Məhkəmə qərarları › İş №1(102)-170/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-170/2020

11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-170/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zad Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, məhkum - x1 müdafiəçisi Quliyev Elxan Ağalar oğlunun, zərərçəkmiş şəxs x2 nümayəndəsi – vəkil x6nun iştirakl arı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, məhkum x1 müdafiəçisi-vəkil Quliyev Elxan Ağalar oğlu və zərərşəkmiş şəxs x2 nümayəndəsi-vəkil x6 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2019-cu il tarixli hökmü ilə hakimlər: E.H.İsmayılov (sədrlik edən və məruzəçi), C.İ.Hüseynov və S.İ.Əliyevdən ibarət tərkibdə) x1- xx xxxxxx 1979-cu il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaş ı, subay, ali təhsilli, "Xocalı" İdman Klubunun direktoru işləmiş, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan, xx xxxxxxxx 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Azərbaycan Respublikası CM-nin 126.1-ci və 221.1-ci maddələri ilə təqsirli bilinərək, 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə, CM-nin 221.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına və CM-nun 66.3-cü maddəsi ilə cəzalar qismən toplanmaqla 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə, saat 10:00 radələrində, Bakı Apelyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7911-2017 saylı qətnaməsinin icrası ilə əlaqədar ünvan 2 yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon İcra və Probasiya şöbəsində icra məmuru işləyən x3 5 nömrəli xidməti otağında iki azyaşlı uşaqları - 2009cu il təvəllüdlü x4 və 2011-ci il təvəllüdlü x5 görüşərkən, uşaqları onunla görüşə gətirmiş, keçmiş qayınatası - 1953-cü il təvəllüdlü x2 ona qarşı qərəzli olmasını, uşaqlarını ona qarşı öyrətdiyini irad tutaraq, ictimai qaydanı kobud surətdə pozmaqla, özünü ictimai qaydaya qarşı qoyaraq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək, x2 ilə əvvəlcədən aralarında olan münaqişə və şəxsi münasibətlərin pozulması zəminində, uşaqlarının onunla görüşüb ünsiyyət saxlamasına man eçilik törədən zərərçəkmiş şəxsin hərəkətlərinə əsəbiləşərək, sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, ona hər iki göz ətrafı nahiyəsinin hematoması, qançırı və sağ göz almasının ağlı qişasının qansızması, burun nahiyəsinin sıyrığı qançırı və burun sümüyünün yerdəyişən sınığı, üst çənənin soldan İ dişin sınığı və diş ətinin qansızması və üst dodağın əzilmiş yarası kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid, sağ dirsək sümüyünün aşağı 1/3-nin qapalı sınığı kimi sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərər vurmaya aid, döş qəfəsinin ön səthinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmayan və sağ almacıq, sağ əng sümüyünün qəlpəli sınıqları və əsas sü müyün qanadabənzər çıxıntısının sınığı ilə müşayiət olunan üz nahiyəsinin sağ hissəsinin şişkinliyi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, həmin hərəkətləri ilə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin normal iş rejimini bir saat ərzində pozaraq xuliqanlıq etmişdir. Hökmdən x1 müdafiəçiləri Quliyev Rafiq Əli oğlu və Mövlayev Ədalət İbrahim oğlu tərəfindən birgə verilmiş, zərərçəkmiş şəxs x2, onun müdafiəçiləri x6 və Əmirəliyev Ənvər Mehdi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə və dövlət ittihamçısı Əliyev Əli Fətəli oğlu tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və E.E.Rəhi movdan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə müdafiə tərəfinin apelyasiya şikayətini təmin etməmiş, zərərçəkmiş şəxs tərəfin apelyasiya şikayətini və dövlət ittihamçısının apelyasiya protestini qismən təmin edərək, birinci instansiya məhkəməsinin hökmünü ləğv etmiş, yenu hökm qəbul edərək, x1nu Azərbaycan Respublikası CM-nin 126.2.3-cü və 221.1-ci maddələri ilə təqsirli bilərək, CMnin 126.2.3-cü maddəsi ilə 6 (altı) il müddətinə, CM-nin 221.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs x2 mülki iddiası baxılmamış saxlanmış və ona mülki mühakimə icraatı qaydas ında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissə ona elan olunmuş ittihamdan xaric edilməsi və cinayət işinin buna aid hissəsinə xitam verilməsi hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, məhkum x1 müdafiəçisi-vəkil Quliyev Elxan Ağalar oğlu və zərərşəkmiş şəxs x2 nümayəndəsi x6 tərəfindən kassasiya şikayətləri verilmişdir. Müdafiəçinin kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək x1 cinayət əməlinin Azərbaycan Respublikası CMnin 129.2-ci maddəsinə tövsif edilərək, həmin maddənin sanksiyası həddində ona cəza t əyin edilməsi, dövlət ittihamçısının kassasiya protestində hökmün ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətində isə hökmün ləğv edilərək, x1 Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasının ən yuxarı həddində cəza təyin edilməsi xahiş edilmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərilir ki,birinci instansiya məhkəməsi x1 cinayət əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, x1 cinayət əməllərini törədərkən silah qismində “beşbarmaqdan” istifadə etməmişdir, bununla əlaqədar istintaqın g əldiyi nəticə əsaslı şübhələr və fərziyyələr üzərində qurulmuşdur. Məhkəmənin mövqeyinə görə x1 həmin gün hadisə yerinə uzun müddət görüşmək arzusunda olduğu uşaqları ilə görüşə gəlmiş və bu zaman onun silah qismində hər hansı əşya götürməsinə heç bir zərurət olmamışdır. Ekspertizanın rəyi ilə x2 bədənində “beşbarmaqla” yetirilməyə xarakterik izlər müəyyən edilməmişdir. Lakin birinci instansiya məhkəməsinin gəldiyi bu nəticələr cinayət işinin faktiki halları bə mötəbər sübutlarla təkzib olunur. Bunəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru x3 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, baş vermiş hadisə zamanı x1 polis əməkdaşlarının mühafizəsinə təhvil verilmişdir. Binəqədi RPİ-nin 4cü PB-nin sahə müvəkkili x7 ifadəsinə əsasən onlar saxlanılan zaman x1 c iblərini yoxlamadan gətirib təhqiqatçıya təhvil vermişlər. Həmin bölmənin təhqiqiatçısı x8 da ifadəsində göstərmişdir ki, izahatı alındıqdan sonra x1 sərbəst buraxılmışdır. Qeyd olunanlardan aydın olur ki, hadisədən dərhal sonra x1 sərbəst buraxılmış, onda “beşbarmağın” olub-olmaması yoxlanılmamışdır. Hadisədən 6 ay sonra verilmiş təkrar kimission məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli rəyi izlərin “beşbarmaqla” yetirilməsinə xarakterik olmasını müəyən etməyə də bilərdi, lakin keçirilmiş, 4 məhkəmətibb ekspertizalkarının hər biri xəsarətlərin bərk küt alətlə yetirildiyini göstərmişlər. Zərərşəkmiş şəxs x2 nümayəndəsi x6nun kassasiya şikayətində göstərilir ki, cinayət işinin materiallarından açıq-aşkar görünür ki, baş vermiş dalaşmanın bilavasitə təşəbbüskarı x1 olmuş və o bu münaqişəni qərəzli olaraq qəsdən yaratmışdır. Kassasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12 2002-ci il tarixli qərarının 6-cı bəndinə və “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli qərarının 5-ci bəndinə istinad edilərək göstərilmişdir ki, x1 əməlində Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin tərkibi mübahisəsiz şövcuddur. Kassasiya şikayətində həm də zərərçəkmiş şəxsin ifadələrinə əsaslanaraq, hadisə zamanı x1 zərərçəkmiş şəxsə “beşbarmaq” deyilən silahla xəsarətlər yetirdiyinin sübut olunduğu, ona görə də onun cinayət əməlinin həım də Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi xahiş edilmişdir. Məhkum x1 müdafiəçisi-vəkil Q uliyev Elxan Ağalar oğlu və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, törədilmiş əməl zərərçəkmiş şəxsin zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız hərkətləri (hərkətsizliyi) həticəsində, zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və əxlaqsız davranışı ilə əlaqədar uzun sürən qəflətən baş vermiş güclü ruhi-həyacan (affekt) vəziyyətində yaranmışdır. x1 zərərçəkmiş şəxsi döyməsi tamamilə absurddur, zərərçəkmiş şəxs-x2 Yunan-Roma güləş üzrə SSRİ çempionudur, belə olan halda x1 onu döyməsindən söhbət gedə bilməz. x1 uşaqlarının gözü qarşısında davamlı təhqir etməsi, şəxsiyyətini alçaltması nəticəsində ani yaranmış ruhi həyəcan vəziyyətində sadəcə 1 dəfə vurmuşdur. Ona görə də onun əməli Azərbaycan Respublikası CM-nin 129.2-ci maddəsi ilə tövsif olunmalıdır. x1 əməlində həm də Azərb aycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi də yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur ki, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərkətlər xuliqanlıq kimi qiymətləndirilmir. x1 zərərçəkmiş şəxs arasıdakı münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxs olduğundan onda onun əməlini xuliqanlıq kimi qiymətləndirilməməlidir. x1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinə də düzgün tövsif edilməmişdir. Cinayət işinin materiallarından x1 zərərçəkmiş şəxsə qarşı müxtəlif küt və ya iti alətlərin köməyi ilə mütəmadi ağrılar yetirilməsi faktı təsdiq olunmur. x1 həmin anda fizioloji affekt vəziyyətində olduğundan öz davranışı üzərində nəzarəti zəifləyir, öz hərkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətini qismən itirir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası x1n cinayət əməllərinin hüquqi tövsifində səhvə yiol vermişdir. Göstərilənlərə əsasən, apelyasiya instansiya məhkəməsinin hökmünü ləğv edərək x1 cinayət əməlini Azərbaycan Respublikası CM-nin 129.2-ci maddəsinə tövsif edib həmin maddənin sanksiyası həddəində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayələrtinin dəlillərini müzakirə edib, kassasiya protestinin, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin edilməməsi, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, müdafiəçin in kassasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməsi barədə, zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə və kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 20 02-ci il tarixli 3 №-li Qərarının 6-cı 8-ci bəndlərinə istinadən məhkumun cinayət əməllərinin hüquqi tövsifi ilə əlaqədaqr göstərilmişdir ki, Məhkəmə kollegiyasının qənaətinə görə, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu zaman təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, məsələn, heç bir səbəb olmadan cinayət törədir. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmanı mübahisə və dalaşma zəminində sağlamlığa ağır zərər vurmadan fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaq məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərər çə kmiş şəxsin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərər çəkmiş şəxsin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətində təqsirli bilinə bilməz. Məhkəmə kollegiyası hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun xuliqanlıq niyyətinin və xüsusi amansızlığın mahiyyətinə dair həmin tövsiyyələri də nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə məhkəmə iclasında araşdırılmış bütün sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməsi ibtidai istintaq orqanının fərziyyələri və əsaslı şübhələri üzərində qur ulmuşdur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlara istinadən nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs x1 keçmiş qaynatası x2 ona qarşı qərəzli olmasını, uşaqlarını ona qarşı öyrətdiyini irad tutaraq, ictimai qaydanı kobud surətdə pozaraq, özünü ictimai qaydaya qarşı qoyaraq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşaiyət edilən hərəkətlər edərək, x2nin bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq, ümumilikdə ona həyat üçün təhlükəli olan sağlamlığa qəsdən ağır, az ağır və yüngül zərər vuran xəsarətlər yetirmiş, həmçinin həmin hərəkətləri ilə Binəqədi rayon İcra və Probasiya şöbəsinin normal iş rejimini bir saat ərzində pozaraq xuliqanlıq etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi x1 törətdiyi həmin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 v ə 221.3-cü maddələrindən həmin Məcəllənin 126.1 və 221.1-ci maddələrinə tövsif edərək həmin maddələrin sanksiyası həddində ona cəza təyin etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmündə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı və 8-ci bəndlərinə və “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli 1 №-li Qərarının 5-ci bəndinə istinad edərək göstərilmişdir ki, x1 Binəqədi rayon İcra və Probasiya şöbəsində icra məmuru işləyən x3 5 nömrəli xidməti otağında iki az yaşlı uşaqları -2009-cu il təvəllüdlü x4 və 2011-ci il təvəllüdlü x5 görüşərkən, uşaqları onunla görüşə gətirmiş keçmiş qayınatası - 1953-cü il təvəllüdlü x2 q ərəzli olmasını, uşaqlarını ona qarşı öyrətdiyini irad tutaraq, sonuncunu yaxın qohumları - iki azyaşlı nəvəsi və arvadı x9 gözü qarşısında, azyaşlı uşaqların qışqıraraq qorxmalarını dərk etməsinə baxmayaraq, x2nin bədəninin müxtəlif nahiyələrinə xüsusi amansızlıqla dəfələrlə zərbələr vuraraq, ona baş və bədən nahiyələrinə: sağ gicgah payının infero-pasterior (arxa-iç) kənarında qonşu kəllə əsası sümüklərinin sınığının yanaşı əlaməti olaraq dəyərləndirilən pnevmostefaliya (hava qabarcıqları); sağ gözün ağlı qişasına qansızma, sağ göz qapaqları və göz nahiyəsinin qançır şişkinliyi, sol göz qapaqları və gözaltı nahiyəsinin qançır şişkinliyi, burunun qançır şişkinliyi, sol yan səthinin sıyrığı və burun sümüklərinin yerini dəyişmiş sınığı; üst çənədə soldan İ dişin sınması və diş ətinə qansızm a, dodağın selikli qişasının əzilmiş yarası; üzün sağ yarısının şişkinliyi, sağ almacıq və əng sümüklərinin sınıqları; sağ dirsək sümüyünün aşağı 1/3-nin köndələn sınığı, döş qəfəsinin sol yarısının ön səthinin sıyrığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər vuran çoxsaylı xəsarətlər yetirərək, həmin hərəkətləri ilə Binəqədi rayon İcra və Probasiya şöbəsinin normal iş rejimini bir saat ərzində pozaraq qərəzli xuliqanlıq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəylərinə əsasən sağlamlığa ağır zərər vurma halı inkar olunmur. Həmçinin məhkum cinayət əməli törədilərkən zərərçəkmiş şəxsə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk etmişdir. Bu hadisə isə zərərçəkmiş şəxsin həyat yoldaşı və azyaşlı iki nəvəsinin şüuruna, emiso nal sferasına nə qədər mənfi təsir edəcəyini, onların əzab, iztirab çəkəcəyini görməyə bilməzdi. Bu baxımdan ibtidai istintaq orqanı tərəfindən x1 əməlini düzgün olaraq AR CM-nın 126.2.3cü maddəsinə tövsif etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, cinayət əməli xuliqanlıq niyyəti ilə deyil yaranmış (övladları ilə ünsiyyət qurmaq, görüşmək zəminində yaranmış, burda isə məhkumun ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etmək niyyəti olmamışdır. Bu baxımdan onun əməlində AR CM-nın 126.2.4-cü maddəsində qeyd olunan cinayət əməlinin tərkibi olması qeyri mümkündür. Həmçinin, cinayət hərəkətləri ilə Binəqədi rayon İcra və Probasiya şöbəsinin normal iş rejimini bir saat ərz ində pozaraq qərəzli xuliqanlıq etmişdir. Lakin, bunu edərkən, o cümlədən sağlamlığa ağır zərər vurarkən silah qismində “beşbarmaq”dan istifadə etməmişdir. Bu hal şahid ifadələri ilə təsdiq olunur. Şahidlərin əksəriyyətinin ifadəsində “beşbarmaq”dan istifadə olunmadığı açıq-aşkardır. Bununla yanaşı azyaşlı şahidlərin və zərərçəkmiş şəxsin ifadələri isə bu baxımdan mötəbər sübut hesab oluna bilməz. Çünki onların bu barədə ifadələri digər şahidlərin ifadələrilə ziddiyyət təşkil edir, həmçinin tərəflər arasında mübahisə və narazılıq olduğunu nəzərə alsaq həmin ifadələr də bu barədə obyektiv həqiqətin əks olunması şübhəlidir. Bu şübhələr isə məhkumun xeyrinə həll edilməlidir. Bu baxımdan məhkumun bu barədə əməli AR CM-nın 221.1-ci maddəsinə tövsif edilməlidir. göstərilənlərə əsaslanaraq Bakı A pelyasiya Məhkəməsinin Cinayət kollegiyası x1 əməlini Azərbaycan Respublikası CM-nin 126.2.3-cü və 221.1-ci maddəlrinə tövsif edərək, həmin maddələrin sanksiyası həddində ona cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış birinci və apelyasiya instansiya məhkəmələri məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 126.2.4cü maddəsinin əlamətlərinin, yəni xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmanın əlamətlərinin olmaması, hadisə zamanı təqsirləndirilən şəxsin cilah kimi “beşbarmaqdan” istifadə etməsinin sübut olunmaması barədə düzgün nəticələrə gəlmişlər və həmin nəticələrin ləğvi barədə kassasiya protestində və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətində göstərilən dəlillər cubyektiv mülahizə xarakterli olmaqla işin faktiki halları na uyğun olmadığından təmin edilməməlidir. Birinci və apellyaiya instansiya məhkəmələri tərəfindən tədqiqi edilmiş sübutların məcmusu da bu nəticələrin əsaslılığını təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Cinayət işi üzrə məhkəmə iclaslarında tədqiq edilmiş sübutların məcmusundan da açıq-aydın görünür ki təqsirləndirilən x1 ictimai qayd anı pozmaq niyyəti ilə qəsdən münaqişə yaratmamış, öladları ilə ayrılıqda görüşmək niyyəti ilə zərərçəkmiş şəxsin və onun həyat yoldaşının görüş otağını tərk etmələri barədə qanuni tələblərə tabe olmayan zərərçəkmiş şəxs ona qarşı nalayiq söyüşlər söyməklə mübahisə və dalaşmaya təşəbbüs göstərmiş, münaqişənin başlanmasına zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəb olmuşdur. Zərərçəkmiş və təqsirləndirilən şəxslərin və bəzi şahidlərin məhkəmə iclasındakı ifadələri buna sübutdur. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs x2 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə saat 11:00 radələrində o, arvadı x9 ilə nəvələri x4 və x5 ataları x1 görüşdürmək üçün Binəqədi rayon İcra şöbəsinə aparmışlar. Orada icra məmuru x3 xidməti otağına daxil olmuşlar. Həmin vaxt x1 da o nlarla birlikdə otağa daxil olmuşdur. İcra məmuru x1 uşaqlarla ünsiyyət qurmağı təklif etsə də, uşaqlar atası ilə görüşməkdən imtina etmişlər. Buna görə də, x1 uşaqların onların tərəfindən öyrədildiyini söyləmiş, lakin o, bunu uşaqların öz qərarları olduğunu bildirərək x1 arxasında əyləşmişdir. x1 aşağı əyilmiş və bir neçə saniyə sonra ayağa qalxaraq əlində olan «beşbarmaq»la onun sifət və bədən nahiyələrinə zərbələr endirmişdir. O, özünü müdafiə etmək üçün sağ qolunu irəli vermiş, bu zaman x1 onun sağ qolundan da «beşbarmaq»la vurmuşdur. Daha sonra səsküyə yığılmış insanlar x1u ondan aralamışlar. Hadisə zamanı o, x1 müqavimət göstərməmiş, x1ı vurmamış və itələməmişdir. O, x1a heç bir bədən xəsarəti yetirməmişdir. Ona elə gəlir ki, x1 hadisə zamanı əlinə taxdığı «beşbarmaq»la onu qəsdən dö yüb xəsarət yetirəndə ona vurduğu zərbələrin təsirindən özü də xəsarətlər almışdır. Birinci instansiya məhkəməsi iclasında şahid x9 ifadəsində göstərmişdir ki, hadisə vaxtı x1ın əlində dəmir kimi, üzüyə oxşar nəsə olmuşdur. Otaqdakı mübahisə təxminən 30 dəqiqə, x1ın x2 vurması isə təxminən 5-10 dəqiqə davam etmişdir. Uşaqların ataları ilə görüşmələri üçün onlara otaqdan çıxmaları təklif edilmiş, lakin uşaqlar ağlayaraq buna razı olmamış, buna görə onlar otaqdan çıxmamışlar. x1ın barmağında hərdən üzük olmuş, üzüyün qaşlı və ya qaşsız olduğunu xatırlamır. x1ın əlində gördüyü alətin araları bitişik olmuş, təxminən gümüşü rəngə çalmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs x1 ifadəsində göstərmişdir ki, heç vaxt qaynatası ilə münasibətləri korlamaq istəm əmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Binəqədi rayon İcra və probasiya şöbəsində övladları ilə onun görüş günü olmuşdur. Həmin gün saat 10:00 radələrində o, görüş yerinə gəlmiş, övladlarını isə həmin yerə keçmiş qaynatası x2 və keçmiş qaynanası x9 gətirmişdir. İcra məmuru x3 xidməti otağında görüş zamanı uşaqlarının ona qarşı qərəzli öyrədildiyini görmüş, buna görə çox narahat olmuşdur. İcra məmuru x3 x2yə və sonuncunun həyat yoldaşına otaqdan çıxmalarını və onun uşaqları ilə təklikdə söhbət etməyini təklif etmişdir. Lakin x2 etiraz edib otaqdan çıxmayacağını bildirərək, uşaqları oradan aparmaq istəmişdir. O da, uşaqları ilə görüş üçün gəldiyini və onlarla təklikdə söhbət etmək istədiyini demişdir. Lakin x2 icra məmurunun, eləcə də övladlarının yanında onu yenə də təhqir etməyə başlayara q itələmişdir. x2n ona qarşı bu cür qəfləti hərəkət etməsini gözləmədiyindən büdrəmiş və stolun tininə sol ayağı, eləcə də, bel nahiyəsi ilə dəyərək xəsarət almışdır. x2n yenidən üstünə gəldiyini görüb özünü müdafiə etmək qərarına gəlmiş və sonuncunu kənara itələmişdir. Ancaq yenidən üstünə hücum etdiyinə görə məcbur qalıb x2ni əli ilə özündən itələmişdir. Onun itələməsindən sonra x2 şkafa dəyərək stolun üzərinə yıxılmış, sonra x2 onun üzərinə gələrək sol ayağından tutub qapıya sıxmışdır. Bundan sonra o, əli ilə x2n əlindən tutaraq ayağını onun əlindən almaq istəyən zaman, sonuncu, onun sol əlinin çeçələ barmağını arxaya qatlayaraq sındırmışdır. x2 bundan sonra da onu ayağından geri itələmiş, o, yenidən büdrəmiş və başı divara dəymişdir. Bundan sonra araya şəxslər girərək onları aralamış, o da, icra məmurunun otağını tərk etmişdir. Onda heç vaxt «beşbarmaq» adlanan alət olmamış, aralarında yaranmış mübahisə zamanı keçmiş qaynatası x2ni yumruqla 5-6 dəfə vuraraq xəsarət yetirməmiş, o, x2ni yalnız itələmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid x3 ifadəsində göstərmişdir ki, x1 uşaqları ilə görüş verilməsinə dair icra sənədi icra məmuru x10 icratında olsa da, həmn gün Bəxtiyar məzuniyyətdə olduğundan qətnamənin icrası ona həvalə olunmuşdur. Hadisə günü uşaqların nənəsi, babası, uşaqlar, bir də x1 onun otağına gəlmişlər. Uşaqlarla x1ın ünsiyyəti başlayarkən o, nənə və babaya otaqdan çıxmağı təklif etmiş, lakin onlar çıxmaq istəməmişlər. Bu zaman x1 uşaqların nənə-babası arasında mübahisə yaranmışdır. Bundan sonra uşaqların babası x1ı nalayiq söyüşlərlə təhqir etmişdi r. x1 buna hirslənib x2ni yumruğu ilə vurmuş, x2 da özünü müdafiə etmişdir. Onlar x1ı otaqdan çıxaranda x2 x1ın ayağından tutmuşdur. Verilən sualları cavablandıran şahid x3 göstərmişdir ki, nənə və babaya otaqdan çıxmağı təklif edərək, atasının uşaqlarla təklikdə ünsiyyət qurmaq hüququ olduğunu bildirmiş, həmin vaxt nənə və baba otaqdan çıxmaq istəyərkən x2 x1ı nalayiq söyüşlərlə təhqir etmiş və bundan sonra mübahisə başlamışdır. Həmin vaxt x2 x1ı təhqir etmiş, lakin x1 onu təhqir etməmişdir. Mübahisə vaxtı o, həmin şəxsləri ayırmağa çalışmışdır. Uşaqlar nənəsi ilə birlikdə onun sol tərəfində oturmuş, sağ tərəfdə x1, x1ın arxasında isə x2 oturmuşdur. Onun otağının qapısı içəri açılmışdır. x1 x2 vuranda o, otaqda olmuş, həmin şəxslər süpürləşmiş, səs-küyə digər işçilər otağa daxil olmuşlar. Hadisə zamanı x1da “beşbarmaq» olmamışdır. Dava otaqda onun yanında baş vermiş, həmin vaxt «beşbarmaq» olmamışdır. x1 otaqdan çıxarılandan sonra şöbədə mühafizə polisinin yanında olmuşdur. x1ın x2 vurmasını ilk dəfə o, görmüşdür. x1ı otaqdan çıxaranda x2 x1ın ayağından, həmçinin barmağından tutmuşdur. x1ın şalvarı cırılmış, ayağında qan olmuşdur. O, icra şöbəsində baş vermiş hadisə barədə akt tərtib etmişdir. Hadisə zamanı həmin şəxsləri ayırmağa çalışmış, həmin vaxt şöbədə olan əməkdaşlar səsə onun otağına gəlmiş və x1ı otaqdan çıxarmışlar. x1ı otaqdan çıxarandan sonra sonuncu yenidən həmin otağa qayıtmamışdır. Hadisə vaxtı x1 aqressiv olmamış, uşaqlarla ünsiyyət qurmağa çalışmışdır. x2 isə uşaqların görüşmək istəmədiyini bildirib, bu barədə akt tərtib etməyi ondan tələb etmişdir. Həmi n vaxt x1 tərəfdən söyüş söyülməmiş, əksinə, x2 x1ı nalayiq söyüşlərlə təhqir etmişdir. Hadisədən sonra o, otaqdan bayıra çıxmış, otaqda heç bir maddi sübut olmamışdır. x1 x2 “beşbarmaq»la yox, əli ilə vurmuşdur. Bu ifadələrdə göstərilənlərə əsasən belə nəticəyə kəlmək olar ki, hadisə zamanı x1 övladları ilə təklikdə görüşüb söhbət etmək istəmiş, görüş qaydasını təşkil edən icra məmuru da uşaqların baba və nənəsindən otağı tərk etmələrini tələb etmiş, lakin onlar x9nın ifadəsində göstərdiyi kimi uşaqlar ağlayaraq buna razı olmadığına görə otaqdan çıxmamışlar. Tərəfsiz şahid İcra məmuru x3 ifadəsində göstərdiyinə görə nənə və babaya otaqdan çıxmağı təklif edərək, atasının uşaqlarla təklikdə ünsiyyət qurmaq hüququ olduğunu bildirmiş, həmin vaxt nənə və baba otaqdan çıxmaq istəyərkən x2 x1ı n alayiq söyüşlərlə təhqir etmiş və bundan sonra mübahisə başlamışdır. Onlar otaqdan çıxmaq istəməmişlər. Həmin vaxt x2 x1ı təhqir etmiş, lakin x1 onu təhqir etməmişdir. Beləliklə sübut olunmuşdur ki, İcra məmuru x3 görüş qaydasını təşkil etmək üçün nənə və babaya görüş otağından çıxmağı təklif edərək, atasının uşaqlarla təklikdə ünsiyyət qurmaq hüququ olduğunu bildirmiş, həmin vaxt nənə və baba otaqdan çıxmaqdan imtina etmiş, x2 x1ı nalayiq söyüşlərlə təhqir etmiş və bundan sonra mübahisə başlamış, x2 x1ı təhqir etmiş, lakin x1 onu təhqir etməmişdir. Yəni tərəflər arasında mübahisənin başlanmasının təşəbbüskarı zərərçəkmiş şəxs x2 x1u nalayiq söyüşlərlə təhqir etməsi olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli 1179 saylı rəyi üzrə x1 qapalı kəllə-beyin travması və b aş beyin silkələnməsi ilə müşaiyət olunan ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, döş qəfəsinin sol yarısının arxa səthinin, sol bel nahiyəsinin qançırları, sol əlin V barmağının dırnaq falanqasının lateral kənarılıq sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Kliniki Tibbi Mərkəzə müraciət etdiyi xx.xx.2018-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. x1 bədən səthində aşkar edilmiş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2018-ci il tarixdə yumruqla yetirilən zərbələrin təsirindən əmələ gələ bilərdilər. x1 bədən səthində aşkar edilmiş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq özü tərəfindən yetirilməsi az inandırı cıdır. Məhkəmə-tibb ekspertizasının həmin rəyində göstərilən x1 bədənində müəyyən edilmiş xəsarətlər onun ifadəsində göstərdiyi, zamanda və şəraitdə alınmağa xarakterikdir. Bu sübutların belə uyğunluğu onların mötəbərliyinə və həqiqiliyinə dəlalət edən haldır. x1 məhkəmə iclasında tədqiq olunmuş ifadələrində x2 onu bir neçə dəfə itələməsi nəticəsində başı və bədəninin müxtəlif nahiyyələri müxtəlif maneələrə dəyərək xəsarətlər almasını, sol ayağından tutub qapıya sıxmasını, sol əlinin çeçələ barmağını arxaya qatlayaraq sındırmsını sonuncu ifadələrində göstərmişdir. Zərərçəkmiş şəxs x2 ifadəsində göstərmişdir ki, ona elə gəlir ki, x1 hadisə zamanı əlinə taxdığı «beşbarmaq»la onu qəsdən döyüb xəsarət yetirəndə ona vurduğu zərbələrin təsirindən özü də xəsarətlər almışdır. Tərəfsiz şahid x3 ifa dəsində göstərmişdir ki, hadisə zamanı onlar süpürləşirdilər, x1ı otaqdan çıxaranda x2 x1ın ayağından, həmçinin barmağından tutmuşdur, x1ın şalvarı cırılmışdır və ayağında qan var idi. Hadisə vaxtı x1 aqressiv deyildi, uşaqlarla ünsiyyət qurmağa çalışırdı, x2 isə uşaqların görüşmək istəmədiyini bildirib bu barədə akt tərtib edilməsini tələb edirdi. Bu ifadələrdən göründüyü kimi, hadisə zamanı x1 xəsarətlər almasını, onun özünün və şahid x3 ifadələri ilə yanaşı zərərçəkmiş şəxs də təsdiq etmişdir, lakin bu xəsarətləri ona vurduğu zərbələrin təsirindən özünün də xəsarətlər alması kimi təsvir etmişdir. x1 məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, o xx.xx.2019-cu il tarixdə saat 13:50-də Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstə daxil olarkən baş ağrıları, baş gicəllənmə, ürək bulanma, di zlərində olan ağrılardan, kürək, bel və sol baldır nahiyyələrində olan ağrılardan şikayət edir. Xəstə travmanı döyülmə nəticəsində almışdır. x1 hadisə günü Kliniki Tibbi Mərkəzə gətirilınıdık başqa şəxs tərəfindən döyülməsinə dəlalət edən sübutlar cinayət işinin materiallarında mövcud deyil. Cinayət işinin materiallarında olan təkrar komisyon məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 145 nömrəli rəyi üzrə x2nda hər iki göz ətrafı nahiyəsinin hematoması, qançırı və sağ göz almasının ağlı qişasına qansızma, burun nahiyəsinin sıyrığı, qançırı və burun sümüyünün yerdəyişən sınığı, üst çənənin soldan İ dişin sınığı və diş ətinin qansızması, üst dodağın əzilmiş yarası, üz nahiyəsinin sağ hissəsinin şişkinliyi, sağ almacıq sümüyünün və sağ əng sümüyünün qəlpəli sınıqları, əsas sü müyünün qanadabənzər çıxıntısının sınığı, sağ dirsək sümüyünün aşağı 1/3-nin qapalı sınığı və döş qəfəsinin ön səthinin sıyrığı müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişlər, əmələ gəlmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gələ bilər. Dərəcələrinə görə hər iki göz ətrafı nahiyəsinin hematoması, qançırı və sağ göz almasının ağlı qişasının qansızması, burun nahiyəsinin sıyrığı qançırı və burun sümüyünün yerdəyişən sınığı, üst çənənin soldan İ dişin sınığı və diş ətinin qansızması və üst dodağın əzilmiş yarası həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Sağ almacıq, sağ əng sümyünün qəlpəli slnıqları və əsas sümüyün qanadabənzər çıxıntısının sınığı ilə müşa iyət olunan üz nahiyəsinin sağ hissəsinin şişkinliyi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Sağ dirsək sümüyünün aşağı 1/3-nin qapalı sınığı sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir, döş qəfəsinin ön səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vətəndaş x2 bədənində “beşbarmaq”la yetirilməyə xarakterik xəsarətlər aşkar edilmədi. Həm təqsirləndirilən şəxsin və həm də zərərçəkmiş şəxsin məhkəmə-tibb ekspertizalarının rəyləri əsasında onların bədən səthində müəyyən edilmiş xəsarətlərin lokalizasiyasına görə onların arasında baş vermiş mübahisənin sonradan qarşılıqlı davadalaşa çevrildiyinə dəlalət edir. Həmin hadisə nəticəsində təqsirləndirilən şəxs yüngül dərəcəli və zərərçəkmiş şəxs ağır dərəcəli olmaqla onların hər ikisi bədən xəsarətləri almışlar. Hadisə zamanı x1 silah qismində «beşbarmaq»dan istifadə etməməsi barədə ifadəsi həm tərəfsiz şahid x3 ifadəsi ilə, həm də ekspertiza rəyləri ilə təsdiq edilir. Bu barədə məhkəmələrin gəldiyi nəticə əsaslıdır və cinayət işinin faktiki hallarına uyğundur. Göstərilən sübutlarla və cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, x1 uşqaları ilə ünsiyyət hüququnu reallaşdırmaq məqsədi ilə onlarla görüşmək üçün icra məmurunun müəyyən etdiyi yerə gələrkən, uşaqlqarı ilə görüşməkdən başqa niyyəti olmamış, hər hansı başqa niyyətinin olmasına da əsas verən heç bir səbəb olmamışdır. Övladlarını görüş yerinə keçmiş qayınatasının və keçmiş qayınanasının müşayəti ilə gələcə klərini də məhkum əvvəlcədən bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Qanunun mənasına görə uşaqlarla yaşayan valideynin adından etibarnamə əsasında çıxış edən baba və nənələr də digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən sübutları və cinayət işinə baxmş birinci və apelyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslarında tədqiq edilmiş sübutların məcmusuna əsasən məhkəmələr tərəfindən məhkumun cinayət əməlinin hüquqi töfsifi barədə gəldiyi nəticələrin həqiqiliyinə hüquqi qiymət verir. Məhkəmə kollegiyasının qənaətinə görə x1 hərəkətlərində Azərbay can Respublikası CM-nin 126.2.3-cü maddəsinin əlamətlərinin mövcudluğu barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Qanunun mənasına görə xüsusi amansızlıq dedikdə cinayət əməlinin törədilməsində zərərçəkmiş şəxsə qarşı xüsusi rəhmsizlik göstərmək, vəhşicəsinə, insafsızcasına davranmaq, onun imdad və yalvarışlarına məhəl qoymamaq, zərərçəkmiş şəxsi uzun müdət qidadan sudan məhrum edilməsi, uzun müddət və dəfələrlə döyülməsi, ona küt və ya iti alətlərlə mütəmadi ağrılar yetirilməsi, uzun müddət ağrıverici vəziyyətdə saxlanması, bu hərəkətləri zərərçəkmiş şəxsə xüsusilə işgəncə vermək, eləcə də hadisə yerində iştirak edən onun yaxın qohumlarına xüsusi əzab və iztirab vermək niyyəti ilə, dərk edərək törətmək başa düşülür. Təqsirləndirilən şəx sin əvvəlcədən belə niyyəti olmadığı halda zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri, onun ünsiyyət saxlamaq istədiyi övladlarının iştirakı ilə söyüb təhqir etməsi zəminində baş vermiş münaqişə, yəni hadisələrin onun iradəsindən asılı olmayan inkişafı zamanı zərərçəkmişin qanunsuz hərəkətlərinə cavab olaraq ona qarşı güc tətbiq etməsi zamanı həyat yoldaşının iştirakı, təqsirləndirilən şəxsin xüsusi amansızlığına dəlalət edən hal kimi qiymətləndirilməməlidir. Zərərçəkmiş şəxsə ağır xəsarət yetirilməsində onun yaxın qohumlarının iştirakı o zaman xüsusi amansızlıqla ağır zərər vurma kimi qiymətləndirilməlidir ki, bu zaman iştirakçılar xüsusi mənəvi sarsıntı keçirsinlər və təqsirkar onların bu halını dərk edərək cinayətkar hərkətlərini məhz bu məqsədlə davam etdirsin. Zərərçəkmiş şəxsə yetiril miş xəsarətlərin çoxluğu o zaman xüsusi amansızlıq kimi qiymətləndirilir ki, təqsirkar bunu ona bilərəkdən xüsusi əzab və işgəncə vermək məqsədilə etsin. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlər zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinə cavab olaraq süpürləşmə və qarşılıqlı dalaşma şəraitində ani olaraq yetirilmişdir. Zərərçəkmiş x2 məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, x1 təxminən 15-20 saniyə ərzində onu vurmuşdur. x1 da məhkəmə iclasındakı ifadəsində icra məmurunun otağında davanın 5-10 saniyə davam etdiyini göstərmişdir. Zərərçəkmiş x2nin təşəbbüsü və qanunsuz hərkətlərinə cavab olaraq başlamış və qısa müddət ərzində qaşılıqlı süpürləşmə və dalaşma şəraitində zərərçəkmiş şəxsə ağır xəsarət yetirmədə xüsusi amansızlığın yuxarıda şərh edilən əlamətləri mövcud olmamışdır. Hazırkı iş üzrə cinayət işinin materiallarından müəyyən edilir ki, zərərçəkmiş şəxsin qızı ilə təqsirləndirilən şəxsin ailə münasibətlərinin pozulması nıticəsində onların aralarında əvvəldən mövcud olmuş ailə-məişət münasibətlərində narazılıq yaranmışdır. Lakin, hadisə ərəfəsində hadisələrin cinayət işinin müəyyən edilmiş faktiki halları üzrə cərəyan edəcəyinə əsas verən heç bir səbəb olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə x1 ondan ayrı yaşayan iki övladı ilə ünsiyyət hüququnun reallaşdırılmısı üçün keçirilən görüş zamanı, onun övladları ilə sərbəst ünsiyyəti üçün şərait yaratmaq məqsədi ilə keçmiş qayınatası x2nin və keçmiş qayınanası x9nın görüş otağını tərk etmələri barədə icra məmurunun tələbini yerinə yetirməmələri, x2nin x1u övladlarının iştir akı ilə ağır söyüşlərlə təhqir etməsi nəticəsində münaqişəyə səbəb olmuş və nəticədə təqsirləndirilən şəxs sonuncuya ağır xəsarət yetirmiş, özü isə yüngül xəsarətlər almışdır. Hadisə yerində zərərçəkmiş şəxsin yaxın qohumları kimi həyat yoldaşı və iki nəvəsi iştirak etdiyi halda təqsirləndirilən şəxsin də yaxın qohumları kimi iki övladı iştirak etmişdir. Övladları ilə ayrılıqda, baba nənənin iştirakı olmadan görüşmək niyyətində olduğunu bildirən təqsirləndirilən şəxs, keçmiş qayınatasının və qayınanasının görüş otağını tərk etmələrini istəmiş, icra məmuru da bunu onlardan tələb etsə də, onlar uşaqların onunla ayrılıqda görüşmək istəməməsini səbəb göstərərək görüş otağını tərk etmək istəməmişlər. Təqsirləndirilən şəxs keçmiş qayınanasına və öz övladlarına xüsusi əzab vermək üçün dava-dalaş salmamışdır. Münaqişəyə çevrilən mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə, təqsirləndirilən şəxsə övladları ilə sərbəst ünsiyyət saxlamasına imkan verməməsi və sonuncunu nalayiq söyüşlərlə təhqir etməsinə cavab olaraq baş vermişdir. İşin bu halı hadisə yerində olmuş tərəfsiz şahid icra məmuru x3nun ifadəsi ilə təsdiq olunmuşdur. Belə olduğu halda, zərərçəkmiş şəxsin təşəbbüsü ilə onunla təqsirləndirilən şəxs arasında baş vermiş münaqişəni onun həyat yoldaşının və nəvələrinin müşahidə etdiklərinə görə təqsirləndirilən şəxsin hərkətlərini apelyasiya instansiya məhkəməsinin işə baxan kollegiyası tərəfindən xüsusi amansızlıq kimi qiymtələndirməsi əsaslı sayıla bilməz. Bu barədə kassasiya protestinin və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlilləri də əsassızdır. Ona görə d ə təqsirləndirilən şəxsin əməli ağırlaşdırıcı hallar olmadan zərərçəkmiş şəxsin səhhətinə yetirdiyi xəsarətin dərəcəsinə görə, yəni Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsinə tövsif edilərək bu qanunun sanksiyası həddində ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin cinayət əməlinin bu hissədə hüquqi tövsifində birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Lakin birinci və apelyasiya instansiya məhkəmələri x1 cinayət əməlini Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif etməkdə də səhvə yol vermişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarında şərh edilmişdir ki, törədilən hər hansı bir ictimai tə hlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Daha sonra həmin qərarda şərh edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun t ətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2006-cı il tarixli qərarında şərh edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Hazırkı cinayət işi üzrə x1 ictimai qaydanı kobud surətdə pozmaq və cəmi yyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməmişdir. x1 hadisə zamanı yeganə niyyəti özündən ayrı yaşayan övladları ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qaydada, hər hansı maneə olmadan, o cümlədən baba və nənənin iştirakı olmadan ünsiyyət hüququnun reallaşdırılması olmuşdur. Onun hadisə yerində iştirak edən şəxslər dairəsinin şüurunda heç bir səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirmək niyyəti olmamış, bu niyyətlə dava-dalaş salmamışdır. Bilərəkdən övladları ilə görüş təşkil olunan Bunəqədi rayon İcra və Probasiya şöbəsinin iş qaydasını pozmağa yönəlmiş hərəkətlər etməmişdir. Səbəsiz olaraq gücünü nümayiş etdirməmiş, qalmaqal salmamış, zərərçəkmiş şəxsin ədəbsiz və qanunsuz hərkətlərinə qa rşı etdiyi hərkətlər nəticəsində sonuncuya ağır xəsarətlər yetrimişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, onun əməllərində xuliqanlıq cinayət əməlinin əlamətləri olmadığından müdafiəçinin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmünün x1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmasına dair hissədə ləğv edilməli, həmin maddə ilə cəza təyin edilməsi və CM-nin 66.3-cü maddəsinə əsasən cəzaların birləğdirilməsinə dair müddəalar hökmdən xaric edilməlidir. Müdafiəçinin kassasiya şikayətində məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 129.2-ci addəsinə tövsif edilməsi barədədir. Həmin maddədə zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlə r (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarında hadisə zamanı x1 psixoloji durumunda yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyət yaranmasını təsdiq edən mötəbər sübutların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də müdafiəçinin kassasiya şikayəti bu hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Ehtiram Məcidovun himayəsində iki azyaşlı uşağın olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlə rinin təsiri altında törədilməsini və idman sahəsində xüsusi nəticələr əldə etməsini x1 cəzasını yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini cəza təyini nəzərə aldığını göstərmiş və CM-nin 126.1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cə za təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göstərilən maddi hüquq normalarının mənasına görə cəza qanunda göstərilən məqsədlərdən başqa məqsədlə, o cümlədən qisas almaq məqsədi ilə tətbiq edilə bilməz. Cəza ilk növbədə cinayət törətmiş şəxsin mümkün qədər qısa müddət ərzində islah olunması məqsədi ilə tətbiq edilir. x1 cəzasını ağırlaşdıran hər hansı bir hal müəyyən edilməmişdir. Yəni onun islah olnması üçün cəzanın həddi baxımından daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə əsasə verən hal müəyyən edilməmişdir. Qanunverici cəzanın aşağı həddini ona görə müəyyən etmişdir ki, cəzanın məqsədlərini daha ağır cəz a ilə təmin etməyə əsas verən ağırlaşdırıcı hallar olmadıqda sanksiyanın aşağı həddində cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi x1 Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə maddənin sanksiyasının aşağı hədində cəza təyin edərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasn məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilməməli, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmü Azərbaycan Respublikası CPMnin 416.0.2-ci və 416.0.15-ci maddələrində göstərilən əsaslarla yuxarıda göstərilən qaydada qismən ləğv edilməli və müvafiq dəyişikliklər edilmə lidir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci və 416.0.15-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci və 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərşəkmişin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkumun müdafiəçisi-vəkil Quliyev Elxan Ağa lar oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. x1 məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli hökmünün, x1 Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə və cəza təyin edilməsinə dair hissələri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaların birləşdirilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. x1 cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə tövsif olunmasına dair hissədə hökm dəyişdirilsin və əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə x1 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edils in. Hökm qalan hissədə müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Qalan hissədə kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar