Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1706/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Quliyev Məhəmməd Rəhim oğlunun iştirakları ilə xx xxxxxx 1993-cü ildə Biləsuvar rayonu Əsgərabad kəndində anadan olmuş, Azə rbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, ünvan 1 qeydiyyatda olan, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 177.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Quliyev Məhəmməd Rəhim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsi rli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 1 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 12 dekabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin iş üzrə həmçinin X4 da Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Birinci instansiya məhkə məsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxsmülki iddiaçı, habelə məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), V.C.Cəfərov və E.M.Əhmədov) məhkumların müdafəçilərinin apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxs-mülki iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 0 8.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 1 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X4 və Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişlər ki, onlar özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 iyun 2018-ci il tarixdən 24 iyun 2018-ci il tarixə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus ünvan 2ndə yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan 10.200 manat dövrü məzənnə ilə 6000 ABŞ dollarını, bir ədəd 3500 manat dəyərində 120 sm. dioqanallı 47LV3500 modelli “LG” markalı televizoru, bir ədəd 1000 manat dəyərində 94 sm. dioqanallı UE37ES6100 modelli “Samsung” markalı televizoru, bir ədəd 3500 manat dəyərində 120 sm. dioqanallı “Samsung” markalı televizoru, bir ədəd 1000 manat dəyərində 94 sm. dioqanallı “Samsung” markalı televizoru, bir ədəd 583 əyyarlı olmaqla 16 qram çəkili 800 manat dəyərində qızıl boyunbağını, bir ədəd 583 əyyarlı olmaqla 8 qram çəkili 600 manat dəyərində qızıl üzüyü, bir cüt 583 əyarlı olmaqla 12 qram çəkili 600 manat dəyərində qızıl sırğanı, 5100 manat dövrü məzənnə ilə 3000 ABŞ dolları dəyərində 80 ədəd müxtəlif formalı qadın paltarlarını, 42.500 ma nat dövrü məzənnə ilə 25.000 ABŞ dolları dəyərində 2 ədəd iri həcmli qutuda qablaşdırılmış müxtəlif formalı qadın paltarlarını, bir ədəd 3000 manat dəyərində dəri materialdan olan “Dublyonka” adlanan qadın gödəkçəsini, bir ədəd 1500 manat dəyərində “Dublyonka” materialından olan qadın gödəkçəsini, bir ədəd 1000 manat dəyərində dəri materialdan olan qadın gödəkçəsini, 5000 manat dəyərində qızıl suyuna çəkilmiş qab-qacaq dəstini, bir ədəd 2000 manat dəyərində divar saatını, 500 manat dəyərində bir cüt boğazlı kişi çəkməsini, bir ədəd 3500 manat dəyərində iri həcmli cərəyan gücləndirici qurğunu, bir ədəd 300 manat dəyərində cərəyan gücləndirici qurğunu, bir ədəd 300 manat dəyərində cərəyan gücləndirici qurğunu, bir ədəd 300 manat dəyərində “Notebok” modelli kompyuteri, bir ədəd 300 manat dəyə rində “Notebok” modelli kompüteri, 200 manat dəyərində müxtəlif çeşidli spirtli içkiləri, 200 manat dəyərində video kamera aksesuarlarını, bir ədəd 100 manat dəyərində “Planşet” modelli telefon aparatını, 100 manat dəyərində hamam aksesuarlarını, bir ədəd 20 manat dəyərində çarpayı üzlüyünü gizli talayaraq Zərərçəkmiş şəxs külli miqdarda, yəni ümumilikdə 87.120 (səksən yeddi min yüz iyirmi) manat maddi ziyan vurmaqla, oğurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarının ləğv edilərək cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir k i, apellyasiya məhkəməsi təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətlərini rədd edərkən gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandıra bilməmiş, iş üzrə obyektiv qərar qəbul edilməsi üçün heç bir səy göstərməmişdir. Belə ki, Abşeron Rayon Polis Şöbəsinin müstəntiqinin 28 aprel 2019-cu il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında qeyd olunur ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxsun evindən bir ədəd velosipedin oğurlanmasından başqa digər əmlakların Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasına şübhələr vardır və ona görə də həmin epizod üzrə cinayət işi ayrılmışdır. Həmin qərar qüvvədə olduğu halda, ibtidai araşdırma orqanı tərəfindən qanunsuz olaraq cinayət işi istintaq olunmuş və Təqsirləndirilən şəxs ittiham verilmişdir. Müdafiəçi hesab edir ki, bununla da ibtidai araşdırma orqanı tərəfindən CPM-nin 39.1.7-ci və 43.1.2-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmələr isə bu qanunsuzluğu aradan qaldırmayaraq Təqsirləndirilən şəxs və digər təqsirləndirilən şəxsi məhkum etmişlər. Müdafiəçi həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus əmlaklarının oğurlanmasında təqsirinin olması iş materialları ilə də təsdiq olunmur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi M.Quliyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara kass asiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə bax ılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində ittiham edildiyi maddə ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri mövcud olmadığından cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-nin 177.3-cü maddəsində görə “Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə — beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə q ərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin apa rılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışd ır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yek un nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, şahidlər Şahid4, Şahid7, Şahid2, Şahid3, X2 ifadələri, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər han sı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Kassasiya şikayətində irəli sürülən dəlillərdən biri budur ki, Abşeron Rayon Polis Şöbəsinin müstəntiqinin 28 aprel 2019-cu il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında qeyd olunur ki, zərərçəkmiş şəxsin evindən bir ədəd velosipedin oğurlanmasından başqa digər əmlakların Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasına şübhələr vardır və ona görə də həmin epizod üzrə cinayət işi ayrılmışdır. Həmin qərar qüvvədə olduğu halda, ibtidai araşdırma orqanı tərəfindən qanunsuz olaraq cinayət işi istintaq olunmuş və Təqsirləndirilən şəxs ittiham verilmişdir. Müdafiəçi hesab edir ki, bununla da ibtidai araşdırma or qanı tərəfindən CPM-nin 39.1.7-ci və 43.1.2-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 39.1.7-ci maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinin tələbinə görə isə “Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materialla rından görünür ki, həmin işin sübutların qiymətləndirilməsi qərarında müstəntiq zərərçəkmiş şəxsin digər əmlaklarının Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasına şübhələr olmasını yazmış və şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edərək ittiham verməmiş, lakin cinayət işi başlanmasını rədd etməyərək istintaqın davam etdirilməsi üçün cinayət işini ayrıca icraata ayırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müstəntiq tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin ayrıca icraata ayrılması Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi demək deyildir və Təqsirləndirilən şəxs CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham cinayət prosessual qanunvericiliyin t ələblərinə uyğundur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların müəyyən edil məməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdı rılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həm in qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1706/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1706/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver