Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1701/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1250/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə ba xaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXXX-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 24 iyul 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 205-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 11 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işi n faktiki hallarına görə, Məhkum Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində fərdi sahibkar kimi uçota alınmış tanışının X nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN-dən) istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən, saxta aksiz markası ilə markalanmış 153 ədəd alkoqollu içkini 2022-ci ilin iyul ayında Məhkum 1ndan, saxta aksiz markası ilə markalanmış 889 ədəd alkoqollu içkini isə 2022-ci ilin iyul ayında Məhkum 2dən əldə edərək, 20 iyul 2022-ci il tarixədək sahibkarlıq fəaliyyətini həyata keçirdiyi X ünvanında yerləşən ərzaq mağazasında satış məqsədilə saxlamışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-27/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli hökmünə əsasən Məhkumun Azərbaycan Respublikası CM-nin 2051-ci maddəsində nəzərdə tu tulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə aksiz markası tələb olunan malların satışı ilə məşğul olma hüququndan məhrum edilməklə 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə Məhkum 1 və Məhkum 2 da Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum apellyasiya şikayəti verib Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-27/2024 saylı, 04 aprel 2024-cü il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1250/2024 nömrəl i, 21 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-27/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində məhkum apellyasiya şikayətində qaldırdığı eyni dəlilləri təkrarlayaraq qeyd etmişdir ki, məhkəmələr onun ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq onun Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab etmişlər. O, heç vaxt saxta aksiz markası ilə markalanmış alko qollu içkiləri dərk edərək, arzulayaraq, yaxud bilərəkdən əldə etməmiş, belə malların alqı-satqısı ilə heç vaxt məşğul olmamışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1250/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə a ktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edi lməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum əməlində cinayət tərkibinin olmadığı əsası ilə ona bəraət verilməli olduğunu iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmu ş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1250/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanva r 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolverilən dir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
20. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
21. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayəti ndə istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
23. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahi səsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1250/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 1(103)-1250/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.