Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-17/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər X18 ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddə ləri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (hakimlər: X65 (sədrlik edən və məruzəçi ), X49 və X27 ibarət tərkibdə) Məhkum- xx xxxx 1961-ci il tarixdə Sabirabad rayonu Əhmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, «xxxx» MMC-nin idarə heyətinin sabiq sədri, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Əhmədabad kəndində qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 179.3.2-ci madd əsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 3 (üç) il müddətə dövlət və yerli-özünüidarəetmə orqanlarında, habelə bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əsas cəzaya əlavə cəzanı birləşdirmək yolu ilə barəsində qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli-özünüidarəetmə orqanlarında, habelə bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçə kmə müddətinin əvvəli xx xxx 2016-cı il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə edərək, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni mənafeyinə mühüm zərər vurub, əməli ağır nəticələrə səbəb olmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “xxxx” Azərbaycan Respublikası qanununa, MMC-nin xx xxxxxx 2007-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən cəmiyyətin işinə aid əmrlər və digər sərəncamların verilməsinə, onun mülkiyyətinin və fondlarının idarə edilməsinə, onun nümayəndəsi kimi çıxış etməyə məsul olduğu, eləcə də, “xxxx” MMC-nin adından “borcalan” qismində “xxxx” MMC ilə bağladığı xx xxxxxx 2011-ci il tarixli 14 saylı kredit müqaviləsinə və həmin müqavilənin 1 nömrəli əlavəsinə görə Kredit İttifaqına ayrılmış cəmi 196.000 manat kredit vəsaitini müəyyən olunmuş cəmiyyət üzvlərinə kredit verməklə “xxxx” MMC-nin maraqlarını qorumalı, aldığı kredit vəsaitinin ona hesablanmış faizlərlə birlikdə müqavilələrin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrə uyğun şəkildə qaytarmalı, öz üzvləri ilə bağlanmış kredit müqav iləsi üzrə öhdəliklərin yerinə yetirilməsi barədə vaxtaşırı olaraq “Kredit verənə” məlumat verməli olmasına baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, həmin tələbləri yerinə yetirməyərək, sifariş vərəqi üzrə hər birinə 3500 manat olmaqla 56 nəfər Kredit İttifaqı üzvünün adına götürdüyü 196.000 manat vəsaitdən az məbləğdə olmaqla sifariş vərəqində adları göstərilən 24 nəfərə cəmi 33.600 manat kredit vermiş, qalan 162.400 manat məbləği və həmçinin kredit ödənişlərindən əldə edilən məbləğdən 6200 manatını, “xxxx” MMC-nin hesabına geri qaytarmalı olduğu halda bunu etməyərək, cəmiyyətin heç bir razılığı və məlumatı olmadan həmin məbləği qohumları və tanışlarının yanında nüfuz qazanmaq üçün adlarına sifariş vermədiyi halda, X11 10.000 manat, X 33 adına xx.xx.2011-ci il tarixli 299/022 saylı kredit müqaviləsi, həmin tarixli 1190 saylı kassa məxaric orderi ilə 13.600 manat, X39 adına xx.xx.2011-ci il tarixli 819 saylı kredit müqaviləsi, həmin tarixli 1223 saylı kassa məxaric orderi ilə 15.000 manat, X12 adına xx.xx.2011-ci il tarixli 882 saylı kredit müqaviləsi, həmin tarixli 1224 saylı kassa məxaric orderi ilə 15.000 manat, X20 adına xx.xx.2011-ci il tarixli 833 saylı kredit müqaviləsi, xx.xx.2011-ci il tarixli 1305 saylı kassa məxaric orderi ilə 5000 manat, X5 adına xx.xx.2011-ci il tarixli 829 saylı kredit müqaviləsi, xx.xx.2011-ci il tarixli 1301 saylı kassa məxaric orderi ilə 5000 manat, X14 adına xx.xx.2011-ci il tarixli 836 saylı kredit müqaviləsi, xx.xx.2011-ci il tarixli 1308 saylı kassa məxaric orderi ilə 5000 manat, X19 adına xx.xx.2011-ci il tarixli 828 saylı kredit müqaviləsi, xx.xx.2011-ci il tarixli 1309 saylı kassa məxaric orderi ilə 5000 manat, X2 adına xx.xx.2011-ci il tarixli 845 saylı kredit müqaviləsi, xx.xx.2011-ci il tarixli 1317 saylı kassa məxaric orderi ilə 5000 manat, X50 adına xx.xx.2011-ci il tarixli 852 saylı kredit müqaviləsi, xx.xx.2011-ci il tarixli 1297 saylı kassa məxaric orderi ilə 5000 manat, X51 adına xx.xx.2011-ci il tarixli 863 saylı kredit müqaviləsi, həmin tarixli 1244 saylı kassa məxaric orderi ilə 4000 manat, X4 adına xx.xx.2011-ci il tarixli 871 saylı kredit müqaviləsi, həmin tarixli 1421 saylı kassa məxaric orderi ilə 25.000 manat, X8 adına xx.xx.2011-ci il tarixli 872 saylı kredit müqaviləsi, həmin tarixli 1422 saylı kassa məxaric orderi ilə 15.000 manat, X28 adına xx. xx.2011-ci il tarixli 876 saylı kredit müqaviləsi, həmin tarixli 1527 saylı kassa məxaric orderi ilə 26.000 manat və X15 adına xx.xx.2011-ci il tarixli 886 saylı kredit müqaviləsi, həmin tarixli 1545 saylı kassa məxaric orderi ilə 15.000 manat, cəmi 168.600 manat kredit kimi ayırmış, bununla da “xxxx” MMC-nin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməlləri ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, «xxxx» MMC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə talama məqsədi ilə, MMC-nin xx xxxxxx 2007-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə, «xxxx» MMC-nin kredit təlimatına əsasən cəmiyyətin işinə aid ə mrlər və digər sərəncamların verilməsi, onun mülkiyyətinin və fondlarının idarə edilməsi, illik smetaların tənzimlənməsi, öhdəliklərin qrafik üzrə ödənilməsinə və kassa əməliyyatlarının aparılmasına nəzarət edilməsinə cavabdeh şəxs olmaqla, quluq mənafeyinin tələbinə uyğun olaraq ayrılmış kreditlər üzrə hesabatları hazırlamaq, kreditin vaxtında qaytarılmasını təmin etməli olmasına baxmayaraq, bunu etməyərək kreditorlar-X52, X62, X21, X64, X16, X9, X53, X30, X63, X13, X40, X41, X42, X66, X54, X34, X43, X10, X35, X22, X44, X36, X23, X3 ödədiyi 4.876 manat, X17, X55, X32, X6 və X24 tərəfindən ödənilmiş 33800 manat və “xxxx” MMC-nin xəzinəsində qalıq kimi qalmış 22.400 manat, cəmi 61.076 (altmış bir min yetmiş altı) manat vəsaitdən 5.471,52 (beş min dörd yüz yetmiş bir) manatı “xxxx” MMC Bank olmayan kredit təşkilatına qaytarmış, ona etibar edilmiş qalan 55.604,48 (əlli beş min altı yüz dörd) manat pul vəsaitini, yəni “xxxx” MMCyə məxsus külli miqdarda əmlakı özünün şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edib mənimsəməklə talamışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: K.S.Bəşirov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və İ.H.Əhmədovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsi xx xxxxxx 2016-cı il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il az adlıqdan məhrumetmə cəzası 8 (səkkiz) il həddinə kimi yüngülləşdirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(089)-293/2016 saylı hökmü ilə ona CM-nin 308.2-ci madəsi ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, o Azərbaycan Respublikası CMnin 179.3.2 və 308.2-ci madd ələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Lakin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli, 5№-li Qərarında qeyd olunur ki, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətmiş şəxsin əməli CM-nin 179.3.2-ci maddəsi ilə tam əhatə olunduğundan, həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələrinə tövsif edilməsinə ehtiyac olmur. Qeyd edilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il -ci il tarixli qərarının ləğv edilməsini, əməlində CM-nin 308-ci maddənin əlamətləri olmadığından onun ittihamdan xaric edilməsini, çəkdiyi cəza müddətini azadlığa buraxılmaqla əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyas ı məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, əşağıdakı əsaslarla yekun nəticələrə gəlmişdir. Məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il -ci il tarixli qərarının ləğv edilməsini,əməlində CM-nin 308-ci maddənin əlamətləri olmadığından onun ittihamdan xaric edilməsini, çəkdiyi cəza müddətin i nəzərə alıb azadlığa buraxılmasını xahiş etmişdir. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum müsbət xarakterizə olunmasını və səmimi peşimançılığını cəzamı yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Məhkum tərəfindən cinayət nəticəsində vurulmuş zərərdən ödəmə edilməmişdir. Kassasiya şikayətində məhkum onun əməlində Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin tərkibinin olmamasını göstərmişdir. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qul luq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda və bu əməllər ağır nəticələrə səbəb olduqda cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə talama cinayət tərkibi nəzərdə tutulmuşdur. Kassasiya şikayətində istinad edilən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarının 23-cü bəndində izah edilmişdir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Bu izahda söhbət yalnız dələduzluq cinayət əməlinin törədilməsi üçün qulluq mövqeyindən istifadə dedikdə aldatmanın və etibardan sui-istifadənin bir üsulu kimi istifadə edilməsi nəzərdə tutulur. Göstərilən plenum qərarının 4-cü bəndində izah edilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüq uqunun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Yəni burada əsas niyyət özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçməsinə yönəlmişdir. Bu cinayətin ictimai təhlükəli nəticəsi özgənin əmlakının ələ keçirilməsindən ibarətdir. Eləsə də Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsində də əsas niyyət təqsirkara etibar edilmiş özgə əmlakını şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə talamağa yönəlmişdir. Bu cinayətin ictimai təhlükəli nəticəsi də özgənin əmlakının ələ keçirilməsindən ibarətdir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə isə ictimai təhl ükəli əməl vəzifəli şəxsin öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, ictimai təhlükəli nəticələr isə: 1) fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurma; 2) cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma; 3) bu əməllərin ağır nəticələrə səbəb olması Fiziki və hüququ şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində hüquqlarının əhəmiyyətli dərəcədə pozulması dedikdə, konstitusiya və beynəlxalq hüququn ümumi prinsipləri ilə təmin olunmuş hüquqların pozulması nəzərdə tutulur. Mühüm zərəri qiymətləndirərkən cinayət əməlinin təşkilatların normal fəaliyyətinə zərərli təsirinin dərəcəsi, vurulmuş maddi ziyanın xarakteri və həc mi, zərər çəkmiş şəxslərin sayı, onlara yetirilmiş maddi, mənəvi və fiziki zərərin ağırlığı və s. başa düşülür. Ağır nəticələr dedikdə hazırkı cinayət işi üzrə «xxxx» MMC-nin fəaliyyətinin uzun müddət pozulması, hüquqi şəxsin fəaliyyətinin dayanması, külli miqdarda maddi zərər vurulması başa düşülməlidir. Hazırkı cinayət işi üzrə Məhkum elan edilmiş ittihamın birinci epizodu üzrə ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, ikinci epizodu üzrə isə qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını mənimsəmə yolu ilə talama cinayət əməllərinin əlamətlərinin əlamətləri əks olunmuşdur. Bu epizodlar üzrə Məhkum əməlləri ayrı-ayrılıqda müstəqil cinayət tərkibləri yaratdığındın biri digərini əhatə etmir və tamamlamır. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhk əməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-17/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-17/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver