Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1704/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 m art 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elmin Rüstəmov (sədrlik edən və məruzəçi), Faiq Mahmudov və Xəqani Səmədov) 02 dekabr 2022-ci il tarixli, 1(100)348/2022 nömrəli hökmü ilə, 07 fevral 2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə saxlandığı 2 (iki) gün müddət, ona təyin olunan cəza müddət inə hesablamaqla, üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, təkrar satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,032 qram olan psixotrop maddə metamfetamini əldə edib satış məqsədi ilə üzərində s axlayaraq daşımış və Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, İİ mikrorayon ərazisində yerləşən 16 nömrəli yaşayış binasının qarşısında saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətmiş olduğu 04 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində qablaşdırılmış 0,265 qram, 0,294 qram, 0,267 qram və 0,206 qram təmiz çəkilərdə, ümumilikdə isə 1,032 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar satış məqsədi ilə istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2,342 qram olan kustar üsulla hazırlanmış psixotrop vasitə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda 0,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 03 mart 2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Çarıxçılar küçəsi, 4-cü dalanda yaşadığı evin yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış zamanı əynində olan narıncı rəngli gödəkcənin sol qolunun üst hissəsində yerləşən cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxl ayaraq daşıdığı 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1(bir) ədəd ağ rəngli kağız bükümdə, 1(bir) ədəd qızılı rəngli kağız bükümdə, 1(bir) ədəd qara rəngli kağız bükümdə, 2 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,924 qram, 0,695 qram, 0,139 qram, 0,347 qram, 0,237 qram, ümumi çəkisi 2,342 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Nural Əliyev) 28 mart 2023-cü il tarixli, 1(104)-131/2023 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 1(100)-348/2022 nömrəli hökmü dəyişdi rilmiş, Məhkum qarşı irəli sürülmüş ittihamdan cinayətin törədilməsinə aidiyyəti olmadığından onun təkrar satış məqsədi ilə istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2,342 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda 0,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması, 03 mart 2022-ci il tarixdə saat 22 radələrində həmin narkotik vasitə və psixotrop maddənin Məhkum aşkar edilərək götürülməsinə dair müddəalar, eləcə də Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə ona irəli sürülmüş ittiham hökmdən xaric edilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Mə cəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 (iki) gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestini n dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, kassator protestdə qeyd etmişdir ki, Məhkum üzərində 02 mart 2022-ci il tarixdə 2,342 qram psixotrop maddə olan metamfetaminin və 0,406 qram narkotik vasitə olan heroinin aşkar edilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi ifadə, habelə şahidlər Şahid3 və Şahid4 ifadələri, şəxsi axtarış keçirilməsi haqqında 3 mart 2022-ci il tarixli protokolu və məhkəmə-tibbi ekspertizasının 3 mart 2022-ci il tarixli rəyi ilə təsdiq olunur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin sübutlara düzgün qiymət verməmiş, əsassız olaraq həmin sübutların mötəbərliyini şübhə altına alaraq Məhkum həmin cinayət əməlinin törədilməsində aidiyyəti o lmadığından ittihamından həmin epizodu çıxarmışdır. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, işin halları, yəni 22 noyabr 2022ci il tarixdə Məhkum üzərində 4 bükümdə 1,032 qram miqdarında psixotrop maddə metafitaminin aşkar edilməsi onun həmin maddəni satmaq məqsədi ilə əldə etməsi və saxlaması təsdiq edən hal olduğundan apellyasiya instansiyası əsassız olaraq nəticəyə gəlmişdir ki, Məhkum həmin psixotrop maddəni satmaq niyyəti cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmur və onun əməli CM-in 234.1-ci maddəsinə tövsif edərək hüquqi səhvə yol vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquq i məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzak irə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə mübahisələndirilməyən hal ondan ibarətdir ki, 22 noyabr 2021-ci il tarixdə Məhkum polis əməkdaşları tərəfindən saxlanılmış və axtarış zamanı onun üzərində 4 bükümdə ümumi çəkisi 1,032 qram olan (0,265, 0,294, 0,267 və 0,206 qram) psixotrop maddə metamfetamin aşkar edilmişdir. İşin bu halı həm məhkumun ifadəsi, həm cinayət işi üzrə toplamış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə təsdiq edilir. Məhkum məhkəmə iclasında göstərmişdir ki, 22 noyabr 2021-ci il tarixdə onun üzərində aşkar edilmiş 1,032 qram miqdarında psixotrop maddə metamfetamin ona məxsusdur. Həmin metamfetamin tanımadığı şəxsdən özünün istifadəsi üçün əldə etmiş və saxlamışdır. İstintaq orqanı və birinci instansiya məhkəməsi nəticəyə gəlm işlər ki, Məhkum 22 noyabr 2021-ci il tarixdə ondan aşkar edilərək götürülmüş 1,032 qram psixotrop maddəni satış məqsədi ilə əldə edilmiş və saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi isə işə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxarkən nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən 1,032 qram psixotrop maddə olan metamfetaminin əldə edilməsi və saxlanması cinayət işi üzrə sübutlarla təsdiq edilsə də, onun bu əməli psixotrop maddəni satmaq məqsədi ilə törətməsi təsdiq olunmur. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutlara nəzər salaraq qeyd edir ki, həmin sübutlar Məhkum 1,032 qram metamfetamini satmaq məqsədini müəyyən etmir. Belə ki, Məhkum öz ifadəsində 1,032 qram metamfetamini satmaq məqsədi ilə əldə etməsi və saxlamasını inkar etmiş, şahidlər Şahid1 və Şahid2 i fadələrində göstərmişlər ki, Məhkum üzərində şəxsi axtarış zamanı sonuncu psixotrop maddəni özünün şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Şəxsi axtarış keçirilməsi haqqında 22 noyabr 2021-ci il protokoldan da görünür ki, Məhkum üzərində şəxsi axtarış zamanı o, psixotrop maddəni özünün şəxsi istifadəsi üçün əldə etməsini bildirmiş, həmin maddəni kiməsə satmaq niyyətini inkar etmişdir. Məhkum ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə cinayət işinə əlavə edilmiş təqrirdə onun narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olması barədə qeyd edilsə də, həmin məlumata əsasən, habelə istintaq orqanın tapşırığı ilə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum onda aşkar edilmiş psixotrop maddəni kiməsə satmaq istəməsini, ha belə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitələrinin və psixotrop maddənin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum üzərində aşkar edilmiş psixotrop maddənin miqdarı (1,032 qram) və bükümlərin sayı (4 büküm) özü-özlüyündə birmənalı olaraq onun həmin psixotrop maddəni məhz satmaq məqsədi ilə əldə edilməsi və saxlamasını təsdiq edən hal kimi qəbul edilə bilməz və satmaq məqdədini təsdiq edən digər sübutların olmadığı halda bu barədə yalnız ehtimal yarada bilər. Azərbaycan Respublikası CPM-in 351.2-c i maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən ondan aşkar edilmiş 1,032 qram psixotrop maddə olan metamfetaminin satmaq məqsədi ilə əldə edilməsi və saxlanması cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmamış və düzgün olaraq həmin epizodla bağlı onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən əsassız olaraq Məhkum ittihamından 2 mart 2022-ci il tarixli epizodun çıxarılması barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd e tməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbay can Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Apellyasiya instansiyası məhkəməsi Məhkum üzərində 02 mart 2022-ci il tarixdə 2,342 qram psixotrop maddə olan metamfetaminin və 0,406 qram narkotik vasitə olan heroinin aşkar edilməsi epizodla bağlı istintaq o rqanı tərəfindən təqdim edilmiş sübutları onun özünün ibtidai istintaq zamanı verdiyi ifadə, habelə şahidlər Şahid3 və Şahid4 ifadələri, şəxsi axtarış keçirilməsi haqqında 2 mart 2022-ci il tarixli protokolu və məhkəmətibbi ekspertizasının 3 mart 2022-ci il tarixli rəyi tədqiq edərək həmin sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq yoxlamış və qiymətləndirmiş və nəticəyə gəlmişdir ki, Məhkum üzərində 02 mart 2022-ci il tarixdə 2,342 qram psixotrop maddə olan metamfetaminin və 0,406 qram narkotik vasitə olan heroinin aşkar edilməsi mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə polis işçiləri onun yaşadığı evə gəlib onu polis idarəsinə a parmışlar. Polis işçiləri ilə evdən çıxarkən gödəkcəni geymiş, həmin vaxt onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis idarəsində polis əməkdaşları onun gödəkcəsinin cibinə bir neçə bükümdə olan heroin və metamfetamin qoyub onu məcbur etmişlər ki, heroin və metamfetamin ona məxsus olduğunu etiraf etsin. Əynində olan gödəkcənin cibində heroin və metamfetamin olsaydı o, heç vaxt evdən polisə gedərkən həmin gödəkcəni geyinməzdi. Cinayət işinə əlavə edilmiş Nizami Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 təqririndən görünür ki, Məhkum Kəmaləddin oğlunun ətrafında əməliyyat-axtarış tədbirlərin keçirilməsinə əsas olan təqrir Nizami Rayon Polis İdarəsində 03 mart 2022-ci il tarixdə qeydiyyata alınmış, lakin həmin raport əsasında əməl iyyat-axtarış tədbirləri nəticəsində onun tərəfindən Məhkum tutulması barədə təqrir bir gün əvvəl, yəni 02 mart 2022-ci il tarixdə həmin polis idarəsində qeydiyyata alınmışdır. Bundan başqa, Nizami Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 təqrirində qeyd edilmişdir ki, polis əməkdaşları axtarışda olan Məhkum ünvan 1-nun qarşısında saxlamış və Nizami RPİ-nə gətirmişlər. Şahid qismində dindirilmiş S.Səmədov və Məhkum saxlanılmasında iştirak etmiş digər polis əməkdaşı Şahid4 göstərmişlər ki, onlar axtarışda olan Məhkum öz yaşadığı evdə saxlamış və Nizami RPİ-nə gətirmişlər. Həmçinin iş materiallarından görünür ki, narkotik vasitə və psixotrop maddənin üzərində saxlamasında şübhələnən və məhz bu səbəbə görə tutulmuş Məhkum üzərində tutulduğu yerdə axtarış aparılmamış, bunun səbəbi göstərilmədən Məhkum polis idarəsinə gətirilmiş və orada 1 saat 35 dəqiqə saxlanıldıqdan sonra üzərində axtarış aparılmışdır. Bundan əlavə, Məhkum üzərində axtarış aparılması əks etdirə videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, axtarış aparan təhqiqatçı tərəfindən Məhkum üzərində aşkar edilmiş iki bükümü açıb orada psixotrop maddə metamfetaminə oxşar maddənin aşkar etdikdən sonra növbəti bükümü açmaq istəyərkən axtarışda iştirak edən şəxslərdən biri (Məhkum, onun müdafiəçi və təhqiqatçıdan başqa axtarışda yalnız Məhkum tutmuş polis əməkdaşları Şahid3 və Şahid4 iştirak etmişlər) həmin bükümdə heroin olduğunu bildirmiş və bu səbəbdən təhqiqatçı həmin bükümü qırağa qoyub metamfetamin olduğu bükümləri açmağa davam etmiş, sonra heroin olan bükümlərə keçmişdir. Məhkəmə kollegiyası istintaq orqanının sübutlarını təhlil edərək qeyd edir ki, Məhkum hər hansı bir şəxsdən narkotik vasitə və psixotrop maddəni əldə etməsi və ya kiməsə narkotik vasitə və psixotrop maddəni satması, habelə əvvəl narkotik vasitə və ya psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilməmiş, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etməsi və saxlaması ilə əlaqədar ittiham yalnız onun üzərində 22 noyabr 2021-ci il tarixdə və 02 mart 2022-ci il tarixdə narkotik vasitə və psixotrop maddənin aşkar edilməsinin üzərində qurulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şər aitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi halları, ayn-ayrılıqda və birlikdə baş verdikdə, bir mənalı olaraq pozuntu kimi tanınmışdır ( bax, Kobiaşvifi Gürcüstana qarşı N 36416/06, §§ 67-69, 14 mart 2019, İbrahimov və Məmmədov Azərbaycana qarşı N 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020; MeqreşvHi Gürcüstana qarşı [Komitə], Nq 30364/09, § 33. 7 may 2020; X7rş/, NaNe 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020 və Tfaşadze və Kakaşvifi Gürcüstana qarşı [Komitə], Ne 41674/10, §§ 45-48; 25 mart 2021). Həmçinin qeyd edilməlidir ki, Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qərarda xüsusi olaraq vurğulamışdır ki, həbslə axtarış arasında vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutların yoxlanılması və qiymətləndirilməsi barə də Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə formal yanaşaraq həmin maddələrlə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, nəticədə Məhkum CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair əsassız və səhv nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasə n ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Apellyasiya instansiyası məhkəməsi Məhkum üzərində 02 mart 2022-ci l tarixdə 2,342 qram psixotrop maddə olan metamfetaminin və 0,406 qram narkotik vasitə olan heroinin aşkar edilməsi epizodla bağlı istintaq orqanı tərəfindən təqdim edilmiş sübutların, habelə əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə cinayət işinə əlavə edilmiş sənədləri mötəbərliyinə şübhə doğuran yuxarıda göstərilən halları nəzərə alaraq nəticəyə gəlmişdir ki, ittihamın bu epizodu mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi öz qərarında gəldiyi nəticəni əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sübutlar ı cinayət-prosessual qanunvericiliyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarına uyğun yoxlaması və qiymətləndirməsini nəzərə alıb Məhkum qanunsuz olaraq 2,342 qram psixotrop maddə olan metamfetamin və 0,406 qram narkotik vasitə olan heroini əldə etməsi və saxlaması epizodunun sübuta yetirməməsi, onun tərəfindən 1,032 qram metamfetaminin isə satış məqsədi olmadan əldə edilməsinə dair gəldiyi nəticə əsaslı hesab edir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum qanunsuz olaraq 0,406 qram miqdarında narkotik vasitə olan he roin və 2,342 qram miqdarında psixotrop maddə olan metamfetaminin əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından, onun 1,032 qram miqdarında metamfetamini isə satmaq niyyətini təsdiq edən sübutlar olmadığından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlü yü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə təkrar əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan apellyasiya instansiyası məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nət icəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun psixotrop maddənin qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin maddəni satmaq niyyətində olması və həmin əməli təkrar törətməsi işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiy yətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 28 mart 2023-cü il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1704/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1704/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver