Məhkəmə qərarları › İş №1(102)-1703/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1703/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1703/2022 13.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üz rə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim O.Y.Cəlilov, hakimlər X.A.Nuriyev və Ə.A.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1995-ci ildə ünvan2də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Şirvan Şəhər Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli hökmünə və həmin hökmün dəyişdirilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sona çatmas ı ilə əlaqədar 12 mart 2021-ci ildə cəzaçəkmə müəssisəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 29 iyul 2021-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.S.Bəşirov, hakimlər M.Ə.Bağırov və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilmiş, Lənkəran Ağır Cinayətər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ildən 2 (iki) ilə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda - 4,417 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən daxil olmuş məlumat əsasında 29 iyul 2021-ci il tarixdə, saat 19 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan3də saxlanılıb polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış zamanı bir ədəd sellofan bükümdə 4,417 qram narkotik vasitə olan heroin əynindəki şalvarının cibindən aşkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda (4,417 qram) narkotik vasitə heroini qanunsuz olaraq əldə e tmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərini pozmaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı birinci instansiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlməsini göstərən hal kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum aşkar olunmuş narkotik vasitə (heroin) bu növ narkotik vasitə üçün qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından 29,44 dəfə, külli miqdarın başlanğıc həddindən isə 2,2 dəfədən çox olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə nəinki sübutları n tədqiqi və əməlin hüquqi tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları aradan qaldırmamış, hətta Məhkum hökmlə təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasını 1 il azaltmaqla özü də sübutetməyə dair cinayət-prosessual qaydalarla yanaşı, Cinayət Məcəlləsinin ədalət prinsipinin, cəza təyin etmə məsələlərini tənzimləyən normalarının, o cümlədən 41, 58.3, 59-cu maddələrinin tələblərinin pozulmasına yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarının ləğv edilməs ini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsin də kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini, apellyasiya instansiya məhkəməsinin isə bu nəticə ilə razılaşmaqla yanaşı, hökml ə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini əsassız olaraq 3 ildən 2 ilə endirdiyini edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəti cələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum aşkar edilmiş narkotik vasitənin – heroinin kütləsinin külli miqdar – 4,417 qram təşkil etməklə şəxsi istehlak miqdarından (0,15 qramdan) təxminən 29,44 dəfə, “külli miqdar”ın minimal həddindən (2 qramdan) təxminən 2,2 dəfə çox olması səbəb olmuşdur. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plen umun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin müddəa belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin əsas sız olduğunu göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, ambulator məhkəmə-narkoloji tibbi yoxlamanın 21 oktyabr 2021-ci il tarixli rəyinə görə Məhkum “opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi)” aşkar olunmuşdur. Məhkum qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı heroin narkotik vasitələrin məhz opioidlər qrupuna aiddir. Eyni zamanda götürülmüş 4,417 qram heroinin külli miqdar olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün narkotik vasitəni xırda bükümlərə qablaşdırması, onda narkotik vasitənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum narkotik vasitəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktik əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti 23 dekabr 2021-ci il tarixli hökmdə ətraflı şəkildə təsvir və təhlil olunmuş sübutlarla uzlaşır. Belə ki, Məhkum məhkəməyədə k icraatda verdiyi ilk ifadəsindən başlayaraq narkotik vasitə satmaq kimi məqsədinin olmadığını göstərmişdir. “Şəxsi axtarış və götürmə haqqında” 29 iyul 2021-ci il tarixli protokola əsasən Məhkum üzərindən aşkar edilib götürülmüş narkotik vasitə (heroin) satış üçün xırda bükümlərə bölünməmiş, bir bükümün işərisində olmuşdur. Şəxsi axtarışın gedişində Məhkum narkotik vasitəni şəxsi istehlakı üçün əldə edib saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı Şahid2 da Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmiş, o, müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişdir. Cinayət işinin materialları arasında olan Şirvan Şəhər Polis İdarəsinin 21 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, ibtidai istintaqı aparmış müstəntiqin Məhkum narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının əməliyyat yolu ilə yoxlanılmasına dair əməliyyat tapşırığı üzrə də Məhkum narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən məlumatlar əldə edilməmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görsənir ki, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna (onların gerçək məzmununa) əsaslanmışdır. Bu səbəblərdən məhkəmə kollegiyası məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü iddia ilə razılaşmır və müəyyən edilmiş işin faktiki hallarını, eləcə də onlara əsaslanan Məhkum cinayət əməlinin hüquqi tövsifi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin üstüstə düşən qənaətlərini (Məhkum satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edil miş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının 1 il azaldılaraq 2 ilə endirilməsinin mübahisələndirilməsinə gəldikdə, məhkəmə kollegiyası onunla razılaşır ki, həqəqitən də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar müəyyən olunmadığı və özü də hər hansı bir cəzanı yüngülləşdirən halı müəyyən etmədiyi (cinayətlərin resdivi isə hökmdə CM-in 18.1 və 61.1.1-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hal kimi müəyyən olunduğu) vəziyyətdə, müstəsna olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin, habelə cəzanın təyin edilməsi məsələlərini tənzimləyən digər normalarının məzmununu sadəcə təkrarlayıb Məhkum cəzasını azaltmaqla bu məsələ üzrə gəldiyi nəticəni aydın şəkildə (qənaəti ilə uzlaşdırıla biləcək işin konk ret hallarına istinad etməklə) izah etməmiş, yəni bu hissədə hökmün dəyişdirilməli olmasına dair qənaətini CPM-in 399.1.5, 404-cü maddələrinin tələbləri kontekstində lazımınca əsaslandırmamışdır. Lakin, məhkəmə kollegiyası kassasiya icraatının aşağı instansiya məhkəmələri tərəfindən yol verilmiş fundamental xarakterli pozuntuların aradan qaldırlması üçün nəzərdə tutulmuş icraat olmasından və 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının da kifayət qədər sərt (CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş alternativ cəzalardan daha ağır növdə və bu növ cəzanın da yuxarı həddinə - 3 ilə yaxın müddətdə cəza) olmasından çıxış edərək, kassasiya protestində təklif olunduğu kimi -Məhkum cəzasının 3 ilədək artırılmasını təmin etməkdən ötrü apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilmə sini və apellyasiya baxışının təkrarlanmasını məqsədəuyğun hesab etmir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən xüsusilə onu nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 234.1-ci maddəsi ilə təyin etdiyi cəza (2 il müddətə azadlıqdan məhrum etmə) residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.2-ci maddəsinin müəyyən etdiyi həddədir (CM-in 234.1-ci maddəsində daha ağır cəza növü kimi təsbit olunmuş 3 il müddətə azadlıqdan məhrum etmənin yarısından az deyil) və yüngüllüyünə görə CM-in 58.3-cü maddəsində göstərilən hallara, o cümlədən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə açıq-aşkar uyğun olmayan, CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən, nəticə etibarı ədalət prinsipinin tələblərini pozan cəza kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar kassasiya baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar kimi kassasiya protestində istinad olunmuş, Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddəlində nəzərdə tutulmuş pozuntuların müəyyən edilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tu tub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar