Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1704/2022 13.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X2 və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(106)-365/2022 nömrəli qərarından dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya i nstansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 2000-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Füzuli rayonu, Horadiz şəhəri, Qurban Namazəliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. 2. 22 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir. 3. 30 dekabr 2021-ci il tarixdə Lənk əran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 29 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində Füzuli rayonu, Horadiz şəhəri, X6 küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni minik markalı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan atası Şahid1 xx.xx.2021-ci il tarixli, ƏN-V 649197 nömrəli etibarnamə əsasında istifadəsində olan “Vaz 21703 minik” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospektinə doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, asfalt yolu sağ tərəfdən sol tərəfə keçən piyada X1 idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Gülnaz Səfərovaya qaraciyər və dalağın cırılması ilə müşayiət olunan qarının ön divarının qapalı küt travması, hemoperitoneum (qarın boşluğuna qan yığılması), alt çənə nahiyəsinin əzilmiş yarası, ön qarın divarının və hər iki bud nahiyələrinin qançırları, sol dirsək və sol sağrı nahiyələrini n sıyrıqları, daxili üzvlərinin venoz azqanlılığından ibarət, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alaraq hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alan şəxsə yardım göstərmədən etdiyi hadisə ilə bağlı məsuliyyətdən yayınmaq məqsədilə qəsdən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(099)137/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərba ycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla və Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları tam toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd ) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 29 sentyabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay, 12 (on iki) gün müddət ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 4 (dörd) ay, 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, həmçinin hökmlə digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protest i verib, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyası həddində daha ağır azadlıqdan məhrum etmə cəzasının və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları toplamaq yolu ilə sonuncuya qəti olaraq daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsini, hökmlə təyin edilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqda müddəasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi ilə əvəz edilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(106)-365/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edi lməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-137/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
8. X5 Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(106)365/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Kassasiya protesti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, törədilməsi halına, hadisənin baş vermə səbəbi və şəraitinə, cinayət əməlinin nəticələrinə uyğun olmayan qənaətə gələrək yüngül cəza təyin etmiş və həmin hissədə hökmü əsaslandırmamışdır. Məhkum cəza təyin edilərkən cinayət qanununun normaları düzgün tətbi q edilməmiş, bu zaman cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-nin 8, 41 və 58.3 maddələrinin tələblərini pozulmuş, Konstitusiya Məhkəməsinin məcburi olan şərhi və Ali Məhkəmənin tövsiyələri nəzərə alınmamış, apelyasiya instansiyası məhkəməsi də həmin səhv nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyasından Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
1. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan so nra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
2. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual cinayət-hüquqi normalarına, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin müddəalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
3. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olara q hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
12. Dövlət ittihamçısı kassasiya protestində təyin edilmiş cəzanın Məhkum şəxsiyyətinə, törədilən cinayətin xarakterinə, i ctimai təhlükəlilik dərəcəsinə uyğun olmadığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində şərtləndirən əsaslar kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
13. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
14. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandır ılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, t örədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
15. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müə yyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
16. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmlə Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir.
17. Birinci instansiya məhkəməsi (apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşmışdır) Məhkum zərərçəkmiş şəxslə barışdığını və əməlində cəzasını ağırlaşdıran ha lların olmadığını nəzərə alıb hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən sonuncuya təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
18. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263-1.3cü maddəsində göstərilən cinayətə görə, əsas cəza kimi beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində göstərilən cinayətə görə isə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur.
19. Müvafiq olaraq, daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan cəza müddəti Azərbaycan Respublikası CM-nin 26 3-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət üçün 6 il, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi üçün isə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzalarını təşkil edir.
20. Məhkəmələr məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə istinad etsələr də, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinən şəxsə 1 il 6 aydan artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmək (seçim etmək) imkanında olmalarına baxmayaraq, bu imkanı nəzərdən keçirməyib, daha aşağı cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiqini seçmişlər. Bununla belə, Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə artıq azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi halda, ona Azərbayca n Respublikası CM-nin 264-cü maddəsi ilə əvvəl azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, daha sonra bu cəza Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən yenidən azadlıqdan məhrum etmə cəzasına çevrilmiş və Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə toplanılmışdır, belə üsulla cəza təyinetməyə məhkəmələr tərəfindən hər hansı ağlabatan izah verilməmişdir.
21. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr Azərbaycan Respublikası CPM-nin 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən Azərba ycan Respublikası CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarı, № 15, § 47, 24 dekabr 2021-ci il).
22. Qeyd olunanlar onu göstərir ki, kassasiya protesti əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 8 və 41.2-ci maddələrinin pozuntularına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən hala yol verilmişdir.
23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 aprel 2022-ci il tarixli, 1(106)-365/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 aprel 2022-ci il tarixli, 1(106)-365/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.