Məhkəmə qərarları › İş №1(102)-1701/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1701/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1701/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və bəraət almış şəxs X iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(105)-55/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X9 tərəfindən verilmiş ka ssasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(060)-282/2022 nömrəli hökmü ilə (hakim: R.E.Xəlilov) XXXXXX ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X6 –Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(105)-55/23 qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) verilmiş apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(060)-282/2022 saylı hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X10 ona görə ittiham olunmuşdur ki, o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,241 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış,xx.xx.2021-ci il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində "Aygün” şadlıq evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,241 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(060)-282/2022 nömrəli, hökmü ilə x2a təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilmiş və o təqsirsiz elan edilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrlə, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, məhkəmələr sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq müstəsna olaraq X2un özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxl amanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci və apellyasiya instansiyası məhkəmələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1- 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd e dir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulm uş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. İşə baxan məhkəmələr belə nəticəyə gəlmişdir ki, X4 şəxsi istehlak miqdarından artıq miqdarda 0,241 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması, sübuta yetirilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi belə nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi birinc i instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişlər. Cinayət təqibi orqanı X4 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlini törətməsinə dair ittihamı həmin şəxsin ibtidai istintaqda verdiyi ilkin etirafedici ifadəsi, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində X2dan metamfetaminin götürülməsinə dair “şəxsi axtarış və götürmə aparılması barədə” 12 noyabr 2021-ci tarixli protokol, həmin tədbir nəticəsində götürülmüş maddi sübutun və X2un barəsində əməliyyataxtarış tədbirinin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələri, eləcə də psixotrop maddənin məhz ona aid olması barədə məlumat yükü daşımayan məhkəmə ekspertizasının rəyi ilə əsaslandırmışdır. Lakin, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən X2 məhkəməyədək icraatda “etirafedici” ifadəni polis əməkdaşlarının qanunsuz təsir və təzyiqlərinə görə verdiyini (o külli miqdarda narkotik vasitəsini gəzdirməsi ilə hədələmiş və o da məcbur olub onların təklifini qəbul), onun üzərində psixotrop maddə aşkar edilməsə də, onların guya Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində keçirilən şəxsi axtarış zamanı aşkar edilib götürülməsini rəsmiləşdirən protokola və digər sənədlərə imza etməyə məcbur edildiyini göstərmişdir. Əslində isə xx.xx.2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvanında həyətdə hamamda olan zaman kiminsə onu çağırdığını eşidərək cavab vermiş, onun hamamda olduğunu deyərək ona paltarlarını geyinib hamamdan çıxmasını bildirmişlər. O, həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmiş, hamamdan çıxdıqda n sonra 3-4 nəfər olduqlarını görmüş və onlar onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Həmin vaxt atası və anası evdə olmuş, lakin onu aparmaqlarını görməmişlər və xəbərləri olmamışdır. Onu PB-nə aparan zaman onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən ona psixi təzyiq göstərilmiş və üzərinə narkotik vasitə qoyularaq videoçəkiliş aparılmışdır. Məhkəmədə müəyyən edilmişdir ki, həqiqətən də X2 ittiham aktında göstərildiyi kimi xx.xx.2021-ci il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində "Aygün” şadlıq evinin yaxınlığında deyil, məhz X2un təsvir etdiyi şəraitdə xx.xx.2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvandan polis bölməsinə aparılmışdır. Göstərilən hal yalnız bəraət almış şəxsin məhkəmə istintaqı zamanı vermiş oldu ğu ifadəsi ilə deyil həmçinin işin obyektiv hallarını əks etdirən Ədliyyə Nazirliyi Probasiya Xidmətinin tərəfindən x2un coğrafi mövqeyinə dair elektron monitorinq sistemindən çıxarışı ilə təsdiq edilmişdir. Belə ki, x2un coğrafi mövqeyinə dair elektron monitorinq sistemindən çıxarışdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 241/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş X10 12 noyabr 2021-ci tarixdə saat 19:10 radələrində ünvan 1 ünvanında olmuşdur. Lakin buna baxmayaraq, kassasiya protestində mötəbər mənbələr kimi istinad edilən şahidlər – Sumqayıt ŞPİ-nin 3-cü PB-nin X2un saxlanılmasında iştirak etmiş polis əməkdaşları Şahid2 və Şahid1 məhkəmədə dindirilərkən bəraət almış şəxsin i fadəsində göstərilmiş halların həqiqəti əks etdirmədiyini, sonuncunun yaşadığı ünvan 1 ünvanında olmadıqlarını, x2u xx.xx.2021-ci il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində "Aygün” şadlıq evinin yaxınlığında saxlayaraq polis idarəsinə apardıqlarını və idarəyə gəldikdən sonra müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılarkən X2dan ittihamda göstərilən psixotrop maddənin aşkar edilib götürüldüyünü göstərmişlər. Həmçinin şəxsi axtarış və götürülmənin aparılması barədə 12 noyabr 2021-ci il tarixli protokolda da şəxsin saxlanılması (yeri və vaxtı), psixotrop maddənin götürülməsi məhz polis əməkdaşları dedikləri kimi təsvir edilmiş, bu protokol təyinat üzrə müdafiəçi tərəfindən heç bir qeyd verilmədən imzalanmış və X2a qa rşı irəli sürülmüş ittihamda işin həqiqi hallarını əks etdirməyən həmin materiallar, polis əməkdaşlarının ifadələri və X2un ibtidai istintaqda verdiyi “etirafedici" ifadəsi üzərində qurulmuşdur. Dövlət ittihamçısı da kassasiya protestində öz mövqeyini bu materiallara istinad etməklə əsaslandırmış, lakin həmin materiallarda əksini tapmış psixotrop maddə ilə bağlı məlumatları mötəbərliyini inkar edən X2un ifadəsini və işin halları nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edən Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən verilmiş x2un coğrafi mövqeyinə dair elektron monitorinq sistemindən çıxarışı (X10 12 noyabr 2021-ci tarixdə saat 19:10 radələrində ünvan 1 ünvanında olması ilə bağlı) ittihamı təkzib etməyən hallar kimi səciyyələndirmişdir. Hətta 12 noyabr 2021-ci il tarixli şübhəli şəxsi n tutulması haqında protokolda tədqiqatçı həmin gün saat 19.33-də X2un atasına onun tutulması barədə məlumat verildiyi göstərmişdir ki, halbuki Ədliyyə Nazirliyi Probasiya Xidməti tərəfindən verilmiş x2un coğrafi mövqeyinə dair elektron monitorinq sistemindən çıxarışdan aydın olur ki, sonuncu heç həmin vaxt polis bölməsində belə olmamışdır. Göstərilənlər dövlət ittihamçısının birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etmədiyini, məhkəmələrin deyil, məhz onun mövqeyinin cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri ilə uzlaşmadığını göstərir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmu ş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” CPM-in 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutla r tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.” Sübutların qiymətləndirilməsinə dair CPM-in 145-ci maddəsində təsbit olunan qaydalara görə: “145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yar anan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.” Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərə dair qəbul etdiyi qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. İnsan Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğula mışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkə n, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X2un verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı, əksinə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə istintaqının gedişində tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu ilə təsdiq olunduğu vəziyyətdə məhkəmənin X6 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən və digər normalarının, o cümlədən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə ona bəraət verilməsini tələb edən CPM-in 42.1.4-cü maddəsinin tələblərinə cavab verməyən nəticə kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X3, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X4 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkə məsinin Cinayət X1 barəsində olan 28 fevral 2023cü il tarixli, 1(105)-55/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X4 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(105)-55/2023 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar