Məhkəmə qərarları › İş №1(102)-170/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-170/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-170/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər X2 ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Əliyarov Eldar Məmmədhüseyn oğlunun iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi-vəkil Əliyarov Eldar Məmmədhüseyn oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: İ.A.İbrahimli) xx xxxx 1966-cı ildə Cəbrayıl rayonunun G.Veysəlli kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı,ailəli, ali təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Niyazqullar kəndində qeydiyyatda olan, Bakı şəhəri Xətai rayon u, Neapol küçəsi, yarımtikilidə yaşayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il tarixində saat 23:15 radələrində ünvan 1 ünvanında yerləşən “Pətək” çay evinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs ilə aralarında heç bir səbəb olmadan sözlə mübahisə etmiş, mübahisə nəticəsində sonuncunun çənə nahiyəsinə yumruqla qəsdən zərbə vuraraq, Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir edərək, sağ çənə nah iyəsinə yumruqla, bədəninin müxtəlif nahiyələrinə təpiklə, kürək nahiyəsinə «beysbol» taxtasından silah qismində istifadə edərək qəsdən zərbələr vuraraq, sağ çənə oynağında hərəkət məhdudluğu və ağrı sindromu ilə müşayiət olunan sağ çənə oynağının və sağ çənə şaxəsinin yumşaq toxumasının hematoması, həmin səviyyədə ağzın iç səthində selikli qişanın əzilmiş yarası, sağ gözaltı nahiyənin və sağ budun qançırlarından ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.E.Rəhimov (sədrlik edən və məruzəçi), F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) 30 iyul 2020-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilmiş, Təq sirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 30 iyul 2020-cı il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2020-ci il tarixl i qərarından məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi-vəkil Əliyarov Eldar Məmmədhüseyn oğlu birgə kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ittiham aktında, apelyasiya protestində və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30.07.2020-ci il tarixli hökmündə heç bir əsas göstərilmədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs silah qismində istifadə olunan “beysbol” əşyasından istifadə etməklə zor tətbiq edilməsinə, təqsirləndirilən şəxsin zərərçəkən şəxsə qarşı qərəzli hərəkətlər etməsi nəticəsində baş verməsinə istinad edilmişdir. İbtidai istintaqda, Xətai Rayon Məhkəməsində və apelyasiya məhkəməsində Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs yüngül xəsarət yetirməkdə özünü təqsirli bilrərək ifa dəsində göstərmişdir ki, əlində taxta olsada onu tətbiq etməmiş, eyni zamanda həmin hadisə zərəçəkənin özünün təqsiri üzündən baş vermişdir. Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, təqsirləndirilən şəxslə aralarında mübahisə olmuşdur, o, maşından düşmək istəyərkən həmin şəxs onu yarı oturaq vəziyyətdə olarkən çənə nahiyəsindən yumruqla zərbə vurmuşdur, daha sonra həmin şəxs maşınından beysbol taxtası götürərək onun üstünə hücum çəkmiş və kürək nahiyəsindən beysbol taxtası ilə vurmuşdur. İşin təsvir olunan yuxarıda göstərilmiş hallarından da görünür ki, zərərçəkən şəxlə təqsirləndirilən şəxs qarşı-qarşıya dayanmışlar, belə bir vəziyyətdə təqsirləndirilən şəxsin onun kürək nahiyəsindən vurması işin faktiki hallarına uyğun gəlmir və təqsirləndirilən şəxsin onun kürəyindən silah qismində işlə dilən taxta ilə vurmasını istisna edir. Şahid ifadəsindən görünür ki, o, ancaq və ancaq təqsirləndirilən və zərərçəkmiş şəxsin mübahisə etdiyini görmüş, onları sakitləşdirmişdir, mübahisə edən tanımadığı kənar şəxsin əlində beysbol taxtasına oxşar əşya görmüşdür. Lakin o, həmin şəxsin taksi sürücüsünü beysbol taxtası ilə vurduğunu görməmişdir Ekspert rəyindən də görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ bud nahiyəsində və üz hissəsində müəyyən xəsarətlər müəyyən edilmişdir, ancaq rəydə onun kürək nahiyəsində hər-hansı bir xəsarətin müəyyən olunduğu öz əksini tapmamışdır. Burdan da belə bir nəticəyə gəlmək olur ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə düzgün nəticəyə gəlməmiş, ekspert rəyini, şahidin, təqsirləndirilən şəxsin və zərəçəkmiş şəxsin ifadələrini işin fakti ki hallarına uyğun araşdırmamış, səhv nəticəyə gəlmiş, iş üzrə mötəbər sübutlara deyil, ehtimallara əsaslanmış, silah qismində istifadə olanan “beysbol” əşyasının tətbiqi ilə bağlı istintaqın, apellyasiya protesinin və zərəçəkmiş şəxsin ifadələrini əsas götürmüşdür. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən işə baxılarkən təqsirləndirilən şəxsi səciyələndirən hallar-təqsirləndirilən şəxsin məcburi köçkün olması, onun ilk dəfə cinayət törətməsi, öz əməlindən peşman olması, cinayəti etiraf etməsi, ailəli olması, oğlu-X3 AR DİN Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə olması, zərərçəkmiş şəxslə barışması, həmin həyətdəki binada yaşamaqla, avtomobilini daimi mübahisə edilən yerdə park etməsi kimi hallar nəzərə alınmamışdır. Hətta hesab edilsə ki, onun əməlində g östərilən maddənin tərkibi olsa belə, təqsirləndirlən şəxsi səciyyələndirlən, işin yüngülləşdirici halları nəzərə alınmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da daha yüngül cəza təyin edə bilərdi ki, məhkəmə bunu da nəzərə almamış qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmiş, mənim müdafiə etdiyim şəxsə azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin etmişdir. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30.07.2020-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsüf edilməsi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsinin nəzərə alınması və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilm əsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassas iya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində müdafiəçi Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30.07.2020-ci il tarixli hök münün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsüf edilməsini, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsinin nəzərə alınaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü zərərçəkmiş Zərərçəkmiş şəxs yüngül xəsarət yetirməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 08 noyabr 2019-cu il tarixdə saat 23:15-radələrində idarə etdiyi 99EA741 dövlət nömrə nişanlı “KİA Cerato” markalı avtomobilini Bakı şəhəri Xətai rayonu, Neapol küçəsinin yaxınlığında yerləşən “Pətək” restoranının yan hissəsind ə saxlamaq istəyərkən başqa şəxsə aid olan xatırlamadığı dövlət nömrə nişanı və markasına sahib olan avtomobilin orada saxladığını görmüşdür. Həmin maşının içərisində tanımadığı bir şəxs əyləşmişdir. Həmin şəxs maşını istənilən vəziyyətdə saxlamadığı üçün onun avtomobilini park etməsinə mane olmuşdur. Bu səbəbdən də o, həmin şəxsə yaxınlaşaraq avtomobili bir qədər geri verməsini və özü hərəkət edib avtomobilini park etdikdən sonra yenidən geri qayıtmasını istəmişdir. Lakin həmin şəxs ona etiraz etmiş və maşını tərpətməyəcəyini israrla ona bildirmişdir. O, bir daha həmin şəxsdən xahiş edərək maşınını bir qədər geri verməsini istəmişdir. Lakin həmin şəxs inadından dönməyərək yenidən ona etiraz edərək onu təhqir etmiş və bundan sonra həmin şəxs maşından düşərək onun üstünə gəlmiş və onu əli i lə itələmiş və onlar bir anlıq hislərini cilovlaya bilməyib mübahisə etmişlər. Daha sonra onlar yüngülvari əlbəyaxa olmuşlar. Həmin vaxt o, həmin şəxsin çənə nahiyəsindən əli ilə tutub sıxaraq özündən kənara itələmişdir. Daha sonra o, həmin şəxsi qorxutmaq və özündən uzaqlaşdırmaq məqsədilə yerdən taxta parçası götürmüş lakin o, həmin şəxsi taxta ilə vurmamışdır. Bu zaman kənardan tanımadığı bir nəfər şəxs onların səsli mübahisəsini eşitmiş və onlara yaxınlaşaraq onları ayırmışdır. Bundan sonra əlbəyaxa olduğu şəxs telefonla polisə zəng etmişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və onları 35-ci Polis Bölməsinə aparmışlar. Onların mübahisəsi gecə olduğundan onların bir birlərinin vurmasını heç kim görməmişdir. Kənardan keçən şəxs yalnız onların mübahisəsini görərək onları aralamışdır. Hazırda o, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ilk dəfə məhkum olunduğunu, ailəli olduğunu, Cəbrayıl rayonundan məcburi köçkün olduğunu nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə aralarında mübahisə olmuşdur, o, maşından düşmək istəyərkən həmin şəxs onu yarı oturaq vəziyyətdə olarkən çənə nahiyəsindən yumruqla zərbə vurmuşdur, daha sonra həmin şəxs maşınından beysbol taxtası götürərək onun üstünə hücum çəkmiş və kürək nahiyəsindən beysbol taxtası ilə vurmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, o, ancaq və ancaq təqsirləndirilən və zərərçəkmiş şəxsin mübah isə etdiyini görmüş, onları sakitləşdirmişdir, mübahisə edən tanımadığı kənar şəxsin əlində beysbol taxtasına oxşar əşya görmüşdür. Lakin o, həmin şəxsin taksi sürücüsünü beysbol taxtası ilə vurduğunu görməmişdir Məhkəmə-tibb ekspertizasının rəyindən də görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ bud nahiyəsində və üz hissəsində müəyyən xəsarətlər müəyyən edilmişdir, ancaq rəydə onun kürək nahiyəsində hər-hansı bir xəsarətin müəyyən olunduğu öz əksini tapmamışdır. Beləliklə cinayət işinin yuxarıda göstərilmiş hallarından müəyyən edilir ki, zərərçəkən şəxlə təqsirləndirilən şəxs qarşı-qarşıya dayanmışlar, belə bir vəziyyətdə təqsirləndirilən şəxsin onun kürək nahiyəsindən vurması işin faktiki hallarına uyğun gəlmir. Təqsirləndirilən şəxsin onun kürəyindən silah qismində istifadə etdiyi taxta parçası ilə vurması hər hansı mötəbər sübutla təsdiq edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə məhkumun cinayət əməlinin hüquqi tövsifində düzgün nəticəyə gəlməmiş, ekspert rəyini, şahidin, təqsirləndirilən şəxsin və zərəçəkmiş şəxsin ifadələrini işin faktiki hallarına uyğun araşdırmamış, səhv nəticəyə gəlmiş, iş üzrə mötəbər sübutlara deyil, ehtimallara əsaslanmış, silah qismində istifadə olanan “beysbol” əşyasının tətbiqi ilə bağlı istintaqın, apellyasiya protesinin və zərəçəkmiş şəxsin ifadələrini əsas götürmüşdür. Ona görə də məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlili əsaslı hesab edilir. Lakin məhkəmə kollegiy ası məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməli olması barədə dəlilləri ilə razılaşmır. Onun əməllərində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər mövcud olmuşdur. Ona görə də onun əməlləri Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif edilməli və bu qanun əsasında ona cəza təyin edilməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, məhkum zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və bu hal Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı biri ndə nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ona görə də kassasiya şikayəti yuxarıda göstərilən əsaslarla qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən təmin olunmalı və cinayət işi üzrə Bakı Apel yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2020-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsinin nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilməli və qərar dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi-vəkil Əliyarov Eldar Məmmədhüseyn oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 30 iyul 2020-ci il tarixli qərarı dəyişdirilsin. Onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 iyul 2020-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək 9 (doqquz) ay müddətində cəzanı cəkdiyinə görə dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar