikin içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə, həmçinin istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 0,03 qram narkotik vasitə olan metadonu əldə edib konvalyut kəsiyində idarə etdiyi ağ rəngli "Vaz 21011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qoltuq altı hissəsində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 6 aprel 2022-ci il tarixdə saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəti cəsində yuxarıda sadalanan cinayət xarakterli predmetlər - Təqsirləndirilən şəxs aldığı 338,25 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın 270 qramı sonuncunun yaşadığı evin hamamındakı soyunma otağında ağ rəngli soyuducunun alt kamerasında 1 ədəd şəffaf rəngli sellofan torbada, qalan 68,25 qramı isə yaşadığı evin dəhlizində yerdə karton qutudakı 1 ədəd sellofan torbanın içərisində 0,21 qramı açıq vəziyyətdə və ayrı-ayrılıqda təmiz çəkiləri 4,37 qram, 4,25 qram, 4,68 qram, 4,56 qram, 4,20 qram, 4,36 qram, 4,67 qram, 4,21 qram, 5,18 qram, 4,10 qram, 4,98 qram, 4,86 qram, 4,85 qram, 4,41 qram və 4,36 qram olan - 15 ədəd kibrit qutusunda, özündə qalan külli miqdarda - eyni tərkibə malik 520,16 qram qurudulmuş marixuananın isə təmiz çəkisi - 0,16 qramı 1 ədəd şə ffaf rəngli sellofan bükümdə idarə etdiyi ağ rəngli "Vaz 21011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qoltuq altı hissəsində, 520 qramı isə yaşadığı həyətyanı sahəsində 1 ədəd şəffaf rəngli sellofan torbada, təmiz çəkisi 1,506 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin yaşadığı evin qonaq otağında yerləşən qab-qacaq şkafındakı çaynikin içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0,03 qram narkotik vasitə olan metadon konvalyut kəsiyində idarə etdiyi ağ rəngli "Vaz 21011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qoltuq altı hissəsində aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu batıcı xassəyə malik so yuq silah hesab edilən qısa tiyəli xəncəri qanunsuz olaraq əldə edib, idarə etdiyi ağ rəngli "Vaz 21011” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının interyer panelində saxlamaqla daşımış, həmçinin istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını üzərində saxlamaqla gəzdirmiş, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı idarə etdiyi həmin avtomobillə Ucar şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Ucar rayon Polis Şöbəsinə gətirilib keçirilmiş baxış zamanı soyuq silah hesab edilən qısa tiyəli xəncər avtomobilin interyer panelindən, həmçinin keçirilmiş şəxsi axta rış zamanı soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı əynində olan göy rəngli idman şalvarının belindən aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-48/2024 nömrəli 2 may 2024-cü il tarixli qərarının ləğv edilməsi, onun barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Aşağı instansiya məhkəmələri tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, saxta və süni şəkildə quraşdırılmış sübutlar əsasında nəticəyə gəlinmişdir. Belə ki, onun üzərində aşkar edilmiş narkotik vasitə ona məxsus olmamış, keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş soyuq silah hesab edi lən ümumi təyinatlı ov bıçağı isə özünün bıçaq kolleksiyası olduğundan həmin bıçağı ona görə əldə etmişdir. Həmçinin, şikayət müəllifi qeyd edir ki, məhkəmələr ona cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının və xəstə anasının olmasını nəzərə almamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə m ahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir. Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi (7 mart 2025-ci il tarixli 153VİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə CM-nə edilmiş dəyişikliklərdən əvvəlki redaksiyada) “qanunsuz ola raq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla” əməlinə görə məsuliyyət nəzərdə tuturdu və belə əməllər üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə əsasən “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və dü zgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəti cənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. K onvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxı lması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Cinayət işinin materiallarında o lan xx.xx.2022-ci il tarixli "baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunanda Məhkum avtomobilində qoltuqaltı adlanan saxlanc yerində 1 bükümdə marixuana olduğunu bildirib əlindəki açarla avtomobilinin sürücü tərəfdə olan qapısını açmış, bundan sonra əməliyyat müvəkkili Şahid11 Məhkum dediyi həmin yerdən 1 ədəd şəffaf sellofanın içərisində spesifik iyə malik yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə çıxarmış, sonuncu həmin narkotik vasitənin özünə məxsus olduğunu deyib şəxsi istifadə üçün saxladığını bildirmişdir. Ardınca avtomobilə baxış keçirilməsinə başlanılmış, baxış zamanı avtomobilin qoltuqaltı adlanan saxlanc yerindən üzərində "metadon 4 0” yazılmış həb qutusunun içərisində 1 ədəd boz-qəhvəyi rəngli həb aşkar edilmiş, Məhkum ilk öncə həmin predmetin kimə məxsus olmasında tərəddüd etsə də, sonra həmin predmetin özünə məxsus olduğunu təsdiqləmişdir. Bundan sonra Şahid11 avtomobilin salonunda interyer panelindəki saxlanc yerindən 1 ədəd soyuq silaha bənzər xırda bıçaq (kəsici-deşici alət) və avtomobilin arxa şüşəsinin alt hissəsində 1 ədəd idman (beysbol) taxtası aşkar etmiş və həmin predmetlər götürülmüşdür. Avtomobildən aşkar edilmiş 1 ədəd şəffaf sellofanın içərisində spesifik iyə malik yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və üzərində "Metadon 40” yazılmış həb qutusunun içərisində 1 ədəd boz-qəhvəyi rəngli həb müstəntiq Kamran Vəliyev tərəfindən ayrı-ayrılıqda 2 (bir) ədəd ağ rəngli zərflərin içərisinə qoyularaq qablaşdırılmış, zərflərin üzəri 71 nömrəli möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış istintaq hərəkətinin əks olunduğu video görüntü CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli "şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə Məhkum üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Məhkum əynində tünd göy rəngli şalvar, tünd göy rəngli qollu qış köynəyi, həmin köynəyin üzərində tünd göy rəngli qollu jaket və qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda Məhkum üzərində 1 əd əd bıçaq olduğunu deyib mavi rəngli idman şalvarının kəmərinin arxa hissəsinə bərkidilmiş 1 (bir) ədəd boz rəngli bıçağı təqdim etmiş, şəxsi axtarış zamanı Məhkum üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Məhkum üzərindən aşkar edilmiş 1 ədəd bıçaq götürülüb 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 71 nömrəli möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Məhkum aşkar edilmiş "Samsunq A51” markalı qara rəngli mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada götürülmüşdür. Şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu video görüntü CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli "baxış keçirilməsi və götürmə haqqında” protok oldan görünür ki, həmin tarixdə polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə Məhkum evinə və həyət yanı sahəsinə baxış keçirilmiş baxış zamanı evin həyətinə giriş dəmir qapı vasitəsilədir. Baxış zamanı həyətyanı sahədə, evin sol tərəfində dəmir setkayla bağlanmış hissədə evə yaxın yerdə qoyulmuş mavi rəngli çəlləyin içərisindən 1 ədəd şəffaf sellofan torbada spesifik iyə malik, yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, bu barədə soruşulduqda Məhkum ilk öncə həmin narkotik vasitəyə bənzər kütlənin özünə məxsus olduğunu etiraf etməsə də, sonradan həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün həmin mavi rəngli çəlləkdə gizlətdiyini demiş və öncə tərəddüd etməsinə isə anasının həyətdə olması ilə aydınlıq gə tirmişdir. Belə ki, anası eşidə-eşidə həmin narkotikin özünə məxsus olmasını birbaşa dilə gətirmək istəmədiyini bildirmişdir. Bundan sonra evin qonaq otağına baxış keçirilən zaman otaqda yerləşən qab-qacaq şkafında dəm çaynikinin içərisində 1 ədəd şəffaf sellofanda kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin predmetin nə olması barədə sual verilərkən Məhkum həmin predmetin ona məxsus olmadığını və nə olmasından xəbəri olmadığını bildirmişdir. Evin digər otaqlarında baxış keçirilməsinə davam etdirilsə də, qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmiş, aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofanda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər və 1 ədəd şəffaf sellofanda olan kristal şəkilli psixotrop maddə olan metamfetami nə bənzər kütlə götürülüb zərfə qoyularaq üzəri Ucar RPŞ-nin 71 saylı möhürü ilə möhürlənmiş, Məhkum və digər iştirakçılar tərəfindən imza edilməklə həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Baxış istintaq hərəkətinin əks olunduğu video görüntü CD diskə köçürülərək müvafiq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 17/322 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Mirqədir Mirələkbər oğlunun idarə etdiyi avtomaşının qoltuqaltı hissəsindən götürülən kütlə." sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi - 0,16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bit kisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Məhkum Mırələkbər oğlunun yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş kütlə.” sözləri və imzalar yazılmış 1 (bir) ədəd şəffaf sellofan torbanın içərisindəki, təmiz çəkisi - 520 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Məhkum yaşadığı evdən götürülən kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 1,506 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan xx.xx.202 2-ci il tarixli Məhkum məxsus "Samsung A51” markalı android tipli mobil telefonuna baxış protokolundan görünür ki, telefonda +7***-***-**-** mobil nömrəsi və həmin nömrənin vatsap tətbiq etməsi vardır. Məhkum 30 mart 2022-ci il tarixdə Nasir adlı şəxsin istifadəsində olan +**********22 saylı mobil nömrənin vatsap tətbiqetməsi ilə əlaqə saxlayaraq 1-ci dəfə 1 aprel 2022-ci il tarixdə Ucar şəhəri Aran marketin qarşısından saat 16:31 və 16:34-də Vaqif Tağıyevin adına olan 4169 7413 9977 6221 nömrəli "Kapital bank” kartının hesabına 5000 və 4000 manat olmaqla cəmi 9000 manat pulu göndərdikdən sonra İmişli rayonuna gedərək İranla sərhədə yaxın yerdən 4 ədəd bağlamaları götürmüş və bu yolla külli miqdarda qurudulmuş marixuana əldə etmişdir. 2 dəfə də 6 aprel 2022-ci il tarixdə Nasir adlı şəxslə eyni qaydada əlaqə saxlayaraq X3 adına olan 4098 5844 5003 8920 nömrəli "Leobank” kartına isə Aran marketin qarşısından 5000 manat pul göndərərək eyni qaydada külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana sifariş vermiş, Nasir 23 günə narkotik vasitəni Azərbaycan Respublikası ərazisinə göndərib məlumat verəcəyini Məhkum bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 108 nömrəli rəyindən görünür ki, Məhkum bədənində onun xəsarət almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 17/321 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən predmet kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan qısa tiyəli xəncərdir, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış kəsicideşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 604 nömrəli rəyində qeyd edilmişdir ki, Məhkum narkotik vasitə olan kannobinoidlərdən epizodik olaraq istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3436 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üz ərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün №71” və "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi TƏDQİQAT OBYEKTİ № 3” dairəvi möhür əksləri, "Məhkum idarə etdiyi avtomobilin...” sözləri və imzalar olan bir ədəd zərfdəki kovalyut kəsiyində üzərində "Methadone 40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı həbin dörddə üç hissəsi (3/4 həb) metadondur; təsiredici maddəsinin ümumi miqdarı 0,03 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04) olduğu müəyyən edilmişdir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Cinayət işinin materiallarında olan Məhkum və Təqsirləndirilən şəxs telefon danışıqlarına dair 1 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə Məhkum məxsus 050246-90-70; ***-***-**-** və Təqsirləndirilən şəxs məxsus ******-**-** saylı mobil nömrələrlə aparılan telefon danışıqları mövcuddur. Baxış zamanı diskdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddət ərzində Məhkum məxsus ***-***-**-**; ***-***-**-** və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrələrə giriş-çıxış zəngləri, SMS-lər barədə məlumatlar əks olunmuşdur. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər Şahid11, Şahid1, Şahid4, Şahid3, Şahid5, Şahid6, Şahid8, X4, Şahid7, Şahid2 və Şahid9 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiya sı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı pre kursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya bi rgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməllərində CM-in 228.4 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslana raq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməllərini CM-in 228.4 və 234.4.3-cü maddələri ilə tövsif edib həmin maddələr ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəx slərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o c ümlədən himayəsində iki azyaşlı övladının olmasını və tez-tez tutan “epilepsiya” diaqnozu ilə Ucar rayon X1 şöbəsində qeydiyyatda olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı- ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-48/2024 nömrəli 2 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)48/2024 nömrəli 2 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar