Məhkəmə qərarları › İş №1(102)-170/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-170/2019

16.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-170/2019 16.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) –170/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "16" yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Bəraət almış şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi – Abşeron rayon Və kil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət almış Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zeynalov Mirheydər Seyidəmir oğlu) xx xxxx 1966-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Gərənə kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ni n 263.2-ci maddəsi ilə bəraət verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, 20 fevral 2015-ci il tarixdə, saat 2000 radələrində texniki cəhətdən saz vəziyyətdə, etibarnamə ilə ona məxsus olan “VAZ 21074” markalı, AZ**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ilə şəhər mərkəzi istiqamətində saatda 30 km/surətlə hərəkət etdirərkən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi 9 ünvanda yerləşən Bakı şəhəri, Binəqədi RPİ-in DYPŞ-in inzibati binasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsində göstərilən qaydala ra yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə əməl etməyib, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq idarə etdiyi nəqliyyat vasitəsinin qabaq sol yan tərəfi ilə yolu soldan sağa doğru keçən piyada X7 vurub ona “soldan alın və təpə gicgah nahiyəsinin sıyrıntıları və şişkinliyi, başın sağ alın payının hematoması, baş beyinin sağ alın-gicgah payı üzərinə qanın yığılması, soldan ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinin ödemi va dislokusiyası ilə müşayiət olunan, baş beyinin ağır dərəcəli əzilməsi”ndən ibarət olmaqla dərəcəsinə görə ümumilikdə həyət üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuya aid xəsarətlər y etirməsi nəticəsində ehtiyatsızlıqdan X6 29 iyun 2016-cı il tarixdə ölümünə səbəb olmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Şamayev Elşad Yaquboviç, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 04 sentyabr 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək hə min qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi iş üzrə toplanmış mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, ibtidai istintaq dövründə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 fevral 2015-ci il tarixdə saat 1920 radələrində Bakı şəhəri, Binəqədi şosesi ilə şəhərin mərkəzi istiqamətində yolun qoşa xəttə yaxın zolağı ilə saatda təxminən 20-30 km sürətlə avtomobilini idarə edərkən, Binəqədi DYPŞ -nin qarşısında yolu soldan sağa doğru keçən piyada X7 idarə etdiyi avtomobilin qabaq sol qanadı ilə vurmuş, nəticədə X6 başX6diyi avtomobilin alın şüşəsinə dəymişdir. Bununla yanaşı, 05 may 2015ci il tarixli hadisə yerinə baxış protokolunda göstərilmişdir ki, baxış zamanı asfalt yolu quru olmuş, hadisə yerinin sxemindən isə görünür ki, vurulma qoşa xəttən 1,5 metr məsafədə baş vermişdir. Verilmiş ifadə və hadisə yerinə baxış protokoluna əsasən ibtidai istintaq dövründə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 05 may 2015-ci il tarixli, 8277 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ- 21074” markalı AZ**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs başqa müdafiəçi ilə müqavilə bağlamış və həmin vaxtdan təqsirləndirilən şəxsin hadisə ilə bağlı ifadəsi dəyişdirilmişdir. Belə ki, əvvəlcə müdafiəçi tərəfindən təkrar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının keçirilməsi barədə məhkəməyə vəsatət təqdim edilmişdir. Vəsatətdə Təqsirləndirilən şəxs 20 fevral 2015-ci il tarixdə hadisə zamanı yolun qoşa xəttə yaxın zolağı ilə saatda təxminən 30 km sürətlə avtomobilini idarə etməsi, yolda tıxacın olması, Binəqədi DYPŞ-nin qarşısında yolu soldan sağa doğru keçən piyada X6 əks yolda tıxacda dayanmış hündürbanlı yük avtomobilin arxasından qə fildən çıxaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sol qanadına deyil, başı ilə qabağ küləyə qarşı şüşəsinin yuxarı çöl küncünə çırpılması göstərilmişdir. Bundan sonra, 14 iyul 2017-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən göstərmişdir ki, hadisə zamanı yol yaş olmuş, piyada X6u isə görmək imkanında olmamış, halbuki piyadanın ondan 6-7 metr məsafədə yük avtomobilinin arxasında və ondan təxminən bir metr məsafədə dayandığını, daha sonra onun avtomobilinə çırpılarkən artıq bir metr məsafədə onun yoluna daxil olmasını qeyd etmişdir. 28 avqust 2017-ci il tarixdə məhkəmə tərəfindən əlavə məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası təyin edilərkən, qərarda hadisənin baş vermə şəraiti Təqsirləndirilən şəxs nəyin ki, ibtidai istintaq dövründə verdiyi ifadəs i, hətta məhkəmədə verdiyi ifadəsinə uyğun deyil, müdafiəçinin vəsatətdə göstərilmiş şəraitdə baş verməsi təsvir edilmişdir. Bunun nəticəsi olaraq, həmin ekspertizanın 10 noyabr 2017-ci il tarixli, həmçinin sonradan təyin edilmiş komisyon məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası 18 aprel 2018-ci il tarixli rəylərində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmaması və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluğun olmaması göstərilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəyə uyğun deyil, məhkəmə istintaqı zamanı göstərdiyi kimi piyada X6 ani olaraq əks yolda tıxacda dayanmış hündürbanlı yük avtomobilin arxasından çıxaraq avtomobilin qabaq sol qanadına deyil, başı ilə qabağ küləyə qarşı şüşəsinə çırpılması barədə ifadəsi rəhbər tutulmuş və qərarda ekspertin qarşısına həmin şərait təqdim edilmişdir. Təqsirləndirilən şəxs hadisə ilə bağlı məhkəmədə verdiyi və yuxarıda qeyd olunan ifadəsi heç bir sübuta əsaslanmamış və yalnız müdafiə xarakteri daşıyır. Bütün bunlara baxmayaraq məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 263.2-ci maddəsinin tərkib əlamətlərinin olmadığı qənaətinə gəlinərək, ona əsassız olaraq bəraət verilmişdir. Məhkəmə bəraət hökmü çıxararkən Təqsirləndirilən şəxs məhkəmə prosesində verdiyi ifadəyə istinad edib, yol-nəqliyyat hadisələrin ekspertizasını təyin etmiş və alınmış rəyə əsaslanaraq Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübutların kifayət qədər olmadığı qənaətinə gəlinmişdir. Həmin qənaət apellyasiya inst ansiyası məhkəməsi tərəfindən də əsassız olaraq məqbul hesab edilmişdir. Göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməməsinə əsaslanmış, sübutların hər birinin digərini təsdiq etməsini qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələr, ilkin yol-nəqliyyat hadisələrinin ekspertizasının rəyi və digər sübutlarla təsdiq edildiyi halda, məhkəmələr sübutları qiymətləndirərkən əsassız olaraq təqsirləndirilən şəxsə bəraət verilməsi barədə qənaətə gəlmişlər. Ona görə dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işini n materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, bəraət almış şəxsin və onun müdafiəçisinin isə kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanun unun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq qeyd edir ki, həmin məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət etməmiş, gəldiyi nəticələri faktiki olaraq əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsind ə nəzərdə tutulmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd olunan normanın mənasına görə ittihamın sübut edilməsində şübhələr aradan qaldırılmalı, yalnız bu mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi sübutları kifayət qədər ətraflı yoxlamamış, işin düzgün həlli və özünün gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olduğu halda, həmin şübhələrin aradan qaldırılması üçün qanunla nəzərdə tutulmuş tədbirləri görməmiş, kifayət qədər yoxlanılmayan həmin sübutlara qərarda istinad etmiş, iş üz rə nəticəyə gələrkən onlara əsaslanmışdır. Hökmdə Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə istinad edilərək belə bir fikir əks etdirilmişdir ki, “... Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 236-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Baxış keçirilərkən müdafiəçinin iştirakı təmin olunmamışdır. Hadisə baş verən yerin fotoşəkili çəkilməmiş, video çəkilişdən istifadə olunmamışdır. Tərtib olunmuş sxem və protokolda dəqiq ölçmələr aparılmamış, piyada avtomobil arasında nə qədər məsafə olması, yolun tıxac və havanın yağışlı, yağmurlu olması öz əksini tapmamışdır...”. Hökmdə göstərilən həmin fikirlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 236.3-cü ma ddəsinin həm məzmununa, həm də mənasına görə baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər, bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir, hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər (bu normanın özü imperativ deyildir). İş materiallarından isə görünür ki, hadisə yerinə baxış cinayət işi başlanılmasından, R.Mirzəliyevin şübhəli şəxs qismində tanınmasından əvvəl keçirilmişdir. Belə olan halda həmin istintaq hərəkətlərində müdafiəçinin iştirakından söhbət gedə bilməz və müdafiəçinin bu istintaq hərəkətində iştirak etmədiyi qanun pozuntusu kimi qiymətləndirilə bilməz. Protokol tərtib olunarkan foto və video çəkilişinin aparılmadığına dair iradla bağlı (hökmdə göstərilən) qeyd olunmalıdır ki, hökmdə istinad olunan Azərbaycan Respublikası CPM-nin 236.4-cü maddəsində göstərilən normanın yalnız biri imperativ xarakter daşıyır. Həmin maddədə göstərilmişdir ki, hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. İş materiallarından isə görünür ki, hadisə yerinə baxış zamanı 2 hal şahidi iştirak etmişdir. Qanunun müddəalarına görə, belə olan hallarda videoçəkilişdən istifadə məcburi deyil və belə çəkilişin aparılmadığı qanun pozuntusu kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bunlara (yəni, yuxarıda göstərildiyi kimi, pozuntuya yol verilmədiyinə) baxmayaraq, hadisə yerinə baxı şın keçirilməsində qanun pozuntusuna yol verildiyi qənaətində olan birinci instansiya məhkəməsinin özü bu nöqsanın, ittihamın sübut edilməsində yaranmış həmin şübhələrin (məhkəmənin qənaətinə görə) aradan qaldırılması üçün heç bir tədbir görməmiş, hadisə yerinə qanunla nəzərdə tutulmuş qaydada baxış keçirməmiş, R.Mirzəliyevin məhkəmədə verdiyi ifadələri yerində (hadisə yerində) yoxlamamış, nəticəsindən asılı olaraq müvafiq istintaq eksperimenti keçirməmiş, hadisə vaxtı hava şəraitini müəyyən etmək uçun müvafiq tədbirlər görməmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 1-ci, 12-ci və 19-cu bəndlərində izah olunmuşdur ki, “... məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin.... Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qa nunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həl l edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir... İzah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanları nın olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmətibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Res publikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-m ötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əməl ə hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir...”. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən izahları nəzərə almamış, işin hallarını hərtərəfli və dəqiq müəyyən etməmiş, ekspertə (məhkəmə yol nəqliyyat ekspertizasına) sübutlarda deyil, müdafiəçinin vəsatətində göstərilmiş məlumatları təqdim etmiş, həmin məlumatların sübutlara uyğun olub-olmadığını aydınlaşdırmamış, bunlara baxmayaraq ekspertin həmin məlumatlara əsaslanan rəyinə özünün mövqeyini təsdiq edən sübut kimi istinad etmişd ir. Hökmdə bəraətin əsaslandırılması üçün məhkəmə-tibb ekspertizasının rəyinə də istinad edilmişdir (ölümün səbəbinin müəyyən edilməsinin mümkün olmadığına dair məlumata). Lakin hökmdə göstərilən həmin fikir məhkəmənin mövqeyini (bəraət verilməli olduğu ilə bağlı) heç cür əsaslandırmır. Həmin ekspert rəyində birmənalı olaraq göstərilmişdir ki, zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran xəsarət almışdır (bu Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə nəzərdə tutulan ehtiyatsızlıqdan törədilən müvafiq cinayətin əlamətidir). Göründüyü kimi, birinci instansiya məhkəməsi, ittihamın sübut edilməsində yaranmış şübhələrin (özünün mülahizəsinə görə) aradan qaldırılması üçün müvafiq tədbirləri görməmiş, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Apellyasiya məhkəməsi də yuxarıda göstərilən nöqsanları aradan qaldırmamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hadisə günü hava şəraiti barədə arayışın alınması ilə kifayətlənmiş, həmin arayışda hadisə günü məhz fasilələrlə qar və yağışın yağmasının göstərilməsinə əhəmiyyət verməyərək, hadisə baş verən zaman - saat 20:00-da qarın və yağışın yağmasının təsdiq olunduğu qənaətinə gəlmiş (halbuki arayışda bu barədə dəqiq məlumat yoxdur), bununla bağlı olaraq işdə olan foto şəkillərdə (hadisədən bilavasitə sonra çəkilmiş) torpağın nəm olduğu barədə fikir söyləmək üçün əsasın olmadığına da əhəmiyyət verməmiş, qeyd olunanlarla əlaqədar məsələni daha ətraflı və dəqiq araşdırmaq üçün, protokolu (hadisə yerinə baxış haqqında) imzalamış hal şahidlərini dindirməm iş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən digər halların (yuxarıda göstərilmişdir) araşdırılması istiqamətində müvafiq tədbirləri görməmişdir. Mübahisəsizdir ki, apellyasiya məhkəməsi tərəfindən bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən yuxarıda göstərilən normalarla yanaşı Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 146.1, 349.5, 392.3-cü maddələrinin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Sadalanan normalara əsaslanan məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda göstərilən məsələlər araşdırılmalı, qeyd olunan çatışmamazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli, nəticəsindən asılı olaraq sübutlara müvafiq qiymət verilməli və yalnız bundan sonra Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə verilmiş ittihamın sübuta yetirilibyetiri lməməsi məsələsi həll edilməlidir. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmamışdır (Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə isə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir). Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində göstərilən halların iş üzrə mövcud olmasına dair protestin dəlilləri əsaslıdır. Həmin normada göstərilmişdir ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya protesti təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət almış Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2018-ci qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar