Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-170/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-172/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfin dən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1993-cü il tarixdə Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Sabirabad rayonu, Kürkəndi kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 09 sentyabr 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 sentyabr 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilm iş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 24 mart 2022-ci il tarixdə, saat 13:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ olmadan Hacıqabul-Horadiz avtomobil yolunun 45-ci km-də, Sabirabad rayonu Qalaqayın kəndi ərazisində idarə etdiyi “Khazar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 70 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Sabirabad şəhəri istiqamətində 120 km/saat sürətlə idarə etmiş, həmin vaxt qeyd olunan qanunun 36-cı mad dəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, yolun ortasında qoşa bütöv xəttin olmasını və qarşıda eyni istiqamətdə avtomobilin hərəkətdə olmasını nəzərə alaraq, idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin avtomobil ilə təhlükəsiz ara məsafə saxlamaqla öz hərəkət zolağı ilə hərəkətini davam etdirməli, avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, yolun ortasında olan qoşa bütöv xətti kəsməməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda həmin tələbləri pozub, qarşıda eyni istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi “Mercedes Benz E 220” markalı, **UY-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək üçün yolun ortasında olan qoşa bütöv xətti kəsərək avtomobili qarşı sol hərəkət zolağına çıxmış, bu vaxt qarşıdan əks istiqamətdən nəqliyyat vasitəsinin gəldiyini görüb avtomobili öz hərəkət zolağına qaytararkən idarəetməni itirmiş, avtomobilin qabaq sağ hissəsi ilə “Mercedes Benz E220” markalı avtomobilin qabaq sol yan hissəsi toqquşmuş, zərbənin təsirindən idarə etdiyi avtomobil sürüşərək yolun sağ tərəfində səki ilə hərəkət edən, piyada 2007-ci ildə anadan olmuş Sabirabad rayonu Qalaqayın kənd sakini X3 vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Əvəz Mehtiyevin sağ təpə-gicgah sümüklərinin açıq sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, sağ təpə nahiyəsində, ənsə nahiyəsində, sol qulağın xarici dəliyi proyeksiyasında yaralar, sifətin sol yarısında, sol qoltuqaltı xətt üzrə 4-8-ci qabırğa proyeksiyasında, sol kürəkaltı nahiyədə, sol bud çanaq oynağının bayır səthində sıyrıqlar, sol bazunun orta 1/3-də bayır səthdə, sol baldırın aşağı 1/3-də bayır səthdə qançırlar, sol bazu sümüyünün orta 1/3-də qapalı yerdəyişən sınıq, sol qamış və incik sümüklərinin aşağı 1/3-də qapalı yerdəyişən sınıqla müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq, baş beyin toxumasına qansızma nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, belə bir şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, xəsarət alan Əvəz Mehtiyevə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqq ında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-598/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CMnin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66. 4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplamaqla və toplanılmış əlavə cəzanın əsas cəzaya birləşdirilməklə qəti olaraq ona 04 (dörd) il 06 (altı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 mart 2022-ci il tarixdən hesablanması, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin mülki iddiasının təmin edilməsi, maddi zərər kimi 8010,92 (səkkiz min on manat, doxsan iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100,51 (bir yüz manat, əlli bir qəpik) manat məbləğində pul vəsaitinin ondan mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulması hökm edilmiş, həmçinin maddi süb utlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-172/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı ilə şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-598/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, Məhkum onları təkrarlama qla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-172/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi olmadığına görə ona həmin maddə ilə bəraət verilməsini, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təyin edilən cəzanın isə yüngülləşdirilməsini xahiş edir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qan uni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normala rın düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum törətdiyi əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibinin olmadığını, eləcə də Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci m addələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-172/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Re spublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
19. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, məhkum və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin şikayətlərin araşdırması nəticəsində qəbul edilən apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma təmin edilməklə bu dəlillərə bütövlükdə cavablandırma verilmişdir.
20. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
21. Hazırki kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
22. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikas ı CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
24. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.
25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106) -172/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-172/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.