Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-170/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirva n Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə (hakim T.Nüsrətov) 01 avqust 1979-cu ildə İmişli şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan1 yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 22 iyul 2020-ci il tarixdən 24 iyul 2020-ci il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 02 (iki) günə bərabər hesablanmaqla qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 02 mart 2021-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçiləri Feyzullayev Sərraf Eldar oğlu və Əhmədova Ulduzə Mehdi qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən E.Camalov, hakimlər R. Cəfərov, K.Bəşirov) 13 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, İmişli Rayon Məhkə məsinin 02 mart 2021-ci il tarixli hökmü dəyişdirilmiş, İmişli şəhəri, Füzuli küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evində aparılan baxış zamanı evin yataq otağındakı dolabda olan pencəyin sağ yan cibindən 0,73 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi ilə bağlı epizod Məhkum qarşı elan olunmuş ittihamdan xaric edilmiş, onun əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 22 iyul 2020-ci il tarixdən 24 iyul 2020-ci il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir gün ə bir gün hesabı ilə 02 (iki) günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış və Məhkum üzərində olaraq 1 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0.381 qram çəkidə narkotik vasitə olan heroin və satış məqsədi ilə qanunsuz olaraq 0.73 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, daşımaqla üzərində saxlamışdır. 22 iyul 2020-ci il tarixdə, saat 16:00 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməli yyat-axtarış tədbirləri zamanı Məhkum İmişli şəhəri, Füzuli küçəsində şübhəli şəxs qismində saxlanılaraq, İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ cibindən 1 (bir) ədəd polietilen kəsiyi bükümündə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı 0.381 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür, əməliyyataxtarış tədbirlərinin davamı olaraq, həmin gün saat 17:00 radələrində Məhkum yaşadığı İmişli şəhəri, Füzuli küçəsi, ev 5 ünvanda yerləşən fərdi yaşayış evində aparılan baxış zamanı evin yataq otağındakı dolabda can pencəyin sağ yan cibindən 1 (bir) ədəd kağız kəsiyi bükümündə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxladığı 0.73 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum CM-in 234.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstə rmişdir ki, əvvəllər narkotik vasitə heroin və qurudulmuş marixuana qəbul etmişdir. Onda aşkar edilərək götürülmüş narkotik vasitə heroin və qurudulmuş marixuananı vəfat etmiş qardaşının evdə olan pəncəyin cibindən taparaq, gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Qeyd edilən narkotik vasitə heroin və qurudulmuş marixuananı başqasına satmaq və ya bağışlamaq niyyəti olmamış, onları öz istifadəsi üçün saxladığından, özünü CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətməkdə təqsirli bilir. Məhkum cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, CM- in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli onun tərəfindən törədilməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, şəxs1 adlı şəxsin narkotik vasitə olan heroin satışı ilə məşğul olmasını eşitmiş və Məhkum istifadə etdiyi 051 ***-**-** mobil telefon nömrəsinə 2020-ci ilin aprel ayında iki dəfə onunla zəng vurub, danışaraq ondan heroin istədikdə, şəxs1 monu yaşadığı evin yanına dəvət edib, hər dəfə 5-6 manat pul alıb ona bir çet, yəni, 0,1 qram çəkidə narkotik vasitə olan heroin satmışdır. 050 ***-**-** nömrəsindən Məhkum istifadəsində olan 051 ***-**-** nömrəsinə 17 aprel 2020 tarixdə saat 23:27:18-də «Qaqa menem cahangirdi bakidan indi qonagim gelib birdene yari birde suse lazimdi birdene cavab verde tez» məzmunlu ismarıcı o, yazıb, Ramildən özü istifadə etmək üçün heroin istə mişdir. Lakin ismarıcı yazarkən Ramil ona cavab verməmiş, bu səbəbdən də ondan həmin vaxt heroin ala bilməmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum əməlini CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edərkən yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya işdə olan ifadələrin heç birinə təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsini, xüsusi avadanlığın olmasını təsdiq edən heç bir məlumatın öz əksini tapmaması kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bunula da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya ins tansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edil məsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 2 34.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş c inayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız s übutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasi ya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq işə baxan İmişli Rayon Məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsini Məhkum qismən etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam sübuta yetirilmiş hesab etmişdir. İşə baxan birinci instansiya məhkəməsi şəxsin üzərində və evində aşkar edilən narkotik vasi tələrin satış məqsədilə əldə edilməsi ilə bağlı yekun nəticəyə gələrkən məhkəmə istintaqı zamanı iş üzrə dindirilmiş şahidlərin ifadələri və ekspertizanın rəylərinə əsaslanmışdır. Həmin şahidlər – polis əməkdaşları X4, X6 və X12 eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, onlar Məhkum yaxınlaşıb, özlərini İmişli Rayon Polis Şöbəsinin polis əməkdaşları kimi təqdim edərək, İmişli Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər, Məhkum polis əməkdaşlarının təklifini qəbul edərək, onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Təhqiqatçı tərəfindən müdafiəçinin və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Məhkum üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Məhkum əynində olan şalvarının sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə sayılan heroinin çəkisi 0.385 qram müəyyən edilmişdir. Məhkum üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan heroin Məhkum, hal şahidlərinin və müdafiəçisinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç etiraz daxil olmamış əlavə və düzəlişlik edilmədən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, şəxsi axtarış aparılan zaman Məhkum evdə narkotik vasitə olan heroin olub-olmaması soruşulmuş və o, yaşadığı evin otağında şifonerdə özünə məxsus pəncəyin cibində 1 (bir) büküm narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bununla da, Məhkum ərizəsinə və razılığına əsas ən yaşadığı evə baxış keçirilmişdir. Əməliyyat qrupunun üzvləri hal şahidlərinin, Məhkum və müdafiəçisinin iştirakı ilə onun yaşadığı baxış keçirmişlər. Məhkum yaşadığı evin yataq otağında şifonerdəki pəncəyinin sağ cibindən 1 (bir) ədəd kağız bükümdə yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, şahid X2 ifadəsində qeyd etmişdir ki, Məhkum “***-*******” mobil telefon nömrəsindən istifadə etməsini öyrənmiş, bir neçə dəfə onunla telefon vasitəsilə danışaraq, ondan narkotik vasitə olan heroin istəmişdir. Ramil onu yaşadığı evin yanına dəvət edib, hər dəfə ona 5-6 AZN məbləğinə 1 (bir) “çet”, yəni, 0.1 qram çə kidə narkotik vasitə olan heroin satmışdır. Eyni zamanda bildirir ki, o, 17 aprel 2020 tarixdə, saat 23:27:18 radələrində özünün istifadəsində olan “***-*******” mobil telefon nömrəsindən Məhkum istifadəsində olan “***-*******” mobil telefon nömrəsinə “Qaqa menem cahangirdi bakidan indi qonagim gelib birdene yari birde suse lazimdi birdene cavab verde tez” məzmunlu ismarıcı yazmış və Ramildən özünün istifadə etməsi üçün narkotik vasitə olan heroin istəmişdir. Lakin, ismarıcı yazan zaman Məhkum ona cavab vermədiyi üçün həmin vaxt heroin ala bilməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi isə məhkəmə baxışı zamanı toplanmış sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövs if etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübut aşkar edilməmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vas itələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun aşkar olunmuş narkoti k vasitəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsini, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumaları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. X14 narkotik vasitə istəməsi barədə Məhkum SMS yazsa da, qeyd edilən SMS-ə Məhkum tərəfindən hər hansı bir cavab verilmədiyinə, həmin tarixdə ümumiyyətlə, Cahangir Əhmədli ilə Məhkum arasında telefon danışığı olmamasına baxmayaraq istintaq orqanı və birinci instansiya məhkəməsi əsassız olaraq X14nin qeyd olunan ifadəsini və “Telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” 23 sentyabr 2020-ci il tarixli protokolu iş üzrə mötəbər sübut kimi qiymətləndirmişlər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən verilmiş ittihamı təsdiq edərkən iş faktiki hallarını tam və hərtərəfli araşdırmamış, CPM-nin sübutetməyə dair 33, 125, 139, 144, 146-cı maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin yalnız polis əməkdaşlarının ifadəsi və ekspertiza rəyləri üzərində qurulan ittiham üzrə heç bir əlavə sübut tədqiq etmədən, yalnız narkotik vasitənin miqdarına əsasən məhkumun həmin maddələri məhz satış məqsədilə əldə etməsi barədə gəldiyi nəticə keyfiyyətli məhkəmə araşdırmasının nəticəsi kimi qəbul edilə bilməz. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum əməli Azərbaycan R espublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həl li üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızd ır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-170/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-170/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver