Məhkəmə qərarları › İş №1(102)-170/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-170/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-170/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Məhkum3, Məhkum1 və Məhkum2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müd afiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Mahmudov (sədrlik edən və məruzəçi), Elmin Rüstəmov və Xəqani Səmədov) 09 mart 2022-ci il tarixli, 1(100)-28/2022 nömrəli hökmü ilə 18 aprel 1965-ci ildə Daşkəsən rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olan və kənddə yaşayan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinməklə, ona CM-in 311.3.2 və 311.3.3-cü ma ddələri ilə 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 308.2 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cəza təyin edilməmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2021-ci il tarixdən hesablanmış, 28 avqust 1963-cü ildə Daşkəsən rayonu, Qaraqollar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə verilmiş itti ham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, CM-in 308.2 və 313cü maddələri ilə təqsirli bilinməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı ona həmin maddələrlə cəza təyin edilməmiş, xx xxxxxx 1973-cü ildə Daşkəsən rayonu, Dardərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin mütəxəssisi (inspektoru) vəzifəsində işləmiş, ünvan 2 ünvanda yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, CM-in 308.2 və 313cü maddələri ilə təqsirli bilinməklə, cinayət məsuliy yətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı ona həmin maddələrlə cəza təyin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum3 17 dekabr 2004-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərində Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinə üzv və bələdiyyə üzvlərinin ümumi yığıncağının 1 nömrəli protokoluna əsasən həmin bələdiyyənin sədri seçilməklə, 23 dekabr 2009-cu il və 23 dekabr 2014-cü il tarixlərdə keçirilən bələdiyyə seçkilərində də həmin bələdiyyənin üzvü və bələdiyyə üzvlərinin ümumi yığıncağının protokollarına əsasən sədri seçilməklə həmin vəzifədə işləyərkən “Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999-cu il tarixli 698-İQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik etmək, yerli əhaliyə xidmət, iqt isadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə iclasının qərarına əsasən təyin etmək, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarını çağırmaq, bələdiyyə qərarlarının icrasını təmin etmək, yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmək, əmr və sərəncamlar vermək, bələdiyyə adından rəsmi sənədləri imzalamaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni “Bələdiyyələrin statusu haqq ında” Qanununun 48-ci maddəsinin İ hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinə, eləcə də, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rə yi alındıqdan sonra bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməsinə baxmayaraq həmin tələblərə əməl edilmədən faktiki olaraq dövlət ehtiyat fonduna aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,27 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 4.0.8-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətindən torpaq alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərar qəbul olunmadan həmin sahənin 0,12 ha hissəsinin Şahid2, 0,12 ha hissəsinin sonuncunun arvadı X11, 0,03 ha hissəsinin isə Şahid2 atası X5 hərracdan kənar, müqavilə (akt) əsasında satılması müqabilində 2010-cu ilin dekabr ayında, istintaql a dəqiq müəyyən edilməyən gündə Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində aralarında baş tutan danışıq zamanı özü üçün birbaşa yolla şəxsən Şahid2 19.500 manat məbləğində külli miqdarda maddi neməti-pul vəsaitini rüşvət qismində istəyərək 2010-cu ilin dekabr ayında cəmi 19.500 manat pul vəsaitini iki dəfəyə ünvan 3 ünvanında yerləşən Şahid2 məxsus kafedə sonuncudan özü üçün birbaşa yolla şəxsən rüşvət qismində aldıqdan sonra, edəcəyi qanunsuz hərəkətin icrası ilə əlaqədar onun tamah niyyəti ilə əhatə olunmayan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləmiş tanışı Məhkum1 və həmin şöbənin mütəxəssisi (inspektor) vəzifəsində işləmiş tanışı Məhkum2 şəxsi niyyətləri ilə həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ilin dekab r ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddətdə Məhkum2 həmin şöbənin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rəsmi sənədlər olan bələdiyyə üzvlərinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolundan Şahid2, Çinarə Aslanova və Sədrəddin Qurbanova torpaq sahəsinin ayrılması barədə 4 nüsxədə ümumilikdə 12 ədəd çıxarışları və bu barədə 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli 4 nüsxədə ümumilikdə 12 ədəd bələdiyyə qərarlarını faktiki olaraq köhnə tarixə, yəni 31 oktyabr 2007-ci ildə tərtib edilməsi görüntüsü yaratmaqla məzmununa həmin torpaq sahəsinin Şahid2 və onun qeyd edilən ailə üzvlərinə satılması barədə bələdiyyə üzvlərinin ümumi razılığa gəlməsinə dair bilə-bilə yalan məlumatları daxil etməsindən sonra həmin rəsmi sənədləri tamah v ə sair şəxsi niyyətlə şəxsən öz imzası və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq edib, Məhkum2 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddət ərzində həmin şöbənin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında müvafiq torpaq sahələrinin adları qeyd edilən şəxslərə satılması barədə hüquq verən rəsmi sənədlər olan 4 nüsxədə ümumilikdə 12 ədəd 1966, 1981, 2103 nömrəli torpaq alqı-satqısına dair aktlara həmin aktların guya köhnə tarixdə, yəni 30 noyabr 2007-ci ildə tərtib edilməsi, habelə qeyd edilən torpaq sahələrinin Xoşbulaq bələdiyyəsinin ərazisinə aid olması barədə bilə-bilə yalan məlumatları, bundan başqa torpaq sahəsinin mülkiyyət formasına dair 3 nüsxədə ümumilikdə 12 arayışa hər üç torpaq sahəsinin bələdiyyə mülk iyyətinə aid olması barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edib təqdim etməsindən sonra Məhkum1 tərəfindən həmin sənədlər imzalanıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq edildikdən sonra 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddətdə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində tamah niyyəti ilə rəsmi sənədlər olan 31 oktyabr 2007-ci il tarixli 612279, 36779, 367727 nömrəli ümumilikdə 3 ədəd qəbzin məzmununa 0,12 ha torpaq sahəsinin Şahid2, 0,12 ha torpaq sahəsinin sonuncunun arvadı X11, 0,03 ha torpaq sahəsinin isə Şahid2 atası X2 müqabilində sonuncular tərəfindən guya bələdiyyə büdcəsinə köhnə tarixdə - 31 oktyabr 2007-ci il tarixdə ümumilikdə 178,2 manat məbləğində ödənişlərin edilməsi barəd ə biləbilə yalan məlumatları daxil edərək, eləcə də məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlər olan 1966, 1981, 2103 nömrəli torpaq alqı-satqı aktlarını tamah və sair şəxsi niyyətlə şəxsən öz imzası və xidməti istifadəsində olan Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq etməklə Məhkum1 və Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə torpaq üzərində hüquqların mühafizəsinə dair verilən təminatla əlaqədar dövlətin qanunla qorunan mənafelərinə Məhkum1 və Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni “Bələdiyyələrin statusu haqqında” Qanununun 48-ci maddəsinin İ hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinə, eləcə də, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəs ini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi alındıqdan sonra bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməsinə baxmayaraq həmin tələblərə əməl edilmədən faktiki olaraq dövlət ehtiyat fonduna aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,12 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 4.0.8-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətindən torpaq alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərar qəbul olunmadan Şahid1 hərracdan kənar, müqavilə (akt) əsasında satılması müqabilində 2014-cü ilin mart ayı ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixdə Daşkəsən şəhərində yerləşən kafelərdən birində aralarında baş tutan danışıq zamanı özü üçün birbaşa yolla şəxsən Şahid1 maddi nemət olan həmin dövrün rəsmi məzənnəsi ilə 8.471,52 manat təşkil edən 10.800 ABŞ dolları məbləğində külli miqdarda maddi nemət olan pul vəsaitini rüşvət qismində təkrarən istəyərək, həmin niyyətlə 2014-cü ilin mart ayı ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə Daşkəsən şəhəri ərazisində yerləşən kafelərdən birində iki dəfəyə olmaqla maddi nemət olan külli miqdarda, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 5.883 manat təşkil edən 7.500 ABŞ dolları məbləğində pul vəsaitini özü üçün birbaş a yolla şəxsən rüşvət qismində təkrarən Şahid1 aldıqdan sonra, edəcəyi qanunsuz hərəkətin icrası üçün 2014-cü ilin mart ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin cinayətin törədilməsinə məsləhət və məlumatları ilə yardım etməklə, habelə rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları əlyazma ilə əlavə edərək maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə onun tamah niyyəti ilə əhatə olunmayan Məhkum1 və Məhkum2 şəxsi niyyətləri ilə həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərində istintaqla dəqiq müəyyən edilməyən yerdə şəxsiyyəti istintaqla müəyyən edilməyən həmin şəxs tərəfindən hüquq verən rəsmi sənədlər olan müvafiq torpaq sahəsinin Şahid1 satılması barədə 17 sentyabr 2007-ci il tarixli 460 nömrəli 01 nüsxədə 01 ədəd torpaq alqı-satqısına dair akta həmin aktın guya köhnə tarixdə, yəni 17 sentyabr 2007-ci il tarixdə tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində 460 nömrəsi ilə qeydə alınması, habelə həmin akta sözügedən torpaq sahəsinin satılması müqabilində Şahid1 tərəfindən "xxxx" ASC-nin Daşkəsən rayon filialının **********0 saylı hesabına 79,2 manat pul ödənilməsi, eləcə də, torpaq sahəsinin mülkiyyət formasına dair 01 nüsxədə 01 ədəd arayışa Şahid1 satılacaq torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə biləbilə yalan məlumatları tamah və sair şəxsi niyyətlə daxil edildikdən sonra Məhkum1 və Məhkum2la məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş sənədlər olan 17 sentyabr 2007-ci il tarix li 460 nömrəli 01 nüsxədə 01 ədəd aktın özü və Məhkum1 tərəfindən, 01 nüsxədə 01 ədəd arayışın isə Məhkum1 və Məhkum2 tərəfindən 2014-cü ilin mart ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən inzibati binada imzalanıb, eləcə də arayışın yalnız Məhkum1 tərəfindən, altın isə özü və Məhkum1 tərəfindən müvafiq olaraq Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin və DTXK-nin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq olunması ilə qeyrisinin köməkçiliyi ilə Məhkum1 və Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə torpaq üzərində hüquqların mühafizəsinə dair verilən təminatla əlaqədar dövlətin qanunla qorunan mənafelərinə Məhkum1 və Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkum1 7 sentyabr 2001-ci il tarixdən 5 fevral 2015-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnaməyə əsasən, dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata keçirilməsi üzrə işlər və tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi, torpaq, geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəza rətin həyata keçirilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtib edilməsi və onların həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verilməsi və digər səlahiyyətlərə malik, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etməkdən ibarət təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul rəhbər vəzifəli şəxs kimi tanışı Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş və “Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999cu il tarixli Qanununa əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik etmək, yerli əhaliyə xidmə t, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə iclasının qərarına əsasən təyin etmək, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarını çağırmaq, bələdiyyə qərarlarının icrasını təmin etmək, yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmək, əmr və sərəncamlar vermək, bələdiyyə adından rəsmi sənədləri imzalamaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs Məhkum3 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi biləbilə qanunsuz hərəkətə, yəni “Bələdiyyələrin statusu haqqında” Qanununun 48-ci maddəsinin İ hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinə, eləcə də, 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi alındıqdan sonra bəl ədiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməsinə baxmayaraq həmin tələblərə əməl edilmədən faktiki olaraq dövlət ehtiyat fonduna aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,27 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 4.0.8-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətindən torpaq alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərar qəbul olunmadan həmin sahənin 0,12 ha hissəsinin Şahid2, 0,12 ha hissəsinin sonuncunun arvadı X11, 0,03 ha hissəsinin isə Şahid2 atası X5 hərracdan kənar, müqavilə (akt) əsasında satılması müqabilində 2010-cu ilin dekabr ayında, istintaqla dəqiq müəyyən edilməyən gündə Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində Məhkum3 özü üçün birbaşa yolla Şahid2 19.500 manat məbləğində külli miqdarda maddi neməti-pul vəsaitini rüşvət qismində istəyərək 2010-cu ilin dekabr ayında cəmi 19.500 manat pul vəsaitini iki dəfəyə ünvan 3 ünvanında yerləşən Şahid2 məxsus kafedə sonuncudan özü üçün birbaşa yolla rüşvət qismində aldıqdan sonra, Məhkum3 edəcəyi qanunsuz hərəkətin icrası ilə əlaqədar onun tamah niyyəti ilə əhatə olunmayan Məhkum3 və işlədiyi həmin şöbənin mütəxəssisi (inspektoru) vəzifəsində işləmiş Məhkum2 ilə şəxsi niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddətdə Məhkum2 həmin şöbənin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında rəsmi sənədlər olan bələdiyyə üzvlərinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolundan Şahid2, Çinarə Aslanova və Sədrəddin Qurbanova torpaq sahəsinin ayrılması barədə 4 nüsxədə ümumilikdə 12 ədəd çıxarışları və bu barədə 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli 4 nüsxədə ümumilikdə 12 ədəd bələdiyyə qərarlarını faktiki olaraq köhnə tarixə, yəni 31 oktyabr 2007-ci ildə tərtib edilməsi görüntüsü yaratmaqla məzmununa həmin torpaq sahəsinin Şahid2 və onun qeyd edilən ailə üzvlərinə satılması barədə bələdiyyə üzvlərinin ümumi razılığa gəlməsinə dair bilə-bilə yalan məlumatları daxil etməsindən və həmin rəsmi sənədləri Məhkum3 tamah niyyətilə şəxsən öz imzası və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq etməsindən sonra Məhkum2 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvv əllərinə qədər olan müddət ərzində həmin şöbənin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında müvafiq torpaq sahələrinin adları qeyd edilən şəxslərə satılması barədə hüquq verən rəsmi sənədlər olan 4 nüsxədə ümumilikdə 12 ədəd 1966, 1981, 2103 nömrəli torpaq alqı-satqısına dair aktlara həmin aktların guya köhnə tarixdə, yəni 30 noyabr 2007-ci ildə tərtib edilməsi, habelə qeyd edilən torpaq sahələrinin Xoşbulaq bələdiyyəsinin ərazisinə aid olması barədə bilə-bilə yalan məlumatları, bundan başqa torpaq sahəsinin mülkiyyət formasına dair 3 nüsxədə, ümumilikdə 12 arayışa hər üç torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə bilə-bilə yalan məlumatları şəxsi niyyətlə daxil edib təqdim etməsi və məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş 4 nüsxədə 12 ədəd t orpaq alqı-satqısına dair aktları habelə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş torpaq sahəsinin mülkiyyət formasına dair 3 nüsxədə ümumilikdə 12 arayışı şəxsən imzalayıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq etməsindən sonra Məhkum3 2010-cu ilin dekabr ayından 2011-ci ilin may ayının əvvəllərinə qədər olan müddətdə Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində tamah niyyəti ilə rəsmi sənədlər olan 31 oktyabr 2007-ci il tarixli 612279, 36779, 367727 nömrəli ümumilikdə 3 ədəd qəbzin məzmununa 0,12 ha torpaq sahəsinin Şahid2, 0,12 ha torpaq sahəsinin sonuncunun arvadı X11, 0,03 ha torpaq sahəsinin isə Şahid2 atası X2 müqabilində sonuncular tərəfindən guya bələdiyyə büdcəsinə köhnə tarixdə - 31 oktyabr 2007-ci il tarixdə ümumilikdə 178,2 m anat məbləğində ödənişlərin edilməsi barədə bilə-bilə yalan məlumatları daxil edərək, eləcə də məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlər olan 1966, 1981, 2103 nömrəli torpaq alqı-satqı aktlarını şəxsən öz imzası və xidməti istifadəsində olan Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq etmiş Məhkum3 və Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə torpaq üzərində hüquqların mühafizəsinə dair verilən təminatla əlaqədar dövlətin qanunla qorunan mənafelərinə Məhkum3 və Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində şəxsi niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs Məhkum3 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi biləbilə qanunsuz hərəkətə, yəni “Bələdiyyələrin statusu haqqında” Qanununun 48-ci maddəsinin İ hissəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinə, eləcə də, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərr acları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi alındıqdan sonra bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməsinə baxmayaraq həmin tələblərə əməl edilmədən faktiki olaraq dövlət ehtiyat fonduna aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,12 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”Qanununun 4.0.8-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətindən torpaq alınması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilməsi barədə müvafiq qərar qəbul olunmadan Şahid1 hərracdan kənar, müqavilə (akt) əsasında satılması müqabilində 2014-cü ilin mart ayı ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixdə Daşkəsən şəhərində yerləşən kafelərdən birində Məhkum3 özü üçün birbaşa yolla Şahid1 maddi nemət olan həmin dövrün rəsmi məzənnəsi ilə 8.471,52 manat təşkil edən 10.800 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini rüşvət qismində təkrarən istəyərək, həmin niyyətlə 2014-cü ilin mart ayı ərzində Daşkəsən şəhəri ərazisində yerləşən kafelərdən birində iki dəfəyə olmaqla maddi nemət olan külli miqdarda, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 5.883 manat təşkil edən 7.500 ABŞ dolları məbləğində pul vəsaitini özü üçün birbaşa yolla rüşvət qismində təkrarən Şahid1 aldıqdan sonra Məhkum3 edəcəyi qanunsuz hərəkətin icrası üçün 2014-cü ilin mart ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin cinayətin törədilməsinə məsləhət və məlumatları ilə yardım etməklə, habelə rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları əlyazma ilə əlavə edərək maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərində istintaqla dəqiq müəyyən edilməyən yerdə şəxsiyyəti istintaqla müəyyən edilməyən həmin şəxs tərəfindən hüquq verən rəsmi sənədlər olan müvafiq torpaq sahəsinin Şahid1 satılması barədə 17 sentyabr 2007-ci il tarixli 460 nömrəli 01 nüsxədə 01 ədəd torpaq alqı-satqısına dair akta həmin aktın guya köhnə tarixdə, yəni 17 sentyabr 2007-ci il tarixdə tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində 460 nömrəsi ilə qeydə alınması, habelə həmin akta sözügedən torpaq sahəsinin satılması müqabilində Şahid1 tərəfindən "xxxx" ASC-nin Daşkəsən rayon filialının **********0 saylı hesabına 79,2 manat pul ödənilməsi, eləcə də, torpaq sahəsinin mülkiyyət formasına dair 01 nüsxədə 01 ədəd arayışa Şahid1 satılacaq torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə bilə-bilə yalan məlumatları Məhkum3 tamah niyyəti ilə əhatə olunmayan şəxsi niyyətlə daxil edildikdən sonra qabaqcadan əlbir olduğu Məhkum3 və Məhkum2la məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş sənədlər olan 17 sentyabr 2007-ci il tarixli 460 nömrəli 01 nüsxədə 01 ədəd aktın özü və Məhkum3 tərəfindən, 01 nüsxədə 01 ədəd arayışın isə özü, Məhkum3 və Məhkum2 tərəfindən 2 014-cü ilin mart ayından 2016-cı ilin yanvar ayınadək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən inzibati binada imzalanıb, eləcə də hər iki sənədin özü və Məhkum3 tərəfindən müvafiq olaraq Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq olunması ilə qeyrisinin köməkçiliyi ilə Məhkum3 və Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, qeyd edilən hərəkətləri ilə torpaq üzərində hüquqların mühafizəsinə dair verilən təminatla əlaqədar dövlətin qanunla qorunan mənafelərinə Məhkum3 və Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində şəxsi niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Gəncə Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Çingiz Məmmədov (sədrlik edən və məruzəçi), X18 Xasməmmədov) 28 iyun 2022-ci il tarixli, 1(104)-315/2022 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum3 aid hissədə dəyişdirilmiş, Məhkum3 təqsirli bilindiyi CM-in 311.3.2 və 311.3.3-cü maddələrinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının növündə cəzanın iki günü hesabı ilə Məhkum3 həbsdə saxlanıldığı 1 (bir) il 4 (dörd) ay 27 (iyirm i yeddi) gün müddəti 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum3 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarı Məhkum3 Azərbaycan Respublikası CM-in 311.3.2 və 311.3.3-cü maddəsi ilə t əqsirli bilinməsinə dair hissədə ləğv edilməsi və onun barəsində təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına və məhkəmələrin qənaətinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsini almaq istəyən şəxsin rəsmi müraciəti əsasında sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq Daşkəsən rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi alındıqdan sonra bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməsinə baxmayaraq həmin tələblərə əməl ed ilmədən faktiki olaraq dövlət ehtiyat fonduna aid olmaqla dövlət mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən torpaq sahələri Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmadan qanunsuz olaraq şəxslərə ayrılmışdır. Göründüyü kimi, qeyd edilən torpaq sahələrinin ayrılması ilə bağlı mövcud qanunvericiliyin qaydaları pozulmaqla, faktiki olaraq köhnə tarixə yəni 2017-ci ilə aid sənədlər tərtib edilmişdir. Buda məhkəmənin, həmin torpaq sahələrinin ayrılması müqabilində Məhkum3 almış olduğu rüşvəti qabaqcadan əlbir olan bir qrup şəxs halında almaması nəticəsinə düzgün gəlməməsini göstərir. Belə ki, iş üzrə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 da həmin torpaq sahəsi ilə müvafiq sənədləri köhnə tarixə qanunvericiliyin tələblərinə zidd olaraq tərtib etməsi onların əməllərinin vahid niyyəti ilə əhatə olunduğu, yəni məhz Məhkum3 tərəfindən alınmış rüşvət müqabilində əvvəlcədən razılaşma əsasında törədilməsinə dəlalət edir. Qeyd olunan təqsirləndirilən şəxsin əməllərində yalnız vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı əməllərinin tərkib əlamətlərinin olmasını istisna edir. Məhkəmələr tərəfindən istintaq zamanı dindirilmiş şəxslər ifadələrində torpaq sahəsinin ayrılması ilə bağlı Məhkum1 və Məhkum2 pul və ya hər hansı maddi nemət vermədiklərini və belə vədə görə razılaşmadıqlarını, onları tanımadıqlarını əsas götürülmüşdür. Lakin, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 istintaq zamanı verdikləri ifadələrində göstərmişdirlər ki, Məhkum3 aldığı pul müqabilində onlara torpaq sahəsinin ayrılması və xüsusi mü lkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müvafiq sənədləri təqdim edəcəyini əvvəlcədən söz vermişdir. Eyni zamanda Məhkum3 istədiyi pulun çox hissəsini əvvəldən, qalan hissəsini isə müvafiq sənədləri təqdim etdikdən sonra verəcəkləri barədə Məhkum3lə razılaşmışlar. Həm ibtidai istintaq, həm də məhkəmə istintaq zamanı iş üzrə təqsirləndirilən şəxslər Məhkum3, Məhkum1 və Məhkum2 özlərini təqsirliyi bilməyərək, işin faktiki halları ilə bağlı məntiqsiz, ağlabatan olmayan və bir-birinə zidd ifadələr vermişlər. Məhkum3 istintaq zamanı verdiyi ifadəsində sözü gedən torpaq sahəsi ilə bağlı sənədlərə Məhkum1 tərəfindən həmin sənədlərin verilməsi ilə bağlı imza etdiyini, Məhkum2 Məhkum1 tapşırığı ilə həmin torpaq sahələrinə baxış keçirmədiyini və müvafiq sənədlə ri tərtib etdiyini bildirmişdir. Məhkum1 isə Məhkum2 belə göstəriş vermədiyini, sonuncu tərəfindən tərtib edilmiş sənədləri yoxlamadan imza etdiyini bildirmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş DTXK-nin Daşkəsən rayon şöbəsinin sabiq əməkdaşları X12, X6 və X7 ifadələrində bələdiyyə tərəfindən ayrılan torpaq sahələri ilə bağlı sənədləri tərtib etmədiklərini, habelə Şahid1, Şahid2, Çinarə Aslanova və Sədrəddin Qurbanova torpaq sahəsinin ayrılması barədə sənədlərdə, əlyazma ilə yazılan hissələrdəki yazı nümunələrinin onlara aid olmadığını bildirmişdirlər. Həmin xüsusat iş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasına dair 08 yanvar 2021-ci il tarixli 4/1163 nömrəli rəyi ilə də öz təsdiqini tapmışdır. Bundan başqa yuxarıda qeyd edilən işin faktiki hallarından görü ndüyü kimi, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olması şübhəli hal deyil, onların əməlləri məhz qabaqcadan ümumi niyyət və məqsədə uyğun olaraq maddi maraq qarşılığında qanunvericiliyin tələblərinə zidd olaraq torpaq sahəsinin ayrılması olmuşdur. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, ümumi razılaşmaya əsasən Rasim Məmmədov tərəfindən torpaq sahəsinin alınması ilə bağlı rüşvət qismində pul alınması və müvafiq sənədləri təqdim edəcəyi ilə bağlı vəd verməsi, bir qrup şəxsin ümumi niyyəti və məqsədi ilə əhatə olunmuş, belə olan halda, rüşvət verən şəxslərin digər qrupun üzvlərini tanıyıbtanımaması, onların rüşvət alınmasında bilavasitə iştirak edib-etməməsi heç bir əhəmiyyət kəsb etməmişdir. Bununla yanaşı, iş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilmiş Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, X4, X8 və Şahid2 sahibliyində olan torpaq sahəsinə dair **********1118 nömrəli, **********1211və **********1053 nömrəli sahibliyində olan nömrəli plan və ölçü plan və ölçü sənədi tərtib edilmiş, **********1118 nömrəli torpaq sahəsinin plan və ölçüsü dövlət kadastr kitabında xx.xx.2012-ci il tarixdə qeydə alınması göstərilmiş, **********1053 nömrəli torpaq sahəsinin plan və ölçüsündə isə qeydə alınma tarixi qeyd edilməmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********12 nömrəli məktub və ona əlavə edilən sənədlərdən görünür ki, Şahid1 iddia etdiyi 0,12 ha torpaq sahəsi X9, Şahid2 və X1 olan plan və ölçü sən ədlərinin koordinatları Dövlət Ehtiyat Fonduna aid torpaq sahəsinə düşür. Göründüyü kimi, Məhkum3 rüşvət müqabilində qeyd edilən torpaq sahəsinin ayrılması ilə bağlı rəsmi sənədləri tamah niyyəti ilə şəxsən öz imzası və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin möhürü ilə təsdiq etmiş və Məhkum1 tərəfindən həmin sənədlər imzalanıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin möhürü ilə təsdiq edilmiş, bundan sonra həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə əlaqədar Məhkum1 tərəfindən yuxarıda qeyd edilən torpaq sahəsinin plan və ölçüsü tərtib edilməsi təmin edilmişdir. Həmçinin, yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, ayrılmış torpaq sahələrinə dair sənədlərinin faktiki olaraq köhnə tarix ə tərtib edilməsi və həmin torpaq sahəsinin bələdiyyə ehtiyat fonduna aid olmaması səbəblərindən həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı Məhkum3 Şahid2 və Şahid1 vermiş olduğu vədini yerinə yetirə bilməmişdir. Eyni zamanda, CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Belə ki, əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq c inayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. Göründüyü kimi, Məhkum3, Məhkum1 və Məhkum2 qabaqcadan cinayətkar əlaqəyə girərək, aralarında ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib məlum cinayət əməllərini törətmişlər. Bundan başqa, məhkəmə tərəfindən Məhkum1 və Məhkum2 şəxsi niyyətləri ilə Məhkum3lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə saxtarkarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi qənaətinə gəlinsə də, lakin, şəxsi niyyətin nədən ibarət olması və cinayətin törədilmə motivi ilə bağlı hökmdə hər hansı əsaslandırlma aparılmamışdır. Təqsiləndirilən şəxsə verilmiş ittihamda onlar tərəfindən cinayət əmələrinin tamah niyyəti törədilməsi göstərilsə də, məhkəmə hökmündə tamah motivinin istisna edən hər hansı bir hala istinad edilməmiş, ittihamı əsaslandıran sübutların rədd edilməsi motivləri göstərilməmişdir. Həmçinin, məhkəmə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərinin törədilməsi ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərin qabaqcadan razılığa gəlmələri qənaətinə gəlinsə də, rüşvət alma cinayəti ilə bağlı qabaqcadan razılaşmanı istisna edilməsi ilə bağlı ziddiyyətli, ağlabatan olmayan ümumilikdə bir-birini təkzib edən qiymətləndirmə aparılmışdır. Beləliklə, məhkəmələr tərəfindən bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsir ləndirilən şəxslərin özünümüdafiə xarakterli, digər sübutlarla və işin faktiki halları ilə təkzib olunan ifadələrinə və məhkəmənin özünün subyektiv mülahizələrinə əsaslanaraq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alınması ilə bağlı əməldə təqsirliliyinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə gəlməklə səhvə yol verilmiş və əsassız olaraq bəraət verilmişdir. Sadalananlar bir daha qeyd etməyə əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxslər Məhkum3, Məhkum1 və Məhkum2 cinayət əməllərinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onlar tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını, nəzərə almamış, nəticə etibarilə bəraət verib məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Bundan ba şqa, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Məhkum3 təqsirli bilindiyi CM-in 311.3.2 və 311.3.3.-cü maddələrinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesabı ilə Məhkum3 həbsdə saxlanıldığı 1 (bir) il 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddəti 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə kollegiyas ı Məhkum3 şəxsiyyətini, ailə vəziyyətini, səhhətini və apellyasiya məhkəməsinin iclaslarındakı davranışını nəzərə alaraq, işdə olan yüngülləşdirici hallar məhkuma təqsirli bilindiyi CM-in 311..3.2 və 311.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül növdə cəza təyin edilməsinə əsas verir qənaətinə gəlmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş Daşkəsən rayon icra hakimiyyəti başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məhkum3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə bu sahədə olan məhkəmə təcrübəsini nəinki nəzərə almamış, hətta ona zidd qərar qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Sözsüz ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cəzadan yüngül cəza verilməsi cə zanın məqsədlərini təmin edə bilməz. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsə istinad edilən cinayət ağır olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmiş, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməmiş, onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün ümumiyyətlə heç bir əsas olmamışdır. Məhkəmə də qərarda həmin normanın tətbiq etməsinin zəruriliyi və qanuniliyini əsaslandırmamış, Məhkum3 əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ailədə yeganə qazanc gətirən şəxs olması və xəstəliyi ilə əlaqədar çətinliklə hərəkət etməsi kimi halları sadalamaqla CM-in 62-ci maddəsinin tətbiqinin əsaslı olması görüntüsünü yaratmağa çalışmışdır. Məhkəmənin Məhkum3 təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, ona yüng ül cəza növünün təyin edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum3 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum3 Azərbaycan Respublikası CM-in 311.3.2-ci və 311.3.3-cü maddələri ilə təqsirli bilinməsinə dair hissədə əsassız olduğundan ləğv edilməlidir. Məhkum3 əməlində Azərbaycan Respublikası CM-in 311.3.2-ci və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş tərkib əlamətləri olmadığ ı üçün və həmin maddələr ilə Məhkum3 təqsirliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Belə ki, Məhkum3 tərəfindən 2010-cu ilin dekabr ayında və təkrarən 2014-cü ilin mart ayında bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinin ayrılması ilə bağlı faktiki olaraq köhnə yəni 2007-ci il tarixə aid olan saxta hüquq müəyyən edici sənədlər tərtib edilməklə torpaq sahələri X11, Şahid2, X5 və Şahid1 ayrılmasını təsdiq edən cinayət işi materiallarında heç bir mötəbər sübutlar olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 12 aprel 2021-ci il tarixli, **********13 saylı məktubundan görünür ki, h əqiqətən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin 2007-ci il tarixə aid "Torpaq alqısatqısı aktlarının qeydiyyatı" kitabının 1981 saylı sətrində X5 Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolu və qərarına əsasən Daşkəsən rayon Xoşbulaq kəndində 0,03 ha torpaq sahəsinin, həmin kitabın 1966 saylı sətrində Şahid2 Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolu və qərarına əsasən Daşkəsən rayon, Xoşbulaq kəndində 0,12 ha torpaq sahəsinin və həmin kitabın 2103 saylı sətrində Aslanova (Qurbanova) Çinarə Adil qızına Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolu və qərarına əsasən Daşkəsən rayonu, Xoşbulaq kəndində 0,12 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. Qeyd edilən torpaq sahələrinin ayrılması ilə bağlı 2007-ci il tarixə aid qanunvericiliyin qaydaları pozulmamışdır. Vətəndaşların adlarına tərtib edilmiş sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin 2007-ci il tarixə aid "Torpaq alqısatqısı aktlarının qeydiyyatı" kitabında qeydiyyata alınmaqla həmin tarixdə vətəndaşlara verilmişdir. Belə olan halda Şahid2 verdiyi ifadəsi guya 2010-cu il tarixdə Məhkum3 19.500 manat məbləğində pul verməklə sonuncudan özünün və yaxın qohumlarının adlarına köhnə tarixə tərtib edilmiş torpaq sahəsinin ayrılmasına dair sənədlər alması gülünc olduğu qədər absurddur. Eyni zamanda Şahid2 bu ifadəsini təsdiq edə biləcək iş materiallarında heç bir mötəbər sübut növü yoxdur. Bundan başqa, Məhku m3 2014-cü ilin mart ayında Şahid1 10.800 ABŞ dolları məbləğində pul alaraq ona bilə-bilə Dövlət mülkiyyətində olan torpaq sahəsinin ayrılması barədə sənədlərin verdiyinə dair ifadəsi də gülünc olduğu qədər absurddur. Belə ki, Şahid1 tərəfindən istintaqa təqdim edilmiş Xoşbulaq bələdiyyəsi tərəfindən verilməli olan sənədlərdən yalnız biri, torpağın alqı-satqısı barədə xx.xx.2007-ci il tarixli 460 qeydiyyat nömrəli akt imzalı və möhürlüdür. Digər sənədlər isə xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı və eyni tarixli və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarış imzasız və möhürsüzdür. Əgər Məhkum3 həqiqətən Elvindən pul almış olsaydı, onda Xoşbulaq bələdiyyəsinə aid bütün sənədləri imzalayaraq möhürləyərdi. Bundan başqa Şahid1 tərəfindən ibtidai istintaqa təqdim e dilmiş, onunla Məhkum3 arasında aparılmış telefon danışıqlarına dair səs yazısı olan CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, onlar arasında pul barəsində heç bir söhbət olmamışdır. X17 pul vermiş olsaydı, onda səs yazısı ilə telefon danışıqları aparıldığı zaman həmin pulun qaytarmasını tələb edərdi və ya pul barəsində hər hansı bir söhbət edərdi. Hansı ki, Elvin məqsədyönlü şəkildə və bilərəkdən bu səs yazısını yazdırmışdı. Həmçinin Şahid1 tərəfindən istintaqa təqdim edilmiş Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı və eyni tarixli və nömrəli bələdiyyə üzvlərinin ümumi iclasının protokolundan çıxarış imzasız və möhürsüz olduğu üçün sübut növü kimi istifadə edilə bilməz və CPM-in tələblərinə uyğun olaraq sübutlar siyahısından çıxarılmalıdır. Məhk əmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarı Məhkum3 cəza təyin edilməsi hissəsində ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdi yindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum3 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmiş, Məhkum3 hazırkı cinayət işində təqsirli bilindiyi CM-in 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsinə görə barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda əsassız və qanunsuz olaraq onun barəs ində ittiham hökmü çıxarmışlar. Dövlət ittihamçısı2 kassasiya protestinin başlıca dəlili Məhkum3 ittihamından Azərbaycan Respublikası CM-in 311.3.1-ci maddəsinin çıxarılması, məhkumlar Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittihamının Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə olan hissəsinə bəraət verilməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin (məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə olan ittiham üzrə) dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirlən dirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna i sə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci və apellyasiya instansiyası məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib və onlara qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqa yisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tədqiq olunmuş iş materiallarından, birinci və apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarından görünür ki, məhkumların təqsirli bilindikləri cinayət əməlləri birinci instansiya məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyləri v ə digər iş materialları ilə tam sübuta yetirilmiş, məhkəmə tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumlar Məhkum3, Məhkum1 və Məhkum2 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Məhkum3 Azərbaycan Respublikası CM-in 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə ta m əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkumlar Məhkum3, Məhkum1 və Məhkum2 öz ifadələrində göstərmişlər k i, onlar qabaqcadan əlbir olaraq rüşvət almamış, həmin cinayət əməli törətməmişlər. İttiham tərəfi məhkumların qabaqcadan əlbir olaraq rüşvət alma cinayəti törətməsini təsdiq edən heç bir sübut təqdim etməmiş, cinayət işinin hallarından irəli gələn ehtimallar əsasında məhkumların həmin cinayətin törədilməsində təqsirli olmaları barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Yuxarıda qeyd edilən qanun normalarına əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkəmələr Məhkum3 ittihamından CM-in 311.3.1-ci maddəsinin çıxarılması, məhkumlar Məhkum1 və Məhkum2 sübuta yetirilməməsi əsası ilə CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə bəraət verilməsi əsaslı və qanun tələblərinə uyğun olmuş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, Məhkum3 məhkəmə istintaqı zamanı ona elan olunmuş it tihamda özünü qismən təqsirli bilsə də, ona hökmün təsviri hissəsində göstərilən Azərbaycan Respublikası CM-in 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkumun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri ilə, baxış keçiriləsi haqqında protokollar ilə, məhkəmə ekspertiza rəyləri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində Məhkum3 bəraət verilməli olduğu iddia olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum3 bəraət verilməsinə əsas verən ha llar iş üzrə mövcud deyildir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum3 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası həmin sübutların məcmusunun Məhkum3 əməlində Azərbaycan Respublikası CM-in 308.2, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə, məhkumlar Məhkum1 və Məhkum2 Azərbayca n Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin olmasını müəyyən etmək üçün kifayət olmasına dair məhkəmələrin gəldiyi nəticəni də əsaslı hesab edir. Odur ki, məhkumların yuxarıda qeyd olunan maddələr üzrə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, kobud qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası ka ssasiya şikayətinin bu dəlilini əsassız sayır. Kassasiya şikayətində cinayət və cinayət-prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Odur ki, Məhkum3 bəraət verilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya protestinin digər dəlili kimi dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin məqsədi və motivi, xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan, Məhkum3 barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsidir. Kassasiya kollegiyası kassasiya protestinin qeyd edilən dəlili ilə razılaşaraq hesab edir ki, apellyasiya instans iyası məhkəməsi Məhkum3 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini kifayət qədər əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum3 əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, xəstəliyi ilə əlaqədar çətinliklə hərəkət etməsini nəzərə almış və sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddədə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəza təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə əlaqədar olaraq qeyd edir ki, CM-in 62-ci maddəsinin nəzərdə tutdu ğu hallar sırasına daxil olan əsasların mövcudluğuna deyil, onların müstəsna xarakterə malik olmasından çıxış etməli, yəni həmin halların müstəsnalığını və səbəblərini lazımınca əsaslandırmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumun əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, xəstəliyi ilə əlaqədar çətinliklə hərəkət etməsi kimi hallar məhkumun şəxsiyyətinə aid olan və CM-in 58-ci maddəsinin tələblərinə görə ona cəza təyin edərkən nəzərə alınmalı olan hallardır. Lakin apellyasiya məhkəməsi onları cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hal kimi hesab etməklə haqlı olmamışdır. Belə ki, apellyasiya məhkəməsi Məhkum3 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ailədə ye ganə qazanc gətirən şəxs olması, xəstəliyi ilə əlaqədar çətinliklə hərəkət etməsi ilə əlaqədar halları onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinin hansı səbəbdən və nəyə görə əhəmiyyətli dərəcədə azalmasını göstərməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə kollegiyasının fikrincə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini də nəzərə almamışdır. Belə ki, iş materiallarından göründüyü kimi, Məhkum3 tərəfindən ağır cinayətlər kateqoriyasına aid olan hərəkətlər təkrar və külli miqdarda törədilmişdir. Məhkəmə kollegiyası bildirir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəf indən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum3 barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini əsaslı hesab etmir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum3 cəzasını yüngülləşdirərkən bunun zəruriliyini kifayət qədər əsaslandırmamış, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini düzgün nəzərə almamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza t əyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin Məhkum3 cəza təyin edilməsi ilə əlaqədar dəlili əsaslı olduğundan protest həmin hissədə təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarı Məhkum3 aid hissədə ləğv edilməli və iş həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti qismən təmin edilsin. Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2022-ci il tarixli, 1(104)-315/2022 nömrəli qərarı Məhkum3 cəza təyin edilməsinə dair hissədə ləğv edilsin və cinayət işi Məhkum3 aid hissədə yeni apellyasiya baxışına təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar