Məhkəmə qərarları › İş №1(102)-1706/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1706/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1706/2022 13.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli, 1(106)-119/2022 nömrəli qərarından zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1981-ci il tarixdə Dəvəçi rayonunun Padar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şabran rayonunun Padar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospektində kirayə mənzildə yaşamışdır. 2. 30 avqust 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir. 3. 24 sentyabr 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclas ının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə tanışı Şahid1 ilə cinayət əlaqəsinə girərək özlərinə məxsus “Azercell” mobil operator nömrələrində mövcud olan depozit qalığını məxaric etdikdən sonra mövcud olan texniki nasazlıq səbəbindən eyni məbləğləri dəfələrlə ATMdən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə məxaric edib öz aralarında bərabər şəkildə bölmək üçün qabaqcadan əlbir olub qrup halında vahid niyyətlə 06 fevral 2020-ci il tarixdən 11 fevral 2020-ci il tarixə kimi Sumqayıt ş əhərində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - "xxxx" ASC) məxsus ATM-lərdən ***-***-**-** mobil nömrəsindən istifadə etməklə 55 manat olmaqla 252 dəfə ümümilikdə 13860 manat, bu məqsədlə ***-***-**-** mobil nömrəsindən isə istifadə etməklə 04 mart 2020-ci il tarixdə Xaçmaz şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 133 manat, 05 mart 2020-ci il tarixdə Xaçmaz şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 2000 manat, 06 mart 2020-ci il tarixdə Quba şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 3600 manat, Qusar şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 2000 manat, Şabran şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 3400 manat, Xaçmaz şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 4400 manat, Qusar şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 2000 ma nat, 07 mart 2020-ci il tarixdə Xaçmaz şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 2000 manat, Qusar şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 800 manat, Quba şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 3400 manat, 08 mart 2020-ci il tarixdə Hacıqabul şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 800 manat, Şirvan şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 400 manat, Sabirabad şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 1600 manat, Saatlı şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 2000 manat, İmişli şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 1200 manat, Beyləqan şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 800 manat, Ağdam rayonunda yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 400 manat, 09 mart 2020ci il tarixdə Bərdə şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 400 manat, Goranboy şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 5600 manat, Naftalan şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 400 manat, Göygöl şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 800 manat, Tərtər şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 800 manat, Ağdam rayonunda yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 400 manat, Ağcabədi şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 3600 manat, 10 mart 2020ci il tarixdə Beyləqan şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 800 manat, İmişli şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 2000 manat, Biləsuvar şəhərində yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 2000 manat və Salyan rayonunda yerləşən "xxxx" ASC-yə məxsus ATM-dən 1000 manat, cəmi 62593 manat külli miqdarda pulu çıxarıb öz şəxsi məsrəflərinə xərcləyərək "xxxx" ASC-yə ziyan vurmaqla oğurluq cinayətini törətmişlər.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 1(099) 570/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 05 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və mülki iddianın qismən təmin edilərək, 48733 (qırx səkkiz min yeddi yüz otuz üç) manat vəsaitin Məhkum alınıb "xxxx" ASC-yə verilməsi hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmünd ən zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, Məhkum daha ağır cəza təyin edilməsini və mülki iddianın tam təmin olunmasını xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli, 1(106)-119/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 1(099)570/2021 nömrəli hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli, 1(106)-119/2022 nömrəli qərarından zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəl illəri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, kassasiya şikayətinin müəllifi onları təkrarlayaraq məhkum edilmiş şəxsə təyin edilən cəzanın yüngüllüyünü və mülki iddianın tam təmin edilməməsini mübahisələndirib, məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli, 1(106)-119/2022 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli ola raq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə kassasiya şikayətində məhkumun cəzası nın həddini və mülki iddiasinin tam təmin edilmədiyini mübahisələndirərək, faktiki olaraq məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli, 1(106)-119/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarını n və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

19. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticə lərini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr ittiham tərəfinin (zərərçəkmiş hüquqi şəxs daxil olmaqla) təqdim etdiyi bütün iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət və mülki hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhk əməsinin kassasiya şikayətində qaldırılan məsələlərlə bağlı qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, kassasiya şikayətinin müəllif tərəfinə cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və tələbinin lazımi qaydada müdafiə etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

21. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar C əmiyyətinin nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli, 1(106)-119/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli, 1(106)-119/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar