Məhkəmə qərarları › İş №1(102)-1705/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1705/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1705/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə (hakimlər Ələkbərli Roman Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 2003-cü il tarixdə Gəncə şəhərində anradan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşam ış CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 69.3-cü maddəsinə əsasən onun 10 fevral 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,536 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə m etamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən 10 fevral 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Nəriman Nərimanov prospektində saxlanılaraq Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhəri Kəpəz Rayon Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd boz rəngli siqaret falqasına bükülü vəziyyətdə təmiz çəkisi 0,536 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 1973,34 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq üzərində və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin arxasındakı X5 məxsus qeyri-yaşayış binasında saxlamış, Gəncə şəhər Nizami RPB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, 23 avqust 2021-ci il tarixdə, saat 21:20 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Nizami RPB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunda təmiz çəkisi 13,34 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 23 avqust 2021-ci il tarixdə saat 23 radalərində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin arxasında yerləşən X5 məxsus qeyri-yaşayış binasının içərisində 1 ədəd sintetik kisədə təmiz çəkisi 1960 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum və onun müdafiəçisi Həsənova Gövhərşah İzzət qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 1 9 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və apellyasiya məhkəməsində yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsindəki birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunvericiliyin tələbləri pozulmaqla çıxarıldığından 19 may 2022-ci il tarixli qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir ona görə ki, o, birinci dəfə tutularkən üzərində cəmi 0,5 36 qram psixotrop maddə - metamfetamin olduğu halda, polis əməkdaşları tərəfindən təzyiqlərə və zorakılığa məruz qalaraq saxtalaşdırılmış video çəkilişlə götürülmüş 1973,34 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananın da ona aid olmasına dair sənədlər toplanılaraq həmin narkotik vasitənin də onun tərəfindən satış məqsədilə əldə edilməsinə, daşımasına və saxlamasına dair ona qarşı əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmə istintaqı zamanı onun etirafının düzgünlüyü yoxlanılmamış, ona qarşı irəli sürülmüş ittiham isə heç bir sübutla öz təsdiqini tapmamışdır. Bununla yanaşı, onun 0,536 qram çəkidə psixotrop maddənin onun tərəfindən əldə edilərək saxlanılması və daşınması əməli də əsassız olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, halbuki o, göstərilən psixotrop maddəni taparaq özünün şəxsi istifadəsi üçün üzərində saxlamış və onu satmaq niyyətində olmamışdır. Buna görə, o, ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, məhkəmədə isə həmçinin 1973,34 qram narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitənin aşkar olunduğu yerdə heç vaxt bildirmişdir. Daha sonra kassasiya şikayətinin müəllifi həmin şikayətində uşaq yaşından atasız və anasız böyüməsini, nənəsi tərəfindən saxlanılmasını, nəzarətsiz olduğuna görə hətta orta təhsil almadığını, fərdi əməklə məşğul olmasını, nadir hallarda narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, lakin bunlardan asılılığının olmamasını qeyd etmişdir. Şərh olunan dəlillərə əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalı nda cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada düzgün hüquqi qiymət verməmiş, o, özünü CMnin 234.1-ci maddəsi ilə təqsirli bildiyi halda onun əməli əsassız və qanunsuz olaraq CMnin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilərək həmin maddələrə təqsirli bilinib məhkum olunmuş, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların ma hiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar m əhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyy əti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riay ət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-n in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və təkrarən satış məqsədilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edilməsi və saxlaması, yəni CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi haqqında nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxaraq bu hüquqi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticəyə görə, Məhkum təqsirli bilindiyi CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan bir hissəsi, yəni, qeyd olunan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin və külli miqdarda narkotik vasitənin Məhkum tərəfindən əldə edildikdən sonra üzərində və X5 məxsus qeyri-yaşayış binasında saxlaması mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə edərək saxlaması və daşıması barədə yekun qənaətə gəlmək üçün kifayət etmir. Məhkəmə kollegiyası ilk növbədə məhkəmələr tərəfindən sübut kimi qəbul edilmiş Məhkum həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrinə və araşdırılmış sübutlarla müəyyən edilmiş işin bir sıra faktiki hallarına müraciət etməyi zəruri bilir. Belə ki, bir inci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, həqiqətən də onun üzərindən 0,536 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Lakin cinayət işi üzrə barəsində olan ittiham aktında göstərilən 1973,34 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona heç bir aidiyyəti yoxdur. O, rəsmi olaraq heç bir yerdə işləmir. Atasını ümumiyyətlə görməmiş, anası isə o, uşaq olan zaman onu nənəsinin himayəsinə verərək Türkiyə Respublikasına getmişdir. Onu həmin vaxtdan nənəsi saxlamışdır. Təxminən 1 ildən artıqdır ki, psixotrop maddə metamfetamin və narkotik vasitə olan marixuanadan istifadə edir. 10 fevral 02.2021-ci il tarixdə saat 14 radələrində o, yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, b ina 119Q yaxınlığında olan zaman asfaltda olan “Kent 8” markalı siqaretin qutusunun içərisində siqaret falqasında olan bükümü taparaq onun içərisində əvvəllər bir neçə dəfə istifadə etdiyi üçün tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin “şüşə” adlandırdığı psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə şalvarının cibinə qoymuşdur. Həmin psixotrop maddə olan metamfetamin üzərində ola-ola Gəncə şəhəri, N.Nərimanov prospekti ilə şəhərdə üzü “Panda” market istiqamətində gəzən zaman marketdən bir neçə yüz metr aralıda tanımadığı mülki geyimdə iki nəfər şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onun narkotik maddələrin saxlaması və istifadə etməsində şübhəli olduğunu bildirərək birlikdə Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə getməyi təklif etmişlər. O, bu təkliflə razılaşaraq polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmiş və həmin vaxt cibinə qoyduğu psixotrop maddə metamfetamin onun üzərində olmuşdur. Bölmənin inzibati binasında olan zaman valideynləri olmadığına və yetkinlik yaşına çatmadığına görə ona Gəncə şəhəri İcra Hakimiyyətindən qanuni nümayəndə kimi X2 təyin etmişlər. Daha sonra hüquqlarının müdafiə olunması üçün qanuni nümayəndənin yanında müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyi bildirilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından X8 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmiş, müdafiəçi X8 polis dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra müdafiəçinin və nüm ayəndənin iştirakları ilə videoçəkiliş aparılmaqla onun üzərində şaxsi axtarış ke6çirilmiş və o, cibində olan psixotrop maddəni tədqiqatçıya təqdim etmiş və bu haqda da onun da imzaladığı protokol tərtib edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş metamfetamin həmçinin elektron tərəzidə çəkilmiş və onun miqdarının 0,69 qram olması müəyyən edilmiş. Həmin psixotrop maddə qablaşdırılaraq təhqiqatçı tərəfindən ekspertiza tədqiqatına göndərilmişdir. Bundan başqa, Məhkum ifadəsində göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində olan zaman üç nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdığını görmüş, xidməti vəsiqələrini ona göstərib Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun b arəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq narkotik maddələrin saxlaması və istifadə edilməsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. Sonra polis əməkdaşları ona birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinə getməli olduğunu bildirmiş, o, da bu təklifə heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinin inzibati binasına aparmış və orada ona psixi təzyiq göstərərək narkotik vasitə olan marixuananın onun üzərindən aşkar edildiyini etiraf etməsini, həmçinin Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin arxasındakı, sahibsiz, uçuq tikilidə olan narkotik vasitə marixuananın o na məxsus olmasını etiraf etməsini təklif etmiş, etiraf etməyəcəyi təqdirdə isə onun şəxsiyyətini alçaldacaqlarını demişlər. O, da məcbur olub həmin narkotik vasitə marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Özünü CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilir və həmin cinayəti törətdiyinə görə əməlindən peşmandır. Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmə araşdırmaları zamanı onun ibtidai araşdırma və məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyətlərin olması müəyyən edilmiş və buna görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək verdiyi ifadələri də elan edərək tədqiq etmişdir. Məhkum ona qarşı irəli sürülmüş ittihamın ikinci epizodu ilə bağlı həmin mərhələdə qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakları ilə verdiyi ifadələrindən isə görünür ki, 23 avqust 2021-ci il tarixdə saat 21 radələrində o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi “Nəhəng Daş” ticarət mərkəzinin yaxınlığında gəzərkən yaşadığı evin qarşısında olan zaman üç nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdığını görmüş, xidməti vəsiqələrini ona nümayiş etdirib, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq narkotik maddələri saxlaması və istifadə edilməsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. Sonra polis əməkdaşları ona birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinə getməli olduğunu bildirmiş, o, da bu təklifə et iraz etməmiş və sonuncularla birlikdə Nizami rayon Polis Bölməsinə getmişdir. Həmin vaxt onun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunda olan narkotik vasitə də üzərində olmuşdur. Bölmənin inzibati binasında olan zaman valideynləri olmadığına və yetkinlik yaşına çatmadığına görə ona Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətindən qanuni nümayəndə kimi Xi təyin etmişlər. Daha sonra hüquqlarının müdafiə olunması üçün qanuni nümayəndənin yanında müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyərsə seçə biləciyini, əgər seçməkdə tərəddüd edərsə həmin gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyi bildirilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından X9 h üquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmiş, müdafiəçi X9 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədlər düzgün tərtib edildiyinə görə onları imzalamış, sonra qanuni nümayəndəsi Xin və müdafiəçisi X9in iştirakları ilə videogörüntü ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklifinə əsasən o, əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd “Sobranie” qutusunda tünd yaşıl rəngdə, ilk görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 19,10 qram olmuşdur. Həmin içər isində narkotik vasitə olan marixuanaya oxşar kütlə əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmış, zərfin üzəri möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmış, bu barədə müvafiq protokol da tərtib olunmuşdur. Şəxsi axtarış zamanı o, verilmiş suallara cavab olaraq bildirmişdir ki, əlavə olaraq Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin arxasındakı, sahibsiz, uçuq tikilidə kisədə qurudulumuş marixuana saxlayır və üzərində aşkar edilərək götürülmüş marixuana həmin marixuaunanın bir hissəsidir. Bundan sonra onun və qanuni nümayəndəsi, vəkil və polis əməkdaşlarının iştirakı ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin arxasındakı, sahibsiz, uçuq tikiliyə baxış keçirilmiş və oradan 1 ədəd kisədə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 2 kiloqram 03 qram təşkil etmişdir. Bununla bağlı o, bildirmişdir ki, o, həmin narkotik vasitə olan marixuananı təxminən 10 gün əvvəl Göygöl rayonunda yerləşən “Azos” adlı yerdən şəxsi istifadəsindən ötrü yığaraq qurutmuşdur. Həmin 1 ədəd kisədə olan narkotik vasitə olan marixuana əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmış, bu barədə də müvafiq protokol tərtib olunmuş, o, və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Məhkum həmçinin qeyd etmişdir ki, o, həmin narkotik vasitədən istifadə etmiş, onun hər hansı hissəsini heç kimə satmamış və təmənnasız da verməmiş, bu vasitə barədə heç kimin məlumatı olmamışdır. Cinayət işi materiallarında olan 23 avqust 2021-ci il tarixli baxış keçiril məsi və götürmə haqqında protokoldan görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilərkən bildirdiyi yer olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində, 2 saylı tam orta məktəbin arxa hissəsində yerləşən sahibsiz, uçuq tikiliyə baxış keçirilmişdir. Baxış zamanı Məhkum göstərdiyi binanın içərisində giriş hissəsinin sağ tərəfində, ağ un torbasının içərisində olmaqla tünd yaşıl rəngli, qurudulmuş, kəskin spesifik iyə malik olan, ilkin baxışdan nakotik vasitə - qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin torba ilə birlikdə ümumi çəkisi 02 kq 03 qram olmuşdur. Həmin torbanın ağzı iplə bağlanılıb qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Məhkum bildirmişdir ki, aşkar olunaraq götürülmüş kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, ona məxsusdur və özü həmin narkotik vasitəni 15 gün əvvəl Göygöl rayonunda yerləşən “Azos” adlanan ərazidən yığıb şəxsi istifadəsi məqsədi ilə saxlamışdır. 27 sentyabr 2021-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, polis əməkdaşlarının, müdafiəçinin və qanuni nümayəndənin iştirakı ilə Məhkum üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilir, daha sonra onun üzərinə şəxsi axtarış keçirilir. Bundan sonra Məhkum üzərində olan qara rəngli şalvarın sol yan iç cibindən 1 ədəd “Sobraniye” markalı siqaret qutusunu təqdim edir. Həmin siqaret qutusunun içərisinə baxış keçirilir və baxış zamanı ilk baxışdan kəskin spesifik qoxulu nark otik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunur. Daha sonra həmin şəxsin üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitəyə bənzəyən kütləni haradan əldə etməsi barədə soruşulan zaman Məhkum həmin narkotik vasitəni 10-15 gün bundan əvvəl “Azos” adlı yerdən yığdığını və şəxsi istifadəsi məqsədilə üzərində daşıdığını bildirir. Bundan başqa, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2 saylı orta məktəbin arxasında yerləşən çökəkdə narkotik vasitə marixuana gizlətdiyini bildirir. Müdafiəçi X9 ona hər hansı bir təsirin olub-olmadığını soruşan zaman Məhkum ona qarşı heç bir təsirin olmadığını bildirir. Daha sonra Məhkum üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “Sobraniye” markalı siqaret qutusu içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin siqaret qutusu və bükül ü ilə birlikdə ümumi çəkisinin 19,10 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Bundan sonra, Məhkum istiqamətləndirilməsi ilə polis əməkdaşlarının, müdafiəçi X9in və qanuni nümayəndə Xin iştirakı ilə Gəncə şəhəri, Nizami rayonu, 2 saylı orta məktəbin arxasında yerləşən yarımtikilinin yerləşdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı Məhkum yarım tikilinin içərisinə daxil olmağı təklif edir və orada yerləşən divarın sağ tərəfində ağ rəngli torbanı təqdim edir. Həmin torbanın içərisinə baxış keçirilir və baxış zamanı onun içərisindən ilk baxışdan narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülür. Sorğu zaman Məhkum həmin narkotik vasitəni “Azos” adlı yerdən yığdığını bildirir. Daha sonra həmin kütlə ağ rəngli torba ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin torba ilə birlikdə çəkisinin 02 kiloqram 03 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Məhkum həm 10 fevral 2021-ci il tarixdə üzərindən onun qanunsuz olaraq əldə edib daşıdığı və saxladığı 0,536 qram çəkidə psixotrop maddə olan metamfetaminin, 23 avqust 2021-ci il tarixdə isə üzərindən 13,34 qram çəkidə və onun saxladığı yerdən Gəncə şəhəri, Nizami rayonu, 2 saylı orta məktəbin arxasında yerləşən yarımtikilidən 1960 qram çəkidə, cəmisi isə qanunsuz olaraq əldə etməklə saxladığı və daşıdığı 1973,34 qram çəkidə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 201-ci il tarixli protokolla, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə və digər sübutlarla təsdiq olunur. Beləliklə, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən toplanmış və araşdırılmış, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutlarla Məhkum yuxarıda göstərilən miqdarlarda narkotik vasitə olan qurudulmuş marixuananı və psixotrop maddəni əldə edərək daşması və saxlaması tam təsdiq edilmiş və məhkəmə kollegiyası bu haqda birinci və apelyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır. Lakin, cinayət işinin materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin hökmündən və həmin hökmlə razılaşmış apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, araşdırılmış sübutlar heç də Məhkum bu əməlləri məh z satış məqsədilə törətməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə ki, əvvəla, Məhkum cinayət təqibinin bütün mərhələlərində ardıcıl olaraq göstərmişdir ki, o, ittihamda istinad olunan narkotik vasitəni və psixotrop maddəni yalnız öz istifadəsi üçün əldə edərək saxlamış və daşımış və həmin vasitə və maddəni satmaq niyətində olmayaraq onların hər hansı hissəsini heç kimə satmamış və ya nəyinsə müqabilində, yaxud da təmənnasız verməmiş və yaymamışdır. Hazırki iş üzrə əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş, sonradan isə şahid qismində dindirilmiş, adları yuxarıda göstərilən polis əməkdaşları da Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda məlumatın olmadığını bildirmişlər. Bundan başqa, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin 10 noyabr 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda heç bir mötəbər sübuta istinad olunmadan Məhkum narkotik vasitə marixuananı və psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib daşıyaraq saxlaması göstərilsə də, onun bu vasitə və maddəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, istər həmin məktubda, istərsə də cinayət işinin digər materiallarında Məhkum narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edərək saxlamasını və daşımasını təsdiq edən mötəbər sübutlar ibtidai araşdırma orqanı və ittiham tərəfini təmsil edən dövlət ittihamçıları məhkəmələrə təqdim etməmiş, məhkəmələr özləri də belə sübutları əldə etməmiş və məhkəmə iclaslarında yalnız ibtidai araşdırma orqanının təqdim etdikləri sübutların araşdırılması və təd qiq edilməsi ilə kifayətlənmişlər. Halbuki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəx sin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir ol unan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdirlər o şərtlə ki, belə tövsif cinayət törətmi ş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum həm şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini, həm də külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində və qeyri-yaşayış binasında saxlamasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə narkotik vasitələrin və ps ixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı sübutun əldə edilməməsinə baxmayaraq, yalnız hazırki cinayət işi üzrə törədilmiş əməlin predmeti olan narkotik vasitə qurudulmuş marixuananın külli miqdarda olması əsası ilə ona qarşı CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüş və iş üzrə ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən də, iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun qismən etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları təqdim olunmuş, işə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində baxılark ən isə məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq yalnız həmin təqdim olunmuş sübutların araşdırılması ilə kifayətlənmişlər. Bununla bağlı məhkəmə kollegiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrinə istinad etməyi zəruri hesab edir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azə rbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd oluna raq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satm aq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, kassasiya şikayətinin dəlillərini işin halları, qanunvericiliyin tələbləri və qeyd olunan Plenum Qərarının izahları ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmələr Məhkum narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib saxlaması barədə nəticəyə gələrkən, qeyd olunan narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə edilməsini təsdiq edən heç bir mötəbər sübuta istinad etməmiş, yalnız aşkar edilmiş 1973,34 qram narkotik vasitə qurudulmuş mar ixuananın külli miqdarda olması barədə işin faktiki halından çıxış edərək cinayətin subyektiv cəhəti ilə bağlı yanlış qənaətə gəlmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı tələblərinə əsaslanaraq, araşdırılmış sübutlara onların təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən yanaşıb qiymətləndirərək və məhkəmənin hökmünün ehtimallara əsaslana bilməməsi, bütün şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin tələblərindən çıxış edərək hesab edir ki, məhkəmələr Məhkum CM-nin 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinməsinə dair nəticəyə gəlməklə haqlı olmamış, çünki sonuncunun narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağl ı törətdiyi cinayətin subyektiv cəhətinə, yəni satış məqsədinə dəlalət edən heç bir sübutu araşdırmamışlar. Qeyd olunanla bağlı məhkəmə kollegiyası vurğulayır ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlə r üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon müddəa məhkəmənin özünü də hər hansı işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi üçün bu və ya digər sübutları əldə edərək araşdırmaq və həmin sübutları da qanuna müvafiq qaydada qiymətləndirmək vəzifəsindən azad etmir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin ba ş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iş tirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilm iş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndiril məsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddəl ərində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikas ı CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün t ətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilə rinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təq sirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır n öqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum unun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticəyə görə, Məhkum təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. İş ma teriallarından (əldə edilmiş sübutlardan) göründüyü kimi, Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitənin və psixotrop maddənin dövriyyəsi ilə bağlı məhkumun qanunsuz hərəkətlər etməsi və narkotik vasitə olan qurudulmuş marixuananın külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, məhkumun ona istinad əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası onu da vurğulayır ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin k ülli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmiş, bundan başqa “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Lakin bununla belə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, araşdırılmış sübutların nəticəsində psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində və narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkən (bu hal məhkəmə-narkoloji ekspertizasının 25 mart 2021-ci il tarixli 295 nömrəli və 24 noyabr 2021-ci il tarixli, 1418 nömrəli tarixli saylı rəyləri ilə təsdiq olunur) Məhkum üzərində aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuananın qeyd edilən miqdarlardan çox miqdarda olması d a onun həmin maddələri satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq etmir. Bütün yuxarıda qeyd olunanlardan, o cümlədən qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquq mövqelərindən, habelə Ali Məhkəmənin Plenumunun öz Qərarlarında əks etdirdiyi izah və tövsiyələrdən çıxış edən, digər tərəfdən isə kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 19 may 2022-ci il tarixli qərarının həmin tələb, hüquqi mövqe və izah və tövsiyələrə uyğun olmamasını qeyd edir və belə qənaətə gəlir ki, Məhkum törətdiyi cinayət əməli CM-nin 234.4.2 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək ona cəza da həmin maddəyə əsasə n təyin edilməli, bu əsasla da göstərilən qərar dəyişdirilməli, kassasiya şikayəti isə qismən təmin olunmalıdır. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Məhkum irəli sürülmüş və hər iki məhkəmə kollegiyası tərəfindən təsdiq olunmuş CM-nin 234.4.2-ci maddəsi ilə bağlı ittihamla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 16.1-ci maddəsinə əsasən, 16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 13-cü bəndində qeyd edilmişdir ki, CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə, onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Qərarda həmçinin, qeyd edilmişdir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-nin 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda tək rar əldə etmə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3- cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-nin 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Odur ki, göstərilənlərə əsasən, Məhkum narkotik vasitəni və psixotrop maddəni hər iki epizod üzrə məhz satış məqsədi olmadan əldə etmə və saxlaması barədə yekun nəticəyə gələn məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli təkrarən törətdiyindən əməli CM-nin 234.4.2-ci maddəsi ilə tövsif olun a bilməz və bu hal ona cəza təyin edilərkən CM-nin 61.1.1-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkumun kassasiya şikayətinin polis əməkdaşları tərəfindən təzyiqlərə və zorakılığa məruz qalması barədə şikayətinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Məhkum ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən psixi təsirə və ya hər hansı başqa şəkildə hədə-qorxu gəlinərək təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar hər hansı araşdırmanın aparılmasına dair Gəncə şəhər Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Gəncə şəhər Prokurorluğundan məhkəməyə göndərilmiş “Məhkum müraciəti əsasında toplanmış mate rial” məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materiallardan görünür ki, Məhkum şikayəti ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Gəncə şəhər Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən 07 fevral 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Odur ki, göstərilənlərə əsasən, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin həmin dəlilini əsassız və özünümüdafiə xarakterli dəlil kimi qiymətləndirir. Məhkum CM-nin 234.1-ci maddəsi ilə təyin ediləcək cəzanın növü və həddi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, hər hansı bir cəza cəzanın məqsədinə xidmət et məli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edil ən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran ha llar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə y anaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatın da sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət- hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəy yən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əm əl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqq ında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəm iyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habel ə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivl ərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmələr tərəfindən CM-nin 59.1.2-ci maddəsinə əsasən Məhkum cinayət əməlini törədərkən yetkinlik yaşına çatmaması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə həmçinin hesab edir ki, Məhkum tərəfindən cinayət əməlinin təkrarən törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmalı, Məhkum CM-nin 234.1-ci maddəsi ilə bu hallara uyğun olan, eyni zamanda cəzanın məqsədlərini təmin edə bilən həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası CM-nin 69.3-cü maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum 10 fevral 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək, yəni 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti həmin müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmaqla təyin olunacaq cəzadan çıxılmalı və bundan sonra onun üzərində saxlanılan qəti cəzanın müddəti müəyyən edilməlidir. Belə ki, CM-nin 69.3-cu maddəsminə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-nin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətLƏR daxildir. CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Beləliklə, kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə birgə təhlil edərək apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin tövsifində səhvə yol verilməsinə (CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hal) dair nəticəyə gələn məhkəmə kollegiyası kassasiya şikayət inin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum törətdiyi cinayət əməlləri CM-nin 234.4.2 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif olunmalı, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzadan onun məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu 10 fevral 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək, yəni 3 (üç) gün müddət həmin cəzadan çıxılmalı, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Ş ərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən bu Məcəllənin 234.1-ci maddəsinə tövsif olunsun və ona həmin maddə əsasında 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 69.3-cü maddəsinə əsasən Məhkum 10 fevral 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət ona təyin edilən cəzada çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar