Məhkəmə qərarları › İş №1(102)-1703/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1703/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1703/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli, 1(105)-207/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1991-ci il tarixində Zəngilan rayonu, Şamlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində müalicə almaq üçün getdiyi «Sumqayıt Hospital»-da olarkən orada həkim işləyən Zərərç əkmiş şəxs kabinetini tərk edərək qapını bağlayıb açarını qapının üzərində saxlamasından istifadə edərək açarla qapını açaraq qanunsuz içəri daxil olub kabinetdə olan masanın siyirməsindən Zərərçəkmiş şəxs məxsus 150 (bir yüz əlli) manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(060)-47/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-388/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Məhkum ona təyin olunmuş cəzanın çəkilməmiş 02 (iki) il 10 (on) ay 17 (on yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 01 (bir) gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azad lığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Məhkum AR CM-in 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmünü, ona təqsirli bilindiyi maddə üzrə təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli, 1(105)-207/2023 nömrəli qərarı ilə apellyasiya protestinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-47/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli hökmünün apellyasiya protestin ə münasibətdə dəyişdirilməsi, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası ilə CM-nin 68.1.1.-1 və CM-in 69.3-cü maddələrinə əsasən 2 gün azadlığın məhdudlaşdırılması 1 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 1 il 5 ay 29 gün azadlıqdan məhrum etmə cəzasının qismən toplanılmaqla Məhkum qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan m əhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum tutulduğu 01 (bir) gün müddətin və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 04 (dörd) ay 12 (on iki) gün hissəsinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla, yəni 2 ay 6 gün azadlıqdan məhrumetmə cəzasının ona təyin edilmiş 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Məhkum məhkəmə iclas zalından dərhal həbs edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.202 3-cü il tarixdən hesablanması, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)47/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli, 1(105)-207/2023 nömrəli qərarı qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar və proses iştirakçılarının çıxışları:

7. Kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına istinadlar etməklə, müdafiəçi, məhkumun barəsində olan yüngülləşdirici halları sadalayaraq, yəni ona elan edilmiş ittihamları qəbul etməsi, maddi ziyanın məbləğinə dair bəzi istisnaları nəzərə almaqla bütün epizodlar üzrə özünü təqsirli bilməsi, cina yət nəticəsində dəymiş ziyanı ödəməsi, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023cü il tarixli, 1(105)-207/2023 nömrəli qərarının ləğv edilməsini və Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(060)-47/2023 nömrəli hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi məhkəmə kollegiyasından kassasiy a şikayətinin təmin edilməsini, dövlət ittihamçısı isə kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. III. Hüquqi məsələlər

8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

9. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır” 10.Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

11. Məhkum müdafiəçisi kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (ona elan edilmiş ittihamları qəbul etməsi, maddi ziyanın mə bləğinə dair bəzi istisnaları nəzərə almaqla bütün epizodlar üzrə özünü təqsirli bilməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi, himayəsində 2 azyaşlı uşağının olmasını) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

12. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli, 1(105)-207/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

13. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

14. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhku mun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

15. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

16. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin müla hizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

17. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

18. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

19. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və ya xud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

20. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlilləri ni baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

21. Belə ki, Məhkum barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(060)-47/2023 nömrəli hökmünü dəyişdirərək, təyin edilmiş cəzanı 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz etmişdir.

22. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilməsi haqqında nəticəyə gələrkən ona əsaslanmış dır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsassız olmaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun deyildir. Belə ki, xx.xx.2021-ci il tarixdən başlayaraq 2 il ərzində 2 dəfə oğurluq cinayəti törətməyə görə 2 dəfə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə baxmayaraq Məhkum islah olunmamış, yenidən oğurluq cinayəti törətmişdir. Apellyasiya instansiyası qeyd olunan xüsusatı Məhkum şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirmişdir. Məhkum cəzasını yüngülləşdirən hal isə himayəsində 2 azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın ödənilməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

23. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya protesti ilə əlaqədar cinayət işinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının ağırlaşdırılmasına dair apellyasiya protestində irəli sürülmüş azadlıqdan məhrumetmə cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşaraq hökmü dəyişdirilməsi qənaətinə gəlmişdir.

24. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkə mə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

25. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlar ını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

26. Qeyd olunanlar məhkumun müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, şikayətin təmin edilməməsinə dair isə d övlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli, 1(105)-207/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli, 1(105)-207/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar