Məhkəmə qərarları › İş №1(102)-1705/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1705/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1705/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Kürdəmir rayonunun Çərtəyəz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Çərtəyəz kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, xxxx müvəqqə ti yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(106)-235/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Əsədov X12 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 1(099)-689/2023 nömrəli hökmü ilə (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və Ə.A.Əliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ed ilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Məhkum 01 dekabr 2022-ci il tarixdən 02 iyun 2023-cü il tarixədək həbsdə saxlanılması müddəti, yəni 06 ay 01 gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 01 il 02 gün müddət təyin olunmuş cəzadan çıxılmış və Məhkum üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxmış Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər E.İ.Əliyev (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1-ci maddəsi irəli sürülmüş ittihama görə o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası ərazisində olan Bəhmən adlı şəxs və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi-105,0 qram olan nar kotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən satış məqsədi (tamah niyyətilə) ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini bilavasitə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq qeyd olunan cinayəti törətməyə cəhd etmişdir. Belə ki, Məhkum şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının ərazisində olan Bəhmən adlı şəxs və digərləri ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi tamah niyyəti ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı əvvəlcədən ümumi razılığa gəlmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qr upun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan vaxta və şəraitdə 01 ədəd qara rəngli sellofan torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış bükülü halında olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi-105,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbə arasında olan dairəvi yol ayrıcından İmişli rayon Qızılkənd kəndi istiqamətində gedərkən dairəvi yol ayrıcından təxminən 25-30 metr irəlidə su kanalının üzərində olan körpünü keçdikdən sonra yolun sol tərəfindən 75-80 metr uzaqlıqd a əkin sahəsində quraşdırılmış işıq dirəyinin yaxınlığında gizlədilib 01 dekabr 2022-ci il tarixdə bu barədə ona məlumat verildikdən sonra o, qəsdən satış məqsədi tamah niyyəti ilə ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq 01 dekabr 2022-ci il tarixdə qeyd olunan cinayət əməlinin törədilməsindən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan Şahid5 etibarnamə ilə idarə etdiyi ağ rəngli “Mercedes Benz C180” markalı **-ZV-*** dövlət nömrə nişanlı avtomobillə Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbə arasında olan dairəvi yol ayrıcından İmişli rayon Qızılkənd kəndi istiqamətində gedərkən dairəvi yol ayrıcından təxminən 25-30 metr irəlidə su kanalının üzərində olan körpünü keçdikdən sonra yolun sol tərəfində avtomobildən düşərək yolun sol tərəfindən 75-80 metr uzaqlıqda əkin sahəsində quraşdırılmış işıq dirəyinin yaxınlığında gizlədilmiş həmin narkotik vasitəni qanunsuz olaraq əldə etmək istəyən zaman Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanıldığından cinayət əməllərinin bilavasitə törədilməsinə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qeyd olunan cinayəti törətməyə cəhd etmişdir. Daha sonra, 01 dekabr 2022-ci il tarixdə saat 14 radələrində saxladığı yerdə, yəni Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbə arasında olan dairəvi yol ayrıcından İmişli rayon Qızılkənd kəndi İstiqamətində gedərkən dairəvi yol ayrıcından təxminən 25-30 metr irəlidə su kanalının üzərində olan körpünü keçdikdən sonra yolun sol tərəfindən 75-80 metr uzaqlıqda əkin sahəsində quraşdırılmış işıq dirəyinin yaxınlığında gizlədilmiş Məhkum təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış bükülü halında olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi105,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsi Məhkum narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayətini bilavasitə cəhd edilməsinin sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1-ci maddəsindən 29, 234.1-ci maddəsinə dəyişmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi narkotik vasitə olan marixuananın qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsinə cəhd etməsi ibtidai istintaq zamanı toplanmış və məhkəmədə baxılmış sübutlarla kifayət qədər sübut olunmasına baxmayara q, bu sübutlara və işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlib, müstəsna olaraq Məhkum məhkəmədə verdiyi həqiqəti əks etdirməyən məlumatlara əsaslanaraq sonuncunun cinayət əməlininin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1-ci maddəsindən 29,234.1-ci maddəsinə dəyişmiş, beləliklə də təqsirkarın əməlinin hüquqi tövsifində səhvə yol vermişdir. Bununla belə, həmin əsassız və qanunsuz hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fe vral 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 29,234.4.1-ci maddəsindən 29,234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnı z bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Şəxsin əməlinin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi əsasında həqiqi hərəkətlərinə (hərəkətsizliyinə) uyğun şəkildə tövsif edilməsi barədə tələb cinayətprosessual qanunun məhkəmə hökmünün qanuniliyi və əsaslılığı barədə tələblərlə sıx surətdə bağlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən “məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir”. Cinayət-prosessual qanunun 349.5-ci maddəsinə görə isə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: “349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə”. Lakin, sübutlar da elə tədqiq olunmalı və qiymətləndirilməlidir ki, onların üzərində qurulan mülahizələrin düzgünlüyünə şübhə yaranmasın. Əgər məhkəmə sübutların araşdırılması və qiymətləndirilməsi za manı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarının, o cümlədən 143-146-cı maddələrinin tələblərinə əməl etməyibsə və yaxud cinayət-prosessual qanunun 353.2.2-ci maddəsinin tələb etdiyi kimi hansı sübutları qəbul etdiyini, hansılarını rədd etdiyini qərarında aydınlığı ilə göstərməyibsə və rədd etmənin motivlərini inandırıcı şəkildə izah etməyibsə, bu cür qiymətləndirməyə əsaslanan nəticələr də mötəbər sayıla və qəbul edilə bilməz. Kassasiya protestində Məhkum törətməsi iddia edilən cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində (baxılan işin kontekstində) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2 -ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-nin 234.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb olunur: _ şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; _ şəxs belə hərəkətləri qanunsuz etməlidir; _ həmin hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən edilməlidir. Belə tələb həmçinin “Narkoti k vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla nark otik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda t örədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Həmin qərarda məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılı q əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Həmin cinayət-hüq uqi norma, sadalanmış Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri, eləcə də aşağı məhkəmələrin Məhkum əməlinə şamil etdiyi Cinayət Məcəlləsinin 29,234.1-ci maddəsi ilə müqayisə edilməli olan faktiki hallara gəldikdə isə aşağıdakılar qeyd olunmalıdır. Hazırki iş üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, cinayət təqibi orqanı tərəfindən Məhkuma qarşı satış İran İslam Respublikasının vətəndaşı Bəhmən adlı şəxs və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi-105,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən satış məqsədi (tamah niyyətilə) ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq qanunsuz olaraq əld ə etmə, saxlama və daşıma cinayətini törətməyə cəhd etməsinə görə Cinayət Məcəlləsinin 29,234.4.1-ci maddəsi ilə ittiham irəli sürüldüyü halda, birinci instansiya məhkəməsi hesab etmişdir və apellyasiya məhkəməsi onunla razılaşmışdır ki, Məhkum satış məqsədi ilə və qabaqcadan əlbir olan bir qrup şəxs halında 105,0 qram narkotik vasitəni əldə etmə, saxlama və daşıması cinayəti törətməyə cəhd etməsi təsdiq olunmamış, çünki ittiham tərəfindən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitəni (105,0 qram qurudulmuş marixuananı) əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud onun digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkum məhkəmə iclasında verilmiş ifadələrindən çıxış edərək mə hkəmələr Məhkum sadəcə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətinı törətməyə cəhd etməsi barədə nəticəyə gəlmişlər. Halbuki, Məhkum ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki (02 dekabr 2022-ci il tarixli ilkin ifadəsi), yolda olarkən "Bəhmən” ona göndərdiyi konumda yol kənarında çantanı gizlətdiyini, özünün gələ bilmədiyi, həmin çantada narkotik vasitənin olduğunu, bu narkotik vasitəni sonradan deyəcəyi şəxslərə çatdırmasını və buna görə ona 400 manat pul verəcəyini, həm də çantanı torpağa basdırdığı üçün qazmağa ehtiyacı olduğunu demişdir. O, avtomobildən düşüb tikinti materialları satılan mağazaya girib bi r ədəd dəmir mala almış, sonra piyada hərəkət edib əkin sahəsinə daxil olub "Bəhmən”in ona göndərdiyi konuma uyğun olaraq işıq dirəyinin yanına gedib ətrafı mala ilə qazmağa başlamış, lakin orada iranlının gizlətdiyi çantanı tapa bilməmişdir. Narkotiklə bağlı ifadə verərkən o, həmin yerə narkotik maddə götürmək üçün gəldiyini bildirmiş, həm də onun narkotik maddə götürmək üçün Biləsuvara gəlməsini tanışı Zümrad Orucov bildiyi üçün güman etmişdir ki, onu polisə Zümrad satmışdır. Ona görə də o, ilkin izahat və ifadəsində Zümrad Orucov dediyi şəxsin"Bəhmən”in ona 400 manat pul veriləcəyi müqabilində onu narkotik maddəni götürmək üçün sonuncuya göndərdiyini bildirmiş, hətta üzləşmə zamanı da qeyd olunan halı təsdiq etmişdir. X2 ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsində 2022-ci ilin noy abr ayının əvvəllərində Məhkum onun yaşadığı evə gəldiyini söhbət əsnasında İran vətəndaşı Səyyad (təqsirləndirilən şəxsin “Bəhmən” kimi qəbul etdiyi) ilə yaxın münasibətdə olduğunu, hətta onun yanında yaşadığını, iranlının etibarlı şəxs olduğunu və onlar üçün 1-2 kiloqram narkotik vasitə göndərə biləcəyini, onlar isə həmin narkotik vasitələri Bakı şəhərində müəyyən yerlərə çatdıracağı halda, onlara 70 qram növündən asılı olmayaraq narkotik vasitə və ya 700-800 manat pul verəcəyini demişdir. Bu zaman, Məhkum həmin adamla danışmasını demiş, Məhkum istifadəsində olan mobil telefonun “WhatsApp” proqramı vasitəsilə Səyyad adlı iranlıya görüntülü zəng etmiş və onunla danışarkən “bizə 5-10 qram mal (patı və kokos) göndər əridək pul edək sənə də həmin puldan göndərərik” demişdir. Həmçinin, 30 noy abr 2022-ci ildə saat təxminən 23:30 radələrində Məhkum dəqiq xatırlamadığı mobil telefon nömrəsi ilə “WhatsApp” proqramı vasitəsilə onun istifadəsində olan ***-***-**-** nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp Business” proqramına zəng edərək demiş ki, “İİR-in vətəndaşı Səyyad 5 kiloqram narkotik vasitə hesab edilən marixuana gizlətdiyi yerin konumu gəlib bunun qarşılığında isə onlara 2.500 manat məbləğində pul verir”. İfadənin davamında göstərmişdir ki, Məhkum ona zəng edərək, İİR vətəndaşının narkotik vasitə göndərdiyini və birlikdə götürüb sataraq pul əldə edəcəklərini bildirdikdə, həmin zaman gecə olduğuna və avtomobilinin olmadığına görə o, narkotik vasitənin gizlədildiyi yerə gedə bilməyəcəyini demişdir. Bundan sonra Rəfail Meydiyev tanışı Şahid5la birlikdə getdiyini öyrənmişdir. M əhkum ilk ifadələrindən və Zümrad Orucovun ifadəsindən müəyyən olunur ki, onlar İİR vətəndaşı ilə vahid cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə etmişlər (onun göndərdiyini narkotik vasitəni birlikdə götürüb, sataraq pul əldə etməklə bağlı), lakin Zümrad Orucovun avtomobili həmin anda olmadığından Məhkum Şahid5 idarə etdiyi taksi ilə qeyd edilən qurudulmuş marixuananı götürməyə tək getmişdir. Məhkum istintaqın sonrakı gedişatında və məhkəmə istintaqında İran vətəndaşından öz istifadəsi üçün marixuana istəməsini və sonuncunun göndərdiyi bank kartına 150 manat pul köçürdükdən sonra Biləsuvara da həmin marixuananı (105,0 qram qurudulmuş marixuananı) götürmək üçün getməsini göstərsə də, bu fərziyəni o, ibtidai istintaqın ilkin mərhələsində irəli sürməmiş, cinayət işi aidiyyət i üzrə Xəzər Rayon Polis idarəsinə göndərildikdən və müəmmalı şəkildə X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi və sonuncunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilməsi və Xəzər Rayon Məhkəməsinə göndərildiyi ərəfə vermişdir ki, nə birinci, nədə apellyasiya məhkəməsi göstərilən hallara lazımı qiymət verməmişdir. Başqa sözlə desək Məhkum və X11 vətəndaşı “Bəhmən” adı şəxslə narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməkdaşlıq etmələrinə dair vermiş olduqları və istintaq orqanının ittihamın əsası kimi irəli sürüldüyü digər sübutlarla uzlaşan izahat və ifadələrinin məhkəmələr tərəfindən rədd edilməsinin motivləri inandırıcı şəkildə göstərilmədiyindən, bu cür qiymətləndirməyə əsaslanan nəticədə də, qanuni və əsaslı nəticə kimi qəbul edilə bilməz. Bundan başqa cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4.1-ci maddəsi ittiham irəli sürərkən aşağıda sadalanan sübutlara əsaslanmışdır: _ 02 dekabr 2022-ci il tarixli "şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Məhkum məxsus olan «HUAWE1» markalı (smartfon tipli) mobil telefona baxış zamanı həmin telefonda +**********61 «Azercell» və +**********6 «Azerfon» mobil operatorlarına aid telefon nömrələri, +**********61 saylı «Azerceil» mobil nömrəsi ilə «WhatsApp» proqramı və +**********26 saylı «Azerfon» mobil nömrəsi ilə «WhatsApp Business» proqramların quraşdırılması müəyyən edilmişdir. _ Məhkum məxsus olan «HUAWE1» markalı (smartfon tipli) m obil telefonun yaddaş kitabçasında “Seyat Zombili“ adı ilə qeydiyyata alınmış +98 935 *** **** nömrəsi müəyyən olunmuşdur. _ Məhkum istifadə etdiyi +**********6 saylı «Azerfon» mobil operatoruna aid telefon nömrəsi ilə llR mobil operatoruna aid olan “Seyat Zombili +98 935 *** **** nömrəsi” arasında 23 noyabr 2022-ci tarixdən 6 dəfə, «WhatsApp» proqramı üzərində həmin nömrə ilə 31 oktyabr 2022-ci tarixdən – 28 noyabr 2022-ci tarixədək çoxsaylı danışıqlar baş tutmuşdur. _ Məhkum telefonunda olan «WhatsApp» proqramında zənglər bölməsinə baxış keçirilən zaman müəyyən edildi ki, +**********61 saylı «WhatsApp» proqramı vasitəsi ilə llR mobil operatoruna aid +98 902 *** **** mobil nömrəsindən 24 noyabr 2022-ci ildə saat 17:42-də “əmioğlu salam nağarırssjn, neynirsən” və “əmioğlu ayın iyirmi ikisi də gəldi-getdi sən gəlmədin bə” sözləri səslənən səsli mesaj göndərildiyi müəyyən olunmuşdur. _ Məhkum istifadə etdiyi +**********61 saylı qeydiyyatdan keçdiyi «WhatsApp» proqramının zənglər siyahısına baxış keçirilən zaman, Məhkumlə birlikdə “Samir Çin +**********85” və “Seyat Zombili +98 935 369 5678” profillər birlikdə 12 noyabr 2022-ci ildə saat 17:24-də, 12 noyabr 2022-ci ildə saat 17:33-də və 12 noyabr 2022-ci ildə saat 17:34-də qrup şəklində səsli zənglərin baş tutması müəyyən edilmişdir. _ Məhkum istifadə etdiyi +**********26 saylı «Azerfon» mobil nömrə ilə qeydiyyatdan keçdiyi «WhatsApp Business» proqramının zənglər siyahısına baxış keçirilən zaman, “Seyat Zombili +98 935 369 5678” mobil telefon arasında 01 dekabr 2022-ci ildə saat 11:16-da, 01 dekabr 2022-ci ildə saat 11:53-də və 01 dekabr 2022-ci ildə saat 13:47-də səsli zənglər vasitəsilə danışıqların baş verməsi müəyyən edilmişdir. _ “Mobil telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 26 dekabr 2022-ci il tarixli protokolla müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum istifadəsində olmuş +99451/900-74-61 saylı mobil telefon nömrə ilə İran mobil operatoruna aid “Seyat Zombili” adı ilə (təqsirləndirilən şəxsin “Bəhmən” kimi qəbul etdiyi) qeydiyyata alınmış şəxsin +98 935 *** **** saylı telefon nömrəsi arasında SMS yazışmaları, o cümlədən 12 noyabr 2022-ci il tarixdə, saat 02:39:56-da +**********78 saylı telefon nömrəsindən Məhkum istifadəsində olan +99451/900-74-61 saylı mobil telefon nömrəsinə “Rafail balam jani anam sharafi sabah sani tuturajam shaklin vardi shaxsyatinda manda kor sab ah sanin bashiva na oyun katiram”, 12 noyabr 2022-ci il tarixdə, saat 02:41:15-də “Verdim polisa sanin konomo shakili vydyuda varin balam jani sabah san ketmalisan ono bil san mani... bilmasan”, 12 noyabr 2022-ci il tarixdə, saat 02:56:19-da “Sanda kedarsan jeyhonon yani. talehin yanina” və 12 noyabr 2022-ci il tarixdə, saat 12:56:01-də “Rafail sahat 3.4 ata aparajaglar atani totolar mana zank elib yalvarma” sözləri yazılan mesaj mətnləri qeydiyyata alınmışdır. _ Məhkum mobil telefonun qalereyasına baxış keçirilən zaman fotolar bölməsində narkotik vasitələrin ölçülərini dəqiqləşdirmək məqsədi ilə elektron tərəzi və narkotik vasitələrin şəffaf rəngli paketlərə yığılmasına dair fotolar, eyni zamanda “Googlp maps* proqramı vasitəsilə 01 dekabr 2022-ci ildə saat 09:14-də üzərində oxlarla İsti qamətlər göstərilən əkin sahəsinə aid şəklin olduğu və həmin şəkilə baxış keçirilərkən həmin yerin Məhkum polis əməkdaşları tərəfindən saxlandığı, yəni Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3-4 saylı qəsəbələr arasında olan dairəvi yolayrıcından İmişli rayon Qızılkənd kəndi istiqamətində gedərkən yolun sol tərəfində olan işıq dirəyinin yanı və həmin işıq dirəyi dairəyə alınmış şəkil olduğu müəyyən edilmişdir. _ Zümrad Orucovun istifadəsində olan ***-***-**-** nömrəsindən Məhkum ***-***-**-** nömrəli “Xalid Malik” adlı profilinə xx.xx.2022-ci il tarixə “qəşəng daş var, dünən götürdüyümüz bunun yanında heçnədir”, “Səyyadla danış denən ki, o qiymət nə nədir, o qiymətə bütün İranlılar deyir də, sənə dedim ki, bir az təriflə, denən güclü torbaçı dır, bir poderjka vermək lazımdır işdəsin, bir az pul verək artıq mal versin, pulsuz nə yaxşı 200 dənəni verdi”, “daş var?” “İstiyən yoxdu” kimi mətnli mesajlar göndərilmişdir. _ Məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli 7901 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Göründüyü kimi heç yerdə işləməyən, həmçinin məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən narkomaniya xəstəliyindən əziyyət çəkməyən Məhkum İran vətəndaşı Bəhman adlı şəxslə narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar uzun müddətli danışıqlarının olması, Məhkum istifadəsində olmuş mobil telefon nömrələrinə narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı daxil olan və çıxan ismariclərin, şəkil və konumun olması, Zümrad Orucov və digər şahidlərin onu ifşa edən məlumatların verməsi kimi obyektiv halların olmasına baxmayaraq, birinci və apellyasiya məhkəmələri həmin obyektiv halların ziddinə olan Məhkum narkotik vasitəni satış məqsədi olmadan əldə etməyə cəhd etməsi haqqında məhkəmədə verdiyi ifadəsi ilə qane olmuşlar, narkotik vasitələrin aludəçisi olmayan Məhkum istehlak miqdarı narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı nə məqsədlə əldə etməyə cəhd etməsi səbəblərini araşdırmamışlar. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmələr keyfiyyətsiz və natamam araşdırma aparmaqla Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqd arından artıq miqdarda əldə etməsi, saxlaması və daşımasına cəhd etməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişlər, iş materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə tədqiq və təhlil etməmişlər, məhkuma elan olunmuş ittiham üzrə müəyyən edilmiş halların inkar edilməsi üçün toplanmış sübutların fərqli şəkildə qiymətləndirmişlər, yekunda kifayət qədər inandırıcı səbəblər gətirmədən Məhkum Cinayət Məcəlləsinin 29,234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamı qəbul etməmişlər. Bu cür, yəni ibtidai istintaq zamanı toplanmış sübutlarla məhkəmədə verilən ifadələrin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə isə etibarlı sayıla bilməz. Bu baxımdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi üçün cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, proses iştirakçılarının verdikləri ifadələr toplanmış sübutlarla CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Odur ki, kollegiya apellyasiya məhkəməsinin hazırki işə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində göstərilən pozunt ulara yol verməsi, kassasiya protestinin əsaslı olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 1(106)-235/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər Qərara aldı: Dövlət ittihamçısı Əsədov X12 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 fevral 2024-cü il tarixli, 1 (106)-235/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar