Məhkəmə qərarları › İş №1(102)-17/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-17/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-17/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum - Məhkum iştirakrları ilə, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 264-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Nizami Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim X1) 1(007)-16/2024 saylı, 30 yanvar 2024-cü il tarixli hökmü ilə xx xxxx 1983-cü il tarixdə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,evli, himayəsində bir azyaşlı övladı olan, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu ödənilmiş, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Res publikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 25 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda q eydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin, təqsirləndirilən şəxsin üzərinə vəzifələr qoyulmuş, qətimkan, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəşi), X9 və X2 ibarət tərkibdə) 1(103)-697/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarı ilə məhkumun özü tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 1(007)16/2024 saylı, 30 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin qərarına və hökmünə əsasən Məhkum ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 27 dekabr 2022-ci il tarixdə, saat 01 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Porsche Cayenne” markalı, minik modelli, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi ilə Nizami rayonu, R.Rüstəmov küçəsi stiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 60 km/saat sürət nəzərdə tutulan avtomobili yaşayış məntəqəsində 110 km/saat sürətlə idarə etmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərini pozub, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında yerinə yetirməli, avtomobili yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli olduğu halda bu tələbləri pozaraq Şərifli küçəsi 25 saylı ünvanın qarşısında dayanacaqda idarə etdiyi avtomobillə X8 məxsus “X19” markalı, minik modelli, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və arxa tərəflərindən toqquşması nəticəsində idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa a z ağır zərərvurmaya aid sağ bazu sümüyünün yuxarı və orta 1/3-nin çox qəlpəli yerdəyişmə ilə qapalı sınığı, sağ baldırın hər iki topuğunun yerdəyişməsiz qapalı sınığından ibarət xəsarətlər almasına, eləcə də “X19” markalı, minik modelli, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Çingiz Tağıyevə 31599 (otuz bir min beş yüz doxsan doqquz) manat məbləğində maddi ziyan vurmasına səbəb olmuşdur. Bundan başqa, Məhkum 27 dekabr 2022-ci il tarixdə, saat 01 radələrində yol nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım avtomobili çağırmalı, zərərçəkən şəxs həyat üçün təhlükəli xəsarət aldığı hallarda yaxınlıqdakı tibbi müəssisəyə aparmalı və həmin müəssisədə şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda bu tələbləri pozub yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yeridən qaçmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərir ki, hadisənin məhz hadisə yerindən qaçan sürücünün təqsiri üzündən baş verməsinin təsdiq olunduğu h allarda o, CM-nin 264-cü maddəsi ilə yanaşı 263-1-ci maddəsi ilə də məsuliyyətə alınır. Məhkum baş vermiş hadisə anında özünü təqsirli hesab etməmiş,özü də aldığı xəsarətdən özündə olmamışdır.Dostunun yardımı ilə sonra hadisə yerini tərk etmişdir. Odur ki, Məhkum AR CM-nin 264-cü maddəsi ilə məsuliyyətə alınması yolverilməzdir. Nəticə

24. Beləliklə,qeyd etdiyim dəlillərə əsaslanaraq. Məhkum müdafiəçisi olaraq Bakı Apellyasiya Məhkəməcinin Cinayət kollegiyası tərəfindən appellyasiya şikayətinin təmin edilməməsi barədə qərarı əsassız, qanunsuz və ədalətsiz hesab edirəm. Bu nəticəyə gəlməyimə əsaslar bunlardır: irəli sürülmüş ittihamın hərtərəfli,tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən biləcək müdafiə tərəfinin aşkar etdiyi sübutların tədqiqindən apellyasiya instansiyası məh kəməsinin əsassız imtina etməsi; -işdə olan sübutların natamam tədqiq edilməsi,bir sıra sübutların yolverilməz olması,onların sübutedici qüvvəsinin olmaması, iş üçün əhəmiyyəli olan halların məhkəmə tərəfindən ətraflı araşdırılmaması; cinayət mühakimə icraatında istintaq aparan orqanın Məhkum qarşı kobuq qanun pozuntularına yol verməsi,qanunsuz əldə etdikləri sənədlərin sübut kimi işə əlavə edilməsi; - qanunu pozmaqla əldə edilən yolverilməz sübutların məhkum edilmiş şəxsin təqsirliliyi barədə hökmün əsasının təşkil etməsi; -istintaq orqanının ittihamının və şahid hesab etdikləri X3 ifadəsinin hadisənin videogörüntüsu və digər sübutlar ilə müqayisəsində yaranmış açıqaşkar ziddiyyətli halların məhkəmə tərəfindən ətraflı araşdırılmaması; Məhkum baş verən hadisədə təqsirli olmasına əsaslı şü bhələrin yaranması -yaranmış şübhələrlə bağlı ekspertizaların, keçirilməməsi,müvafiq sorğuların göndərilməməsi; muayinələrin Azərbaycan Respublikası CPM-nin 125.2.-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (m.125.2.1.); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (m.125.2.2.);istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (m.125.2.7.); müasir elmi baxışlara zidd ü sulların tətbiqi nəticəsində alındıqda(m.125.2.10.)-əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:

25. Cinayət işində olan materialların təqdiqi göstərir ki, Məhkum CM-nin 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsində əsaslı şübhələr mövcuddur.Eyni zamanda hesab edirəm ki, hətta hüquqlarını müdafiə etdiyim şəxs cinayət hadisəsində təqsirkar hesab edildiyi halda həmin şübhələrin movcüdluğu səbəbindən,habelə, Məhkum ilk dəfə ictimai təhlükəli əməl törətməsi,onun notarial qaydada imzaladığı ərizə ilə zərərçəkmiş şəxsin onu bağışlaması,zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi cəmiyyətdə və qonşular arasında əxlaqımədəni səviyyəsi ilə müsbət xarakterizə olunması kimi halları yüngüllədirici hallar hesab edib Məhkum barəsində bəraət verilməlidirş Təqsirləndirilən şəxsə istinad edilən Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulmuş əməli və məhkəmə tərəfindən onun əməlinə verilmiş hüquqi qiyməti Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinin tələbləri baxımından təhlil etsək görə bilərik ki, məhkəmə instansiyaları tərəfindən cinayət işi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamışdır. İttiham akti olduğu kimi hökmə və qərara köçürülmüşdür. İrəli sürdüyüm əsaslandırılmış dəlillərin qeyd etdiyim hallar barədə əsaslı şübhələrin movcud olmasını və həmin şübhələrin cinayət mühakimə icraatında aradan qaldırılmayaq Məhkum cinayət əməli törədilməsi barədə ittihamın və məhkəmə hökmünun qanunsuz olması,cinayət mühakimə icraatında toplamış materialların sübu tedici qüvvəsinin olmaması tərəfimdən faktlarla,tutarlı dəlillərlə əsaslandırıldı. Beləliklə, hüquqlarını müdafiə etdiyim şəxs Məhkum təqsirlı olmasında əsaslı şübhələr yaranmışdır, buna görə də onun təqqsirli bilinməsine yol verilməməlidir.Şikayətdə qeyd etdiyim mühüm tutarlı dəlilləri 1) cinayət mühakimə icraatında istintaqı aparan orqan və məhkəmələr tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların,sübutların hərtərəfli tam və obyektiv araşdırılmamasını, 2) iş materiallarından müəyyən etdiyim dəlillərin mövcüdlüğü, bu dəlillərdən Məhkum təqsirli olduğuna əsaslı şübhələrin yaranmasını, 3) cinayət mühakimə icraatının əsas prinsiplərinin və şərtlərinin pozulmasını 4) toplanan materialların sübutedici qüvvəsinin olmamasını, qanunu pozmaqla əldə edilən yolverilməz sübutların məh kum edilmiş şəxsin təqsirliliyi barədə hökmün əsasının təşkil etməsi dəliiləri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024 -cü il tarixli 1(105)- 697/2024 saylı qərarın ləğv edilməsi və Məhkum barədə bəraət hökmünün (AR CM-nin 264-cü maddəsinə) çıxarılmasının ən önəmli əsaslarından hesab edirəm. Şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-697/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının və kassasiya şikayətinin təmin olunması barədə məhkumun çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən ed ilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya insta nsiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normal arının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməs inə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qan uni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsi rsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibi nin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mö təbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum CM-in 264-cü maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bil dirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 264-cü maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşd ırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum təsvir edilmiş cinayətkar hərəkəti törətməsi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və hadisə yerindən qaçması Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yu xarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən, «Bu Məcəlləni n tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum həmin cinayət əməlini törətməsini, cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla təsdiq olunmuş, məhkum və müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkumun müvafiq məzmunlu iddiası hər hansı sübuta və fakta deyil, yalnız bəsit formalı subyektiv mülahizəyə əsaslanmışdır. Cinayət Məcəlləsinin 264-cü maddələrində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və hadisə yerindən qaç masına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması və hadisə yerindən qaçması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd ed ir ki, Məhkum Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144 -cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biridə İnsan hüquq və X10 Avropa Konvensiyasının 5, 6, 8 və 18-cı maddələrinin pozuntusu barədədir. İnsan hüquq və X10 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət ed ir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə baxan kassasiya kollegiy asının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 264-cü maddəsi ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azad lıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139- cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töv sifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 264-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kas sasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar